Həsənov Yusifəli Lətif oğlu
58
rilən Qran-pri turnirində Azərbaycan idmançıları, həmçinin
2001-ci ilin martında Pyatiqorsk və Volqoqrad komandaları Ba-
kı turnirində, 14-17 may 2001-ci ildə Bakıda sərbəst güləş üzrə
beynəlxalq turnirdə, habelə 13-21 oktyabr 2001-ci ildə Bakıda
keçirilən boks üzrə yeniyetmələr arasında dünya çempionatında
Rusiya komandaları fəal iştirak etmişlər.
Azərbaycan-Rusiya hökumətləri arasında mədəni və elmi
əməkdaşlıq haqqında 6 iyun 1995-ci il tarixli sazişi və informa-
siya mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyət şəraiti haqqın-
da 3 iyul 1997-ci il tarixli hökumətlərarası sazişi əsas tutaraq hər
iki tərəf 2000-2002-ci illərdə mədəniyyət, elm və təhsil sahəsin-
də əməkdaşlıq üzrə uzunmüddətli proqramı həyata keçirməyin
məqsədəuyğunluğu barədə anlaşmaya müvafiq olaraq mədəniy-
yət, təhsil, elm və idman müəssisə və təşkilatları arasında bilava-
sitə əlaqələrin inkişafına, mədəniyyət və elm nümayəndələrinin,
o cümlədən gənclərin və qadınların şəxsi təmaslarının möhkəm-
ləndirilməsinə, Rusiya hökumətinin, onun subyektlərinin və re-
gionlarının rəhbərliklərinin və Azərbaycan hökumətinin dəstəyi
ilə birbaşa mübadilələrin təşkilinə hər vasitə ilə kömək etməli,
mədəniyyət, elm, təhsil, informasiya və idman sahəsində birgə
yaradıcı kollektivlərin və birgə müəssisələrin yaradılmasına ça-
lışmalı, Azərbaycan və Rusiya xalqlarının siyasi, mədəni və icti-
mai həyatında əlamətdar tarixlərə və hadisələrə həsr olunmuş
müxtəlif tədbirlərin keçirilməsinə lazımi diqqət yetirməlidirlər.
Proqramın 4-cü hissəsinin 1-ci bəndi idman mütəxəssislərindən,
məşqçilərindən və komandalardan ibarət nümayəndə heyətləri-
nin qarşılıqlı mübadiləsi yolu ilə bədən tərbiyəsi və idman sa-
həsində əlaqələrin inkişafını nəzərdə tuturdu. Proqramdakı təd-
birlərin həyata keçirilməsinin konkret şərtləri və müddətləri, o
cümlədən maliyyə şərtləri qarşılıqlı məsləhətləşmələr yolu ilə
müəyyən olunması nəzərdə tutulurdu. Bütün hallarda (xüsusi
olaraq əvvəlcədən şərtləşdirilən hallardan başqa) göndərən tərəf
öz nümayəndə heyətinin paytaxtdan-paytaxta və geriyə yol xər-
cini çəkirdi. Qəbul edən tərəf özündəki mövcud normalar üzrə
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
59
onların yerləşdirilməsi, yeməklə, tərcüməçilərlə, lazımi tibbi
xidmətlə, habelə ölkə daxilində nəqliyyatla təmin olunması üzrə
xərclərini ödəməli idi. 1999-cu il noyabrın 5-də Bakıda Azər-
baycan və rus dillərində iki nüsxədə imzalanmış proqramın yeri-
nə yetirilməsi ölkələr arasında dostluq və əməkdaşlıq münasibət-
lərinin daha da genişlənməsinə və dərinləşməsinə imkan yarat-
malı idi [31, v.36]. 24 aprel 2001-ci ildə Moskvada və 10 aprel
2002-ci ildə Bakıda imzalanmış “İqtisadi əməkdaşlıq üzrə Azər-
baycan-Rusiya Hökumətlərarası Komissiyasının 5-ci və 6-cı ic-
las protokolları”nın “Humanitar əməkdaşlıq haqqındakı fəsli”nin
9-cu bəndində Rusiya və onun regionları ilə Azərbaycan arasın-
da idman sahəsində əməkdaşlığı genişləndirmək nəzərdə tutulur-
du [31, v.43]. Həmçinin komissiya həmsədrlərinin 19 dekabr
2002-ci il tarixli görüş protokolunun yerinə yetirilmə planının
icrası ilə əlaqədar Azərbaycan tərəfi Rusiyanın Dövlət İdman
Komitəsi ilə daimi sıx əlaqədə fəaliyyət göstərmiş və idman sa-
həsində dövlətlərarası əməkdaşlığın fəallaşması, idman nüma-
yəndə heyətlərinin hər iki ölkənin keçirdiyi yarışlarda iştirakı,
bu sahədə təcrübə mübadiləsinin aparılması üçün birgə səylər
göstərmiş və lazımi tədbirlər görmüşdür [31, v.44]. İdmançıları-
mız Rusiya Federasiyasının müxtəlif şəhərlərində boks, cüdo,
voleybol, bilyard və universal döyüş üzrə rəsmi yarışlarda iştirak
etmişdilər [32, v.45].
Ölkə və müvafiq qurum rəhbərlərinin səfərləri, bağlanmış
saziş, protokol və müqavilələr və s. imkan vermişdir ki, Azər-
baycan idmançıları Rusiyada, Rusiya idmançıları isə Azərbay-
canda keçirilən müxtəlif idman yarışlarında iştirak etsinlər. Buna
misal olaraq 14-24 iyun 2002-ci ildə Moskvada MDB və Baltik-
yanı ölkələri idmançılarının iştirak etdikləri yeniyetmələrin bey-
nəlxalq idman yarışlarında Azərbaycanın 160 idmançısı 13 id-
man növündə ölkəmizi təmsil etmiş və bu yarışlarda atletlərimiz
iki qızıl, bir gümüş və dörd bürünc medal qazanmışdılar. Yenə
2002-ci ildə idmançılarımız Rusiyanın müxtəlif şəhərlərində ve-
losiped idmanı, cüdo və dama üzrə yarışlarda, Volqoqrad və
Həsənov Yusifəli Lətif oğlu
60
Kaspiyskdə boks üzrə keçirilmiş beynəlxalq turnirlərdə, boks
üzrə iyunda Permdə keçirilmiş Avropa çempionatında, 20-23
sentyabrda yunan-Roma güləşi üzrə Moskvada 47-ci dünya
çempionatında, 2 noyabrda cüdo üzrə Qran-pri beynəlxalq turni-
rində, 28 noyabr-2 dekabr 2002-ci ildə yeniyetmələr arasında rus
bilyardının “piramida” növü üzrə dünya çempionatında, 7-9 no-
yabr Sankt-Peterbuqda hərbçilər arasında universal döyüş üzrə
III dünya çempionatında və 1-4 noyabr 2002-ci ildə Moskvada
yeniyetmələr arasında bilyard üzrə dünya kubokunun üçüncü
mərhələsində Azərbaycanı uğurla təmsil etmişdilər.
Eyni zamanda Rusiya idmançıları 2002-ci ildə Bakıda sər-
bəst güləş, cüdo, atçılıq idmanı, yüz xanalı dama, həndbol, boks,
sərbəst güləş və taekvondo üzrə keçirilmiş müxtəlif yarışlarda,
gənclər arasında sərbəst güləş üzrə 45-ci Avropa çempionatında,
boks üzrə Ə.Çoudri turnirində, cüdo üzrə
Dostları ilə paylaş: |