145
qarağat bağırsağın fəaliyyətini fəallaşdırır və daimi qəbizlikdə
istifadə oluna bilər. Şirəsi tərlədici təsirə malik olduğundan
soyuqdəymə zamanı təyin olunur. Qırmızı qarağat şirəsi orqa-
nizmdən turş sidik duzlarını çıxarır.
Qırmızı qarağata kimyəvi tərkibinə görə yaxın olan ağ
qarağat da eyni bioloji təsirə malikdir. Lakin onun tərkibində
vitaminlər nisbətən azdır. Məsələn, əgər insanın gündəlik C
vitamininə olan tələbini ödəmək üçün 150 q qırmızı qarağat
yetərlidirsə, ağ qarağatı 6-7 dəfə çox yemək lazımdır.
Qırmızı meyvəli quşarmudu (üvəz) – Рябина
обыкновенная
– Sorbus aucuparia L. Gülçiçəklilər (Rosa-
ceae) fəsiləsindən çox da böyük olmayan boz rəngli, hamar
qabıqla örtülmüş ağacdır. 84 növündən 14-ü mədəni halda
yetişdirilir. Azərbaycanın dağ-meşə bölgələrində quşarmudu-
nun 11 növü yayılmışdır. Növbə ilə düzülmüş lələyəbənzər yar-
paqları vardır. Ağ rəngli çiçəklərindən acı badam iyi gəlir.
Meyvələri giləmeyvəyə oxşayır, şirəlidir, parlaq çəhrayı rəng-
dədir. Bitki may-iyun aylarında çiçək açır, meyvələri avqust-
sentyabr aylarında yetişir və payızın sonuna kimi ağacda qalır.
Quşarmudu iynəyarpaqlı meşələrdə geniş yayılmışdır. Bu
bitkiyə, eləcə də, meşə açıqlıqlarında, kolluqlarda, çay və göl
kənarlarında tez-tez rast gəlinir.
Rusiyanın Avropa hissəsinin meşəliklərində və Sibirdən
başlayaraq ta şimalın son hüdudlarına qədər sahələrdə quşar-
mudu yayılmışdır. Bundan əlavə, Zaqafqaziyada, o cümlədən
Azərbaycanda bu bitkiyə çox təsadüf olunur. Quşarmudunu,
eyni zamanda bağlarda və parklarda da becərirlər. Dərman
məqsədilə meyvələrindən istifadə olunur. Meyvələrinin xoşagə-
lən, turşməzə, acıtəhər dadı vardır. Bu meyvələri şaxta düşən-
dən sonra toplayırlar. Tibbi məqsəd üçün həm becərilən, həm
də yabanı halda yayılan quşarmudu meyvələrindən çox vaxt
təzə dərilən kimi və ya qurudandan sonra istifadə edilir. Təzə
dərilmiş meyvələri bütün qışı soyuq binalarda və ya dondu-
rulmuş halda saxlanılır. Quşarmudunun meyvələrindən təba-
146
bətdə və yeyinti sənayesində karotin və digər vitaminlərlə
zəngin xammal kimi istifadə edilir.
Bitkinin adı (aucuparia) latın dilindən tərcümədə «quş-
ları aldatmaq» mənasını verir, çünki bunun meyvəsini quşlar
daha çox istifadə edirlər. Qırmızı quşarmudunun müalicəvi
təsiri ta Qədim Yunanıstanda məlum idi. Qida və dərman bit-
kisi kimi Avropada orta əsrlərdə məlum olmuş və hazırda məi-
şə
tdə əsas yer tutan bitkidir.
Qırmızı quşarmudunun tərkibində 8% (4-13,4%) şəkər
(sorboza), 2,8% üzvi turşu (əsasən, limon və alma turşusu),
0,51% aşı maddələri, 200 mq% C vitamini, 18 mq% karotin,
235 mq% aminturşular (arqinin, α-alanin, histidin, qlisin, lizin,
tirozin, sistin, sistein, asparagin turşusu və s.), efir yağları, ka-
lium, kalsium, natrium və maqnezium duzları vardır. Çəyir-
dəyində 22% yağ, qlikozid amiqdalin, yarpaqlarında 200 mq%
C vitamini, flavonlar (astraqalin, giperozid,kemferol-3-sofo-
rizid, kversetin-3-soforizid, izokver-sitrin
) vardır. Meyvəsinin
acı dadı 0,8% monoqlikozid olan parasorbin turşusundan irəli
gəlir. Qabığında isə 11% taninlər var.
Meyvəsinin ətliyi turş və büzüşdürücü acı dadlıdır. Şax-
talar düşəndən sonra dərildikdə acılığı yox olur. Mədəni halda
becərilən quşarmudunun bəzi sortları şirin olduğundan təzə
halda yeyilir. Ondan vitaminli içki, şərbət, kompot, mürəbbə,
pastila, jele, nalivka, qəhvə və çay əvəzedicisi hazırlanır.
Qırmızımeyvəli quşarmudunun müalicəvi xassələri.
Meyvələrindən avitaminozun profilaktikasında və müalicəsində
istifadə olunur. Qurudulmuş meyvələri «vitamin yığıntısı»
adlanan çay içkilərinin tərkibinə qatılır və ayrıca çay kimi
dəmlənib içilir. C və P vitaminin yaxşı nisbəti ondan ateroskle-
rozun, hipertoniya xəstəliyinin müalicəsində və profilaktika-
sında istifadə etməyə imkan verir.
Xalq təbabətində qırmızı quşarmudu yüngül yumşaldıcı
vasitə, sidikqovucu və qankəsici kimi, eləcə də ağciyər və yel
(revmatizm) xəstəliklərində tətbiq olunur. Bu məqsədlə
147
qurudulmuş meyvələrdən hazırlanan tinkturadan istifadə edilir.
Qış mövsümündə təzə hazırlanmış və ya şəkərlə ayrılmış şi-
rədən gündə bir neçə dəfə qəbul etmək daha yaxşıdır. Quşar-
mudu şirəsi həm də babasil xəstəliyində yaxşı vasitə hesab
olunur. Təzə meyvələrindən və yarpaqlarından alınmış həlimlə
xənazır (sıraca) xəstəliyini müalicə edirlər.
Quşüzümü – Паслен – Solanum L. Badımcan-çiçək-
lilər (Solanaceae) fəsiləsindən yarımkol və ya kol bitkisidir.
1700 növü məlumdur. Keçmiş SSRI-də 18 növünə, Azərbay-
canda 6 növünə rast gəlinir. Çoxillik, bəzən birillik yarımkol və
ya kol, nadir hallarda ağaclardır. Yarpaqları növbəli və qar-
ş
ılıqlı düzülür. Ikicinsiyyətli, beşüzvlü çiçəkləri qrup halında və
ya tək-tək yerləşir. S.dulcamara və S.nigum növlərinin
tərkibində solanin alkaloidi olduğu üçün zəhərlidir. Solanum
Laciniatum Ait növünün tərkibindəki solasodin və solomarqin
qlikozidləri tibbdə geniş tətbiq olunan proqesteron və kortizon
hormonal preparatları almaq üçün istifadə edilir.
Fal-fal quşüzümü – Паслен дольчатый – Solanum
Laciniatum Ait suvarılan torpaqlarda becərilir və 3-4 m
hündürlüyündə çoxillik həmişəyaşıl koldur. Əsas təsiredici
maddəsi olan solasodin bitkinin kütləvi çiçəklədiyi dövründə
toplanır. Yarpaqlarında 2,48-3,87%, zoğlarında 0,36-0,32%,
kökündə 0,5%, meyvələrində 3,5% (kal meyvələrdə 6,16%-ə
qədər) solasodin (C
27
H
23
O
2
⋅H
2
O) qlikozidi vardır. Sənaye məq-
sədilə bitkinin yarpaqlarından istifadə olunur. Bu günə qədər
kortizonun sintezi üçün solasodin əsas xammal hesab olunur.
Buna oxşar digər quşarmudunun (Solanum pseydocapsicum L.)
tərkibindən solanokapsin qlikozidi alınmışdır.
Quşüzümündən alınan preparatlar mərkəzi əsəb siste-
minin, ürəyin fəaliyyətinin və iltihabi proseslərinin müalicə-
sində istifadə olunur. Solasodinin 1-2 mq/kq dozasında tətbiqi
qan təzyiqini aşağı salır. Eyni zamanda, solasodinin qanın
laxtalanmasına, soyuqdəyməyə qarşı da istifadə olunur. Belə-
liklə, solasodin əsasən soyuqdəyməyə qarşı, kardioloji təsirinə
148
və qanın laxtalanmasının vaxtını uzatmaq məqsədilə istifadə
olunur.
Meşə çiyələyi – Земляника лесная – Fragaria vesca
L. Gülçiçəklilər (Rosaceae) fəsiləsinin çiyələk cinsinə mənsub
çoxillik sürünən pöhrələri olan ot bitkisidir. Məlum olan 20
növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə ra-
yonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Yarpaqları
kökyanı, üçqat, rombaoxşar oval, uzun saplaqlı sallanmış olur.
Çiçəkləri ağ olub çətir formalıdır. Meyvəsi qırmızı yumurtaya-
oxşar və ya düzgün olmayan şar formalı qeyri-həqiqi giləmey-
vədir. Giləmeyvənin səthində sarımtıl rəngli xırda toxumcuqlar
var.
Meşə çiyələyi dağ-meşə bölgələrində çox geniş yayıl-
mışdır. Meşə çiyələyi insanlara Daş dövründən məlum idi. Son-
ralar meşə çiyələyinin mədəni sortları yetişdirilmiş və XVIII
ə
srdən başlayaraq Çili növlərinin Avropaya gətirilməsi və
onların Avropa və Amerika sortları ilə qarışığından 3000-ə
qədər meşə və bağ çiyələyi sortları yetişdirilmişdir.
Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən baş-
layaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir.
Meyvələri iyun-avqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş
olub, forması yumurtavarı və uzun konusvarıdır. Rəngi qırmızı,
ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin bir-
ləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi
xırda sarı toxum yerləşir.
Meşə çiyələyinin tərkibində 6-9,5% şəkər (qlükoza və
saxaroza), 2,5-4%-ə qədər üzvi turşular (alma, limon və xinin),
0,4% aşı maddəsi, 20-50 mq% C vitamini, 3,5% karotin, pektin
maddəsi, dəmir duzları və efir yağları vardır. Yarpaqlarında
250-280 mq% askorbin turşusu, 2-3%-ə qədər aşı maddəsi, üzvi
turşular vardır. Qeyd etmək lazımdır ki, meşə çiyələyi bəzi in-
sanlarda allergik xəstəlik yaradır. Bu isə əsasən örə (кра-
пивница
) xəstəliyi ilə müşayiət olunur.
Dostları ilə paylaş: |