Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə43/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   39   40   41   42   43   44   45   46   ...   63

Rüstəm Kamal 
 
159 
 
Bütün  simvolik  işarətlər  (saat  əqrəbləri,  çərçivədə  şəkil, 
xatirə  lövhəsi)  ölüm  zamanının  ifadəsidir.  Doğum  günü  də 
ölüm günü ilə eyniləşdirilir: 
 
Axx, ölüb gedəsən doğulan kimi,  
Böyründən keçəsən elə bu ömrün. 
 
Шаирин  metafizikasında  ölüm  insanın  olmadığı  hüduddur. 
Ölüm  məkanыnın  hüdudu  başqasının,  yaxud  məchuлluğun 
hüdududur. Ancaq qəribədir: 
Salam bu məchulluğu görə və danışa bilir. 
 
Yel əyə bilməzdi bu ağacları,  
Yarpaqlar özləri yelə dartılır. 
 
Salamın  şeirləri  hadisədir.  Şeirlərin  məzmununу  тяшкил 
едян  hadisəni  nəzərdə  tutmuram.  Şeir  özü  hadisədir. 
O.Mandelştam  (L.Ginzburqun  xatirələrinə  istinad  edirəm) 
deyirdi: "...şeir təsvir ola bilməz. Hər bir şeir yalnız hadisə ola 
bilər".  Hadisə  mənanın  yazı  məqamında  /  oxu  zamanı 
açılmasıdır.  Məna  hadisə  ilə  birgə  zühur  edir.  Salamda  hadisə 
insanın  gözlənilməz  simvolik  predmetlərlə  təması,  yuxularla 
görüşüdür.  Görüş  isə  qeybdən,  boşluqdan  gələn  səsləri 
eşitməklə  mümkündür.  Bu  baxımdan  Salamın  çox  həssas 
qulaqları var. 
Azərbaycanın dəyərli şairi Salam Sarvan o şeirləri yazıb ki, 
onu ancaq anası ağlayıb söyləyə bilir, ya da adamlar gözləri yol 
çəkəndə əzbər pıçıldaya bilər… 
 
 


Rüstəm Kamal 
 
160 
 
МЯММЯД ДЯМИРЧИОЬЛУ:  
ДИЛИН ИНАНЪ ЙАДДАШЫ 
 
Тясадцфян  (deyəsən,  «Dəli  Kür»  гязетинdə  иди)  gözümə 
sataşmış  aşağıdakı  şeir  Məmməd  Dəmirçioğlundan  söz  açmaq 
sevincini mənə yaşatdı: 
 
...Leysan olur göylərdəki hay-həşir,  
Külək döyür, şöy vələsиr gəməşir,  
Quzeylərdə buz bulaqlar göynəşir,  
Dodağımla qovuşmasa, ovunmaz... 
 
Onun rəssam gözü ilə gördüyü (mən deyərdim ki, eşitdiyi!) 
bu  dünyanын  bütün  obrazlarında  щяр  detalынda  bir  fanilik-
ötərilik,  bir  axirət  havası  yaşayır.  Onun  "Etüd"  şeirində  belə 
ахирятин, гейб аляминин mistik enerjiсиnı hiss edirsən: 
 
...Yuyub getdi o dağların daşını,  
Görəmmədin gözlərimin yaşını.  
Bağçanızın ayağını, başını  
Yarpız-yarpız öpüb gedən çay məнəm... 
 
Məmməd  Dəmirçioğlu  «o  dünya»  ilə  daim  simvolik 
əlaqədədir.  Güzgü  («Güzgü  dalынda  ovçular  bəzəkli  quşlar 
oxuyur»),  pəncərə  («Pəncərə  tək  açılıbdı  bağ  çaya»),  körpü 
(«Səhər  doğulunca  gecə  can  verir»),  karvan  kimi  obrazlar 
Məmmədin  (özü  də  bilmədən)  iki  dünyaныn  arasынda 
qərarlaşmasmdan xəbər verir. 
M.Dəmirçioğlunda  səs  obrazları  «o  dünya»nın  «bu 
dünya»ya  işarəsidir,  replikasıdır.  O,  səsləri  sadəcə  eşitmir, 
qeybdən  gələn  xəbər  kimi  mənalandırır.  İsaq-Musaq  quşunun 
oxuması, pəncərədən dolan durna səsi... «o dünya»nın simvolik 
işarələri deyilmi? 


Rüstəm Kamal 
 
161 
 
 
... Kövrəlib kəklik dilində  
Haray-həşir salan daşam... 
 
yaxud 
 
... Bu durnalar payıza  
Haramdan köç eylədi?  
Dimdiyində qırıb səs,  
Yaramdan köç eylədi... 
 
Türk  dünyasныın  mənəvi  öndərləri  -  Yunus  Əmrə,  Seyid 
Nigari, Şah Xətai, Qaracaoğlan, Pir Sultan Abdal... onun inanc 
düşüncəsinin, şeir ruhunun bəslənmə və tənəffüs qaynağıdır. 
Əski  türk  təsəvvüf,  ozan-saz  şeirinin  vurğunu  və  aşiqi 
olduğundan, Yunus Əmrədən sevgi və xoş rəftarı, Mövlanadan 
insan  olmanın  önəmini  qavradan  təsəvvürlər,  el  şairlərinin 
sayğılı  kəlamları,  İncə  dərəsində  Hacı  Mahmud  Əfəndi 
müridlərinin «ya hu!» səsləri poetik ləhcəsinə və davraныşынa 
yansımışdır. Poetik nitqin içində bir nəqşbəndiyyə rüzgarı əsir. 
Şeirlərinin  fəlsəfi  qatынdakı  xalq  sufiliyini  ləhcənin  yaddaşı 
çəkib gətirir. 
 
Haqqa varan haqq suları,  
Bu ümmanlar dolurmu ola? 
 
Məmməd  Dəmirçioğlu  insanlığa  könül  verən  bir  şairdir: 
«Mənim işim könülдəndir» deməsində haqlıdır. 
Məmməd  Dəmirçioğlunun  şeirlərində  Allah-Dünya-İnsan 
üçlüyü  birlik  içindədir.  О,  həqiqət,  eşq,  könül,  nəfs  kimi 
insanın  gerçək  yaşamынı  ilgiləndirən  dəyərləri  özünə  mövzu 
seçiр. 
 
... Yazdığım şeirlər qul xatasıymış,  


Rüstəm Kamal 
 
162 
 
Allah, kərəm eylə, qulların yazıq... 
 
Dəmirçioğlunun 
şeirlərinдя  karvan-köç-axirət  sevdası 
эцълцдцр.  Görəsən,  onun  varlığına  hər  şeyin  ötüb  keçməsi 
düşüncəsinin, «bu dünya»dan «o dünyaya» köçmə ovqatının бу 
гядяр hakim olması nədəndir? 
 
...Könlümü ovudum hansı dildə mən,  
Ruh göyə tələsir, can köçhaköçdə... 
 
yaxud 
 
... Pəncərəndən durna səsi doldu, bax,  
Köçüb gedən qatarını say, mənəm... 
 
Xalq  sufiliyində  doğum  (əvvəl,  başlanğıc)  yox,  ölüm  (son, 
axır) önəmlidir. Məmməd Dəmirçioğlu şairdir - onu yolun sonu 
düşündürür, onun ölümdən danışması qətiyyən təəccüblü deyil. 
 
... Yцz yalvar, yüz yol çağır,  
Neyləsin, Allahfağır?  
Göydən yağışlar yağır,  
Göylərdə daş ha yoxdur... 
 
Dəmirçioğlunun  şeirlərində  sözün  magik  təsiri  -  effekti 
duyulandır.  Bu  şeirlərin  mayasında  -  cövhərində  bir  Tanrı 
diləyi,  bir  könül  duası,  bəşər  övladının  bir  xoş  niyyəti  durur. 
Bu  şeirlərin  səslənməsi,  strukturu  və  simvolikası  bütövlükdə 
auditoriyaya magik təsiri təmin edir. 
 
... Göylərdi saxlayan yeri,  
Göyləri Allah saxlasın.  
... Qonaqcaлы-qaravalı  


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə