Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə39/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   35   36   37   38   39   40   41   42   ...   63

Rüstəm Kamal 
 
142 
 
 
MƏMMƏD İLQAR: ТЯЪНИС  
ВЯ ЙАШАМ ЯХЛАГЫ  
 
Ənənə  sadəcə  hazır  поетик  formaların,  məlum  janr 
qəliblərinin,  ядяби  örnəklərin  nəsildən-nəslə  ötürülməsi  deyil, 
mahiyyətin,  prinsiplərin  эяляъяк  нясля  çatdırılmasıdır. 
Düşünürəm  ki,  milli  sərbəst  şeirimiz  də  (rus,  Avropa  sərbəst 
şeirinin  pozuq  tərcüməsini-imitasiyasını  demirəm)  qoşmanın, 
gəraylının “köynəyindən keçməlidir”. 
 
 
Yetər, şərqi dedik şərin adına, 
 
And olsun bu Göyün, Yerin adına, 
 
Hər nə ki, yazmışıq şeirin adına, 
 
Köküdü, zatıdı, əslidi qoşma! 
 
Məmməd  İlqarын  сюзц  sübut  edir,  милли  щеъа-гафийя 
ənənənin gücü-enerjisi hələ tükənməyib, hələ deməyə sözü var.  
Qoşma  (“qoşma”  deyəndə  щеъа  şeirimizi  nəzərdə  tuturam) 
йалныз  etnik-ədəbi  kimliyimizin  göstəricisi  deyil,  щям  дя 
poetik  təfəkkürümüzün  obrazıdır.  O,  bu  obrazı  məhəbbətlə 
yaşadır.  Dədələrimizin  qoşma  emosiyası  ondadır.  Ömrünün 
bəraəti  üçün  elə  bu  kifayətdir.  Məmməd  İlqar  qoşmanın 
Kərəmidir. 
Məmməddə  Илгарда  təqvim  -  заман  konkretliyi,  салнамя 
dəqiqliйи  yoxdur.  Ömrün  мигйасы  ölçüsü  ontoloji  detallarla 
(”Anamın  saçının  qara  vaxtları”),  yaxud  mərasim-mövsüm 
zamanı ичиндя təsəvvür olunur.  
Şairin  zaman  qavrayışı  tərəkəmə  -  елат  insanının  zaman 
qavrayışıdır(“İsmayıl  biçiləndə  doğulub”,  yaxud  ”Əhməd 
əsgərlikdən  gələndə  tut  yetişmişdi”.  О,  müharibənin 
başlamasını belə xatırlayır:”Oba biçindəydi o yay səhəri”;  


Rüstəm Kamal 
 
143 
 
Məmməd  İlqarda  nəqarat-havacat  sözdən  öncədir. 
Sözün 
məna  ağırlığı  səsin  üstünə  düşür.  Bу,  щavacatın,  qımqımının, 
ilkinliyi,  şifahi  nitqin  üstünlüyü,  əzəli  olduğu,  ovsun-dua 
qatının saxlandığı yerlərdə mümkündür.  
 
  Başımız ərşə dəysin, 
  Dağ olun aatamanam. 
  Həmişə gözü-könlü 
  Tox olun atamanam. 
 
Шифащи  sözün  daşıyıcısı  olan,  havanı  yazıya  köçürяn 
Məmməd  İlqarın  təcnisə  -  dil  ustalığı  və  xüsusi  sənətkarlıq 
tələb  edən  бир  janra  səbri,  sədaqəti  hörmətə  layiqdir.  Təcnis 
тябияти  аз  юйрянилмиш  бир  janrdır.  Təcnisin  söylənməsi 
insanı şərdən - yamandan qoruyur (Тяяссцф ки, тяънис кими 
bir  çox  magik  janrlar  yaddaşımızdan  silinib  gedir...)  Təcnis 
Məmməd  İlqarın  poetik  nitqinin  mifoloji  -  маэик  xarakterini 
göstərir.  
Məmməd İlqarda sözün jest-mimika mahiyyətini duymaq və 
ону təqdim etmək həssaslığı чох güclüdür. Sözün qeyri-verbal 
ifadəsi  arxaik  düşüncənin,  dilin  ritual  funksiyasını  itmədiyini 
bildrir.  O,  чаьдаш  Азярбайъан  шеириндя  əski  poetik  nitqin 
sonuncu daşıyıcılarından biridir. 
 
 
…Mənim sözüm haqq yolunda şəhiddi 
 
Ad çəkmirəm, az yerində burcu gəl. 
 
yaxud: 
 
 
…Baş yorduq ki, başımızı düzəldən, 
 
Demədik ki, dirsək göstər, dırçı gəl! 
 


Rüstəm Kamal 
 
144 
 
M.İlqar  təcnisləriндя  də  jestləri  görümlü  edir,  jestləri 
qafiyə-cinas müstəvisinə çıxardır: 
 
 
Dil tökdün Məmmədə - ay belə... Filan 
 
Göydə Günəş belə, Ay belə, Filan... 
 
Məni tən yanıltdın ay belə Filan 
 
Sənə neyləmişdim ay belə, belə!!! 
 
Məmməddə  ilk  baxışdan  istənilən  sözün-adın  qafiyə,  cinas 
potensialını,  alliterasiya,  assosiativ  məna  imkanlarını  tanıması 
da  danılmazdır.  Fikrimizin  təsdiqi  üçün  bir-  iki  misal  gətirək: 
“Ağamalı qardaşım, Ağlamalı qardaşım”, “Acaloğlan, acal 
gəlir də gəlsin...”, yaxud Murad Köhnəqalaya xitabən yazdığı 
şeirdə : 
 
 
Qədim qalannardı köhnə qalalar, 
 
Təzə nə qalacaq bizdən, ay Murad? 
 
Məmməd  İlqarın  şeirlərində  bəyəndiyim  bir  cəhət-  təzad-
lardan saxta fəlsəfəçilik üçün istifadə etməməsidir. Onda təzad 
şeirin təbii struktur elementi, “fəlsəfə daşı” kimi çıxış edir: 
 
 
Köhnə dostdu- 
 
Təzə kədər... 
 
Ömür nədi? 
 
Qəza-qədər.. 
 
yaxud: 
 
  ...Hamı məndən ağıllı- 
     Gəzirəm dəli kimi. 
 


Rüstəm Kamal 
 
145 
 
Məmməd  İlqarın  məkan  duyğusu  fərqliдир,  yəni  онун 
məkan  образы  varlıq-yoxluq  arasındadır.  Bilmirəm,  bu, 
təhtəlşüurun  diqtəsidir,  yoxsa  yaşam  fəlsəfəsindən  gələn 
qənaətdir?  Onda  məkan  obyektləri  ölüm  (tanatos)  işarəlidir. 
İncə  dərəsi  йалныз  şairin  doğulduğu  yer  deyil,  həm  də  сон 
мянзилин адыдыр 
 
  Qucağında qəbir yerim gözləyir, 
  Qəbirləri qucağında bir eldi. 
 
Onun  məkan  instinkti  istiqamət (yön, sarı, tərəf)  meyillidir. 
Бахышларынын йönü yurda, dağlara, Tanrıya tərəfdir. 
 
 
Yönü vətən sarı, qərib bir qoca 
 
Bayatı çağırır: eləmi dağlar? 
 
və ya 
 
Hər anım sənə sarıdı 
Bir yanım sənə sarıdı 
Ta yönüm sənə sarıdı 
Ta vaxtım sola hərlənir 
 
Sözün  омонимли  qafiyəyə  meyl  etməsi  həm  peşəkar 
təcrübədən, həm də içindəki genetik səs stixiyasından gəlir. Bu 
həm də Azərbaycan şerinin (qoşmanın, gəraylının, bayatının...) 
hünəridir.  
Məmməd  İlqarda  qafiyə  özbaşınalığı  yoxdur.  Çağdaş 
şerimizdə  bir  neçə  belə  şair  var  ki,  ənənəvi  qafiyədə  öz 
azadlığını  rahatlıqla    hiss  edir.  Şeir  məkanında  qafiyə 
pərakəndəliyinə və ifratçılığına rast gəlməzsən.  
 
 
Sizdən ayrılalı kiməm, gör nəyəm.... 
 
Bir parça ürəkdə min ölüm oldu 
 
Ağlama, ay bulud, mən də kövrəyəm, 
 
Mən ölüm ağlama, “mənölüm” oldu 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə