Rüstəm Kamal
187
Yaxud:
Xəfif gülümsəməyə bənzər suların üzündə
Bilinənlə bilinməzin sınırı - yakamoz
... mənə daha çox şeylər söləyir, biləsən
gəzəri ruh, yaxud da şər vaxtında yakamoz.
Bu şeiri isə Platonun fəlsəfəsində magara divarındakı tonqal
kölgəsi obrazı ilə şərh etmək yerinə düşər. Xatırlayaq: qaranlıq
magaranın mərkəzində tonqal yanır, bu tonqalın önündə rəqs
edən qadının kölgələri divara düşür; qadınla divar arasında üzü
divara doğru bir adam oturur və kölgələrin titrəyişini izləyir,
ancaq qadını və tonqalı görmür. Bu dünya suların üzündəki
yakamoz və ya mağara divarındakı kölgədir.
Gizli sitatlar poeitk mətni üzvi surətdə tamamlayır. Onun
şeir stixiyası qoşma, gəraylı stixiyasından qidalansa da
(N.Cəfərov), həmin janrların arxitekturası onun modern
təfəkkürü tərəfindən yenidən qurulur. Forklor ənənəsindən,
ozan aşıq yaradıcılığından klassik poetik təcrübədən ibarət
lüğət tərkibi müasir leksika ilə qaynayıb qarışaraq çox üslublu
(polistilistik) bir mətn bütövlüyü yaradır.
Etimadın
şeirlərini
bizi
Nəsiminin,
Y.Əmrənin,
M.V.Vidadinin Məhtimqulunun türkün kollektiv təhtəlşüurun
elementləri, etnik- mədəni sisteminin ədəbi mifologiyanın,
türk dilinin, mifologemləri olması qənaətinə gətirir. Etimadın
özü də sözü də həmin mifoloji məkanda (qətiyyən) özgələşir.
Candı amanatdı, lələ,
Yiyəsi gəlib aparır
Ha cırna, cığallıq elə,
Döşləyir alıb aparır
Rüstəm Kamal
188
Etimad Başkeçidin hardasa özü mifofeldir, yəni gərarlıya,
qoşmaya qədərki dilin təbiətini, söyləmələrin mifoloji
mahiyyətini duymaq bacarığındadır.
Türk sözünün şərəfli keçmişi, poeitk dilə gözlənilməz
qayıdışı, Etimadın şeir məkanında gerçəkləşir. Çox güman ki,
Etimad özü də sözlərin sehrinə cazibəsinə düşməklə azadlığını
da müəyyən qədər itirə bilərdi. Əgər bir çayı iki dəfə keçmək
mümkün deyilsə, bir sözün tarixini (və taleyini!) iki dəfə
yaşamaq olarmı? Hər halda Etimad cəsarətli bir ədəbiyyat
kişisidir ki, çırmalanıb bu «çayı» keçmək istəyir:
Şam иşığı boyda, Yastı bir binə
Gələn gəldi,
Quru yerdə əyləndi.
Əldən-ələ haqda dilə bir abdal
Yara-yara qalxdı. Dördə əyləndi
Bu köndələn köhnə xırman yeridi,
Uçuq könül kor bayquşun piridi,
Baxtsız kimsə dastan boyu yürüdü,
Qismətini görə-görə əyləndi
Etimadın цслубу və inanc dünyası, цслуб və етикасы ич-
ичядир. Əslində Etimadın şeirləri bütöv fəlsəfi sistemдян
эялир. Və bu nə qədər tanış və doğma olsa da, onun də-
yərlərini, anlamlarını Etimad yaratdığı mənalar yerarxiyasında
yerləşdirə bilibdi.
Görklü tanrı!
Bir balaca misirinin həvəsində
Kimi atlı, kimi yayaq -
Şahid sənsən!
Rüstəm Kamal
189
Düzümünə, nəfəsinə görə «Kitabi Dədə Qorqud»da Oğuz
bəylərinin Allah-təalaya yalvarışlar bənzəmirmi»!
Yucalardan yucasan,
yücə tənrı!
Kimsə bilməz necəsən,
Görklü tənri!
Sən adəmə tac oldun,
Şeytana lənət qıldun,
Dərgahdan sürdün...
Və yaxşı haldır ki, bu şeirlərində inancların (yəni ilkin
inancla islam inancı arasında) kəskin qarşıdurma yoxdur,
əksinə - üzvi vəhdətə nail olmaq cəhdi vardır ( bu cəhd hardasa
çağdaş latış şairi Uldis Berzenşin bu mövzuda poetik
təcrübələrini mənə xatırlatdı) bu, yalnız şairin dünyagörüşünü
suxurlaşmış qatı ilə həm də qutsal mətləbləri, obraz və
motivləri əsrlər boyu canına hopdurmuş poezyamızın yaddaşı
ilə bağlıdır.
Qətlə qatırına hay vuruldumu?
Nə davran, nə dalan, nə cinas eylə.
Bir şəhər verilsin sultan könlünə,
Endir Allahınnan iltimas eylə
Eтиmad-Başkeçid мцəyyən səbəblər uзцндян (obyektiv və
subyektiv) bizdən uzaq düşmüş düşüncə - əxlaq цслубуну bizə
yenidən doğmalaşdırыб классик şeirimizin əsirinə - yesirinə
çevrilmiрми? Hər halda Etimad шеирлярини o ruhda yazır ki,
Yunus Əmrə, Şah Xətayi, Molla Vəli Vidadi Aşıq Paşa, Pir
Sultan Abdal, Qaracaoğlan, Aşıq Şenlik, Aşıq Veysəl, Nazim
Hikmət... anlaya bilsin. Onun sözü varislərə yox, əcdadlara
yönəlibdir. Əhməd Yəsəviйя, dərvişляря ozanlara, Anadolu
aşıqlarına ünvanlanıbdır.
Rüstəm Kamal
190
Söz bir arc misalı, gen dünyaya inad
Bircə yol sanımağı üstlər yaşamaqdan
Azmı duyduq bu öfkəli vızıltıları
Arı yeşiyi misalı açılan hər kitabdan
Bu şeirlərin psixologiyası müdrik kişinin psixologiyasıdır,
ovqat mövqeyi - Ağsaqqal, Dərviş, Yolçu mövqeyidir. Epik
qocanız dünyaya, qədərə məna vermək cəhdidir.
Harda pir,
Harda niyyət,
Harda əhlət!
Yolçu istəməsə də yol gözləməz -
Qədərilə baş - başa qalmış yolun ən qadir yolçusu daşdır
əlbət! Шаирин inanc məntiqi budur: xatırlamaq unutmaq
üçündür; yaşamaq həvəsi ilə ölüm istəyi arasında щеч бир fərq
yoxdur.
Dünyanı
anlamaq,
sirr
pərdələrini
yırtmaq
mümkünsüzdür; bütün olacaqlar cənabi - haqdan gəlir və s.
Bütün «öfkəli vızıltılar», bütün xırım-xırda, mənasız şeylər
yalnız mənalar dünyasında kəsb edir. Bu şeirlərdən dua
(ustadnamə, vücüdnamə...) ətri əskiki olmasa da onların içində
Sözün hipnozu, İşarə hipnozu, Kitab hipnozu var. Bir «türk
sindromu» var. Yəni E.Başkeçid mahiyyətcə Qızılbaş, Bəhtaşi,
Nəгbəndi, Təkətürkmən, Borçalı, Osmanlı ruhuna açıb
göstərməkля məşğuldur. E.Başkeçid Qafqaziyada, Kıprızda,
Kosovada, Xorasanda, Hələbdə, Allahın kölgəsi altında
yaşayan türkün taleyini göstərməklə məşğuldur.
Dostları ilə paylaş: |