Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə49/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   45   46   47   48   49   50   51   52   ...   63

Rüstəm Kamal 
 
183 
 
 
dirdimin başı batsın, 
başdan çıxartdı məni 
dörd tərəfim daş idi, 
daşdan çıxartdı məni. 
 
yaxud  
 
nahaq könlüm dolandı, 
gözündə su bulandı. 
 
Мяня  еля  эялир  ки,  Qarabağın  söz  landşaftında  epos 
həmişə lirika üçün, gözəlləmə üçün şikəstə-bayatı  üçün darıxır 
(Bunu  milli  nəsrimizin  klassikləri  Ə.Haqverdiyevin  və 
İ.Əfəndiyevin nəsrində də görmək mümkündür. Onların nəsrini 
“nəsrdə  bayatı”  adlandırardım).  Etnik  mifologiyada,  etnik 
tarixdə (məsələn  “Qarabağnamə”lər də)  lirik  başlanğıc  həmişə 
güclü  olub.  Qarabağ  insanının  F.Nitşşenin  təbiri  ilə  desək, 
“faciəsi musiqidən şikəstədən, bayatılar doğulur”. 
Əbülfət Mədətoğlunun şeirləri “şüşə könlün”, şikəstə könlün 
sirləridir,  gizlinləridir.  Sirr  isə  məna    dünyası  ilə  həmişə 
vəhdətdə olur. 
 
 


Rüstəm Kamal 
 
184 
 
ETИMAD BAŞKEÇИD:  
SÖZЦН  ИNANC MƏNTИQИ 
 
Necə ki, ayağı cidarlı atın  
Astarında özgə bir at cıdırır  
Necə ki, tanmu tarlasıdır həyatın  
Hər nə əksən təkrar zəqqum bitirir 
 
Етимад  Башкечид  biзi  ruhumuzun  və  dilimizin  yamanca 
qəribsədiyi  min  yüzillik  Oğuz  şeiri  səltənətinə  dəvət  edir.  Bu 
şeirlərdən  tarixən  hərəsinin  özünəməxsus  ifadə  taleyi, 
emosional  -  emosional  siqləti  olan  türk  -  osmanlı  -  türkman- 
azəri  şeirinin  «müştərək  işbirliyini»  -  интонасийа  stixiyasını 
hiss  etdim.  Etimad  Başkeçid  hər  üç  möhtəşəm  və  mükəmməl 
stixiyanı  nəinki  canı-ганы  ilə  yaşamış,  həm  də  yazıya  ötürə 
bilmişdir. Sevgili ləhcələrimizin etnik və поетик düşüncəmizin 
potensialından  yaradıcı  surətdə  yararlanmaqla  qrammatik 
formalarla  obrazların  konturunu  və  miqyasını  эюстяря 
bilmişdir. Oğuz dilinin (və şeirinin qutsal normasının «məna və 
obrazların  чаьдаш  şeirimizin  тохунмасына  йеридя  bilmişdir. 
Кlassik  şeirimizin  dil-üslub  imkanları  üçün  öz  mətnlərində 
yeni, тякрар istismar məkanı yaratmaьı və юзцнямяхсус süjet 
məntiqi qurмaьы bаъармышдыр. 
Etimad  Başkeçid  əski  şeiрimizin  məna  çevrəsini  bizə 
yenidən  tanıtmaqla,  bizi  qutsal  mənaların  və  sözlərin  «estetik 
oyununa»  (Filip  Laku-Labart)  dəvət  edir,  bu    «estetik  oyuna» 
qatılmış sözlər şeirin akustik bütövlüyünü pozmur, əksinə - elə 
sintaksisə gətirib çıxardır ki: 
 
Sən ki, Cahangirsən, 
Öfkəsiz olma 
Arala qapını, arasını gör - 
Mətləbi dizində qalmış fənanın 
Libasını düşür, yarasını gör- 


Rüstəm Kamal 
 
185 
 
 
bununla  da  əslində  oxucu  (dinləyici)  üçün  poetik  mətnin  yeni 
energetikasını  hazırlamış  olur.  Mətndə  müəyyən  arakəsmələrə 
rast  gəldikcə  düşünürsən  ki,  şair  sanki  mənalar  arası  əlaqələrə 
gərəyincə  diqqət  yetirməmişdir.  İnsafən  Etimad  məhz  elə 
bağlantılarla  (məna,  intonasiya)  keçid  yaradır  ki,  mətndə 
pauzalar,  boşluqlar  görünmür,  şeir  birnəfəsə  sona  yetir, 
ilkinliyə  ilk  bəndə,  satirəyə  qayıdır.  Etimadın  şeirlərində  bir 
çox  deyim  -  ifadə  elementləri  başqaları  ilə  uzlaşmayaraq 
(yaxud  yalnız  mənaca  uzlaşaraq)  təcrid  olunsa  da,  həyacanlı 
duyğusal  danışıq  effekti  yaradır,  bilavasitə  həmsöhbətə 
ünvanlanmış  olur.  Mənalar  dünyasına,  ontalogiyaya  dərindən 
bələdlik, geniş  improvizə  imkanları  və əski Oğuz şeirinin ritm 
və  ölçüsü  üstündə  sözü  eydirmək  E.Başkeçidin  bir  şair  kimi 
sənətkarlıq səviyyəsinin göstəricisinə çevrilir. Etimadda şaman 
- sufi ruhu nə qədər güclüdürsə, şeirlərinin obraz strukturu (səs, 
ritm  palitrası  da!)  bir  o  qədər  sirlidir.  Bəzən  şair  sürrealist 
dildən təhtəhşüur axınından. 
 
bu qara qışa qənim 
tumurcuq alayı, 
ağacın dalları səpmiş üzdən dolayı. 
tumurcuq kimisən sən də, 
hələlik tən içrə tənsən.  
don vurmasa, ya sərçələr dimdikləməsə,  
xəyallar necə şəkillənir, görəcəksən. 
 
Təbiət  hadisələri,  adi  dünyanın  fərqli  obyektləri  avtonom 
bir.  Gerçəklik  kimi  deyil,  təbiət  və  əşyaları  insan  ömrünün, 
metafizikasında  sözlərin,  adları  abstraksiyaları  kontekstinə 
daxil edilir.  
Etimad Başkeçid simvolları, obrazları poetik dil sistemindən 
qətiyyən  kənara  çıxartmır,  uzaqda  saxlamır.  Onun  zəngin 
təxəyyül məntiqi və inanc məntiqi parlaq ilğım effekti yaradır. 


Rüstəm Kamal 
 
186 
 
Dil  (Jak  Lakana  görə,  təhtəlşüurun  strukturu  dil  kimi  təşkil 
olunubdur)  Təhtəlşüuru  nəzarət  edən  sistem  kimi  çıxış  edir, 
(ona görə də) şeirlərin bətninə yeridilən obrazlı (məna) klişeləri 
«tale  -qədər  mətni»  yaratmağa  xidmət  edir.  Fatalist  ruhlu  bu 
şeirlərin  obraz  -  deyim  qatları  yozularsa,  acımasız  qədərin 
fəlsəfəsi tam aydınlığı ilə ortaya qoyular. 
Etimad  Başkeçidin  aşağıda  örnək  gətirdiyim  sətirlər 
şeirlərinin semantik yükündən - «barxanasından» xəbər verir:  
 
sənə tolazlanan daşları yığıb  
bağrının başına sıxmaqdan gözəl  
dünyanın məğzini kimsə demədi  
balığa əylənən qarmaqdan gözəl  
..rüzgar мiqabım teylər laməkan  
alaçiy dostumun üzü görükməz...  
…eynin bir cocuq misalı ölümsüz,  
cocuq dilimin ucundakı söz misalı... 
 
Müxtəlif  inanc  obrazlarının  və  motivlərinin  transformasiya 
oxucuda  müəyyən  bilgilər  (yaxud  hermenevtik  şərh  təcrübəsi) 
tələb edir. 
Məsələn götürək bu eiri:  
 
Qıqdırın əyyaşı, acı miskini,  
Əti pendir - çörək, qanı çaxırdı  
Tamu əzabından, tanrı xofundan  
Cəllad baltasının zəhmi ağırdı 
 
Bu,  «rəbbin  süfrəsi»  adlı  mərasimə  bir  işarədir.  Bildiyimiz 
kimi, İsa Məsihin çarmıxdakı ölümnən, bədəninin qırıldığını və 
qanının  töküldüyünü  anmaq  üçün  ona  inam  edənlərə  çörək 
bölüb  yeyir  və  cəmiyyət  üzvləri  arasında  dolandırılan  bir 
kasadan şərab içirlər. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə