Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə38/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   34   35   36   37   38   39   40   41   ...   63

Rüstəm Kamal 
 
138 
 
Yaşarın  bir  nasir  kimi  dəyərli  cəhəti  ondadır  ki,  etnoqrafik 
situasiyaya,  kənd  həyatının  bir  detalına,  replikaya  simvol 
statusu, mifoloji məna verə bilir. (“Oğul” hekayəsində quzular 
-  “Deyəsən,  bu  quzuları  yetim  qoymusan?”  “Canavar”  da 
canavarın təqibi və s.) 
Yaşar  üçün  yalnız  ataların  məkanı  (dünyası)  mövcuddur. 
Yaşar  üçün  ölüm  -  olum,  yuxu  -  oyaqlıq  arasında  vurnuxan, 
rahatlıq tapmayan, yuxusu qaçmış, qocalmış ataların tale süjeti 
maraqlıdır. 
Ataların  məkanında  ölüm  və  yuxu  bir-birini  tamamlayır. 
Yenə M.Blanşoya (“Ədəbiyyat məkanı” еssesi) müraciət edək: 
“...ölüm  hakim  olanda  ömür  başlayır”.  Çünki  ədəbiyyat 
məkanının  bütün  əlamətləri  inkar  qanunu  ilə  qeyd  olunub. 
Ancaq bu inkarın arxasında daha mühüm fakt gizlənir: bu dildə 
hər  şey  və  hər  bir  inkar  təsdiqə  dönür  və  təsdiqlənir.  Əgər 
belədirsə, onda ölüm ədəbiyyat imkanında inkar olunur”. 
Бялкя  Yaşar  ölümdən  və  yuxudan  yazmaqla  atanın 
diriliyinə  ümid  bəsləyir?  Bəlkə  yazıçı  hekayələri  və  yuxuları 
ona görə danışır ki, atanın diriliyinə özünü də inandırsın? 
 
 
 


Rüstəm Kamal 
 
139 
 
EYVAZ ƏLLƏZOĞLUNUN SON YUXUSU 
 
Onun bircə kitabını oxumuşdum. Səhf etmirəmsə, “Ölü yay” 
adlanırdı.  Bu  hekayələrdə    itirdiyi,  ancaq  bu  itki  ilə  barışmaq 
istəməyən adamın cəhdlərini, yaddaş əzablarını  görmüşdüm.  
Sonra  özünü  yaxından  tanıdım.  Bir-iki  ötəri  ədəbi 
söhbətlərimiz də oldu, kimdənsə, nədənsə giley-güzar da etdik. 
Bu  məqamlar,  faktlar  xatirə    süjeti  üçün  kifayət  eləmir.  Onun 
qəfil ölümü (ölüm nə vaxt qəfil olmur ki!) məni Eyvazın ovqatı 
ilə  yenidən  baş-başa  qoydu,  haqqında  balaca  yazı  yazmaq 
istədim.  Oğlu  Ayxandan  xahiş  elədim  ki,  sonuncu  romanını 
(romandan  bir  parçanı  “Ulduz”  jurnalında  oxumuşdum)  mənə 
gətirsin.  Nədənsə  axtardığım  ovqatın  –  Eyvazın  hənirinin  -
əsərdə olmasına çox inanırdım... 
“ Odunçu geri qayıdır” Eyvazın sevdalı, şirin ləhcəsinin son 
nəğməsidir. O sanki ömrü boyu danışıb yaşatdığı, sevdiyi nitqi 
kağıza köçürməyin, yazıya gətirməyin çətinliyini və faciəsini 
anlamışdı. Bunun üçün yaddaşını açıq saxlayıb səxavətlə 
ortaya tökmüşdü. 
Yaddaş  və  ləhcə  onun  təhkiyə  azadlığına,  səmimiyyətinə 
şərait yaradırdı. O, bunu yaxşı anlamışdı... 
Roman  əsrlər  boyu  yad  etnos  (gürcü),  yad  inanc  (xristian) 
içində  yaşayan  Muğanlı  adlı  bir  elin  mifoloji  zamanın 
bərpasından  ibarətdir.  Mifoloji  zamanın  bərpası  isə  ancaq 
yuxuları  danışmaqla  -  yozmaqla  və  xatirələri  danışmaqla 
mümkündür.  Əcdadların  zamanı  yuxu  zamanıdır.  Roman  “o 
dünya”-  “bu  dünya”  arasında  tütüyən  “o  dünya  “  haqqında 
düşünməyə başlamış insanlar haqqındadır, onların günahları və 
tövbələri haqqındadır. 
Eyvaz  Əlləzoğlu  insanın  sirli  və  gizli  aləmini,  anlaşılmaz 
davranışını    vermək  üçün  yuxu  fenomeninə  müraciət  edir. 
Romanda yuxu fenomenoloji hadisədir. Əslinə, romanın  bütün 
sujet yükünü “yuxu mətni” çəkir. “Yuxu mətni” sujet xətlərini 


Rüstəm Kamal 
 
140 
 
müəyyənləşdirir,  əsrin  fəlsəfi  mahiyyətini  formalaşdırır.  
Hadisələr Dıqqanın (Cahangirin) tanatoloji (ölüm) yuxusundan 
başlayır.  Tanoloji  yuxu  onda  daxili  ikiləşmə  yaradır,  onu 
ilüziyalar,  ilğımlar  dünyasında,  günah-tövbə,  yalan-doğru, 
uydurma-gerçəklik  qarşıdurmaları  arasında  yaşamağa  məcbur 
edir. 
Daxili 
ikiləşmə 
Sədrəddinə 
də 
narahatlıq 
gətirir. 
K.Q.Yunqun 
anlam-məna 
sistemində 
şəxsiyyətin 
ikiləşməsinədək  əzab  çəkməsi  insanın  günaha  batması, 
lənətlənməsi  kimi  izah  olunur  (Юнг  К.Г.Значение, 
функции и анализ снов. Тайна сна.Харков, 1995,с,92). 
Dıqqa  sanki  iki  dünyanın  sərhədindədir,  nə  ordadır,  nə 
burda.  Həbsdəki  oğlundan  danışdığı  yerdə,  birdən  üzünü 
sədrəddinə  tutub:  “Sədrəddin,  bə  deyirlər  Löllənin  qavrını 
Şahların gədələri dağıdıb?!” deyə soruşur.  
Romanda  “bu  dünya”  “  o  dünyanın”  çevrilmiş  güzgü 
forması  kimi  çıxış  edir.  Haqqın  divanı  ilə  Qardabandakı 
məhkəmə müqayisə edilir. “Ağzında  haqqın divanı deyirsən, 
ağlın Qardabandakı suda-zada getməsin, orda gənə çulunu 
bir  təhər  çıxarmaq  olar,  amma  burda  zakon  güclüdü, 
tanışlıq,  sudu-zadı  görmək,  üstünə  adəm-zad  salmaq 
keçmir. Hələ sən o biri günahlardan xəbər ver, statyanı bir-
bir deyim”. 
Dıqqa  ilə  Sədrəddinin  yuxu  ilə  bağlı  söhbətləri  metafizik 
dialoqlara  çevrilir.  Sədrəddin  onun  yuxusunu  yozur  (  Diqqa: 
“...güllə  qavrını  keçib  bəri  gələn  atlıya  dəyir,  su  al  qana 
dönür,  diksinib  ayılıram”.  Sədrəddin:  “Güllə  səsdi,  nəsə 
eşidəcəksən, su da aydınlıqdı, qan da qovuşmaqdı”).  
Dıqqa  yuxusunu Sədrəddinə danışandan sonra “ölü-diri”, “o 
dünya”-“bu  dünya”,  “günah-savab”  söhbətləri  başlayır.  “O 
dünya”nın 
xofu 
Sədrəddini 
“bu  dünyada”  etdiklərini 
xatırlamağa məcbur edir. 


Rüstəm Kamal 
 
141 
 
Yuxu  Sədrəddin  üçün  dözülməz  həqiqətə  çevrilir,  onu 
tövbə-etiraf  məqamına  gətirib  çıxardır.  Yuxu  ilə  gerçəklik 
arasında  sərhəd  pozulur.  Dıqqanın    yuxuda  gördüyü  insanlar 
onun  gözünə  görünməyə,  beyninə  girməyə  başlayır  (  “yadına 
ona  aid  olmayan  şeylər  girdi.  O  hara,  Daşdı,  Yolçu, 
Yaradanqulu hara?”). 
Onların  dünyasında  Eros  və  Tanatos  qoşadır,  iç-içədir. 
Sədrəddin  qarğıdalı  tarlasında  ilk  intim-erotik  təcrübəsi  ilə 
Dıqqanın  yuxusunda  tanatoloji  obrazlar  (“Gözüm  allananda 
da  yuxuma  Löllə  Qasım,  qaravulçu  Rəfi  girir,  görürəm 
yarğanın qarşında daşın dalına sinib atışırlar...”) kimi. 
...Eyvaz  Əlləzoğlu  yuxuları  ilə  bacarmadı.  Muğanlını, 
ləhcəsini  Bakıda  yuxu  kimi  yaşamalı  oldu.  Ədəbi  dilin 
(xüsusən nəsrin) normativləşmiş sintaksisi onun ləhcə ovqatını 
amansızcasına  təhtəlşüuruna    sıxışdırırdı.  Ləhcə  yalnız  bu 
istedadlı  və  dəyərli  yazıçının  obrazı  deyildi,  həm  də  etnik 
məkanın  (topoqrafiyanın)  mifoloji  obrazını  qoruma  instikti  və 
bərpa imkanı idi. 
Kənd tarixini yuxular vasitəsi ilə yenidən yaşadı.Yuxu onun 
epik  yaddaşını  aktuallaşdıran  amilə  çevrildi.  O,  qəhrəmanla-
rının yuxularını danışa-danışa  Muğanlının keçmişini, bu günün 
içini ağrıdan ayrı-ayrı hadisələri, insanları son dəfə xatırladı və 
yuxular səltənətinə köçdü... 
Əminəm ki, romandakı obrazlara-ruhlara qovuşdu...  
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə