185
istifadə edilir. Feyxoa müalicəvi əhəmiyyətə malikdir. Aşağı
temperaturda 5 gündən 30 günə qədər saxlanılır. Tərkibində
80% su, 7% şəkər, 1,7% turşu (alma turşusu), şəkərlərdən 4%
saxaroza, 2,5% qlükoza, fruktoza vardır. Feyxoa C vitamini və
yodla zəngindir. Yayılmış sortlardan Andre, Ətirli Nikitin,
tezyetişən Krım sortlarını göstərmək olar.
Z.K.Həsənova (1972) görə ən perspektivli sortlar 26E №-
li, 10E №-li, 2E №-li və 12E №-li sort tipidir. Feyxoa
keyfiyyətinə görə 1-ci və 2-ci əmtəə sortuna bölünür. 1-ci sorta
aid meyvələrin ən böyük en kəsiyi 30 mm-dən, 2-ci sorta aid
olanlar isə 18 mm-dən az olmamalıdır.
1-ci sortda texniki zədələnmiş meyvələrin miqdarı 5%, 2-
ci sortda 10%-dən çox olmamalıdır.
Feyxoanın müalicəvi xassələri. Tərkibində üzvi tur-
ş
ular, pektin, C vitamini var. Feyxoada suda həllolan yod bir-
ləşmələri vardır. Məhz, buna görə feyxoanın böyük müalicəvi
ə
həmiyyəti vardır. Təcrübədə müəyyən edilmişdir ki, feyxoa
meyvəsindən alınan təzə şirə aterosklerozda, tireotoksikozda və
sinqa xəstəliklərinin müalicəsində faydalıdır. Feyxoa endemik
ur (zob) xəstəliyində gözəl profilaktiki təsirə malikdir. Çünki
yodun miqdarına görə feyxoa bütün meyvələrdən üstündür.
Feyxoa yaşlılar, xüsusən aterosklerozdan əziyyət çəkənlər üçün
daha faydalıdır. Feyxoa pəhriz qidasında və digər maddələr
mübadiləsi xəstəliklərində məsləhət görülən meyvədir.
nnab – Унаби – Ziziphus jujuba Mill. Murdarçakimi-
lər (Rhamnaceae) fəsiləsinin innab cinsinə mənsubdur. 100
növ kol və ya meyvə ağaclarından bir növü yayılmışdır. Yabanı
halda Orta Asiyada, Krımda və Zaqafqaziyada rast gəlinir.
Azərbaycanda qədim zamandan becərilir. nnab Abşeron ya-
rımadasında, Göyçay, Ucar və Ağdaş rayonlarında becərilir.
Başqa rayonlarda isə bunlara tək-tək qrup şəklində təsadüf
olunur.
Azərbaycanda innab bitkisinin hündürlüyü 4-12 m-ə
çatır. Innab iyun-iyulda çiçəkləyir. Çiçəkləri bir yerdən top
186
kimi çıxır. Çiçəyi ulduzşəkilli, beşləçəkli, sarıdır. Meyvəsi
yumru, yumurtavarı, uzunsov-girdədən armudabənzər forma-
yadək dəyişir. Meyvəsinin hamar parlaq qəhvəyi və ya qırmızı-
qonur rəngli qabığı altında şirin, turşməzə və yumşaq sarımtıl
ə
tliyi vardır. Çəyirdəyi bərk, təpəsi sivri, enli-yumurtavarı və
ya uzunsov-oval formalı, uzunluğu 1,2-1,5 sm-dir. Azər-
baycanda olan innab qırmızı qabıqlıdır.
nnabın tərkibində 22-30% karbohidrat, 5% zülali maddə,
1,5% üzvi turşu (alma və kəhrəba turşusu), 2,5% pektinli
maddə, 2% qatran, 1,2% aşılayıcı maddə, 880 mq% C vitamini
vardır. Quru meyvələrinin tərkibində şəkər 70%-ə çatır. P vita-
mininin miqdarı limon qabığındakından çoxdur. Minerallı mad-
dələrdən kalium, kalsium, fosfor, maqnezium və dəmir vardır.
nnab təzə və qurudulmuş halda yeyilir. Ondan konserv
və qənnadı məmulatı hazırlanmasında istifadə edilir. Bir çox
ölkələrdə quru meyvələrindən un alırlar. Bu un qənnadı məmu-
latı istehsalında istifadə olunur.
nnabın müalicəvi xassələri. Xalq təbabətində innabın
yarpağından, qabığından və meyvəsindən istifadə edilir. Innab
meyvələri kataral xəstəliklərin, vərəmin, öskürəyin müalicə-
sində, eləcə də yumşaldıcı, tonusqaldırıcı və sidikqovucu kimi
tətbiq olunur. O, həmçinin, həzm orqanlarının işini yaxşılaş-
dırır. Innab meyvəsi həm də qan təzyiqini nizamlayır. Nəticədə
baş və ürək nahiyəsində ağrı kəsilir və qanda xolesterinin
miqdarı azalır. Hipertoniya xəstəliyində gündə 3 dəfə yemək-
dən sonra 20 innab meyvəsi yemək və müalicəni 3 ay davam
etdirmək məsləhət görülür.
nnab yarpaqlarında 1020 mq% C vitamini, həm də şirin
və acı dadı hiss edən reseptorları keyləşdirən maddə vardır.
Kivi – Киви – Actinidia chinensis. Aktinidia (Actini-
diaceae) fəsiləsindəndir, sinonimi meymun şaftalısı adlanır.
Vətəni Çindir. Sortlarından Hayward, Bruno, Monty, Abbott,
Allison, Jones, Chico göstərilə bilər. Meyvəsinin diametri 5 sm,
kütləsi 75-100 q-dır. Qabığı nazik, tüklü, yetişdikdə yaşıl və
187
qəhvəyi rəngdə olur. Şirəli ətliyində ağ halqalar görünür. Da-
xilində xırda qara toxumları var. Dadı xoşagələn zərif turşaşirin
və ətirlidir. Dadı firəngüzümü, çiyələk və qovunu xatırladır.
Ə
tliyi açıq yaşıldır. Təzə halda yeyilir, sous və şirin xörəklərin,
cem, marmelad, jele və içkilərin hazırlanmasında istifadə edilir.
Tərkibində 9,0-11,3% karbohidrat, o cümlədən 8,5-10% şəkər,
0,3-0,7% pektinli maddə, 1,0-1,6% zülal, 0,3-0,6% yağ, 1,2-
1,5% minerallı maddə, 1,2-1,8% üzvi turşu, 70-100 mq% C
vitamini, 1,2 mq% E, 0,01-0,02 mq% B
1
, 0,05 mq% B
2
, 0,37-
0,4 mq% β-karotin, 0,04 mq% PP vitamini vardır. Minerallı
maddələrdən 295-370 mq% K, 38-56 mq% Ca, 20-23 mq% Mn
və 0,8-2,0 mq% Fe var. 100 q kivi 51 kkal və ya 231 kCoul
enerji verir.
Kivi standarta əsasən əla, 1-ci və 2-ci əmtəə sortuna
bölünür. Bir ədədin kütləsi əla sortda 95 q-dan, 1-ci sortda 70
q-dan, 2-ci sortda isə 65 q-dan az olmamalıdır.
Kumkvat – Кумкват – Fortunella marqaritae. Sədo-
kimilər (Rutaceae) fəsiləsindəndir. Vətəni cənubi-şərqi Çin və
Hindi-Çindir. Ölçüsünə görə sitrus meyvələrinin ən xırdamey-
vəlisidir. Portağala oxşayır, lakin diametri 2-3 sm, uzunluğu isə
2,5-4 sm-dir. Bir meyvənin kütləsi 12-15 q olur. Forması yum-
ru və ya ovaldır. Qabığı nazik, narıncı və ya qırmızı-narıncıdır.
Ə
tirli, şirin və xoşagələn dadlıdır. Dadına görə portağalı
xatırladır. Ən çox yayılmış sortlarından Nagami və Meibanı
göstərmək olar. Tərkibində 14,5% karbohidrat, o cümlədən
10,8% şəkər, 0,7% zülal, 0,3% yağ, 2,7% üzvi turşu, 0,6% mi-
nerallı maddə (o cümlədən 188 mq% kalium, 0,6 mq% dəmir),
38 mq% C vitamini, 0,09 mq% B
1
, 0,08 mq% B
2
, 0,21 mq% β-
karotin vardır. 100 qr-ı 65 kkal və ya 272 kCoul enerji verir.
Qan təzyiqini aşağı salır.
Qafqaz xırniyi – Кавказский хырник – Diospyros
lotus L. Ebena (Ebenaceae) fəsiləsinin xırnik cinsinə
mənsubdur. ki növü yayılmışdır. Yabanı və ya Qafqaz xırniyi,
188
Subtropik xırnik. Subtropik xırnik yapon xurması da adlanır və
mədəni halda becərilir.
Yabanı xırnik Qafqazda, Orta Asiyada və Zaqafqaziyada
yayılmışdır. Bu xırniklər hündürboylu düzböyüyən ağacdır, 20
m-dən hündür olur. ri ağaclar Şəki-Zaqatala zonasında çoxdur.
Xırnik mayın əvvəllərində yarpaqlar əmələ gəldikdən
sonra çiçəkləyir. Çiçəkləmə dövrü 10-20 gün davam edir.
Meyvələri yarpaqları töküldükdən sonra oktyabrın ortalarından
başlayaraq dekabra qədər ağacın üstündə yetişir. Meyvələri
yumru, boz-sarımtıl və tutqun narıncı rəngdədir. Tam yetiş-
dikdə qaralır. çərisində 2-5 ədəd yastı çəyirdəkli olur. Çəyir-
dəksiz formalarına Zaqatala rayonunun bağlarında rast gəlinir,
həm də bunlar xırda olur. Meyvəsi şirin və ağızbüzüşdürü-
cüdür.
Tərkibində 18% şəkər (qlükoza və fruktoza), zülali, pek-
tinli və aşılayıcı maddə, limon turşusu, karotin (provitamin A)
və 3-53 mq% C vitamini vardır.
Xırnik təzə və qurudulmuş halda yeyilir. Ondan bəkməz
(doşab) bişirilir. Şərbət, cem, jele, likör və kvas da hazırlanır.
Yabanı xırniyin ağacları çox möhkəm olduğundan ondan
toxuculuq sənayesi üçün məkik hazırlanır. Xalq təbabətində
xırnik müxtəlif mədə xəstəliklərində tətbiq edilir. Öz xassə-
lərinə görə həzm pozuntularında pəhrizi məhsul kimi işlədilir.
Qara tut (Xartut) – Шелковица черный (Xaртут) –
Morus niqra L. Tut (Moraceae) fəsiləsindəndir. Qara (xartut)
tutun vətəni Irandır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya
tünd bənövşəyi rəngdə sulu, turşaşirin dadlı və ətirlidir. Xartut-
dan başqa adi qara tut da vardır. Lakin bunların əksəriyyəti
dadsız və yaxud kəmşirin olur. Qida üçün yararsızdır. Bunların
yarpaqları barama qurdu üçün qida hesab edilir.
Xartutun saplağı ağaca bərk yapışdığından əl ilə yığılır.
Xartutun meyvəsi şüşə və emallanmış qablarda saxlanılmalıdır,
mis qablarda saxlanması qorxuludur, çünki tərkibində üzvu
turşu nisbətən çoxdur.
Dostları ilə paylaş: |