Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə19/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   15   16   17   18   19   20   21   22   ...   116

 
73
süddə  isladılmış  çovdar  çörəyi  qoyulduqda  tez  sağalır.  Ilıq 
çovdar xəmirindən yumşaldıcı təpitmələr hazırlanır. 
Çovdar unundan hazırlanan çovdar, çovdar-buğda çörək-
ləri pəhriz qidalanmasında, o cümlədən, şəkər xəstəliyində, kö-
kəlməyə  meyilli  olanlar  və  yaşlılar  üçün  daha  çox  istifadə 
olunur. 
Darı  –  Просо    Panicum  miliaceum  L.  Taxıllar 
(Gramineae)  fəsiləsinə  aid  birillik  ot  bitkisidir.  400-dən  çox 
növü məlumdur. Lakin dünyada daha çox becərilən 4 növündən 
1  növü  qida  məqsədləri  üçün  yarma  kimi  istifadə  olunan 
Panicum  miliaceum  L.  növüdür.  Standarta  görə  darı  4  tipə 
bölünür. 
I  tip  –  ağ  və  krem  rəngli  olub,  yarma  alınmasına  sərf 
olunur. 
II tip – qırmızı (açıq qırmızıdan tünd qırmızıyadək) olub, 
yaxşı keyfiyyətlidir. 
III  tip  –  sarı  (sarıdan  qəhvəyi  rəngədək)  olub,  orta 
keyfiyyətlidir. 
IV  tip  –  boz  (bozdan  qara  rəngədək)  aşağı  keyfiyyətli 
hesab edilir. 
Normal darı dəninin tərkibində nüvə 74-75% təşkil edir. 
Azərbaycanda  Şəki  darısı,  Gədəbəy  darısı-41,  Sarı  darı, 
Qırmızı darı sortları becərilir. Bunların yarma çıxarı 66-75%-ə 
qədərdir. 
Darının  tərkibində  orta  hesabla  54,7%  nişasta,  11,2% 
zülal, 3,9% yağ, 1,9% şəkərlər, 7,9% sellüloza, 2,9% minerallı 
maddə, B
1
, B
2
, PP, fol turşusu (B
c
 vitamini), fermentlər vardır. 
Darı  yarması  kalium,  natrium,  maqnezium  və  fosforla 
zəngindir. Darının aleyron təbəqəsi və rüşeymi yağla zəngindir. 
Ə
sasən olein və linol yağ turşularından ibarətdir. 
Darının müalicəvi xassələri. Darı yarması yaxşı dadına, 
tez  bişməsinə,  yüksək  qidalılığına  görə  digər  yarmalardan 
üstündür.  Darıdan  sıyıqlar,  şorbalar  və  bişmişlər  (zapekanka, 
piroq,  oladiki  və  s.)  hazırlanır.  Darı  yarmasında  kaliumun 
 
74
miqdarı çox olduğundan ürəyin fəaliyyəti üçün əhəmiyyətlidir. 
Pəhriz  xörəyi  kimi  dənəvər  darı  sıyığı  bəzi  ürək-damar  xəstə-
liklərində,  aterosklerozda  və  xroniki  qəbizlikdə  məsləhət  gö-
rülür.  Bəzi  insanlar  darı  yarmasını  onun  spesifik  acı  dadına 
görə  xoşlamırlar.  Hətta  rişxəndlə  ona  «quş  yemi»  deyənlər  də 
var.  Lakin  darı  yarmasından  hazırlanan  sıyıqlar  uşaqların  və 
yaşlıların  qidasında  fizioloji  əhəmiyyəti  olan  qidalı  xörəkdir. 
Darı yarmasına xas olan acılığı kənar etmək üçün bişirməzdən 
qabaq onu 3-4 dəfə qaynayan suda yuyub pöşələmək lazımdır. 
Ə
n  yaxşı  şirin  darı  sıyığı  almaq  istəyirsinizsə,  yuyulmuş  darı 
yarmasını  əvvəlcə  1-2  dəq  nisbətən  çox  suda  qaynadıb  xırda 
gözlü süzgəcdən süzün, sonra 1 stəkan darı yarmasına 3 stəkan 
süd əlavə edib vam istilikdə 35-40 dəq bişirin. Sonda yağ (kərə 
və ya zeytun yağı), zövqə görə şəkər, duz və darçın səpib yeyin. 
Düyü  əltik)  –  Рис  -  Oryza  Sativa  L  .  Taxıllar 
(Gramineae)  fəsiləsinin  Oryza  cinsinə  aid  birillik  və  çoxillik 
bitkidir. 19 növündən ən çox yayılmışı mədəni növü olan Oryza 
Sativa  L.  daha  çox  yayılmışdır.  Çəltik  dənli  bitki  istehsalında 
buğda  və  qarğıdalı  kimi  əhəmiyyətə  malikdir.  Çəltik,  xüsusən 
Çində,  Koreyada,  Birmada,  Yaponiyada,  Vyetnamda,  Hindis-
tanda və Pakistanda daha çox becərilir. Azərbaycanda bu bitki, 
ə
sasən  Lənkəran-Masallı  və  Şəki-Zaqatala  bölgəsində  əkilib-
becərilir.  Düyünün  növ  müxtəliflikləri  içərisində  respublika-
mızda Hindistan və Yaponiya yarımnövləri becərilir. 
Çəltik  2  üsulla  becərilir  –  becar  çəltiyi,  yəni  bataqlıqda 
becərilən  və  quraqlıqda  becərilən  dəmyə  çəltik.  Çəltik  çox 
rütubətli və ya suvarılan torpaqlarda becərilir. 
Çəltik forma və şüşəvarılığına görə 3 tipə və 7 yarımtipə 
ayrılır. Yarımtiplər aşağıdakılardır. 
I  yarımtipə  Orta  Asiya  və  Qazağıstanda  yayılmış  Arpa-
ş
alı,  Qazax-şalı  sortları  daxil  edilir.  Bunlar  iridənli,  enli,  yastı 
və şüşəvarı olur. 
II  yarımtipə,  əsasən  Azərbaycanda  becərilən  sortlar  aid 
edilir. Bunlar iridənli, enli, yastı və yumşaq dənlilərdir. 


 
75
III  yarımtip,  ancaq  Azərbaycanda  becərilən  uzun,  nazik, 
ş
üşəvarı dənlərdir, bunlardan Sədr düyüsü geniş yer tutur. 
IV  yarımtipin  uzundənli,  enli,  yarımşüşəvarı  Ənbərbu, 
Azros-637 sortları Azərbaycanda yayılmışdır. 
V  yarımtipin  yumrudənli,  orta  böyüklükdə,  şüşəvarı 
Kendzo, Uzros-225, Krasnodar-3362 sortları geniş yayılmışdır. 
VI yarımtipə dəni yumru, orta böyüklükdə, yarımşüşəvarı 
Sarı qılçaq, Uzros-269 Orta Asiya sortları aiddir. 
VII  yarımtip  dəni  yumru,  kiçik,  yumşaq  sortlardan  – 
Qırmızı, Hacı Əhməd və s. Orta Asiya sortlarıdır. 
Bunlardan  ən  qiymətlisi  və  geniş  yayılmışı,  keyfiyyətli 
yarma çıxımı verən birinci üç yarımtipdir. 
Düyünün (çəltiyin) tərkibində orta hesabla 55,2% nişasta, 
7,5%  zülal,  2,6%  yağ,  0,9%  şəkərlər,  9,0%  sellüloza,  3,9% 
minerallı maddə, B
1
, B
2
 və PP vitamini vardır. Qeyd etmək la-
zımdır  ki,  birinci  kəşf  edilən  B
1
  vitamini  düyü  (çəltik)  kəpə-
yində tapılmışdır. Düyü bəzi xalqların gündəlik qidasında əsas 
qida məhulu kimi istifadə olunur. 
Düyünün  müalicəvi  xassələri.  Düyüdən,  düyü  xırda-
sından və düyü unundan pəhriz və müalicəvi qidalanmada geniş 
istifadə  olunur.  Düyüdən  hazırlanan  sıyıqlar  uşaq  və  pəhriz 
qidasında, yeyilən qidanın kaloriliyini artırmaq məqsədilə geniş 
miqyasda istifadə olunur. Düyü xörəkləri yaşlıların qidalanma-
sında  məsləhət  görülür.  Lakin  kökəlməyə  meyilli  olan  və 
qəbizlikdən  əziyyət  çəkənlər  düyü  xörəklərindən  istifadə  et-
məməlidirlər. 
Düyü  nişastası  və  selikli  düyü  həlimi  qədimdən  ishala 
qarşı tətbiq olunur. Həkim nəzarəti zamanı müəyyən edilmişdir 
ki, düyü həlimi bağırsağın motor funksiyasını azaldır. Ona görə 
də  kəskin  mədə-bağırsaq  pozuntuları  və  dezenteriya  zamanı 
düyü  həlimindən  (qatıqla)  istifadə  etmək  daha  da  məqsə-
dəuyğundur. Düyü unundan uşaqlar üçün toz dərman (prisipka) 
hazırlanır.  Çində  düyü  kəpəyindən  alınan  həlimdən  beri-beri 
xəstəliyinin müalicəsində, yağından isə müalicəvi məlhəmlərin 
 
76
hazırlanmasında  istifyadə  olunur.  Düyü  kəpəyində  insan  orqa-
nizmi üçün lazım olan vitaminlər, rüşeymindəki yağda isə E və 
K  vitamini  vardır.  Ona  görə  də  qidamızda  daha  çox  təmiz-
lənməmiş  (cilalanmayan  və  pardaqlanmayan)  düyüdən  istifadə 
etmək məsləhətdir. 
Düyü  yarması  istehsalında  cilalanma  və  pardaqlanma 
prosesi  nəticəsində  meyvə  və  toxum  qılafından,  eləcə  də  qis-
mən endosperm təbəqəsindən ibarət olan düyü unu alınır. Belə 
unun  tərkibində  14%-ə  qədər  zülal  və  15%-ə  qədər  yağ  olur. 
Eyni zamanda, düyü unu fosfor tərkibli üzvi maddələr və vita-
minlərlə zəngindir. Düyü unu əczaçılıq sənayesində fitinin alın-
masında xammal kimi istifadə olunur. Düyü nişastası tibbidə və 
ə
triyat  sənayesində  də  istifadə  olunan  yüksəkkeyfiyyətli  məh-
suldur.  Düyü  rüşeymindən  alınan  yağ  sabun  bişirmədə  tətbiq 
olunur. 
Azərbaycan  kulinariyasının  şah  xörəyi  olan  və  100-dən 
çox  çeşiddə  plov  düyüdən  hazırlanır  və  azərbaycanlıların 
ş
adyanalıq süfrələrini bəzəyir.  
Qarabaşaq – Гречиха – Fagopyrum sagittatum Gilib. 
Qarabaşaqkimilər  (Fagopyrumaceae)  fəsiləsinə  mənsub  olan 
birillik  qarabaşaq  bitkisidir.  3  növündən  biri  –  Fagopyrum 
sagittatum Gilib iki yarımnöv kimi becərilir. Kənd təsərrüfatın-
da  mədəni  və  tatar  qarabaşaq  növləri  geniş  yayılmışdır.  Azər-
baycanda,  demək  olar  ki,  becərilmir.  Qarabaşağın  tərkibində 
52,9%  nişasta,  10,8%  zülal,  3,2%  yağ,  1,5%  şəkərlər,  10,8% 
sellüloza,  2,0%  minerallı  maddə  vardır.  Qarabaşaqda  B
1
,  B
2

PP, P vitaminləri vardır. Qarabaşaqdan alınan P vitamini ürək-
damar, hipertoniya, plevrit xəstəliklərinin müalicəsində istifadə 
olunur.  Rutinin  miqdarı  qarabaşaq  rüşeymində  25  mq%  təşkil 
edir.  Karbohidratlardan  nişasta,  saxaroza,  sellüloza  və  penta-
zonlar;  mineral  maddələrdən  Ca,  P,  K,  Fe  və  digər  mik-
roelementlər vardır. Qarabaşağın tərkibində zülallar, vitaminlər, 
makro-  və  mikroelementlər  nisbətən  çox  olduğuna  görə  o 
pəhriz və uşaq qidasında əvəzsiz məhsul kimi istifadə edilir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə