Həsənov Yusifəli Lətif oğlu
116
rib çıxarmışdı ki, bu da öz növbəsində xidmətin keyfiyyətini də
dəyişdirmişdi. Nəticədə, yeni restoranlar, mehmanxanalar və əy-
ləncə mərkəzləri açıldı. Azərbaycanda xarici qonaqların, o cüm-
lədən turistlərin qəbulu üçün beynəlxalq standartlara uyğun yeni
aeroport tikildi ki, burada da üçü yerli olmaqla, iyirmi aviaşirkət
fəaliyyət göstərirdi. Son illər paytaxtı regionlarla birləşdirən ra-
hat yolların çəkilməsi, otellərin, istirahət zonalarının və iaşə
müəssisələrinin təmiri və yenilərinin tikilməsi ölkəyə turizm cəl-
bi üçün böyük imkanlar yaradır [201, s.5]. Hotel və istirahət zo-
naları, əyləncə mərkəzləri ilə yanaşı Bakıda fəaliyyət göstərən
və xarici qonaqları qəbul etmək səviyyəsində olan yerli və xarici
yeməkləri təklif edən restoran, kafe və barlar da fəaliyyət gös-
tərir. Bundan əlavə paytaxt və rayonlarda inşa edilmiş müasir
olimpiya kompleksləri ölkədə idman turizminin inkişafı üçün
geniş imkanlar yaratmışdı.
Turizmin inkişafı üçün 2001-ci il aprelin 18-də yaradılmış
Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən də çoxlu işlər gö-
rülmüşdü [76]. Demək olar ki, ölkənin bütün ərazisini əhatə
edən və turizm, mədəni-tarixi obyektlərinin əksəriyyəti daxil
edilən, böyük maraq oyadan, şəhər və rayonlardan keçən yeddi
marşrut təsdiq olunmuşdu [147, s.66-77]. Bölgələrdə turizmin
yeni növlərinin inkişafı üçün və turizm infrastrukturu, xidmət
obyektləri yaratmaq məqsədilə investisiya qoyuluşlarının layihə-
ləri hazırlanmışdı. Ardınca Azərbaycan Respublikasının bütün
ərazisində turizmin inkişafı və vətənimizin beynəlxalq turizm
üçün maraqlı bir ölkə kimi imicinin yüksəldilməsi məqsədilə 6
iyul 2001-ci ildə ictimai birlik olan Azərbaycan Turizm Sənaye-
sinin İnkişafı İttifaqı (ATSİİ) yaradıldı. 2001-ci ildən başlaya-
raq, Azərbaycan Respublikası bir neçə böyük sərgilərdə – MİTT
– Moskvada, WTM – Londonda, İTB – Berlində, MTE – İs-
tanbulda hər il iştirak edir. Beynəlxalq turizm sərgilərində işti-
rakla yanaşı, 2002-ci ildən başlayaraq Bakıda hər il keçirilən
Beynəlxalq Turizm Sərgisi (AİTF) Azərbaycan Respublikasının
turizm potensialını təqdim etməklə, beynəlxalq turizm əlaqələ-
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
117
rini genişləndirmək baxımından da böyük əhəmiyyətə malik ol-
muşdu.
Azərbaycan Respublikasının turizm bazarının inkişafı turist-
lərin sayını, göstərilən xidmətlərin, xüsusilə beynəlxalq turistlə-
rə göstərilən xidmətlərin həcmini, həmçinin bu sektorda fəaliy-
yət göstərən şirkətlərin sayını və turizmdən gələn gəlirlərin həc-
mini artırmışdı [206, s.284-292; 147, s.98]. Turizmin inkişafı
prioritet sahə kimi böyük iqtisadi əhəmiyyət kəsb etdiyindən bu
istiqamətdə müxtəlif qərarlar qəbul edilmişdir. Bu proses turizm
sənayesinin inkişafı sahəsində ÜTT-nin tövsiyələrinə uyğun ola-
raq, dünya təcrübəsi əsasında qəbul edilmiş “Turizm haqqında
qanun” vasitəsilə tənzim olunur [194, s.3-17]. Qəbul edilmiş
qanun və digər sənədlər ÜTT-nin tövsiyələri və dünya təcrübəsi
əsasında turizm sənayesinin dolğun milli inkişaf proqramının
hazırlanmasına, respublikamızın inteqrasiya yolu ilə dünya tu-
rizm infrastrukturlarına daxil olunmasına və turistlərə yüksək
standartlara uyğun servis xidməti göstərilməsinə imkan vermiş-
dir.
Beynəlxalq turizm sərgilərində, yarmarkalarında, birjaların-
da iştirak nəticəsində Azərbaycan Respublikası Avropa və dün-
yanın turizm birliyinə daxil olmuşdur. Ölkəmiz öz turizm məh-
sullarını turistlərə müxtəlif formalarda təklif etmişdir: mədəni
tanış olma turları; Azərbaycan Respublikasının bütün ərazisi üz-
rə idman, ekstremal, xüsusi, tematik, etnoqrafik və dini turlar;
Böyük Qafqazın dağlıq hissəsində dağkeçisinin ekzotik ovlan-
ması; Xəzər Dənizinin sahil zonasında (7 istirahət zonası var) is-
tirahət; Bakı-Şamaxı-Balakən-Gürcüstan marşrutu üzrə “İpək
yolu”nun Azərbaycan hissəsi boyunca avtobus turu və s.
Ölkənin turizm potensialının tanıdılması müstəqil Azərbay-
can Respublikasının xarici turizm siyasətinin ən başlıca vəzifələ-
rindən biridir. ÜTT-nin çap etdirərək yaydığı “İpək yolu” adlı
kitabçada Azərbaycan haqqında da bölmə var. Bu kitabça, hə-
min layihədə iştirak edən ölkələrin turizm marketinqinin vacib
aləti rolunu oynayır. Ümumiyyətlə, Azərbaycanın zəngin təbiəti-
Həsənov Yusifəli Lətif oğlu
118
nin, tarixinin, tarixi abidələrinin, qədim mədəniyyətinin olması,
mətbəxi, bu tarixi özündə əks etdirən müxtəlif mövzulu mu-
zeylərin fəaliyyət göstərməsi ölkəni turistlər üçün cazibədar et-
məkdədir. Bunlar turizmin əsas məhsuludur və bu məhsullarla
ölkəmiz beynəlxalq turizm bazarına çıxmaqdadır [175, s.525-
529; 162, s.208].
Hal-hazırda turizm sənayesinin inkişafı istiqamətində fəal
işlər görülür. Əsasən investisiya layihəsinin hazırlanması və böl-
gələrdə xidmət sahəsinin qaldırılması istiqamətində tədbirlər hə-
yata keçirilir. Infrastrukturun vəziyyətinin öyrənilməsi, köhnə
turist marşrutlarının bərpası və yeni turist marşrutlarının işlənilib
hazırlanması, yeni istirahət zonalarının və qoruqlarının müəy-
yənləşdirilməsi istiqamətində işlər görülmüşdür. Məsələn, fran-
sız turist təşkilatının köməkliyi ilə yeni ekoturizm marşrutu ha-
zırlanmışdır. “Şahdağ milli parkı” və “Qala” etnoqrafiya parkı
yaradılmışdır. Ekoturizm marşrutu ilə bələdçilər üçün treninq
kurslar və treninq mərkəzlər təşkil olunmuşdur. Azərbaycan
Respublikası hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası ara-
sında “Mədəni irsin müdafiəsi” layihəsinin reallaşdırılması üzrə
xüsusi saziş imzalanmışdır. Bu layihə çərçivəsində bərpa və qo-
runma işləri aparılmış, həmçinin UNESCO tərəfindən dünyanın
əhəmiyyətli abidələri siyahısına daxil olunmuş Şirvanşahlar sa-
rayı və Şəki xan sarayı, Möminə xatın və Qarabağlar məqbərələ-
rinin müvafiq turizm infrastrukturu yaradılmışdır. Layihə 8 mil-
yon ABŞ dolları dəyərində olmaqla, Dünya Bankı tərəfindən ay-
rılmış vəsaitlər hesabına yerinə yetirilir [5].
Turizm potensialının ən vacib hissəsi müxtəlif təbii landşaf-
ta və qum çimərliklərinə malik Xəzər dənizinin günəşli sahili,
rekreasiya və müalicəvi turların təşkili üçün əlavə imkanları ya-
radan çoxsaylı mineral və palçıq mənbələrinin olması turizm po-
tensialını artırdığından bu sahələrdə də imkanlar araşdırılmış və
layihələr hazırlanmışdır. Lakin yeni turizm məhsullarının hazır-
lanması investisiyaların cəlb edilməsini tələb edir. Bu baxımdan
ölkəmiz dünyanı pulla təmin edən müəssisələr ilə möhkəm əla-
Dostları ilə paylaş: |