Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə61/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   55   56   57   58   59   60   61   62   63

Rüstəm Kamal 
 
231 
 
"Şahmar  harasa  tələsirdi,  onda  ölümünə  altı  ay 
qalmışdı. Bəlkə də ölümünə, o əbədi yuxuya tələsirmiş. Altı 
aydan  sonra  isə  qəfil  çoxlarını  yandırıb-yaxacaqdı, 
göynədəcəkdi. Bu itkidən sonra "İtki" yaranacaqdı..." 
Mənə  elə  gəlir  ki,  Vaqif  mistik  təbiətli  (ovqatlı,  enerjili) 
tənqidçıdır.  Şairlərin  cavan  yaşda  ölməsi  onun  üçün  ömrün 
mənasını,  itkinin  miqyasını  anlamaq  üsuludur:  "Qocalıq, 
müdriklik  onların  qisməti  deyil"  (Vaqif  Hüseynov).  Bu 
sıraya  kimləri  salmayıb  -  M.Müşfiq,  Ə.Kərim,  S.Əsəd, 
V.Məmmədov,  V.Hüseynov,  Şahmar,  Vəfa  Fətullayeva, 
Ağamalı Sadiq... 
"Və öləndə də Ağamalı bu dünyadan elə o sifətdə - cavan 
getdi". 
Şairlərimiz  və  şeirimiz  haqqında  yazmaq,  düşünmək  ona 
ayrıca  şövq  verir.  "Şeirində  obrazlı  düşüncə  tərzi,  poetik 
idrak,  Füzuliyana  obrazlılıq,  məna  yükü  olan  şairləri" 
(V.Yusifli)  təbliğ  etmək  -  onun  yaradıcılıq  prinsipi  və  əxlaq 
dəyəridir. 
Vaqifin  bütün  yazılarını  nəzərdən  keçirin:  ölülərə  və 
dirilərə, klassiklərə və müasirlərə dua oxuyur. Bu bir tərəfdən o 
dünyaya  köçmüş  şairlərə  rəhmət  duasıdır,  bu  dünyada 
qalmışlara  -  xeyir-duadır.  Tənqidçi  Vaqif  Yusifli  mediator 
funksiyasını ləyaqətlə, şərəflə yerinə yetirir. 
Onun      yaradıcılığının      əsas      qəhrəmanı
 
Azərbaycan 
şairidir. Nasir şair qarşıdurmasında mütləq şairə üstünlük verir. 
Hətta  şairin  nəsrindən  yazanda  da  onun  şairliyini  xüsusi 
qabardır (Qabilin, Seyran Səxavətin nəsri haqqında). 
Vaqifin  işi-gücü şairlərlədir.  Füzuliyə, Kişvəriyə, Nəbatiyə 
könül  yanğısıyla  vurulmuş  bu  ədəbiyyat  kişisinin  cavan 
şairlərin  şıltaqlıqlarına,  cığalıqlarına  qarşı  sufiyana  nəzakəti 
təəccüb  doğurmamalıdır.  Klassik  poeziya  əxlaqı  və  sevgisi 
onun tənqidçi portretini tamamlayır. 


Rüstəm Kamal 
 
232 
 
 
Onun 
yaradıcılığını 
(dünyagörüşünü) 
bərpa 
etməyə 
çalışarkən  bir  folklor  motivi  (metaforik  arxetip)  diqqətimi 
çəkdi: qiyafətin dəyişməməsi yaşın dəyişməməsidir:  
 "Mən  Səyavuş Sərxanlını iyirmi  ildə necə görmüşəmsə, 
dəyişməyib.  Deyərdim  ki,  bu    sabitlikdə  o,  öz  şeirinə 
oxşayır". 
"Mənim  xatirə  yaddaşımda  Ağamalı  Sadiq  ilk  dəfə 
yetmişinci  illərin  sonlarında  gördüyüm  o  qiyafədədir. 
Zalım  yaşa  dolurdu,  kökəlirdi,  ağrılar  içində  qovrulurdu, 
xəstəliklərdən 
əzab 
çəkirdi 

amma 
dəyişmirdi, 
cavanlaşırdı". 
İnsafən onun özünü də elə gördük - sabit, sadə, müdrik. Nə 
qiyafətini, nə yazısını, nə də əxlaqını dəyişdi... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Rüstəm Kamal 
 
233 
 
 
 
 
 
ARİF ƏMRAHOĞLU: 
ЕПИК ОБРАЗЫН GÜCÜ
 
 
Hərdən mənə elə gəlir ki, "Arif' xüsusi addan başqa, həm də 
Əmrahoğlunun epitetidir. Müdrik, ağıllı mənasında. Assosiativ 
olaraq yadıma Dədə Əmrah da düşür. 
A.Əmrahoğlu  təbiəti,  ruhu  etibarilə  filoloji  ənənəyə  sıx 
bağlıdır. 
Filoloji  ənənə  nə  deməkdir?  Birincisi,  ezoterik  biliyin 
"müqəddəs  od"un  müəllimdən,  ustaddan  şagirdə  fasiləsiz 
ötürülməsi, ikincisi, elm tarixində parçalanma qaçılmazdır, hər 
bir  tanımmş  tədqiqatçı  sanki  öz  araşdırma  obyektini  yenidən 
kəşf  edir,  işləyir  və  onun  elmə  şəxsi  münasibəti  yaranır  -əsas 
ömür seçimi olur. 
Arif  Əmrahoğlu  Öz  müəllimlərindən  nəinki  araşdırma 
predmetini,  predmetə  münasibəti,  həm  də  metodologiyaya 
münasibəti  mənimsəyib.  İndi  özü  də  ustad  müəllimdir,  biliyi 
tələbələrə ötürə bilir. 
Yadımdadır,  bir  dəfə  sözarası  təəssüflə  bildirdi  ki, 
Azərbaycan  filoloji  məkanında  nədənsə  Avropanın dəbdə olan 
fəlsəfi-filoloji 
cərəyanları 
(semiotika, 
strukturalizm, 
psixoanaliz və s.) kök sala bilmir. Ötəri olaraq bir-iki məqalədə 
keçir,  vəssəlam.  Köhnə  nəsil  təzə  "dili"  qəbul  etmir,  cavanlar 
da  təzə  koda,  təzə  dilə  yiyələnmək  istəmir.  Beləcə  çevir  tatı, 
vur tatı. 
Arif  Əmrahoğlu  kimi  ədəbiyyatşünas  alimin  Azərbaycan 
Yazıçılar  Birliyində  işləməsi  ədəbi  təkamülü  görməyi 
asanlaşdırır. 


Rüstəm Kamal 
 
234 
 
Arif  Əmrahoğlunun  ləyaqətli  cəhətlərindən  biri  də  geniş 
erudisiyaya  malik  olmasıdır.  Ona  tarixilik  hissi  də  xasdır: 
diaxron  və  sinxron  dalğada  köklənə  bilir.  Mənə  bağışladığı 
sonuncu  kitablarından  biri  "Epik  sözün  gücü"  adlanır,  klassik 
Azərbaycan  nəsrinin  poetikasına  həsr  olunub.  Burada  kimlər 
yoxdur?  Azərbaycan  mədəniyyətinə  baş  ucalığı  gətirənlər: 
M.F.Axundov, C.Məmmədquluzadə, S.Hüseyn, S.M.Qənizadə, 
A.Şaiq,  Y.V.Çəmənzəminli.  Məhz  maarifçilik,  realizm  yeni 
dövr  Azərbaycan  mədəniyyətinin  (ədəbiyyatının)  özünüdərki 
üçün  istinad  nöqtəsidir.  A.Əmrahoğlunun  ilkin  impulsu 
müəyyən  mənada  ideoloji-estetikdir,  onun  "Epik  sözün  gücü" 
monoqrafiyası  mahiyyətcə  semiotik  ideyaları  nəzərə  al-maqla 
klassik  ədəbi-fəlsəfi  ənənə  (F.Köçərlidən    K.Talıbzadəyə 
qədər) üstündə yaranıb. 
A.Əmrahoğlu  filologiyanın  sosial  funksiyasını  ləyaqətlə 
yerinə  yetirir:  O,  mətni-insanı  yaxşı  anlayır  (S.Averintsevin 
filologiya  elminə  verdiyi  tərifi  xatırlayın.  Filologiyanın  əsas 
məqsədi - başqa insanı anlamaqdır). 
Ona görə də heç kimə sirr deyil ki, Yazıçılar Birliyində Arif 
Əmrahoğlunun şəxsiyyəti (kişiliyi) öz ətrafinda mifoloji məkan 
yaradır.  Bu  poetik-intellektual  və  mifoloji  məkanda  cığal, 
iddialı modemist şair də, əyalətdən gəlmiş yazı-pozu adamı da, 
ağsaqqal  yazıçı  da,  yaxından-uzaqdan  gələn  qonaqlar  da 
dolaşır, ünsiyyət qura bilir. 
Onun  fikir  məkanı  başqalarına  həmişə  açıqdır.  Bu  fikir 
məkanında "Mən" və "başqaları" birləşir, dialoq yaranır. 
Arif  Əmrahoğlunun  həyat  fəlsəfəsinin  əsas  prinsiplərindən 
biri  də  tolerantlığıdır.  Epik  təmkinə  malik  olan  belə  kişilərin 
Yazıçılar 
Birliyində 
olması 
nadanlığın, 
istedadsızlığın 
Azərbaycan  ədəbiyyatı  adlı  qos-qoca,  köklü-budaqlı  ağaca 
daraşmasına yol verməz. 
Buna  A.Əmrahoğlunun  gücü,  savadı  və  qətiyyəti  çatar. 
Ədəbi camiənin bu bivurkasiya dövründə (qurultayqabağı söz-


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə