Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə46/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   42   43   44   45   46   47   48   49   ...   63

Rüstəm Kamal 
 
171 
 
Onu  da  deyək  ki,  çağdaş  şeirimizin  İslam  fəlsəfəsindən 
qaynaqlanması  və  klassik  və  xalq  təsəvvüfünün  obraz  və 
motivlərindən  yararlanması  xüsusi  araşdırma  tələb  edən 
maraqlı  mövzudur.  Bu  yöndə  çalışan  bir  neçə  şairimiz  var  və 
düşünürəm ki, onların yaradıcılığı yeni dövr poetik sənətimizin 
üslub  proqramını  zənginləşdirir,  həm  də  ən  vacibi  -  fəlsəfi 
mücərrədliyin  yeni  etik-estetik  dərəcəsini  və  simvolik  dilə 
müraciətin  yeni  və  maraqlı  səviyyəsini,  eləcə  də  sakit 
meditasiyaya məntiqi keçidini nümayiş etdirir. 
Şaiq Vəli şeirlərində bir cənnət xiffəti, cənnət nisgili çəkən 
bir  ruh  halı  cızar.  Sirr,  gizlilik  dalınca  düşməsi  də,  "poetik 
sərxoşluğu"  da  burdandır.  Mey  -  şərab,  bahar  mehi,  "güzgü 
gözlü"  sular  kimi  obrazlar  həmin  nisgilin  fantazmıdır.  Ola 
bilsin  ki,  gün-güzəran  qayğılarına,  bu  yalançı  dünyanın 
ilğımına başı qarışmış şairin bunlardan xəbəri yox... 
Şaiq Vəlinin ömür və yazı fəlsəfəsində "sultan - gəda", "var-
yox"  təsəvvüf  qarşıdurması  önəmlidir.  Bir  şeirində  sinekdoxa 
vasitəsiylə öz xamlığını - gədalığını boynuna alır: 
 
Görmür küllükdə gül bitirəni 
Şaiq Vəli xam, xam! 
 
Bir  şeir  bəndində  bir  "güllə"  ilə  bir  necə  ritorik  fiqur 
(metafora,  sinekdoxa,  təkrir)  "vurulur".  "Çılpaq",  lakonik 
misralarda klassik mənanın təptəzə qatları açılır: 
 
Könlü viran - Bağdad,  
Qəm, qəm!  
Haray, könlü Məkkə,  
Dad, dad! Ruhu Şam, şam! 
 
Bu beytdə əski Xorasan türkman şairlərinin (Həsənoğlunun) 
nəfəsi olması gərək: 
 


Rüstəm Kamal 
 
172 
 
Nigaranam bu nə nigar ki? 
Bilməz bu halı, halım ağlayır. 
 
O,  klassik  şeirimizin  obrazlı  sisteminin  (gül,  qönçə,  mey, 
meyxana,  şərab,  saqi,  meh,  bülbül,  axan  sular...)  "ağzını  geri 
qanırıb"  özünün  ezoterik  sırasını  yaradır.  Məsələn:  poetik 
yaddaşımızın  bir  küncündə  "solub  soluxan"  gül  obrazı  Şaiqin 
şeirində  ("Gül  bitib  ürək  çatında")  yeni  duyğusal  yozumlar 
qazanır: 
 
Budaqda gül - tac 
Gül - ismət, 
Gül - şan. 
Bu nə gülüstan, bu nə gülşən?! - 
Bülbül köksü qan... 
gül gülür, gül şən... 
Şərab süz, dostum, mənə şərab süz! 
 
Şaiqin şeirləri o qədər şəxsi - intim hadisədir ki, bu şeirləri 
ancaq  özü  söyləməlidir  (Görəsən,  başqaları  onu  necə 
əzbərləyib söyləyir? Bılmirəm...). 
Şaiq  Vəlinin  şeirləri  magik  poeziyanın  nümunəsidir.  Tək-
rirlər,  alliterasiyalar  və  sözlərin  səsə  görə  birləşməsi  effektli 
ovsun priyomlarıdır. 
 
Derdim: verəcəyim, alacağım var,  
Şəbnəm tacına əncə, dərdim. 
Dərdim incə 
İncə dərdim. 
Dərdim, yox, yox! 
 


Rüstəm Kamal 
 
173 
 
Bu  şeirlər  əslində  şaman  mətnləridir.  Onun  söyləmələrində 
bir  şaman  ovsunlarının  dramaturgiyası  var.  Şamanizmin  bir 
səciyyəvi nümunəsinə - "yerində fırlanma"ya çox yer verir: 
 
Yer alıcdır dağlar - göy dəlir... 
 Dünya bir atlıdır - gör dəmir... 
 Minillər dənidir göyəri, 
 Mən göyərən dəndən sərxoş! 
 yaxud: 
Axıb gedər sular  
Sular güzgü gözlü... 
 
Ovsun mətnlərində olduğu kimi, şair özündə şaman gücünü 
artırmaq üçün şeirlərinin  müxtəlif yerlərində "Şaiq Vəli" adına 
dönə-dönə  müraciət  edir,  söz  və  ad  hadisələrin  səbəbkarı  və 
ünvanı olur. 
 
Yurdun dərdləri çin-çin, Şaiq Vəli  
Ərləri, ərənləri min-min, Şaiq Vəli 
 Qiyamət günüdür! Qələmin, 
 Şaiq Vəli, Çarmıx, ən uca dar ağacın! 
 
Təkririn  anafora  növü  şeirin  magik  effektini  gücləndirməsi 
gümanındayam: 
 
Taleyin, qismətin yolları 
Ah, dolam-dolam.  
Boynumda həsrətin qolları – 
Taleyin, qismətin yolları 
Ah, dolam-dolam. 
 
Yaxud  şəxs  əvəzliyinin  anaforası  ritorik  sualları  necə 
nizamlayır: 
 


Rüstəm Kamal 
 
174 
 
Mən bu çağın nəyiylə yarışım? 
 Mən bu torpağın nəyiylə qarışım? 
 Mən bu dünyanın nəyilə barışım?  
 Puç, puç, meyxanəçi! 
 
Şaiq Vəlidə səs və söz təkrirlərinin  mənayaradıcı imkanları 
o  qədər  genişdir  ki,  sözün  magik  sehrini  şərtləndirir.  Əslində 
səs  instrumentovkası  (ritm,  temp,  pauza,  alliterasiya)  bütün 
əsas obrazların tonal - melodik təşkilini və vəhdətini yapır: 
 
Yanaqlar qonça-qonça, 
Xatirələr xonça-xonça,  
Ürəyim sanca-sanca, 
Sızlaram qanca-qanca. 
 
Bu yerdə nədənsə yadıma bir hana nəğməsi düşür: 
 
Oxu, hanam,              Qonça güllər, 
Oxu, hanam.              Toxu, hanam. 
Xonça güllər,             Toxu, hanam. 
 
Şaiq  Vəli  təkrarların  semantik  və  vəzn-ritm  səviyyəsində 
fəal oyununu ustalıqla təmin edir, təkrarın elementar fiquruna - 
anakolona  (mübarək...  mübarək,  sağ  ol...  sağ  ol...)  müraciət 
edir. Bu fiqur şükranlıq və öymə obyektinin  vəhdətini yaradır. 
Və  bu  cür  təkrarların  mahiyyətini  fransız  filosofu  Jil  Delez 
dürüst  açıqlayır:  "Təkrarlama  özlüyündə  zamanın  sintezidir  - 
zamanın "transendental" sintezidir". 
Təkrar  zamanüstü  sferaya  semiotik  daxilolma  forması  kimi 
Şaiq  Vəlinin  bütün  poetik  sistemini  müəyyənləşdirir  və 
şeirlərinə bir sakrallıq (qutsallıq) gətirir. 
 
Tənha dərd qoşalaşdı, 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə