Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə38/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   34   35   36   37   38   39   40   41   ...   116

 
149
Meşə çiyələyini təzə halda süd və  ya qaymaqla yeyirlər. 
Ondan mürəbbə, povidlo, şərbət, marmelad, konfet və karamel 
üçün içlik, şərab və sərinləşdirici içkilər hazırlanır. Təzə mey-
vələr  susuzluğu  yatırır,  iştahanı  artırır,  qidanın  həzmini  yax-
ş
ılaşdırır. Tərkibində dəmir çox olduğundan qanazlığında, sinqa 
və böyrək xəstəliklərində geniş tətbiq edilir. Çiyələyin qurudul-
muş  yarpaqlarından  moruq  meyvəsi  ilə  birlikdə  çay  dəmləyib, 
soyuqdəymədən  baş  verən  xəstəliklərdə  tərlədici  və  hərarəti 
aşağı salan dərman kimi istifadə olunur. 
Çiyələyin  kökündə  9%-ə  qədər  tanin  vardır.  Ishala  qarşı 
çiyələyin kökündən alınmış sulu məhluldan istifadə edilir. 
Meşə  çiyələyinin  müalicəvi  xassələri.  Meşə  çiyələyi 
susuzluğu  yaxşı  söndürür,  iştahanı  atırır  və  qidanın  həzminə 
müsbət  təsir  göstərir.  Təzə  giləmeyvələr  xüsusən  ürək  xəstə-
liklərində,  aterosklerozda,  hipertoniyada,  mədə  xorasında,  öd 
kisəsi  və  sidik  kisəsinin  daşı  xəstəliklərində,  podaqrada  və 
qanazlığında  çox  xeyirlidir.  Duz  mübadiləsinin  pozulmasında 
da meşə çiyələyi istifadə etmək məqsədəuyğundur. 
Meşə  çiyələyinin  şirəsi  və  sulu  tinkturası  tərgətirici  və 
sidikqovucu təsirə malikdir. Sidikqovucu vasitə kimi yeməkdən 
ə
vvəl  2  xörək  qaşığı  giləmeyvənin  1  stəkan  qaynayan  suda 
hazırlanmış  çayı  yaxşı  təsir  göstərir.  Müəyyən  olunmuşdur  ki, 
meşə çiyələyinin tərkibindəki fitonsidlərin sulu tinkturaya keç-
məsi bir çox xəstəliktörədici mikroblara öldürücü təsir göstərir. 
Ona görə də meşə çiyələyinin sulu tinkturası ağız boşluğunun, 
boğazın  bəzi  xəstəliklərində  və  ağızdan  gələn  xoşagəlməz 
qoxuya qarşı qarqara kimi istifadə olunur. Xaricə sürtmək üçün 
təzə meyvə əzintisi və ya şirəsindən müxtəlif dəri xəstəliklərinə 
və ekzemaya qarşı, eləcə də kosmetik vasitə kimi üzdəki çillərə, 
ləkələrə  və  sızanaqlara  qarşı  istifadə  olunur.  Geniş  məsaməli 
yağlı  dəri  üçün  kosmetologiyada  meşə  çiyələyindən  maska 
etmək  məsləhət  görülür.  Bu  məqsədlə  1  qaşıq  meşə  çiyələyi 
ş
irəsi  ilə  1  ədəd  yumurta  ağından  hazırlanmış  qarışıq  üzə 
yaxılır. 
 
150
Çiyələyin qurudulmuş yarpaqlarından moruq meyvəsi ilə 
birlikdə  çay  kimi  dəmləyib,  soyuqdəymədən  baş  verən 
xəstəliklərdə  tərlədici  və  qızdırmasalıcı  vasitə  kimi  istifadə 
olunur. Xalq təbabətində yarpaqlardan və kökündən hazırlanan 
həlimdən  ishala,  sarılığa,  vərəmə,  sidikdaşı  xəstəliyinə  qarşı, 
ş
işlərə  və  boğaz  ağrılarında  qarqara  məqsədilə  istifadə  olunur. 
Kökündən  hazırlanmış  həlimdən  qanlı  ishala  və  babasilə  qarşı 
istifadə etmək daha səmərəlidir. Yarpaqlarından və qurudulmuş 
çiçəklərindən  hazırlanan  çay  soyuqdəyməyə  qarşı  içilir.  Köh-
nəlmiş  və  irinli  yaralar,  bəzi  ekzemalar  təzə  və  ya  buxara  ve-
rilmiş  çiyələk  yarpaqları  ilə  müalicə  olunur.  Zədələnmiş  yer-
lərin  üstünə  belə  yarpaqlar  qoyulduqda  yaralar  irindən 
təmizlənir və tezliklə sağalır. 
Mərcangilə  –  Брусника  –  Vaccinium  vitis  idaea  L. 
Mərcangilə  (Vacciniaceae)  fəsiləsindən  olub  hündürlüyü  25 
sm-dək  kolcuq  və  ya  yarımkolcuqdur.  Dairəvi,  həmişəyaşıl 
yarpaqları növbəli yerləşir. Meyvəsi şirəli al-qırmızı və ya tünd 
çəhrayı  giləmeyvədir.  Iynəyarpaqlı  və  qarışıq  meşələrdə,  Tun-
drada,  Şimali  və  Mərkəzi  Avropanın,  Asiyanın,  Şimali  Ame-
rikanın torflu sahillərində, Rusiyanın meşə zonasında, xüsusən 
ş
imal-qərb  bölgələrində,  Qərbi  Ukrayna  və  Belorusda  bu  bitki 
yabanı  halda  geniş  yayılmışdır.  Qafqaz  meşələrində,  Azər-
baycanın  bəzi  dağ  rayonlarında  bitir.  Meyvəsinin  tərkibində 
8%-ə  qədər  şəkər,  2,3%  üzvi  turşular  (limon,  benzoy  və  alma 
turşuları), 0,4%-ə qədər aşı maddəsi, C vitamini, provitamin A, 
sellüloza, pektin maddəsi, vaksinin qlikozidi var. Giləmeyvələri 
təzə  halda  yeyilir.  Lakin  toplanmış  giləmeyvələrinin  əsas 
hissəsi emal olunur. Ondan mürəbbə, cem, povidlo, şirə, şərbət, 
kvas,  meyvə  içkiləri,  konfet  və  karamel  üçün  içlik  hazırlanır, 
sirkəyə  qoyulur.  Uzun  müddət  saxlamaq  üçün  giləmeyvə 
şə
kərlə konservləşdirilir və ya qurudulur. Sirkəyə qoyulmuş və 
isladılmış  (моченая  брусника)  mərcangilə  pəhriz  xörəklərinə 
ə
lavə edilir. 


 
151
Mərcangilənin  müalicəvi  xassələri.  Mərcangilə  mədə-
bağırsaq və böyrəkdaşı xəstəliyində, eləcə də avitaminozda çox 
müsbət təsir göstərir. 
Mərcangilədən  hazırlanan  mors  və  sulu  tinktura  susuz-
luğu  yatırmaq  və  qızdırmalı  xəstələr  üçün  ən  yaxşı  vasitədir. 
Bundan başqa, onun zəif mədəyumşaldıcı təsiri də vardır. Təzə, 
bişirilmiş  və  isladılmış  giləmeyvələrdən  mədə  şirəsinin  turşu-
luğunun azlığı ilə müşayiət olunan qastritdə istifadə etmək məs-
ləhət  görülür.  Giləmeyvə  həm  də  sidikqovucu  xassəyə  malik 
olduğundan, müxtəlif mənşəli şişlərə qarşı da tətbiq oluna bilər. 
Giləmeyvələr  və  mərcangilə  şirəsi  yüksək  qan  təzyiqində  də 
faydalıdır.  Xalq  təbabətində  mərcangilə  həlimi  və  qurudulmuş 
giləmeyvədən hazırlanan çay soyuqdəymə, podaqra və yel xəs-
təliklərində  tətbiq  edilir.  Belə  hallarda  gündə  3  stəkan  təzə  və 
ya isladılmış giləmeyvə yemək məsləhət görülür. 
Xalq  təbabətində  mərcangilə  çiçəkləyən  vaxt  toplanan 
yarpaqlardan  da  istifadə  olunur.  Yarpaqlarda  7%  qlikozid  ar-
butin
, 0,6% flavonol hidroxinon, aşı maddələri, üzvi turşular, o 
cümlədən  ursol,  C  vitamini  və  provitamin  A  (karotin)  vardır. 
Belə zəngin kimyəvi tərkibə malik olan  yarpaqlardan müxtəlif 
xəstəliklərin  müalicəsində  istifadə  olunur.  Yarpaqlardan  hazır-
lanmış  tinktura  və  həlimlər  sidikqovucu,  büzüşdürücü  və  anti-
septik  təsirə  malikdir.  Bunlar  həm  də  ishala  qarşı  və  boğaz 
ağrılarında qarqara məqsədilə işlədilir. Eyni zamanda, öd kisəsi 
və böyrəkdaşı xəstəliklərində, podaqrada və avitaminozda yar-
paqlardan hazırlanan həlimdən istifadə olunur. Mərcangilə yar-
paqları antiseptik təsirə də malikdir. Xalq təbabətində mərcan-
gilə  yarpaqlarından  hazırlanan  həlimlər  yel  xəstəliyinin  müa-
licəsində ən yaxşı vasitə hesab olunur. Belə həlimi 1 çay qaşığı 
xırdalanmış yarpaqlardan 2 stəkan suda hazırlayır və gündə 2-4 
dəfə yarım stəkan içirlər. Müalicə müddəti 1-1,5 aydır. 
Mərcanı,  quşüzümü  –  Клюква  –  Vaccinium  oxycoc-
cus  L.  Mərcangilə  (Vacciniaceae)  fəsiləsindən  həmişəyaşıl 
xırda  yumurtayabənzər  yarpaqları  və  xırda  çəhrayı-qırmızı  çi-
 
152
çəkləri olan sərilən kol bitkisidir. Meyvəsi şar formalı tünd qır-
mızı və şirəli giləmeyvədir. May-iyun aylarında çiçəkləyir, pa-
yızda  meyvələri  yetişir.  Giləmeyvənin  turş  dadı  şəkərin  az 
(2,6%-ə  qədər),  üzvi  turşuların  (əsasən,  limon  və  benzoy)  isə 
çox  (2,8%-ə  qədər)  olmasından  irəli  gəlir.  Giləmeyvənin  tər-
kibində  pektin,  mineral  duzlar,  qlikozid  vaksinin,  pentozanlar, 
fitonsidlər,  vitamin  C  (0,3  mq%)  vardır.  Quşüzümü  torflu 
bataqlıqlarda,  demək  olar  ki,  Rusiyanın  şimal  bölgəsində  və 
Avropa hissəsinin cənub rayonlarında, Sibirdə və Uzaq Şərqdə 
bitir. Azərbaycanda bu giləmeyvəyə az rast gəlinir. 
Quşüzümünün  gilələrini  payızın  sonunda  və  ya  yazbaşı 
toplayırlar,  çünki  o  qar  altında  yaxşı  qalır.  Quşüzümünü  yerli 
ə
hali  çox  toplayır  və  ondan  qış  mövsümündə  kütləvi  qida 
məhsulu  kimi  istifadə  edirlər.  Bu  ondan  irəli  gəlir  ki,  quşüzü-
münün  tərkibində  limon  və  benzoy  turşusu  çox  olduğundan 
təzə  halda  uzun  müddət  saxlanıla  bilir.  Soyudulan  binalarda 
saxlayırlar. Giləmeyvələr təzə halda yeyilir, ondan şirə, şərbət, 
kisel, jele, mürəbbə, şərab, karamel və konfet üçün içlik hazır-
lanır.  Quşüzümündən  kələmi  turşutduqda  da  istifadə  edilir  və 
bu  şoraba  kələmin  daha  çox  müddət  və  keyfiyyətli  qalmasını 
təmin edir. Giləmeyvənin boya maddəsi yeyinti boyası kimi də 
tətbiq olunur. 
Quşüzümünün  müalicəvi  xassələri.  Quşüzümü  təzə, 
emaledilmiş halda iştahanı artırır və qida həzmini yaxşılaşdırır. 
Xəstələrə duzsuz pəhriz təyin etdikdə xörək duzu quşüzümü ilə 
ə
vəz  olunur  və  bu,  xörəyin  dadını  xoşagələn  edir.  Bu  zaman 
həm də giləmeyvələrdəki C vitamini də nəzərə alınır. Vitaminli 
içki  kimi  xüsusi  olaraq  quşüzümü  morsu  hazırlanır.  Morsu 
hazırlamaq üçün  giləmeyvələri qaynanmış suda  yuyur, şirəsini 
çini və ya şüşə qaba yığıb ağzını möhkəm bağlayıb, soyuq yerə 
qoyurlar. Sıxılmış əzintinin üzərinə hər 100 q  giləmeyvə üçün 
3/4 litr (750 ml) su töküb qaynadır, süzüb şirəyə əlavə edirlər. 
Dada  görə  şəkər  qatılır.  Morsu  2-3  günlük  hazırlayıb  soyuq 
yerdə saxlamaq olar. Gündə 3 dəfə 1/4 stəkan içilir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə