Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə55/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   51   52   53   54   55   56   57   58   ...   63

Rüstəm Kamal 
 
209 
 
Dədə  Ələsgərin  qoyub  getdiyi  dəyərlər  onun    üçün  yenə  də 
qüvvəsindədir. 
Təhlə  şairi  qoşmanı  ifa  etməyi  yox,  söyləməyi  daha  çox 
sevir. Borçalı  şairi qoşmasını deyəndə  beynində  mütləq aşığın 
obrazını  canlandırır.  Dədə  Əmrahın,  Xındı  Məmmədin,  Aşıq 
Hüseyn Saraclının, Xan Kamandarın səsini eşidir.  Qara yazı –
Təhlə  şairində  qafiyə  havadan  qabaq  doğulur.  İç  havasını  söz 
çəkib gətirir. Təhlə sözün səsdən üstün olduğu yerdir. 
Borçalıda qoşma-gəraylı dədə-babadan saz havasının  içində 
böyüyüb,  aşıqların  repertuarında,  ozanların 
yaddaşında 
yaşayıb. Təhlə Türkləri isə sözü havacatdan kənarda,  yaddaşda 
qoruyub  saxlamağı  bacarıb.  Burada  şairlərin  güvənc  yeri  el 
yaddaşıdır. 
Hər halda subyektiv qənaətlərim belədir...  
Təhlədə Şair Novruz “ustadlar ustad, ozanlar başı” (Təhlə 
Lətif)  kimi  anılır  və  şərəfləndirilir.  Şairin  ölümü  ümumxalq 
matəmi kimi təqdim edilir. 
 
Bu gün bir yol tutub mənzil məvayə 
Könüllər murğusu uçuban gedir 
Bir mahir usta idi dilində ayət 
Acal şərbətini içibən gedir.(Qulammirzə Musayev) 
 
Təhlədə  şair  Novruz  artıq  qutsal  obraza  çevrilibdir.  Təhləli 
inanır ki, şair Novruzun sözü doğru sözdür, həqiqəti ifadə edir. 
Şair Novruzun özünü kəramət sahibi, sözünü haqq sözü hesab 
edir:  “Dünyadan  köçdüyün  əvvəldən  bildi”  (Xanəhməd 
Cəfərli)  
Həsən  Teteroğlunun,  Molla  İslamın,  Xanəhməd  Cəfərlinin, 
Dərdli Paşanın  şeirləri Təhlə insanının təxəyyülünün min illər 
öncə olduğu kimi hələ də canlı, şirəli qaldığının sübutudur. Bu 
təxəyyülün gücünü aşağıdakı ikicə misrada da görmək olar: 
 
 


Rüstəm Kamal 
 
210 
 
Leylü-nahar, şamü-səhər 
Üz tutginən göyə, göyə. (Xanəhməd Cəfərli) 
 
Nə yad etnosla, dillə və dinlə (gürcü) gündəlik yaxın təması, 
nə  də  iri  sənaye  mərkəzləri,  böyük  şəhərlər(Tiflis,  Rustavi) 
arasında  olması  təhləlilərin  poetik  təxəyyülünün  siqlətini  poza 
bilməmiş, əski lüğətini unutdura bilməmişdir. 
 
Bülbül ötər qəfəsində 
Qızılgülün həvəsində 
Qəmi-hicran badəsində 
İçib, sərxoş olan könlüm (Həsən Tateroğlu) 
 
 Təhlə  şairinin  inancı  tərəkəmə  sözünün  məntiqinə  tabe 
olmaq zorundadır: 
 
Çox şadam, sidqimi bağladım kimə- 
Babam imam kazım əleyhürəhmə. 
Əhdi etibarı Əsəddən kəsmə, 
Şələdə yenilməz bir kalam, ağam (Əsəd Məmmədli) 
  
Tərəkəmə  ruhu  şairlərin  dağlara  şeir  yazmaq  ənənəsini 
şərtləndirmişdir  .  Dağ  obrazının  fəallığı  köç  poeziyasının  əks 
sədasıdır.  Bu  tipli  şeirlərin  sadəliyi  və  səmimiliyi  bir 
Dadaloğlu, Qaracaoğlan havası da gətirir. 
 
Mərdlərlə durub oturdun, 
axırda canan yetirdin. 
Neçə karvanlar ötürdün, 
Vuruban qırmacı, dağlar. (Şair Novruz)                  
Görək Eldar Quluoğlu nə deyir: 
Səndə dövran sürən köksün ötürər, 
Dərdin birin qoyub, birin götürər 
Çərxi fələk dövranını bitirər 
Əzəldən sinəsi cəfalı dağlar. 


Rüstəm Kamal 
 
211 
 
Maraqlıdır:  Bütün  Təhlə  şairlərinin  “dağları”  ayrılıq, 
vidalaşma  ovqatı  üstündə  köklənir.  Bunun  iki  səbəbi  ola  bilir: 
Elatın  psixoloji  yaddaşı  ilə,  Təhləlilərin  təhtəlşüurundakı 
ayrılıq, itki obrazının üstün olması ilə. 
 
Qız qalası, Keçəlqora, Əyriqar, 
Sərkər olub saxlamışam mal-davar. 
Mehman olub burda neçə yay-bahar, 
Dağlar, gəlin halallaşaq, ayrılaq. (Həsən Məşədioğlu)  
 
İki  dünyanın  arasında  vurnuxmaq  Təhlə  kökənli  şairlərin 
metafizik  stixiyasıdır. Olum-ölüm, o dünya  bu dünya  arasında 
keçirdikləri narahatlıq, həyacan bu şairlərin (Arif Mustafazadə, 
Nurafiz,  Allahverdi  Təhləli...)  obraz  dünyasına  formalaşdı-
rıbdır.  Ölüm  yeganə  gerçək  hadisədir  ki,  Təhlə  şairi  onun 
varlığını dərindən  hiss edib  mənalandıra  bilir.  Biçin,  lilli çay, 
bağlı qapılar, dəyirman... o dünyanın işarətləridir.  
 
Fələy ömrə biçinçidir, 
Bir gün biçər, ağrın alım(Qulammirzə Musayev) 
 
Bu dəyirman çaxçaxıdır zəng edir, 
Köç harayı havalanan vaxtıdı(Şahvələd Əhmədoğlu). 
 
Təhlə  şairinin  ən  munis,  qutsal  məkanı    evdir.    “Ev”  Təhlə 
türkü  üçün  varlığının  nişanəsidir,  kosmos  obrazıdır.  Ev  yurdu 
şenləndirmə  simvoludur. Ona görə  də boş ev  milli  fəlakət və 
faciə  kimi  düşünülür.  Bu  mövzu  Nurafiz  poeziyasının  şah 
damarıdır.  Onun  şeirləri  Təhlənin  boşalan,  yiyəsiz,  qapıları 
bağlı evlərinə ağıdır.  
 
Bu kilidli darvazanı 
Qar oxşayır, yağış döyür. 
 


Rüstəm Kamal 
 
212 
 
Giley döyür sükutunu, 
Yad döyürsə, yalnış döyür. 
 
Yaxud 
 
Səhərdən gəlmişəm, qapınız bağlı 
Ay qonşu, de, bizim açar sizdəmi? 
 
Ya da  
 
Boş qalan evlərin işığı yetim 
Qaranlıq eymənin divardan daşdan. 
 
İsa  İsmayılzadənin  yetim  qalan  evinə  Allahverdi  Təhləli 
belə ağlayır: 
 
İsa, bir ev qalıb Qarayazıda 
Yastı balabana oxşayan bir ev. 
 
Çünki, bu ev kişilik, qurur simvolu idi. 
O ev papağıydı Qarayazının 
Başından götürüb tolazladılar (A. Təhləli) 
 
Qəribədir  bütün  şeirlərin  içindən  “yığılmaq-yığışmaq”  feli 
keçir  ki,  təhləlilərin  etnik-mental  düşüncəsinin,  yaşam 
fəlsəfəsinin təzahürüdür.  
 
Əlimdə günlərdən toxunmuş səbət  
Kövrələ-kövrələ yığam onları(Arif Mustafazadə) 
 
Allahverdi Təhləlinin təhtəlşüurunda bu məna kök salıbdır:  
 
Qara-qara qarışqalar 
Yığar şirəsinə tut ağacları 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə