Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə48/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   44   45   46   47   48   49   50   51   ...   63

Rüstəm Kamal 
 
179 
 
 
Nənəm susdu o gün, 
sükutu elə  
Köhnə qapımızda 
kilidə döndü. 
 
Nurafiz  дя  «гапы»  həmişə  килидли,  баьлы  təsvir  olunur, 
sanki 
“bu 
dünya”dan 
“o 
dünya”ya 
keçməyin 
mümkünsüzlüyünü yazır. "Bağlı qapı", "kilid" kimi simvolların 
mətnlərdə  işlənmə  tezliyi  dediyimin  təsdiqi  olmalıdır.  «Köhnə 
ev»,  «yiyəsiz  ev»,  «uçuq  ev»  şairin  xatirələrndə  tanatoloji 
estetikasının vacib işarələridir. 
 
Köhnə evimizin qapısı bağlı,  
Nisgili, kədəri hələ oyaqdır.  
Köhnə evimizin qəmli nağılı,  
Təzə evimizdə bizə dayaqdı. 
 
yaxud  
 
Qocaların ümidi  
davadan üzü bəri  
yiyəsiz ev kimi sökülüb gedir. 
 
Nurafiz  xatirə-yaşantı təcrübəsini dilimizin  poetik təcrübəsi 
ilə birləşdirməyi bacardığından dərdini sözlə yaza bilibdiр... 
 
 


Rüstəm Kamal 
 
180 
 
ƏBÜLFƏT MƏDƏTOĞLU: 
ŞEИR KИŞИ  SИRRИ KИMИ 
 
Çay  öz  axarını,  öz  qollarını  seçən  kimi,  sözlər  də  şeirin 
sınırlarını, təhkiyə istiqamətini elə seçir.  
Poetik  sistem  poetik  jestlərin  вя  интонисийанын  sabit 
sistemidir. Poetik  sistem  insanın tikib  yaşadığı ev  kimidir - öz 
evinə elə öyrəşirсян ki, başqa yerdə qala bilmirсян, darıxırсан.  
Шаир  цчцн  пoetik  sistem  də  belədir  -  öyrəşirsən  -  dəbdə 
olan,  tez-tez  dəyişən  cərəyanlara,  üslublara  fikir  versən  də, 
yenə  də  öz  “evinə”  -  öz  sisteminə  qayıdırsan.  Bu,  şair 
şəxsiyyətinin  bütövlüyünü  göstərir.  Ə.Mədətoğlu  öz  sistemini 
qurmuş və mənimsəmiş dəyərli şairlərimizdəndir. 
Ə.Mədətoğlunun лирик “Məni”o qədər zərifdir və güclüdür 
ki,  süni,  psevдоpatriotik  “biz“я  йер  yoxdur.  Hər  yerdə  yalnız 
özüdür,  yalnız  “mən”-dir.  Onun  şair  поетик  təbiəti  о  гядяр 
йумшагдыр  ki,  sözləri  qətiyyən  incitmir.  Sanki  hər  söz,  hər 
qafiyə  şeirdə  öz  yerini  tanıyır,  öz  dəyərini  bilir.  Əbülfət 
Mədətoglu  sözlərlə  kişi  evə  təzəcə  gətirdiyi  qız  kimi  çox 
utancaq, çox incə назик davranır: 
 
üzülmüşəm içimdən 
kirpikdən qopan yaştək. 
 
O,  şeirləri  sanki  dодаьында,  sakitcə  pıçıltıyla  səsləndirir. 
Kişi sirrlərinin bədii etirafları kimi! 
 
yuxunun şah damarı 
üzülür, çiliklənir. 
yanınca həsrət gəzir 
kölgəmdə günlüklənir. 
qısqanıram. 
 


Rüstəm Kamal 
 
181 
 
Onun  ömür  və  yaradıcılıgı  fəlsəfəsi  sevginin,  yaşın  və 
qocalığın gətirdiyi anlamlardan, mənalardan ibarətdir. O, qadın 
yaddaşında 
unudulmaqdan, 
itməkdən 
qorxur. 
Əbülfət 
Mədətoğlu  “Min  bir  gecə”dəki  Şəhrizad  kimidir:  ölümün 
varlığını  unutmaq  üçün  севэи  xatirələrini  danışır.  Bəlkə  də 
sabaha ümidini, sevgiни bir az da artırmaq və uzatmaq üçün bu 
şeirləri yazır? 
 
gözlərimin  
işığı  
düşür gözünə - 
səni yuxudan oyadıram. 
 
Şair  sözünün  bir  ünvanı  (adresatı)  var:  içindəki  sevdiyi 
qadınların  «Səni»dir.  Чünki  йахшы  bilir:  «Mən  -  sən»  olanda 
sevgidən danışmaq olur. 
Onun  yaddaşı  sevdiyi  qadınlara  emosional  portretini 
yaratmaq  gücündədir.  Onların  jest-mimikaları  detallarla  bədii 
duyğulu, səmimiййятля təsvir olunur. 
 
gözlərin dolubdu qan çanağı tək 
məni ağlayırsan - üzümə ağla 
 
dar bir köynək geymisən, 
nar sıxılır sinəndə  
nəsə tilsim etmisən  
bar sıxılır sinəndə  
 
taleh güzəşt eləmir, 
boynunu buranlara… 
sən də sil gözlərini 
namaza duranlara- 
qoşul, ağlama məni… 
 


Rüstəm Kamal 
 
182 
 
Bu zaman sözün obrazını öncə emosiya сакитлийи yaradır, 
sözün  эцъц  emosiyanın  azadlığı,  etirafların  sınırları  qədərdir. 
Şeirlərin ritmi,  mənası,  fəlsəfəsi  içindəki    yaddaşın  emosional 
məntiqindən və fəlsəfəsindən asılı олур. 
Əbülfət  Mədətoğlu  sözün  intonasiyasını,  havasını  dürüst 
kökləмяйи  баъарыр.  Bu  заман  deyimlə  ovqat  bir  «dalğada» 
olur, bir “vəzndə” olur. 
 
təkcə bir sevgi bəslədim, 
o da xəzələ bükülər. 
 
Онун  erotik  чаларлы  folklor  obrazın  da  bir  işıqlı  kişi 
ehtirası  sezilir.  Kişi  ehtirası  qətiyyən  həddini  aşmır,  çünki 
obraz yaşantısı хатиря kədərи ilə qarışıqdır. 
Kişi  etirafları  saxta  pafosla,  yüksək  bəlağətlə  yüklənmir, 
buna sadəcə  içindəki  bayatı  imkan  vermir. Öz pıçıltılarını özü 
eşidə  bilir,  çünkı  öz  ürəyinə  çox  inanır.  Bu,  lirikada  vacib 
şərtdir.  Duyğuların  səmimiliyini  və  şeirlərin  təbiiliyini    təmin 
edən də məhz bu inanc hissidir. 
 
dilim yanında lalsa -  
tapşır məni fələyə.  
 
Onun sevgi poeziyasında qəribə bir kişi nəzakəti var. Amma 
bu kişi nəzakətinin və zərifliyinin arxasında güclü iradə dayanır 
- əks halda şeirlər yazılmazdı və söylənməzdi. 
Ябцлфят  Мядятоьлунун  lirik  ehtirasları  kövrək  kışı 
xatirələrindən  və  sirlərindən  düzülüb  qoşulur.  Bu  ömür 
dastanının  sujetini  yaddaşdakı  görüş  və  ayrılıq  zamanı  təşkil 
edir.  
Əbülfət  Mədətoğlunun  şeirləri,  беля  демяк  мцмкцнся, 
«epik  bayatı»nın  qırıntılarıdır.  Misralar,  deyimlər  арасында 
bayatı rüzgarı şikəstə dolaşır.  


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə