Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə40/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   36   37   38   39   40   41   42   43   ...   116

 
157
sərin  yerdə  saxlamaq  olar.  Daşımaq  üçün  tam  yetişməmiş 
meyvələr yararlıdır. 
Sarı  böyürtkənin  müalicəvi  xassələri.  Şimal  bölgə-
lərinin əhalisi üçün sarı böyürtkən C vitamininin qiymətli mən-
bəyi  hesab  olunur  və  sinqaya  qarşı  vasitə  kimi  tətbiq  olunur. 
Giləmeyvələri  ishala  qarşı  və  qida  həzmi  pozulduqda  qəbul 
edilir.  Bundan  əlavə  bitkinin  digər  orqanları,  xüsusən  çiçək 
kasacığı  xalq  təbabətində  sidikqovucu  vasitə  kimi  istifadə 
olunur. 
Sarı  böyürtkənin  yarpaqlarından  hazırlanan  çay  sinqa, 
vərəm  və  qanlı  bəlğəmə  qarşı  bir  müalicə  vasitə  kimi  içilir. 
Eyni zamanda, belə çay  müasir dövrdə ishala və daxili qanax-
malara qarşı qankəsici vasitə kimi tətbiq olunur. Bu məqsədlə 1 
xörək  qaşığı  xırdalanmış  yarpaqlardan  1  stəkan  qaynar  suda 
hazırlanmış  tinkturadan  hər  gün  3-4  dəfə  qəbul  etməklə  təsirli 
nəticə alınana qədər davam etdirmək lazımdır. 
Üvəz,  qara  meyvəli  quşarmudu  –  Черноплодная 
рябина
  –  Aronia melapocarpa  (Minhx)  Elliott.  Gülçiçəklilər 
(Rosaceae)  fəsiləsindən  çox  da  böyük  olmayan  ağac  (0,5-2  m 
hündürlüyündə)  və  ya  koldur.  Yarpaqları  tünd  yaşıl,  çiçəkləri 
ağ  iri  qalxancıqda  toplanır.  Meyvəsi  qara  rəngli  salxımda 
toplanan  giləmeyvədir.  Vətəni  Şimali  Amerikadır.  XIX  əsrin 
sonunda  bu  bitki  Avropaya  gətirilmişdir.  Rusiyada  qara  mey-
vəli quşarmudunun becərilməsinə I.V.Miçurin çox fikir verirdi. 
Qara  meyvəli  quşarmudu  həm  də  dekorativ  bitki  kimi 
küçələrdə, bağlarda və parklarda əkilir, qida və dərman bitkisi 
ə
həmiyyətinə malik olan meyvələri tədarük edilir. 
Meyvəsi  xoşagələn  turşa-şirin,  bir  qədər  büzüşdürücü 
dadlıdır. Tərkibində 9,5%-ə qədər şəkər, üzvi turşular, karotin, 
0,5% P vitamini, həmçinin, C, B
1
, PP və provitamin A (karotin) 
vardır.  Üzvi  turşunun  miqdarı  narıngi,  çiyələk,  moruq  və 
qırmızı  qarağatdakından  çoxdur.  Qara  meyvəli  quşarmudu  P 
vitamini konsentratıdır. Dərilmiş meyvələr uzun  müddət xarab 
olmur,  çünki  tərkibində  mikrobların  çoxalmasına  qarşı  maddə 
 
158
vardır. Giləmeyvələrdəki vitaminlər yazbaşına kimi yaxşı qalır. 
Meyvəsi  təzə  halda  yeyilir,  ondan  kompot,  kisel,  mürəbbə, 
cem,  marmelad,  şərab,  nastoyka  və  likör  hazırlanır.  Qənnadı 
sənayesində də istifadə olunur. 
Qara  meyvəli  quşarmudunun  müalicəvi  xassələri
Qara  meyvəli  quşarmudu  və  onun  şirəsi  iştahanı  artırır,  mədə 
ş
irəsinin  turşuluğunu  və  həzmedici  gücünü  artırır.  O,  mədə 
ş
irəsinin  turşuluğunun  azlığı  ilə  müşayiət  olunan  qastritli  xəs-
tələr üçün faydalıdır. 
Son  illər  müəyyən  olunmuşdur  ki,  təzə  giləmeyvə  və 
onun  şirəsi  hipertoniya  xəstəliyində  qan  təzyiqini  aşağı  salır. 
Kliniki təcrübə nəticəsində qan təzyiqi yüksək olanlara gündə 3 
dəfə  100  q  giləmeyvə  və  ya  50  q  şirə  qəbul  etmək  məsləhət 
görülür.  Görünür  qara  meyvəli  quşarmudunun  belə  müalicəvi 
təsiri  onun  tərkibindəki  P  və  C  vitaminlərinin  –  citrinini  daha 
yaxşı həzm olunmasını təmin etməsidir. Vitamin sənayesi qara 
meyvəli  quşarmudu  həbləri  (50  mq)  istehsal  edir.  Bu  həblər 
askorbin  turşusu  ilə  birlikdə  hipertoniya  xəstəliyinin  müalicə-
sində,  həmçinin,  müxtəlif  qanaxmalarda  və  diatezdə  tətbiq 
olunur.  Lakin  qanın  yüksək  laxtalanması  zamanı  bu,  əks  təsir 
göstərir. 
Yaşlılara  3-4  həftə  ərzində  gündə  3-4  həb  (hər  dəfə 
yeməkdən  əvvəl  1  ədəd),  uşaqlara  isə  2-3  həb  qəbul  etmək 
məsləhət görülür. Belə dozada və həmin xəstəliklərdə vitamin P 
və  C  vitamini  kompleksləri  ilə  qara  meyvəli  quşarmudu 
drajelərini qəbul etmək lazımdır. 
Elmi-Tədqiqat  Vitamin  Institutunda  qara  meyvəli  quşar-
mudundan qida üçün və bioloji fəal boya maddəsi alınmışdır ki, 
onun  da  tərkibində  6,5%  P  vitamini  vardır.  Bu  zərərsiz  boya 
maddəsindən qənnadı və vitamin sənayesində, eləcə də meyvəli 
suların  istehsalında  istifadə  olunan  sintetik  boya  maddələrinin 
ə
vəzedicisi kimi istifadə olunur. 
Üzüm  –  Виноград  –  Vitis  vinifera.  Üzüm  (Vitaceae) 
fəsiləsinin üzüm cinsindəndir. Üzüm cinsinin 70 növündən ikisi 


 
159
Azərbaycanda  bitir.  Bunlardan  meşə  və  Amur  üzümü  daha 
geniş  yayılmışdır.  Üzüm  kolabənzər  sarmaşan  bitki  (liana) 
olub,  gövdəsinin  uzunluğu  20-40  m-ə  çatır.  Qonur-sarı  rəngli 
qabıqla  örtülmüş  budaqları  üzərində  növbə  ilə  düzülmüş  girdə 
yarpaqları  və  nəzəri  cəlb  etməyən  xırda,  sarı-yaşıl  çiçəkləri 
vardır. Meyvəsi müxtəlif formalı gilədən ibarət olub, yetişəndə 
müxtəlif  rəngə  (yaşılımtıl-sarı,  bənövşəyi,  qara  və  s.)  boyanır. 
Meyvəsi  şirəli,  ətirlidir,  şirin,  turşməzə  dada  malikdir.  Bitki 
may-iyun  aylarında  çiçəkləyir,  meyvəsi  isə  avqust-sentyabr 
aylarında yetişir. 
Üzüm,  son  dərəcə  qiymətli  bitki  olub,  çox  geniş  miq-
yasda becərilir. Eramızdan hələ çox qabaq üzüm tənəyi qədim 
misirlilər  tərəfindən  becərilmiş  və  onun  giləsindən  bir  çox  ne-
mətlər,  o  cümlədən  şərab  hazırlanmışdır.  Üzümdən  hazırlanan 
kişmiş,  şərbət,  xoş  ətirli  doşab  və  digər  qida  məhsulları  çox 
faydalı nemətdir. 
Azərbaycanın,  demək  olar  ki,  əksər  rayonlarında,  xalqı-
mızın  çox  sevimli  neməti  kimi  üzüm  tənəyi  becərilir. 
Respublikamızda  son  illərdə  üzümün  sürətlə  inkişaf  etdiril-
məsilə  əlaqədar  olaraq  onun  tərkibi  və  müalicə  xassələri  də 
öyrənilmişdir. Müəyyən edilmişdir ki, üzüm giləsinin şirəsində 
bir  sıra  müalicə  əhəmiyyəti  olan  maddələr  vardır.  Bunlardan 
şə
kəri  (qlükoza,  fruktoza,  saxaroza),  üzvi  turşuları  (limon, 
alma,  şərab,  salisil  və  s.),  dəmir  duzlarını,  kalium-permanqa-
natı,  C,  B
1
  vitaminlərini,  karotini,  aşı,  boyayıcı  və  pektin 
maddələrini  və  s.  göstərmək  olar.  Üzüm  tənəyinin  yarpağı  da 
çox  faydalıdır.  Onun  tərkibində  çoxlu  miqdarda  C  vitamini, 
karotin, aşı maddələri, üzvi turşular və s. vardır. 
Meşə üzümü iyun-iyulda çiçəkləyir. Meyvələri sentyabr-
da yetişir. Meşə üzümünün gilələri xırda, tünd bənövşəyi, qara, 
yaşıl  rəngdə  olur.  Salxımları  balaca  olmaqla,  çəkisi  40-60  q-a 
qədərdir.  Dadı  turş  və  ya  turşa-şirindir.  Aşılayıcı  maddəsi  çox 
olduğundan  gərdir.  Tərkibində  10-13%  şəkər,  1,2-2%-ə  qədər 
üzvi  turşu  vardır.  Şirəsinin  çıxarı  54%-dir.  Tumunda  8-20% 
 
160
yeməyə  yararlı  yağ  olur.  Qovurduqda  qəhvə  əvəzedicisi  kimi 
istifadə edilir. Meşə üzümü təzə halda yeyilir, ondan şirə, şərab, 
nastoyka,  sirkə,  kisel,  kompot,  mürəbbə  hazırlanır.  Meşə 
üzümünü  qurudulur,  bəzən  qışa  saxlamaq  üçün  şorabaya  da 
qoyulur. 
Üzümün  müalicəvi  əhəmiyyəti.  Üzüm  giləsi  və  onun 
ş
irəsi  ürək-  damar  sistemi  xəstəliklərində,  tənəffüs  yolları, 
mədə-bağırsaq, qaraciyər, böyrək xəstəliklərində çox xeyirlidir. 
Üzümdən hazırlanan bəkməz və ya doşab qanazlığında, ümumi 
zəiflikdə  çox  faydalı  qüvvətverici  vasitədir.  Üzüm  qorasından 
hazırlanan  abqora  isə  diabet  xəstəliyində  susuzluğun  qarşısını 
alır,  qurudulmuş  üzüm  gilələri  isə  qanazlığında  yaxşı  təsir 
göstərir. 
Azərbaycanın bir çox rayonlarında üzümün təzə dərilmiş 
yarpaqlarından  vitaminli  içki  hazırlayıb  avitaminoz  xəstəlik-
lərinə  tutulanlara  içirirlər.  Bunu  belə  hazırlayırlar:  400  q  təzə 
dərilmiş üzüm yarpağını doğrayıb, üzərinə 3 litr qaynanmış ilıq 
su  əlavə  edib  3  gün  sərin  yerdə  saxlayırlar.  Sonra  yarpaqları 
tənzifdən süzməklə və sıxmaq yolu ilə suyunu ayırıb götürürlər. 
Alınan  vitaminli  suyun  tamını  yaxşılaşdırmaq  məqsədilə  ona 
bir neçə damcı şirin qızılgül suyu və  ya gülqənd əlavə edirlər. 
Belə hazırlanmış vitaminli içkidən qanazlığında, raxit, sinqa və 
digər  avitaminoz  xəstəliklərində  çox  faydalı  dərman  kimi 
istifadə  edirlər.  Bundan  başqa,  üzüm  yarpağından  hazırlanan 
dolma çox dadlı olur və xüsusən yazbaşı faydalıdır. 
Üzümdən və onun emalı məhsullarından xalq təbabətində 
qədimdən istifadə edilir. Üzümlə müalicənin elmi əsasları XIX 
ə
srin ikinci yarısında başlanmışdır. O vaxt üzümün kimyəvi tər-
kibi öyrənilmiş və onun müalicəvi xüsusiyyəti tətbiq edilmişdir. 
Üzümlə  müalicə  –  ampeloterapiya  (yunanca  ampelos  –  üzüm, 
terapiya 
– müalicə) müxtəlif xəstəliklərin üzüm şirəsi və onun 
emalı  məhsulları  ilə  müalicəsinə  əsaslanır.  Üzümün  tərkibində 
karbohidratların, zülalların, üzvi turşuların, vitaminlərin ahəng-
dar  olmasına  görə  üzüm  bir  çox  meyvə-tərəvəzdən  üstündür. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə