153
Xalq təbabətində quşüzümü şirəsini balla soyuqdəymə ilə
ə
laqəli kəskin öskürəyə qarşı, boğaz ağrısı (angina) və yel
xəstəliyinə qarşı içirlər. Quşüzümü şirəsi və morsu bakterisid
təsirə də malikdir.
Mərsin – Мирт – Myrtus L. Mərsin (Myrtaceae)
fəsiləsindən həmişəyaşıl kol, yaxud ağacdır. Tamkənarlı
yarpaqları qarşı-qarşıya, ikicinsiyyətli çiçəkləri tək-tək yerləşir.
Meyvəsi giləmeyvəyəbənzərdir. Əsasən Amerikanın subtropik
və tropik bölgələrində, həmçinin, Afrika, Avstraliya və Yeni
Zelandiyada 60-dan çox növü yayılmışdır. Adi mərsin (Myrtus
communis L.) hələ qədim zamanlardan dekorativ bitki kimi
ə
kilir. Hündürlüyü 2-5 m-dək, yarpaqları lansetvarı, ətirli iri
(diametri 3 sm) ağ və ya çəhrayı rəngli çiçəkləri, göyümtül-qara
meyvəsi olur. Krımda, Qafqazın Qara dəniz sahillərində, Azər-
baycanın Mərdəkan dendrarisində becərilir. Mərsinin yarpaq-
larında və bitkinin digər hissələrində ətriyyatda və tibbdə işlə-
dilən 0,3-0,5%-ə qədər efir yağı vardır. Bu yağdan müxtəlif
məqsədlər üçün istifadə olunur, lakin dəqiq müalicəvi xassələri
haqqında ədəbiyyatlarda məlumat yoxdur. Təzə və qurudulmuş
meyvəsindən kompot, kisel, mors və digər kulinar məmulatın
hazırlanmasında istifadə olunur.
Mərsin fəsiləsinə aid digər bitkilərin meyvəsi (məsələn,
feyxoa) yeyilir, tərkibində efir yağı olanlar (mixək) ədviyyə
kimi, qiymətli oduncağından (evkaliptlər) istifadə olunur.
Moruq – Малина – Rubus idaeus L. Gülçiçəklilər
(Rosaceae) fəsiləsinin Rubus cinsindən, 1-3 m hündürlükdə
yarpaqları tökülən qol-budaqlı yarımkol bitkidir. Sıra ilə dü-
zülmüş yaşıl yarpaqları, yaşılımtıl rəngli çiçəkləri və tünd
qırmızı rəngli turşməzə dadlı meyvələri vardır.
Yarpaqların üst səthi yaşıl rəngdədir, üçərlələkvarı mü-
rəkkəbdir. Yarpaqların alt hissəsi tüklüdür. Ikicinsiyyətli ağ ya-
ş
ılımtıl rəngli çiçəkləri salxım və ya qalxancıq çiçək qrupunda
yerləşir. Qırmızı rəngli, turşməzə dadlı giləmeyvəsi mürəkkəb
çəyirdəklidir. Meyvələri qurudulduqda bozumtul qonur, tutqun
154
qırmızı rəngə düşür. Meşə moruğu keyfiyyətinə görə ən yaxşı
hesab olunur. Meşə moruğunun meyvələri kiçik olsa da, çox
ş
irəli ətirli və xoş dadlı olur. Moruq bitkisi may-iyun aylarında
çiçək açır, meyvələri iyul-avqustda yetişir. Sentyabr-oktyabr
aylarında yetişən mədəni sortları da vardır. Dünyada moruğun
120-ə qədər, Azərbaycanda yabanı halda 1 növü – adi moruq
(R.Vulgarus) məlumdur. Azərbaycanın meşələrində, meşə
ə
təklərində, çay kənarlarında moruğun ehtiyatı çoxdur. Böyük
Qafqazın meşələrində moruğun yabanı halda yetişən iri
uzunsov oval formalı qara rəngli növünə də rast gəlinir. Yerli
ə
hali həmin moruğu böyürtkən adı ilə toplayıb mürəbbə ha-
zırlamaq üçün istifadə edirlər.
Moruq haqqında ilk yazılı məlumat qədim yunan yazar-
larına aiddir. Yunanlar və romalılar meşələrdən topladıqları
giləmeyvəni təkcə qidaya yox, həm də dərman kimi müxtəlif
xəstəliklərdə istifadə edirdilər. Yabanı sortların uzun müddət
ə
hilləşdirilməsi ilə hazırda moruğun çoxlu sayda mədəni sort-
ları yaradılmışdır. Qərbi Avropada moruq XVI əsrdə meydana
gəlib və yalnız XIX əsrdə geniş yayılıb. Rusiyada moruq
bitkisinin mədəni halda becərilməsinə XVII əsrdə başlanmışdır.
Lakin o vaxt çox az moruq sortları vardı, lakin XX əsrin orta-
larından yeni, qiymətli moruq sortları yetişdirilmişdir. Hazırda
moruq Rusiyanın bütün bölgələrində, Ukraynada, Qafqazda,
Orta Asiyada geniş yayılmışdır.
Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq
yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə
və bir qədər rütubətli torpaqlarda bitir.
Son illər Azərbaycanda moruğun mədəni sortları becərilir
və onun ehtiyatı çoxdur. Lakin təzə halda moruğu uzun müddət
saxlamaq mümkün deyil.
Moruğun giləmeyvəsi xoşagələn ətrinə və özünəməxsus
turşa-şirin dadına görə qiymətlidir. Tərkibində 9-11% şəkər
(əsasən, qlükoza və fruktoza), 2,5%-ə qədər üzvi turşular (alma,
salisil, limon, şərab), 0,26% aşı maddəsi, 0,5-2,8% pektinli
155
maddə, 4-6% sellüloza, 2,7% pentozanlar, 0,8-1,9% azotlu
maddə, 29 mq% C vitamini, B
1
, B
2
, PP, fol turşusu (B
9
vita-
mini), karotin və 0,4-0,8% minerallı maddələr (dəmir, kalium,
mis və s.) vardır. Moruğun tərkibindəki β-sitosterin ateroskle-
roza qarşı təsir xassəsinə malikdir.
Moruğun meyvələri tam yetişdikdə yığılır. Təzə halda
yeyilir. Ondan mürəbbə, kompot, şərbət, kisel, marmelad,
pastila, nastoyka, spirtli içki, likör, şərab, sərinləşdirici içkilər
və digər məhsullar hazırlanır. Moruğu qurudub dərman kimi
istifadə edirlər.
Moruq həm də balverən bitkidir. 1 ha moruq sahəsindən
arılar 100 kq bal hasil edə bilirlər. Yabanı moruq bir çox
mədəni moruq sortları üçün əcdad hesab edilir.
Moruğun müalicəvi xassələri. Dərman xammalı kimi
moruq giləmeyvəsi qurudulur, bankaya və ya karobkalara
yığılıb sərin, quru otaqlarda saxlanılır. Moruğun tərkibində əsas
müalicəvi xassəyə malik olan salisil, limon, alma, şərab turşusu
və C vitamini vardır. Bunlardan başqa B qrupu vitaminləri,
karotin, qlükoza, fruktoza, saxaroza, aşı maddəsi, diqlükozid
sianidin flavanoidi vardır. Qeyd etmək lazımdır ki, yabanı
moruğun ətri və dadı mədəni sortlara nisbətən daha yaxşıdır.
Təzə meyvələr susuzluğu yaxşı söndürür, qidanın həz-
mini yaxşılaşdırır. Qədimdə Rusiyada səhərlər moruq və quş-
üzümündən hazırlanan xüsusi içki (взварец) içirdilər. Moruğu
çox vaxt pəhriz qidasında, xüsusən uşaqların qidasında istifadə
edirlər. Lakin podaqra və nefritlə xəstə olanlar moruqdan isti-
fadə etməməlidirlər, çünki moruğun tərkibində purin əsaslı
maddələr çoxdur.
Xalq təbabətində moruq meyvəsini çay kimi dəmləyib
soyuqdəymədə tərlədici dərman kimi işlədirlər. Moruqdan, eyni
zamanda elmi təbabətdə ödqovucu, sidikqovucu dərman kimi
də dəmləmə və bişirmələr şəklində istifadə olunur. Təzə də-
rilmiş moruq meyvəsindən hazırlanan mürəbbə və şərbət böy-
rək xəstəliyinin və soyuqdəymənin yaxşı dərmanıdır. Xəstəliyin
156
ilk dövründə 2-3 stəkan qaynar moruq çayı (2 xörək qaşığı quru
moruq 1 stəkan qaynamayan suda dəmlənir) içmək məsləhət
görülür.
Xalq təbabətində moruq qida həzmini yaxşılaşdıran
vasitə kimi, sinqa, qanazlığı, mədə ağrıları əleyhinə istifadə
olunur. Çiçəklərindən alınan tinktura və həlimdən dərinin müx-
təlif iltihabi proseslərində və üzdəki sızanaqlara qarşı tətbiq
olunur. Üzdəki sızanaqlara qarşı 1 hissə moruq yarpağı şirəsi
ilə 4 hissə vazelin və ya kərə yağından hazırlanmış məlhəm
(maz) də tətbiq olunur. 1:20 nisbətində yarpaqlardan hazırlan-
mış tinkturadan anginaya qarşı boğazı qarqara etmək məsləhət
görülür. Belə tinktura ishala qarşı, bağırsaqlardakı iltihab pro-
seslərinə, tənəffüs orqanlarının və dəri xəstəliklərinə (səpki,
sızanaq, dermatit və s.) qarşı içilir. Bəzən bu tinkturadan qan-
kəsici vasitə kimi (mədədən və digər orqanlardan qanaxmalara
qarşı) istifadə edirlər. Ev kosmetikasında əvvəllər moruq
yarpaqlarından alınmış həlimdən saçları qara rəngə boyamaq
məqsədilə işlədirdilər.
Sarı böyürtkən – Морошка – Rubus chamaemorus L.
Gülçiçəklilər (Rosaceae) fəsiləsindən sürünən kökü, dikda-
yanan gövdəli, beş və ya yeddidilimli dairəvi yarpaqları, yaxşı
inkişaf etmiş beşləçəkli iri ağ çiçəkləri olan çoxillik ot bit-
kisidir. Meyvəsi mürəkkəb, narıncı-sarı və daxilində 20-yə
qədər kiçik toxumları olan mürəkkəb giləmeyvədir. May-
iyunda çiçəkləyir, meyvəsi iyul-avqusta yetişir. Bu şaxtaya
davamlı bitki Rusiyanın Avropa hissəsinin şimal bölgələrində,
Sibirdə, Uzaq Şərqdə daha çox rast gəlinir. Torflu bataq-
lıqlarda, bataqlıqlı meşələrdə və hətta tundrada bitir.
Ş
irin giləmeyvəsinin tərkibində 3% şəkər, 1%-ə qədər
limon turşusu, 4%-ə qədər sellüloza, aşı maddəsi, 30 mq% C
vitamini və digər bioloji fəal maddələr vardır. Qidaya təzə,
bişirilmiş və isladılmış (моченые) halda istifadə olunur. Ondan
mürəbbə, cem, jele, muss, şirə, hətta şərab hazırlanır. Təzə gilə-
meyvəsini şəkərlə konservləşdirib (çiy mürəbbə) uzun müddət
Dostları ilə paylaş: |