165
çayları kənarında olan meşəliklərdə ehtiyatı çoxdur. Müasir
təbabətdə hər iki zirincin yarpaqlarından dərman məqsədilə
istifadə olunur. Yarpaqlarını bitki çiçək açan dövrdə toplayır,
quru havalı binada qurudub əczaçılıq zavoduna göndərirlər.
Zirincin meyvəsi də faydalıdır. Onun tərkibi C vitamini ilə çox
zəngindir. Odur ki, meyvələrini yetişən dövrdə (avqust-
sentyabr aylarında) toplayıb, günəşli havada qurudur, sonra çay
kimi dəmləyib avitaminoz xəstəliyinə tutulan şəxslərə gündə 3
dəfə yeməkdən əvvəl verirlər.
Zirinc hündürlüyü 2-3,5 m-ə çatan ağac və ya kol
bitkisidir. Üç yerə ayrılmış budaqları tikanlıdır. Budaqlarının
qoltuğunda dəstə-dəstə yerləşən yumurtaşəkilli yarpaqları sıra
ilə düzülmüşdür. Salxım şəklində düzülmüş açıq sarı rəngli
çiçəkləri vardır. Ovalvarı, üçtoxumlu, yetişəndə qırmızı rəngə
boyanan giləmeyvəsi olur. Meyvəsinin dadı çox turşdur.
Toxumları uzunsov formada, qırmızı-qonur rəngdədir. Bitkinin
gövdəsindəki qabığı xaricdən açıq sarı, daxildən qonur sarı
rəngdə olur. Zirinc iyun ayında çiçək açır, meyvəsi avqust-
sentyabrda yetişir. Salxım şəklində düzülmüş açıq sarı rəngli
ə
tirli çiçəkləri vardır. Yarpaqları açıq yaşıl rəngli və turş dadlı
olur. 2-3 qırmızı-qonur toxumlu gilədir. Çəkisi 0,14-0,32 q-dır.
Toxumu meyvəsinin 24-30%-ni təşkil edir, silindr və ya oval
şə
klindədir. Uzunluğu 12 mm-dir. Əsasən qırmızı, bəzən isə
qara, sarı və çəhrayı rəngdə olur. Meyvəsi turşdur və uc
hissəsində qönçə tumurcuğu yapışıq qalır. Meyvəsini əl ilə
yığırlar. Şaxta vurduqda dadı yaxşılaşır.
Zirinc meyvəsinin tərkibində 5% şəkər, 5-6% üzvi turşu
(əsasən, alma turşusu), 0,6-0,8% aşılayıcı və rəngləyici maddə,
0,4-0,6% pektinli maddə, 4,9% sellüloza, 0,95% kül və 150-
170 mq% C vitamini vardır. Iyun ayında toplanmış yarpaqla-
rında 120 mq% C vitamini və meyvə verdikdə yığılmış yar-
paqlarında 40 mq% E vitamini vardır. Qeyd etmək lazımdır ki,
zirincin meyvəsində C vitaminindən başqa, bir sıra digər mü-
hüm maddələr də vardır. Bunlardan limon və alma turşularını,
166
piroqallol qrupu aşı maddələri, flavonoidləri, pektin və şəkərli
maddələri qeyd etmək olar.
Zirincdən təzə halda çox az istifadə edilir. Bundan sirkə,
şə
rab, jele, mürəbbə, şirə, spirtsiz içki, tamlı qatqı, konfet və
karamel üçün içlik hazırlayır və qurudurlar. Bir qədər kal yığıl-
mış meyvələrini qurudur və sumaq əvəzinə tamlı qatqı kimi
istifadə edirlər. Zirinci şorabaya da qoyurlar. Meyvəsindən
alınmış cövhərdən likör və qazlı içkilər hazırlanır.
Zirincin müalicəvi xassələri. Zirincin meyvələrindən
xalq təbabətində sinqa, raxit, qanazlığı, isitmə, mədə-bağırsaq
xəstəliklərinin müalicəsində ta qədimdən bəri istifadə edilir.
Eyni zamanda, meyvələrindən yeyinti sənayesində də mürəbbə
və digər məhsullar alırlar. Zirincin yarpağının əsas təsiredici
maddəsi berberin alkaloididir. Bu alkaloid təmiz halda açıq sarı
rəngli kristal maddədir, qankəsici təsirə malikdir. Hazırda elmi
təbabətdə hər iki zirinc bitkisinin yarpaqlarından spirtli cövhər
(Tinctura Berberidis) hazırlanır ki, ondan uşaqlıq qanaxma-
larında qankəsici dərman kimi istifadə olunur.
Yarpaqlarından alınmış spirtli cövhərdən daxili qanax-
malarda müalicəvi vasitə kimi istifadə edilir. Yarpaqlarında,
həmçinin, A və C (130 mq%) vitaminləri vardır. Zirinc çiçək-
lərindən dəmlənmiş çay öskürəyə qarşı içilir.
Xalq təbabətində zirincdən və ondan hazırlanmış mürəb-
bədən sarılıq xəstəliyinin müalicəsində istifadə olunur.
167
S TRUS, SUBTROP K VƏ TROP K
MEYVƏLƏR
Subtropik və tropik meyvələr bir sıra bioloji xüsusiy-
yətlərə malikdir və xüsusi becərilmə tələb etdiyindən, heç də
bunların hamısı respublikamızda əkilib-becərilmir. Ona görə də
bu qrupa aid olan tropik meyvələrin əksəriyyəti ölkəmizə
xaricdən gətirilir. Lakin Azərbaycanın torpaq-iqlim şəraiti bu-
rada bir çox sitrus və subtropik meyvələrin əkilib-becərilməsinə
imkan verir.
Bu meyvələr zəngin tərkibə malik olduğundan müxtəlif
məqsədlər üçün istifadə olunur. Bu meyvələrin tərkibində insan
orqanizmi üçün vacib olan vitaminlər və bioloji fəal maddələr
olduğundan, əsasən təzə halda və şirə kimi istifadə olunur. Bəzi
subtropik və tropik meyvələr qurudulmuş halda (xurma, əncir)
daha uzun müddət saxlanıla bilir və ilin bütün vaxtlarında isteh-
lak edilir. Subtropik və tropik meyvələrin tərkibində vitamin-
lərlə yanaşı nisbətən çox miqdarda üzvi turşular, efir yağları,
qlükozidlər, fitonsidlər, alkaloidlər və s. maddələr də vardır.
Bu meyvələr pəhriz-müalicəvi qidalanmada geniş istifadə
olunur. Lakin bu bitkilərin becərildiyi ölkələrdə onun meyvə-
sindən müalicəvi məqsədlə az istifadə olunur. Onlar subtropik
və tropik bitkilərin yarpaqlarını, qabığını və digər orqanlarını
tədarük edir və müalicəvi məqsədlə istifadə edirlər. Bəzi sitrus
və subtropik meyvələr əczaçılıq təcrübəsində geniş tətbiq
olunur.
Sitrus meyvələrinə limon, narıngi, portağal, qreypfurt,
kumkvat, kivi aiddir.
Subtropik meyvələrə nar, əncir, xurma, zeytun, feyxoa,
innab, iydə, tut aiddir.
Tropik meyvələrə isə banan, ananas, Iran xurması,
manqo, avakado, liçi, papayya, çörək ağacı və s. aiddir. Biz bu
bitkilərin izahını əlifba sırası ilə veririk.
168
Ağ tut – Шелковица (тут) белый – Morus alba L.
Tut (Moraceae) fəsiləsinə mənsubdur. Ağ tutun Vətəni Zaqaf-
qaziyadır. Meyvəsi üçün becərilən tut 2 əsas növə bölünür: ağ
və xartut. Yaxın Şərq ölkələrində çox yayılmışdır. Azər-
baycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ-
müxtəliflikləri vardır. Yabanı halda Azərbaycanın meşələrində,
çay kənarlarında və dağ ətəklərində bitir. Yabanı tutun bir çox
formaları vardır və yerli tutlar bunlardan seçilib qədim zaman-
lardan bəri becərilməkdədir.
Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun
ağacı isə bir qədər xırda olur. Ağacı çox yavaş böyüyür.
Meyvəverən tutların erkək və dişi çiçəkləri olur. Çiçəklər
yarpaqlarla eyni vaxtda əmələ gələn kiçik meyvəciklərin üzə-
rində açılır. Çiçəklər gödək saplaqla salxımda yerləşir. Erkək
çiçəklərin 4 kasa yarpaqları və 4 yarpaqcığı vardır. Torbacıqlar
partladıqdan sonra tozları tökülür. Dişi çiçəklərin 4 kasacıq
yarpaqları, 2 ağızcığı vardır. Hər çiçəkdən tək-tək kiçik mey-
vələr əmələ gəlir və bunlar bir saplaq üzərində yerləşərək tutun
ə
sas meyvəsini təşkil edir. Hər meyvəciyində bir ədəd yastı,
sarı, xırda toxumu vardır. Toxumların arasında olan sulu, şirin
lətliyi yeyilir. Meyvəsi silindr şəklində, saplağı qısadır. Tutun
meyvəsi mürəkkəb giləmeyvədir.
Ağ tut iyun-iyulda, xartut isə iyul-avqustda yetişir. Mey-
vələrin yetişməsi tədricən olur və 40 gün davam edir. Ağ tutun
meyvəsi ağ-yaşılımtıl, ağ-sarımtıl və ya ağ-çəhrayı rəngdə, sulu
və şirindir. Ağ tutun meyvələri tam yetişdikdə yerə tökülür.
Odur ki, tutu yetişdikcə, hər iki gündən-bir səhər tezdən
silkələyib xüsusi çadralara toplayırlar.
Ağ tutun meyvəsi şirin, dadlı, asan həzm olunduğundan
təzə halda yeyilir. Tərkibində 23%-ə qədər şəkər, üzvi turşular,
zülal, pektin, yağ, aşılayıcı və rəngləyici maddələr, vitaminlər
və dəmir vardır.
Dostları ilə paylaş: |