Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə32/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   28   29   30   31   32   33   34   35   ...   116

 
125
vələri  yetişəndə sarı və  ya  çəhrayı-sarı rəngdə olur. Çaytikanı, 
adətən  aprel-may  aylarında  çiçək  açır,  meyvələri  isə  sentyabr-
oktyabr aylarında yetişir. Başqa ağac bitkilərindən fərqli olaraq 
onun  meyvələri  ağacdan  tökülmür,  fevral-mart  aylarına  kimi 
kolun  üstündə  qalır.  Meyvəsi  şirəli  sarımtıl-narıncı  və  qırmızı 
rəngdədir.  Meyvələri,  əsasən  girdə,  oval  və  uzunsov  formada 
olub,  0,5-1  sm  uzunluğunda  və  0,3-0,5  sm  enindədir.  Dadı 
ş
irin, turş, acıtəhər-turş, turşməzə və ananas ətirli olur. Toxumu 
tünd qəhvəyi və parlaqdır. 
 Çaytikanı  meyvəsi  olduqca  qidalıdır.  Meyvəsinin  tər-
kibində 3,5% şəkər, 3,2% üzvi turşu, 6%-ə qədər zülali maddə, 
9% yağ vardır. Toxumunda yağın miqdarı 12,5%-ə çatır. Çay-
tikanı itburnu kimi vitamin mənbəyidir. Çaytikanının tərkibində 
16,9-272,5  mq%  C,  75-100  mq%  P,  0,016-0,055  mq%  B
1

0,037-0,066 mq% B
2
, 0,79 mq% B
6
,  
8  mq%  E,  1,1-10,9  mq%  karotin  (provitamin  A),  0,79 
mq%  fol  turşusu  (vitamin  B
c
)  və  1,2  mq%  K  vitamin  vardır. 
Toxumunda 0,28 mq% B
1
, 0,38 mq% B
2
, 14,3 mq% E vitamin 
vardır.  Toxumundan  alınan  yağın  tərkibində  250  mq% 
karotinoidlər,  165  mq%  E  vitamini  və  yarımdoymamış  yağ 
turşuları (F vitamini aktivliyində) vardır. 
Çaytikanının  meyvəsindən  müalicə  əhəmiyyəti  olan 
müxtəlif şirə, dadlı və ətirli kompot, kisel, mürəbbə, cem, jele, 
püre, povidlo, marmelad, vitaminli çay, spirtli içki, nastoyka və 
likör hazırlanır. Dondurulmuş halda yaxşı saxlanıla bilər. 
Çaytikanının  müalicəvi  xassələri.  Dərman  məqsədilə 
çaytikanı çox qədim zamanlardan bəri istifadə edilir. Onun yar-
paq və çiçəklərindən xalq təbabətində çay kimi dəmləyib mədə-
bağırsaq  və  ya  yel  xəstəliklərində,  meyvələrindən  isə  qanaz-
lığında  qüvvətverici  dərman  kimi  istifadə  edilir.  Meyvələrinin 
toxumu  isə  zərif  işlətmə  dərmanı  kimi  qəbul  olunur.  Müasir 
təbabətdə  çaytikanının  ancaq  meyvələrindən  istifadə  olunur. 
Meyvələrinin  tərkibində  bir  sıra  qiymətli  müalicə  əhəmiyyətli 
maddələr  vardır.  Bu  maddələrdən  olein,  stearin,  linol  və  pal-
 
126
mitin  turşularının  qliseridi  olan  8%-ə  qədər  piyli  yağı  göstər-
mək  olar.  Bunlardan  başqa,  meyvəsinin  şirəsində  şəkər  (qlü-
koza), üzvi turşular (alma və şərab turşuları), aşı maddələri də 
müəyyən  edilmişdir.  Meyvəsinin  toxumlarında  12,5%-ə  qədər 
piyli  yağ,  çoxlu  miqdarda  A,  B
1
,  B
2
,  E  vitaminləri,  eləcə  də 
karotin  vardır.  Məhz,  ona  görə  də,  çaytikanının  meyvələri  son 
illərdə alimlərin diqqətini xüsusilə cəlb etmişdir. Aparılan təd-
qiqatlar  nəticəsində  müəyyən  olunmuşdur  ki,  çaytikanının 
meyvələrində  olan  maddələr  bədxassəli  şişlərin  müalicəsində 
müsbət  təsir  göstərir.  Meyvələrində  olan  vitaminlər  isə  dəri 
xəstəliklərinin  müalicəsində,  avitaminozda  son  dərəcə  fay-
dalıdır.  Qeyd  etmək  lazımdır  ki,  çaytikanı  meyvələrində  olan 
vitaminlərin  hər  birinin  mühüm  müalicə  əhəmiyyəti  vardır. 
Məsələn,  yoluxucu  xəstəliklərə  qarşı  müqaviməti  artıran  A 
vitamini xüsusən uşaqlar üçün son dərəcə faydalıdır. Bu gözün 
görmə  qabiliyyətinə  müsbət  təsir  göstərir.  B
1
  vitamini  sinir 
sisteminin  möhkəmlənməsinə  və  iş  qabiliyyətinin  artmasına 
kömək  edir.  B
2
  vitamini  diabet,  qaraciyər  xəstəliklərinin  müa-
licəsində, eləcə də qanazlığında və antibiotik dərmanlarla uzun-
müddətli  müalicədən  sonra  baş  verən  müxtəlif  ağırlaşmalarda 
müsbət təsir göstərir. 
A vitamini ilə P vitamini birlikdə hipertoniya xəstəliyinin 
müalicəsi  üçün  gözəl  vasitədir.  C  vitamini  orqanizmin  normal 
inkişafını tənzim edir, orqanizmin maddələr mübadiləsini  yax-
ş
ılaşdırır,  qan  təzyiqini  normallaşdırır,  iltihabı  aradan  qaldırır. 
Ona  görə  də  C  vitamini  bir  sıra  xəstəliklərdə  (qanazlığında, 
sinqada, anginada, səpkili yatalaqda) geniş tətbiq olunur. Mey-
vəsinin  yağı  yaraların  sağalmasını  sürətləndirir,  dərini  şüa 
zədələdikdə sağaldıcı təsir göstərir. Yağından hazırlanan 5%-li 
məlhəm  dəridən  kəskin  qızartını,  ağrını  aradan  qaldırır,  çatla-
maların,  dəmrovun  sağalmasına,  A  vitamininin  orqanizmdə 
normaya düşməsinə səbəb olur. 
Ağız  boşluğunun  zədələnməsində,  üzün  fleqmanoz  səp-
kilərində  bu  yağ  faydalı  dərman  kimi  tətbiq  olunur.  Qida  bo-


 
127
rusunun  xərçəngi  zamanı  həmin  yağdan  gündə  iki-üç  dəfə  ya-
rım xörək qaşığı müalicə müddəti ərzində daxilə qəbul etdikdə 
yaxşı nəticə verir. 
Çaytikanı  vitamin  konsentratı  olduğundan,  hipo-  və  avi-
taminozun  profilaktikasında  ən  yaxşı  vasitə  hesab  olunur.  On-
dan  1:1  nisbətində  (tumsuz)  püre  hazırlanıb  qış  mövsümündə 
gündə 2-3 dəfə 1 xörək qaşığı yeyilir və orqanizmin vitaminlərə 
olan tələbatı ödənir. 
Çaytikanı  yağından  yanıqların,  dərinin  şüa  ilə  zədələn-
məsi və digər xəstəliklərdə istifadə olunur. Çaytikanı yağından 
qinekoloji  təcrübədə  qadın  cinsiyyət  orqanlarının  müxtəlif 
iltihabi xəstəliklərində də istifadə olunur. Boğazdakı badamcıq 
vəzilərinin  (qlandanın)  cərrahi  əməliyyatından  sonra  yaralara 
çaytikanı  yağı  sürtülür  ki,  epitel  toxumaları  daha  tez  əmələ 
gəlsin və irinləmədən təmizlənsin. 
Çiyələk  –  Клубника.  Bu qrupa bağ çiyələyi (Fragaria 
moschata  Duch.)  və  meşə  çiyələyi  (Fragaria  vesga)  aiddir. 
Bunlar bioloji xüsusiyyətlərinə görə biri digərinə çox yaxındır. 
Bunların  giləmeyvələr  içərisində  xüsusi  çəkisi  azdır.  Meşə 
çiyələyi bağ çiyələyinə nisbətən daha tez yetişir. Meşə çiyələyi 
yabanı halda yayılmış və soyuğa davamlı olduğundan şimal və 
orta zona rayonlarında yayılmışdır. Bağ çiyələyinin meyvəsi iri 
olmaqla diametri 3-5 sm və çəkisi 50 q-a qədər olur. 
Bağ çiyələyi – Клубника – Fragaria moschata Duch – 
Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Çiyələk Azərbaycanın 
dağ-meşə  rayonlarında  çox  geniş  yayılmışdır.  Quba,  Xaçmaz, 
Qusar,  Qonaqkənd,  Laçın,  Şuşa,  Kəlbəcər,  Dağlıq  Qarabağ, 
Şə
ki,  Zaqatala,  Lənkəran  rayonlarında  bu  bitkinin  ehtiyatı 
çoxdur.  
Bağ  çiyələyinin  tərkibində  80-88%  su  və  10-12%  quru 
maddə vardır. Sortundan və yetişdiyi yerdən asılı olaraq çiyələ-
yin tərkibində 6-11% şəkər, 1-2% üzvi turşu vardır. 30-80 mq% 
C vitamini və az miqdarda B qrupu vitaminləri, karotin, turşu-
lardan ən çox limon və azacıq alma turşusu vardır. Şəkərlərdən 
 
128
2,8%  qlükoza,  3,3%  fruktoza  və  0,4%  saxaroza  olur.  Birinci 
yığımda  çiyələyin  tərkibində  şəkərin  miqdarı  2-ci  və  3-cü 
yığıma nisbətən 1% çox olur. 
Bunlardan  başqa  çiyələkdə  0,6%  aşı  və  boya  maddəsi, 
0,6% yağ, 1,5% sellüloza, 1,3% pektin maddəsi, 0,5% mineral 
maddə  vardır.  Ən  çox  dəmir,  fosfor  və  kobalt  duzları  rast  gə-
linir. 
Yetişmə  dövründən  asılı  olaraq  tez,  orta  və  gecyetişən 
növlərə  ayrılır.  Əsas  aşağıdakı  sortlar  yetişdirilir.  Tezyetişən-
lərdən Mısovka, Komsomolçu, orta yetişənlərdən Çəhrayı ana-
nas,  osif Maqomet, Muto, Koraska, Luiza və gecyetişənlərdən 
Zaqorya  gecyetişənini  göstərmək  olar.  Azərbaycanda,  əsasən 
Madam  Muto  və  Festival  sortları  yetişdirilir.  Giləmeyvələri 
qablaşdırmaq  üçün  tutum  3-8  kq  olan  səbət  və  səbətcikdən 
istifadə edilir. 
Standarta  əsasən,  çiyələyin  gilələri  təzə,  təmiz,  saplaqlı, 
rəngi normal və sağlam olmalıdır. Bunların içində 10%-ə qədər 
nisbətən  xırda  gilələrin,  5%-ə  qədər  qeyri-pomoloji  sortların, 
3%-ə qədər nisbətən kal, lakin lazımi qədər inkişaf etmiş, satış 
yerində 5%-ə qədər əzilmiş və yetişib ötmüş gilələrin olmasına 
icazə verilir. 
Bağ  çiyələyinin  müalicəvi  xassələri.  Xalq  təbabətində 
çiyələyin  meyvəsindən  podaqra  və  böyrəkdaşı  xəstəliyində, 
yarpaqlarından  isə  sidikqovucu  dərman  kimi  istifadə  edirlər. 
Çiyələk,  eyni  zamanda  orqanizmin  maddələr  mübadiləsinə 
kömək edir və həzmi  yaxşılaşdırır, qaraciyərin və öd kisəsinin 
iltihabını  aradan  qaldırır.  Çiyələk  avitaminoza  qarşı  da  yaxşı 
təsir göstərir. 
Xalq  təbabətində  bağ  çiyələyinin  meyvəsindən  qanaz-
lığında, sinqa və böyrəkdaşı xəstəliyində geniş istifadə edirlər. 
Çiyələyin  qurudulmuş  yarpaqlarından  isə  moruq  meyvəsi  ilə 
birlikdə  çay  kimi  dəmləyib,  soyuqdəymədən  baş  verən  xəs-
təliklərdə  tərlədici  və  hərarəti  aşağı  salan  dərman  kimi  iş-
lədirlər. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə