Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə27/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   23   24   25   26   27   28   29   30   ...   116

 
105
hazırlanır.  Əzgilin  yarpaqlarından  və  kökündən  parçaları 
boyamaq üçün sarı boyaq alınır. 
Ə
zgil,  həmçinin,  balverən  bitkidir.  Onun  çiçəklərindən 
toplanan  nektar  ətrinə  və  şəffaflığına  görə  başqa  nektarlardan 
geri qalmır. 
Gavalı  –  Слива  –  Prunus  domestica  L.  Gülçiçəklilər 
(Rosaceae)  fəsiləsindəndir.  Göyəm  və  alçanın  çarpazlaşdırıl-
masından  ilk  dəfə  Qafqazda  yaranmışdır.  Bağ  gavalısının  ən 
çox becərilən növləri renklod, macar və yumurtavarı gavalıdır.  
Macar  gavalısı  qırmızımtıl-bənövşəyi  rəngdə,  üzəri  ağ 
mum  tozu  ilə  örtülü,  uzunsov  yumurta  formasında,  ətli  hissəsi 
yaşılımtıl sarı, bərk və şirin olur. Bu gavalıdan, əsasən qara ga-
valı  qurusu  istehsal  edilir.  Təzə  halda  bir  aya  kimi  saxlanıla 
bilər. Macar gavalısının ən çox yayılmış sortlarından Ev gava-
lısı,  Adi  gavalı,  Italyan  gavalısı,  Ajanski  gavalısı,  Moskva 
gavalısıdır. 
Renklod  gavalıları  yumru  formada,  təsadüfi  hallarda 
ovalşəkilli  yaşıl,  sarı,  yaşılımtıl-sarı  rəngdə  şirin  və  sulu  olur. 
Renklod gavalısının sortlarından yaşıl renklod, Altan renklodu, 
Ullens renklodu, kolxoz renklodu, Reforma gavalısıdır. 
 Yumurtavarı gavalılar çox iri, sarı və ya narıncı rəngdə, 
sıx, şirəli sarı ətli hissəyə və turşa-şirin dada malikdir. Bu qrupa 
Sarı yumurtavarı, Qızıl damcı, Şaftalı gavalıları aiddir. 
Bunlardan başqa bağ gavalısının növ müxtəlifliklərindən 
Anna  Şpet,  Viktoriya,  Sarı  Oçakov  gavalı  sortları  da  möv-
cuddur. 
Azərbaycanda  Bondebri,  Şaftalı  gavalısı,  Yaşıl  renklod, 
Ullens renklodu, Xurma macar, Adi macar, Anna Şpet, Süqar, 
Sarı albuxara, Aleksandr Düma, Altan renklodu, Yerli Lakston 
gavalı  sortları  becərilir.  Yerli  sortlardan  Xatını,  Vəziri,  Sarı 
albuxara və qara gavalıdır. 
Gavalının  müalicəvi  xassələri.  Gavalı  təzə  və  emal-
edilmiş  halda  istifadə  olunur.  Gavalıdan  kompot,  mürəbbə, 
povidlo, nalivka, qənnadı məmulatı hazırlanır və qurudulur. 
 
106
Gavalı  qurusu  bağırsağın  zəifliyində  əhəmiyyətlidir.  Bu 
məqsədlə  qara  gavalı  qurusu  məşhur  müalicəvi  məhsul  kimi 
istifadə  olunur  və  bağırsağın  fəaliyyətini  yaxşılaşdırır.  Qu-
rutmaq  üçün  gavalının  macar  sortlarından  istifadə  edilir. 
Kompot və gavalı tinkturasından zəif yumşaldıcı kimi qəbizliyə 
qarşı tətbiq olunur. Hər gün yatmazdan qabaq 10-20 ədəd qara 
gavalı  yemək  yaxşıdır.  Təsdiq  olunmuşdur  ki,  qara  gavalı  or-
qanizmdən  xolesterinin  çıxarılmasına  kömək  edir  və  ate-
rosklerozda,  öd  kisəsi  xəstəliklərində  məsləhət  görülür.  Qara 
gavalı  qurusu  hipertoniyada,  böyrək  xəstəliklərində  faydalıdır, 
onun tərkibindəki kalium duzları orqanizmdən suyun və xörək 
duzunun  çıxarılmasına  səbəb  olur.  Qara  gavalının  qidalılıq 
dəyəri  təzə  gavalıdan  4-6  dəfə  çoxdur.  Lakin  kökəlmədə  və 
şə
kər xəstəliyində qara gavalı yemək məsləhət deyil. 
Quru gavalı ağzı bağlı bankalarda və paketlərdə quru və 
qaranlıq  yerdə  saxlanılır.  Gavalının  ətlikli  şirəsi  pəhriz  qidası 
hesab  olunur.  Belə  şirədə  təzə  gavalının  tərkibindəki  bütün 
qidalı maddələr qalır. Gavalı şirəsi iştahanı və qidanın həzmini 
yaxşılaşdırır.  Qış  aylarında  orqanizmi  vitaminlə  təmin  edir. 
Mədə  şirəsinin  turşuluğu  az  olan  xəstələrə  turş  gavalı 
sortlarından hazırlanan şirə içmək məsləhətdir. 
Xalq  təbabətində  gavalıdan  mədə-bağırsaq,  böyrək,  rev-
matizm və podaqra xəstəliklərinin müalicəsində istifadə olunur. 
Sirkədə gavalı yarpaqlarından hazırlanmış həlimdən köhnəlmiş 
və  irinli  yaraların  daha  tez  sağalmasında  istifadə  edilir.  Bəzən 
yaraların və yarıqların üzərinə buxara verilmiş gavalı yarpaqları 
qoyulur. 
Gavalının  yerli  sortlarından  alınan  gavalı  qurusundan, 
xüsusən  albuxaradan  milli  xörəklərimizin  hazırlanmasında 
istifadə olunur. 
Gilas  –  Черешня  –  Cerasus  avium  Moench.  Gülçi-
çəklilər  (Rosaceae)  fəsiləsinin  albalı  cinsinə  aiddir.  Gilasın 
vətəni Aralıq dənizi ölkələridir. Yabanı halda Ukraynada, Mol-
daviyada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları 


 
107
çox olduğundan  yabanı  gilas öz əhəmiyyətini itirmişdir.  Lakin 
meşələrdə yabanı formalara çox təsadüf edilir. 
Yabanı  gilas  aprel-mayda  çiçəkləyir.  Çiçəkləri  ağ,  ətirli, 
beşləçəkli  və  uzun  saplaqlıdır.  Bir  neçə  çiçək  bir  yerdən  çətir 
kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və 
ya  ürək  şəklindədir.  Qara,  sarı-qırmızı  və  tünd  qırmızı  rəngdə 
olur.  Dadı  acıtəhər  və  bəzən  şirin  olur.  Şirinlər  təzə  halda 
yeyilir,  eləcə  də  ondan  kompot,  şirə,  ekstrakt,  mürəbbə  və 
başqa məhsullar hazırlanır. Acı gilaslar isə şərab istehsalı üçün 
yararlıdır. 
Yabanı gilasın tərkibində şəkər, üzvi turşular, karotin, C 
və P vitaminləri çəyirdəyində isə 30%  yağ və 1%-ə qədər efir 
yağı  vardır.  Texniki  məqsədlər  üçün  də  işlədilə  bilər.  Yarpaq-
larında  250  mq%  C  vitamini  vardır.  Yabanı  gilas  külli  miq-
darda qatran ifraz edir ki, bundan da parçaların  boyanmasında 
istifadə edilir. 
Zəngin  kimyəvi  tərkibə  malik  olan  gilas,  əsasən  təzə 
halda  yeyilir. Ondan kompot, mürəbbə, meyvə  konservləri ha-
zırlanır, qurudulur və dondurulmuş halda qışa saxlanılır. Gilas 
ş
irəsi  likör-araq  məhsulları  istehsalında  yarımfabrikat  kimi 
istifadə olunur. 
Эиласын  мцалижяви  хассяляри.
 
Gilas  şirəsi  və  həlimindən 
qidanın  həzmini  yaxşılaşdırıcı  vasitə  kimi,  özündən  isə  qəbiz-
liyə  qarşı  istifadə  olunur.  Gilas  tumunda  efir  yağları,  zülali 
maddələr,  qlükozid,  amiqdalin  və  onu  parçalayan  ferment 
emulsiyası var. Gilasın çəyirdək ləpəsindən acı mindal efir yağı 
alınır və kosmetikada istifadə olunur. Gilas ağacının qabığında 
ə
mələ  gələn  yüksəkkeyfiyyətli  kamedlərdən  də  texniki  məq-
sədlər üçün istifadə olunur.  
Gilas  şirəsi  qidanın  yaxşı  həzm  olunması  üçün  tətbiq 
edilir. Xalq təbabətində qəbzliyə qarşı da istifadə olunur. Odun-
cağı  bərk,  sarı-qırmızı  rəngdədir.  Gilasın  oduncağından  xarrat 
məmulatı, nazik budaqlarından isə qəlyan çubuqları hazırlanır. 
 
108
Gilas balverən və bəzək bitkisi kimi də əhəmiyyətlidir. 1 
hektar çiçəkləyən gilas sahəsindən arılar 36-40 kq bal hasil edə 
bilir. 
Göyəm  –  Терн  –  Pruus  spinosa  L.  Gülçiçəklilər  (Ro-
saceae)  fəsiləsinin  gavalı  cinsinə  aiddir.  Şimali  Qafqazda, 
Zaqafqaziyada, Krımda bitir. Ukrayna, Belorus və Latviyada da 
rast gəlinir. 
Göyəm, yarpaqları əmələ gəlməmiş, erkən yazda – aprel-
mayda  çiçəkləyir.  Meyvələri  iyul-avqustda  yetişir.  Qışa  qədər 
budaqlardan  tökülmür.  Meyvə  saplaqları  qısa  və  tüksüzdür. 
Meyvələri  yumru,  tünd,  qara-bənövşəyi  rəngdə  olur.  Üzəri 
qalın, ağ mum tozu ilə örtülüdür. Ətliyi yaşıl rəngdə, turşaşirin 
və  gərdir  (büzüşdürücüdür).  Azərbaycanda  meyvələri  çox  iri, 
ş
irin və dadlı bağ göyəm sortları vardır ki, bunlara el arasında 
Xangöyəm deyilir. 
Göyəmin  tərkibində  8%-ə  qədər  şəkər  (fruktoza  və 
saxaroza),  2,5%  üzvi  turşu  (əsasən  alma),  1%  pektinli  maddə, 
1,5% aşılayıcı maddə, vitamin C və rəngləyici maddələr vardır. 
Dadı gər olduğundan təzə halda yeyilmir. Göyəmdən mürəbbə, 
povidlo, kompot, «ternovka» adlı spirtli içki, sirkə, kvas hazır-
lanır.  Qurudulmuş  meyvələri  aşpazlıqda  işlədilir.  Duza  qo-
yulmuş göyəm çox dadlı olur. 
Meyvələri  şaxta  vurduqda  dadı  şirinləşir  və  təzə  halda 
yeyilmək  üçün  yararlıdır.  Çəyirdəyində  37%-ə  qədər  yağ 
vardır.  Tərkibində  acı  amiqdalin  qlükozidi  olduğundan  texniki 
məqsədlər üçün işlədilir. 
Göyəmdən  qədimdən  qida  məqsədləri  üçün  istifadə 
olunur. Ondan kompot, mürəbbə, povidlo, pastila, sukat, sirkə, 
şə
rab və nalivka hazırlanır. Göyəm soğan və sarımsaqla sirkəyə 
qoyulur və tamlı qida kimi istifadə olunur. 
Göyəmin  müalicəvi  xassələri.  Hələ  Qədim  Roma  və 
Yunanıstan  həkimləri  göyəmin  qatılaşdırılmış  şirəsindən 
dizenteriyaya  qarşı  istifadə  etmişlər.  Müasir  dövrdə  də  göyəm 
büzüşdürücü  və  bərkidici  vasitə  kimi  bağırsaq  pozuntularında 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə