Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə28/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   24   25   26   27   28   29   30   31   ...   116

 
109
istifadə edilir.  shala qarşı istifadə olunan ən yaxşı vasitə gündə 
3  dəfə  1  xörək  qaşığı  duru  göyəm  ekstraktı  içməkdir.  Lakin 
aprel və mayın əvvəllərində yığılan göyəm çiçəklərindən alınan 
sulu həlimdən mədə-bağırsağı  yumşaldıcı kimi istifadə olunur. 
Çünki  onun  tərkibində  efir  yağları,  aşı,  acı  və  digər  fəal 
maddələr  vardır.  1:10  nisbətində  göyəm  meyvəsindən  və  çiçə-
yindən  hazırlanmış  həlimdən  öskürəyə,  xırıltıya  qarşı  və  qi-
danın  yaxşı  həzm  olunmasında  hər  səhər  30-40  ml  içilir.  Gö-
yəm  güllərindən  hazırlanmış  çaydan  sidikqovucu  və  maddələr 
mübadiləsini yaxşılaşdıran vasitə kimi istifadə olunur. Belə çay 
böyrək,  qaraciyər  və  bəzi  dəri  xəstəliklərində  normasız  təyin 
olunur.  Göyəmin  çiçəklərindən  tinkturanı  soyuq  üsulla  hazır-
layırlar. 1 stəkan suya 2 çay qaşığı qurudulmuş göyəm çiçəkləri 
götürülür, 8 saat saxlanılır və süzülür. Göyəmin köklərindən və 
qabığından 1:20 nisbətində hazırlanmış həlimdən tərgətirici və 
sidikqovucu  vasitə  kimi  yüksək  temperpaturda  içilir.  Qay-
nanmış su ilə yarıbayarı qarışdırılmış həlimdən iltihaba qarşı da 
istifadə  olunur.  Bəzən  göyəm  ağacının  üst  qabığından  alınan 
həlimdən qızıl yel iltihabında islatma qoyulur. 
Göyəmin  çəyirdək  ləpəsindən  yağlı  və  efirli  acı  badam 
yağı  alınır,  çəyirdək  qabığından  isə  aktivləşdirilmiş  kömür 
istehsal edilir. 
Yarpaqlarında  222  mq%  C  vitamini  vardır.  Çay  əvəz-
edicisi kimi işlədilir. Həm də bundan sidikqovucu və maddələr 
mübadiləsini  yaxşılaşdıran  vasitə  kimi  istifadə  edilir.  Təzə 
göyəm  şirəsi  ishala  qarşı,  qatılaşdırılmış  isə  qanlı  ishala  qarşı 
təsiredici vasitədir. Göyəm çiçəklərindən alınan sulu məhlul isə 
işlətmə dərmanı kimi tətbiq olunur. 
Göyəm  həm  də  balverən  və  bəzək  bitkisidir.  Mədəni 
gavalı göyəmlə alçanın təbii hibridindən əmələ gəlmişdir. 
Heyva – Айва – (Cydonia oblonga Mill). Gülçiçəklilər 
(Rosaceae)  fəsiləsindəndir.  Meyvə  bitkisi  kimi  4000  ildir  ki, 
məlumdur. Yabanı halda ən çox Şərq yarımkürəsində daha çox 
bitir.  Böyük  Qafqazın  şərq  hissəsində,  Mərkəzi  Zaqafqaziyada 
 
110
və  Talışda  yetişir.  Mədəni  halda  dünyanın  bir  çox  ölkələrində 
becərilir. 
Azərbaycanda  heyvanın  yabanı  formaları  çoxdur.  Lakin 
bunlar  az  öyrənilmişdir.  Heyvanın  az  öyrənilməsi  onun  mey-
vəsinin  az  qiymətləndirilməsidir.  Lakin  heyvanın  təsərrüfat 
ə
həmiyyəti böyükdür. 
Heyva may ayında çiçəkləyir. Çiçəkləri iri ağ və çəhrayı 
olur.  Ətirlidir.  Meyvəsi  sentyabr-oktyabrda  yetişir.  Heyvanın 
yabanı  formaları  xırda  olmaqla,  uzun  müddət  saxlandıqda  ətri 
yaxşılaşır. Meyvələri yumru, uzunsov və armud şəklində, rəngi 
yaşıl, açıq və ya tutqun sarı olur. Meyvənin üstü boz, tünd sarı 
və  ya  tünd  qəhvəyi  rəngli  pənbə  ilə  örtülüdür.  Ətliyi  ağ  və  ya 
sarımtıl,  əvvəlcə  bərk,  lakin  qalıb  yetişdikcə  yumşalır. 
Ə
tliyində  daşlaşmış  bərk  toxumalar  vardır.  Dadı  şirin,  turşa-
ş
irin və gər (büzüşdürücü) olur. 
Toxum  yuvası  beşdir.  Içərisində  boz  və  ya  qara-darçını 
rəngli toxumlar yerləşir. Toxumlar lığablıdır (yağlı-horralıdır). 
Heyvanın  tərkibində  5-12,2%  şəkər,  o  cümlədən  2,14% 
qlükoza,  6,27%  fruktoza  və  0,64%  saxaroza,  0,85-1,22%  üzvi 
turşu  (alma,  limon),  0,35-1,25%  aşılayıcı  maddə,  0,27-0,45% 
pektinli  maddə,  0,51-0,85%  minerallı  maddə,  o  cümlədən  30 
mq/kq  dəmir,  1,4  mq/kq  mis,  20  mq%  C  vitamin  və  karotin 
vardır.  Heyvanın,  əsasən  qabıq  hissəsində  toplanmış  enant-etil 
və pelarqon-etil efiri onun ətrini əmələ gətirir. 
Heyvadan  bişirilmiş  halda  (bəzən  külləmə  formasında) 
istifadə  edirlər.  Heyvanın  meyvəsi  marmelad,  jele,  povidlo, 
sukat,  mürəbbə,  kompot,  cem  hazırlamaq  üçün  qiymətli  xam-
maldır.  Heyvanın  ətri  daha  kəskin  olduğundan,  alma  və  ar-
muddan  hazırlanan  məhsullara  xoş  dad  və  ətir  vermək  üçün 
ondan bir qədər qatılır. 
Azərbaycanda  heyvadan  bir  çox  xörəklərin  hazırlanma-
sında  istifadə  edilir  (ət  və  quş  xörəklərinə  qarnir  kimi,  qiymə-
lənmiş  heyvanın  hazırlanmasında,  kələm  dolmasının  yanında 
və s.). 


 
111
Heyva  sobada  və  suda  bişirilmiş  halda  qidaya  sərf  olu-
nur. Çünki çiy halda heyva çox gec (bəzi məlumatlara görə 14 
saata) həzm olunur. Heyvadan ət və quş xörəklərinə qarnir kimi 
istifadə  olunur,  bir  çox  mili  xörəklər  hazırlanır  və  tamlı  qida 
məhsulu  kimi  kulinariyada  iştahaartırıcı  və  həzmedici  vasitə 
hesab  edilir.  Heyva  püresinə  ədviyyat  qatmaqla  sərbəst  xörək 
və  müxtəlif  xörəklərə  qatma  kimi  istifadə  olunur.  Heyvadan 
ə
tirli və qidalı mürəbbə, cem, kompot, jele, marmelad, sukat və 
digər qənnadı məmulatı hazırlanır. 
Heyvanın  müalicəvi  xassələri.  Təzə  heyvadan  hazır-
lanmış  ekstraktın  tərkibində  dəmir  çox  olduğundan  qan  azlığı 
və digər xəstəliklərə qarşı istifadə olunur. 
Məşhur  tacik  həkimi  və  filosofu  Ibn-Sina  heyvaya  çox 
fikir  verirdi.  O,  belə  hesab  edirdi  ki,  heyva  həzm  prosesinin 
pozulmasında  və  sifətin  (üzün)  rənginin  yaxşılaşmasında 
müsbət  təsir  göstərir.  Ona  görə  də  o,  təzə  hazırlanmış  heyva 
ş
irəsini bal və sirkə ilə iştahanın artmasına, mədənin möhkəm-
lənməsinə  və  qaraciyər  zəifliyində  istifadə  etməyi  məsləhət 
görürdü. Tərkibində büzüşdürücü aşı maddəsi olduğundan təbii 
halda  və  heyva  həlimi  şəklində  ishala  qarşı  və  daxili  qanax-
malarda  tətbiq  olunur.  Anus  dəliyi  çatlamalarında  və  düz 
bağırsağın  aşağı  düşməsində  heyva  şirəsində  islatma  qoyulur. 
Heyva  meyvəsindən  hazırlanan  çaydan  sidikqovucu  kimi  vad-
yanka (hidropos – bədən boşluqlarına su yığılması) xəstəliyində 
istifadə olunur. 
Xalq təbabətində ishala və daxili orqanlardan qanaxmaya 
qarşı  toxumlarından  alınan  həlimdən  istifadə  olunur.  Zaqaf-
qaziyada isə heyva toxumundan hazırlanmış çay öskürəyə qarşı 
içilir. 
Heyva tumlarının qabığında 20%-ə qədər selikvari mad-
də  vardır.  Bu  ondan  yumşaldıcı  və  bəlğəmgətirici  vasitə  kimi 
istifadə  etməyə  imkan  verir.  Tumlardan  hazırlanmış  selikli 
həlim gündə 3-4 dəfə 1 çay qaşığı nəfəs yollarının müxtəlif xəs-
təliklərinə  qarşı  istifadə  olunur.  Lakin  toxumdan  həlim  hazır-
 
112
ladıqda  onu  xırdalamaq  və  əzmək  məsləhət  görülmür,  çünki 
tumda  olan  zəhərli  amiqdalin  maddəsi  həlimə  keçib  onun  da-
dını acılaşdırar. 
Heyvanın  tərkibində  dəmir  çox  olduğundan  onun  ek-
straktı  qanazlığında  istifadə  olunur.  Dərman  məqsədilə  hey-
vanın  tumları  mədə-bağırsaq,  ürək-damar  xəstəliklərində,  tə-
nəffüs  yollarının  iltihabında  yumşaldıcı  bəlğəmgətirici  və  ös-
kürəyə qarşı tətbiq edilir. Heyvanın  yarpaqlarından dəmlənmiş 
çaydan  bronxial  astma  xəstəliyində  və  ürək  ağrılarına  qarşı, 
oduncağının qabığından  hazırlanmış çaydan isə  mədə-bağırsaq 
xəstəliklərinin müalicəsində istifadə edirlər. 
Heyva  balverən  bitki  kimi  də  qiymətləndirilir.  Hər  gülü 
orta  hesabla  3,5-5,5  mq  nektar  verir.  Nektarı  şirin,  şəffaf, 
yüngül  və  ətirli  olduğundan  arılar  tərəfindən  yaxşı  toplanır. 
Lakin heyvanın çiçəkləri az olduğundan hər hektardan 15-18 kq 
bal hasil edilə bilər. 
Heyvanın  oduncağı  ağ  rəngdədir.  Bəzi  xarratlıq  məmu-
latının hazırlanmasında istifadə edilir. 
Ş
aftalı,  hulu  –  Персик  --  Persica  Vulgaris  Mill.  Gül-
çiçəklilər  (Rosaceae)  fəsiləsindəndir.  stisevən  olduğundan, 
ə
sasən  ölkəmizin  cənub  rayonlarında  yayılmışdır.  Şaftalının 
vətəini  Irandır.  Lakin  son  zamanlar  müəyyən  edilmişdir  ki, 
ş
aftalının vətəni Şərqi Asiya, çox güman ki, Çindir. 
 Sənaye  əhəmiyyətli  şaftalı  Özbəkistanda,  Türkmənis-
tanda, Zaqafqaziya respublikalarında, Şimali Qafqazda, Ukray-
nada  və  Moldovada  becərilir.  Şaftalıdan  təzə  halda  itsifadə 
edilir,  kompot,  şirə,  mürəbbə,  sukat,  marmelad  hazırlanır  və 
qurudulur. 
Ş
aftalı  meyvələri  yumru  və  oval  formada  olur.  Təpələri 
düz, yumru və  ya məməlidir. Meyvələri yaşıl, ağ, qırmızı, sarı 
və  ya  qarışıq  rəngdə  olur.  Meyvənin  üzəri  çılpaq  və  ya  tüklü 
(pənbəli)  olur.  Üzəri  tüklü  şaftalılar  öz  növbəsində  həqiqi  şaf-
talıdan (bunların çəyirdəyi ətlikdən tamam ayrılır) və pavi şaf-
talısından (bunların ətliyi çəyirdəkdən ayrılmır) ibarətdir. Üzəri 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə