Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə60/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   55   56   57   58   59   60   61   62   63

Rüstəm Kamal 
 
227 
 
"yaş-quru"...) səciyyələndirsəm, o, "quru"nun (quru stixiyasını, 
çölü) yox, yaşı (su stixiyasını, nəmliyi, dənizi, yağışı...) təmsil 
edir.  Mənim  üçün  o  "yağış  adamdır".  Yağış  romantikasını, 
yağış peyzajını yaşayan adam... Üşüyən və kövrək... 
 
"Pəncərəmizin arxasında 
 İslanıram gecəylə  
Yumuram gözlərimi 
 bəlkə quruyam..." 
 
Hərdən  mənə  elə  gəlir  ki,  İntiqam  müəllimin  ömür 
xronotopunda məkan anlayışı yoxdur. Zamanı bildirən, zamanı 
simvolizə  edən  nə  varsa,  hər  yerdə  onu  əhatə  edir,  hər  yerdə 
zaman  simvolları  gözünün  qabağındadır:  iş  otağındakı  Yusif 
Səmədoğlunun portretindən tutmuş evdəki sayğaca qədər. 
 
"Ömrüm məftillərə 
Bölünmüş sayğac 
         təklik, 
  onluq, 
      yüzlüyü izlənməz 
belə sayğacların." 
 
Əslində  "Azərbaycan"  jurnalının  adı  da  məkan,  ölkə  adı 
deyil, elə zamanın adıdır, milli ədəbiyyat tarixinin adıdır. 
Ümid  İntiqam  müəllimin  tale  fəlsəfəsində,  poetik  ya-
şantılarında  aparıcı  ontoloji  kateqoriyadır.  Ümid  sabahın,  dan 
yerinin adıdır. 
 
Üşüyür içim də 
Üşüyür günümdən-günümə 
keçən ümidin içində 
 


Rüstəm Kamal 
 
228 
 
Elə burdaca səmimi boynuma alım:  mən intiqam müəllimin 
şeirlərini  oxumamışdım.  Ancaq  məqalələrinə,  esselərinə, 
tərcümələrinə  bələd  idim.  Bu  yaxınlarda  mənə  bir  qom 
şeirlərini verdilər. 
Bu  şeirlərin  içindən  İntiqam  Qasımzadənin  "metafizik 
sifətini" gördüm: yorğun, müdrik, ümidli... 
Ədəbiyyatın doğrudan da yazılmamış qanunları var: əgər bir 
şair  öz  əsərlərini  uzunmüddət  çap  etmirsə,  üzə  çıxartmırsa, 
onda  xüsusi  fenomen  yaranır:  bu  şeirlər  sıxılmış,  müəllif 
şəxsiyyətinin enerjisi ilə yüklənmiş olur. 
İntiqam  Qasımzadədə  ömür  meteoroloji  hadisədir.  Ömür 
meteoroloji metaforadır. Yağışlı havalar, şaxtalı, günəşli günlər 
yaşanmış ömrün  simvolik kodlarıdır ki,  içinin  hava durumunu 
bilmək olur. 
 
"Gecə yağış altında 
 islanıbdır- 
çıphaçıp – 
Alt köynəyinə qədər  
Gecə yağışa bulaşıb, 
 Yağış qaralıb gecədə..." 
 
İntiqam  müəllim  şeirlərinin  hansındasa  ömrünü  ümid 
gəmisinə bənzədir. 
Bilmirəm,  dünyanın  faniliyi  haqqında  onun  düşünməyə 
vaxtı, macalı olurmu? Görünür, ədəbiyyatın, sözün ədəbiliyinə 
inam ona güc və ümid verir. 
 
 
 


Rüstəm Kamal 
 
229 
 
VAQİF YUSİFLİ:  
ШЕИРИМИЗИН HAVA DURUMU 
 
Azərbaycan  ədəbiyyatının  son  25  ilinin  "meteoroloji" 
məlumatı,  şeirimizin  havası  haqqında  bilgilər  onun  adıyla 
bağlıdır.  Bunun  üçün  ədəbi-bədii  orqanlara,  kitablara 
səpələnmiş irili-xırdalı yazıları oxumaq kifayətdir. 
Azərbaycan  şairi  (və  şeiri  ilə)  və  oxucusu  arasmda  təmas-
görüş  nöqtələrinin,  canlı  bağlantının  yaranmasında  onun  rolu 
və  əməyi  danılmazdır.  O,  həmişə  sözümüzün  stixiyasının 
içindədir.  "Usta  Zeynal  kompleksi"  ilə  yaşayan  bəzi 
filoloqlardan  fərqli  olaraq,  Vaqif  Yusifli  ədəbiyyat  adlı  canlı 
orqanizmə  qarşı  çox  həssasdır.  Bizim  bildiyimiz,  tanıdığımız 
və  sevdiyimiz  tənqidçi  Vaqif  Yusifli  milli  poeziyamızın 
ehtiraslı oxucusu, işıqlı salnaməçisi və istedadlı tədqiqatçısıdır. 
Milli şeirimiz, onun obraz və deyim sistemi Vaqif Yusiflinin 
ömürlük 
rahatlığını 
pozmuş, 
maraq-heyrət 
dünyasına 
çevrilmişdir.  Azərbaycan  ədəbiyyatı  onun  yalnız  peşəkar 
araşdırma  obyekti,  özünüifadə  vasitəsi  deyil,  həm  də  çörək 
ağacıdır. 
Vaqifin  tənqidçi  əxlaqını  və  obrazını  səciyyələndirən  əsas 
amillərdən  biri  də  sözü  və  taleyi  "Sovet  kontekstinə"  düşmüş 
şairlərə qarşı,  belə demək  mürmkünsə, müdrik  dözümlüyüdür, 
onlara dayaq olmasıdır. Onların dilimizə, milli ədəbi tariximizə 
etdikləri  xidmətləri  görməyə,  aşkarlamağa  çalışdı.  Bəzi 
hövsələsiz,  cığal  tənqidçilər  kimi  populist-kinayəli  inkarçı 
mövqedə durmadı. 
Sağlığında  qədri-qiyməti  bilinməyən,  filoloji  araşdırma 
müstəvisindən  uzaq  düşmüş  nisgilli  şairlərdən  və  nasirlərdən 
(Ə.Kərim, S.Əsəd, Şahmar...) yazdı. Dönə-dönə yazdı, sevgi ilə 
yazdı. 
Şair ömrünün dəyərini duymaq tənqidçi üçün vacib şərtdir. 
Vaqif  Yusifilinin  müdrikliyi  ondadır  ki,  şair  ömrünün  dəyəri 


Rüstəm Kamal 
 
230 
 
yaratdığı poetik obrazların siqləti ilə ölçülür. Yaşanılmış ömür 
"sözün, ifadənin heykəlidir" ("Söz heykəli" Vaqifin çox sevdiyi 
metaforadır). 
V.Yusifli  əslində  obrazların  arxeolojisi  ilə  məşğuldur. 
Poetik  dilin  tektonikasında, təhtəlşüur qabarmalarında  "sahilə" 
- ağ kağıza çıxan obrazları oxumaqdan ləzzət alır. Müsfiqə həsr 
etdiyi essedən:  "Dünyanın  heç bir  şairi  sevgi-lisinin  ellərini 
göyərçinə-quşa  bənzətməyib.  Əgər  bənzədiblərsə,  bu, 
Müstiqdən sonra olub". 
Vaqifin 
lirik 
xronotopu 
poetik 
duyumlardan, 
lirik 
ricətleərdən  və  cizgilərdən  (V.Yusifli  "cizgi"  sözünü  sevir) 
təşkil  olunmuşdur.  "Kiminsə  dərdinə  ağlasın  deyə,  torpağa 
sıxılan  qar  kövrəkliyini  görün,  ağacın  meyvəsiylə  saçın  çiçəyi 
arasındakı bu doğmalığa heyrət edin: 
 
Çəkmişəm əlimi ağ saçlarına  
Saçın ağ çiçəyi əlimdə qalmış". 
 
Vaqif  Yusiflinin  tənqidçi  xronotopunda  zaman  əsas  estetik 
kateqoriyadır. Məkan  bir o qədər əhəmiyyət kəsb etmir. Bəlkə 
Azərbaycanın  ədəbi-mədəni  landşaftında  özünü  doğma,  rahat 
hiss etməsi də elə buradan irəli gəlir? Çağdaş ədəbi-nəzəri fıkir 
səhnəsində  iki  nəfərdə - Nizami Cəfərovda  və Vaqif Yusiflidə 
xrnotop  (zaman  kateqoriyası)  düşüncəsi  güclüdür.  Əgər 
V.Yusiflidə  lirik  xronotop  üstündürsə,  təhkiyə-süjetyaradıcı 
dəyərdirsə,  N.Cəfərovun  təhkiyə-süjet  strategiyası  epik 
xronotopa  tabedir.  Onun  lirik  xronotopu  daha  çox  tanatoloji 
estetikaya  meyllidir:  "Onda  hələ  1971-ci  ilin  17  noyabr 
günüydü. Ölümünə 4 il qalırdı" ("İllər ayrısı"). 
"Ə.Kərim 38, S.Əsəd 46 il yaşadı. 
Əli  Kərim  iyunun  30-da,  Sərdar  Əsəd  iyunun  29-da 
dünyasını dəyişdilər..." 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə