Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə31/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   27   28   29   30   31   32   33   34   ...   116

 
121
valerian turşusunun duzu, qatran və digər bioloji fəal maddələr 
vardır.  Müasir  tibbdə  başınağacının  qabıqlarından  duru  spirtli 
ekstrakt  şəklində  mamalıq  təcrübəsində,  xüsusən  uşaqlıq  qan-
axmalarında  qənkəsici  dərman  kimi  istifadə  edilir.  Qabıqdan 
hazırlanmış  ekstraktdan  gündə  2  dəfə  25-40  damcı,  1:20  nis-
bətində hazırlanmış həlimdən isə gündə 3-4 xörək qaşığı qəbul 
etmək məsləhət görülür. 
Xalq  təbabətində  başınağacı  qabığından  alınan  tinktura 
və  həlimdən  qankəsici  kimi,  yuxusuzluğa,  isteriyada,  qıcol-
maya qarşı istifadə olunur. Qabıqdan hazırlanan həlimi soyuq-
dəyməyə  və  təngnəfəsliyə  qarşı  qəbul  edilir.  Gündəlik  doza  1 
çay qaşığı xırdalanmış qabıqdan 1 stəkan suda hazırlanmış hə-
limdir. 
Baytarlıq təcrübəsində başınağacı həlimindən iribuynuzlu 
və  xırdabuynuzlu  (davar)  heyvanların  tənəffüs  orqanlarının 
xəstəliyinin müalicəsində istifadə olunur. 
Böyürtkən – Ежевика – Rubus caesius L. Gülçiçəklilər 
(Rosaceae) fəsiləsinə mənsubdur. Böyürtkən və moruğun 250-
dən çox növü vardır. Yabanı halda Asiya, Avropa və Amerika 
qitələrində  geniş  yayılmışdır.  Qərbi  Sibir,  Qazağıstan,  Orta 
Asiya  və  Qafaqazda  yetişir.  Azərbaycanın  bütün  zonalarında 
böyürtkən kolluqları vardır. Müalicəvi bitki kimi qədimdən mə-
lumdur. Antik dövrün görkəmli həkimləri böyürtkənin meyvə-
sini  və  bitkinin  digər  orqanlarını  müxtəlif  xəstəliklərin  müa-
licəsində istifadə etmişlər. Böyürtkənin keçən 100 il ərzində bir 
çox  mədəni  sortları  yetişdirilmişdir.  Lakin  sənaye  əhəmiyyətli 
ə
kin sahələri yoxdur. Bu isə böyürtkənin soyuğadavamlı olma-
masından irəli gəlir. Böyürtkən kolları -17
0
C-də donur. Əsasən 
yabanı  halda  yetişən  böyürtkən  toplanır,  qidaya  və  müalicə 
məqsədilə istifadə olunur. Əsas üç növü çox yayılmışdır. 
1. Qafqaz böyürtkəni – R.Caucasica L.; 
2. Göyümtül böyürtkən – R.Caesius L.; 
3. Qara böyürtkən – R.Fruticosus L
 
122
Böyürtkən  may  ayından  başlayaraq,  avqusta  qədər 
çiçəkləyir.  Çiçəkləri  ağ  və  ətirlidir.  Eyni  vaxtda  kollarda  həm 
təzə  açılmış  çiçək  və  həm  də  yetişmiş  meyvə  olur.  Çiçək  aç-
dıqdan təxminən 1 ay sonra meyvəsi yetişir. Meyvəsi forma eti-
barilə  uzunsov  və  konusvarı,  rənginə  görə  qırmızı,  qara,  al-
qırmızı  və  sarı  olur.  Azərbaycanda  irimeyvəli,  gecyetişən  və 
quraqlığa çox davamlı böyürtkən formaları vardır. Əhali yabanı 
böyürtkənləri  toplayır  və  konserv  zavodlarına  təhvil  verirlər. 
Lakin böyürtkəni yığmaq çox çətindir. 
Böyürtkənin tərkibində 2,88-3,64% qlükoza, 3,12-3,24% 
fruktoza, 0,35-0,58% saxaroza, 15-18% C vitamini, karotin, vi-
tamin E, B qrupu vitaminləri, 2,2%-ə qədər üzvi turşular (alma, 
şə
rab,  limon,  salisil),  1,8%  pektinli  maddə,  aşı  və  ətirli  mad-
dələr vardır. Yarpaqlarında 80-271 mq% C vitamini, toxumla-
rında 12,9% yağ vardır. Elmi təbabətdə, demək olar ki, istifadə 
olunmur. 
Giləmeyvəsi  çox  dadlı  və  ətirli  olduğundan,  təzə  halda 
yeyilir. Böyürtkəndən şirə, şərbət, kompot, mürəbbə, cem, mar-
melad,  şərab  hazırlanır.  Uzun  müddət  saxlamaq  üçün  quru-
dulur. 
Böyürtkən  həm  də  balverən  bitkidir.  Çünki  bütün  yay 
dövründə  çiçəkləyir  və  arılara  yaxşı  nektar  verir.  Arılar  1  ha 
sahədən 20-25 kq bal hasil edə bilir. 
Böyürtkənin  müalicəvi  xassələri.  Təzə  giləmeyvələr 
susuzluğu  yatırmaq  məqsədilə  qızdırma  vəziyyətində  yeyilir. 
Yetişib  ötmüş  meyvələri  qəbizlikdə  (yüngül  yumşaldıcı  kimi), 
kal  meyvələri  isə,  əksinə,  ishal  zamanı  (qarınbağlayan  vasitə 
kimi) istifadə olunur. Meyvələri və ondan hazırlanmış çay xalq 
təbabətində  klimakterik  əsəb  zamanı  sakitləşdirici  və  ümumi 
qüvvətləndirici vasitə hesab edilir. 
Ə
vvəllər  giləmeyvələrdən  hazırlanan  tinktura  və  həlim-
lərdən  tərgətirici  və  sidikqovucu  vasitə  kimi  istifadə  edirdilər. 
Sonralar məlum oldu ki, soyuqdəymə xəstəliyində yarpaqlardan 
hazırlanan çay və həlim yaxşı tərlədici təsirə malikdir. 


 
123
Sidikqovucu  vasitə  kimi  böyürtkənin  köklərindən  hazır-
lanan  (1:20)  həlim  də  istifadə  olunur.  Yarpaqların  tərkibində 
14%-ə qədər aşı maddəsi olduğundan, ondan alınmış (1:10) hə-
limdən  qanlı  bəlğəmin,  mədədən  qanaxmanın  və  ishalın  müa-
licəsində  istifadə  olunur.  Bu  həlimdən  gündə  3  dəfə  1  xörək 
qaşığı içilir. Yarpaqlarından hazırlanan həlimlə boğazı qarqara 
edirlər.  shala  qarşı  qurudulub  toz  halına  salınmış  yarpaqla-
rından da istifadə olunur. Bəzən xalq təbabətində yarpaqlardan 
hazırlanmış  tinkturadan  bəlğəmgətirici  vasitə  kimi  yuxarı 
tənəffüs  yollarının xəstəliklərində təyin olunur. Belə tinkturanı 
yüksək həyəcanlanma və yuxusuzluq zamanı sakitləşdirici təsiri 
müəyyən edilmişdir. 
Dioskorid  qədim  dövrdə  dəri  xəstəliklərində  böyürtkən 
yarpaqlarından kompres üçün istifadə etməyi məsləhət görürdü. 
Müasir təbabətdə yarpaqlardan alınmış həlimlə, islatmanı və ya 
ə
zilmiş yarpaqları dəmrov, ekzema, daimi  yara və köhnə irinli 
yara  nəticəsində  dərinin  zədələnmiş  yerlərinə  qoyurlar.  Bu 
yaranın  təmizlənməsinə  və  tez  sağalmasına  təsirli  kömək  edir. 
Yarpaqların  bakterisid  təsiri  onun  tərkibindəki  fitonsidlərin 
fəallığı ilə əlaqədardır. 
Böyürtkən  yarpaqlarından  çox  ətirli  və  xoşagələn  çay 
hazırlanır.  Bu  çay  dadına  və  iyinə  görə  adi  çayı  xatırladır. 
Çayın  əvəzedicisini  hazırlamaq  üçün  təzə  böyürtkən  yarpaq-
larını ağzı bağlı qaba yığıb fermentləşdirir, solmuş və qaralmış 
yarpaqlar açıq havada qurudulur. 
Cır  mərsin  –  Голубика  –  Vaccinium  uliginosum  L. 
Bitkinin adı meyvəsinin  və  yarpaqlarının rəngi ilə əlaqədardır. 
Cır  mərsin  Mərcangilə  (Vacciniaceae)  fəsiləsindən,  çox  da 
böyük olmayan kol bitkisidir. Yarpaqları ellips formada, alt his-
sədə  göyümtül-yaşıl  rəngdə,  xırda  ağ,  azacıq  çəhrayı  rəngli 
çiçəkləri var. Meyvəsi oval formalı, rəngi göyümtül-mavi, ətliyi 
ş
irinə-turş  yaşıldır.  May-iyunda  çiçəkləyir,  meyvəsi  avqust-
sentyabrda yetişir. Cır mərsin iynəyarpaqlı və iriyarpaqlı meşə-
lərdə  kol  halında,  Rusiyanın  şimal  və  orta  zonasının  torflu 
 
124
bataqlıqlarında  rast  gəlinir.  Meyvəsi  tam  yetişmiş  halda  quru 
hava şəraitində toplanır. Cır mərsini topladıqda ehtiyatlı olmaq 
lazımdır, çünki meyvələr asan əzilir. 
Ə
sasən  təzə  halda  yeyilir  və  pəhriz  xörəklərinin  hazır-
lanmasında  istifadə  olunur.  Onun  tərkibində  6,5%  şəkər,  1% 
üzvi  turşu,  1,2%  sellüloza,  pektin,  aşı  və  boya  maddələri,  25 
mq%  C  vitamini  və  karotin  vardır.  Giləmeyvələrini  qurutmaq, 
kompot, mürəbbə, şirə və şərab hazırlamaq olar.  Tərkibində C 
vitamini  olduğundan  şimal  rayonlarında  sinqa  əleyhinə  qəbul 
edilir. Donmuş giləmeyvələrdə C vitamini yaxşı qorunur. Təzə 
ş
irəsi  və  giləmeyvədən  hazırlanan  həlim  içki  kimi  qızdırmalı 
xəstələrə verilir. 
Çaytikanı  –  Облепиха  -  Hippophae  rhamnoides  L. 
Iydə  (Elaeagnaceae)  fəsiləsinin  çaytikanı  cinsinə  mənsubdur. 
Məlum  olan  3  növündən  biri  Azərbaycanda  bitir.  Çaytikanı 
Orta Asiyada, Sibirdə, Qafqazda və Rusiyanın Avropa hissəsin-
də  çay  vadilərində,  çəmənliklərdə,  meşə  yaxınlıqlarında,  hün-
dür dağlarda təsadüf edilir. 
Azərbaycanın  Samur  çayı  vadisində,  Quba-Xaçmaz, 
Şə
ki-Zaqatala, Naxçıvan, Lənkəran zonalarında dəniz səthindən 
2000  m  hündürlüyə  qədər  yerlərdə  kolluqlar  və  ağac  şəklində 
bitir.  Bu  bitki  Azərbaycanın,  demək  olar  ki,  əksər  dağ-meşə 
rayonlarında yayılmışdır. 
 
Çaytikanı  meyvəsinin  xoş  ətrinə  görə,  çox  vaxt  «Sibir 
ananası» adlanır. O, doğrudan da, ananas ətri verir. Lakin çayti-
kanı  meyvəsi  tibbi  əhəmiyyətinə  görə  əsl  ananasdan  xeyli 
üstündür. 
Çaytikanı qollu-budaqlı, hündürlüyü 4-6 m-ə çatan ağac-
dır. Gövdə və qol-budağının üzəri yaşıl-qonur və ya boz-qonur 
rəngli  qabıqla  örtülmüşdür.  Çaytikanı  bitkisinin  iynəvarı  bu-
daqları və növbə ilə  yerləşən sadə, xətkeşlanset formalı, uzun-
luğu  8  sm-ə  çatan,  üst  hissəsi  boztəhər  yaşıl,  alt  hissəsi  gü-
müşü-qonur rəngli yarpaqları vardır. Nəzəri cəlb etməyən xırda, 
sarı  rəngli  çiçəkləri  qol-budaqları  üzərində  yerləşmişdir.  Mey-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə