Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
135
sında turizm sahəsində əməkdaşlıq sazişinin layihəsi hazırlan-
mışdı. Eyni zamanda Bakıda 2003, 2004, 2005-ci illərdə keçiri-
lən “AİTF“ Beynəlxalq Turizm Sərgisində Avstriya və Fransa
turist şirkətləri və təşkilatları təmsil olunmuşdular. Həm də 18
iyun 2003-cü ildə Avstriyanın Klaqenfurt şəhərində yerləşən
“Mini Mundus” adlı miniatür memarlıq abidələri muzeyində
“Qız Qalası” abidəsinin modeli quraşdırılmışdır [46, v.9].
Fransa səfirliyinin nümayəndəsi ilə ölkəmizin Turizm Na-
zirliyində keçirilən görüşdə Parisdə yerləşən “Disney lend” əy-
ləncə mərkəzinə Azərbaycan məktəblilərinin qrup şəklində turla-
rının təşkilinin həyata keçirilməsi imkanları müzakirə edilmiş və
bununla əlaqədar Azərbaycan və Fransanın rəsmi turizm qurum-
larının birgə əməkdaşlığı imkanları nəzərdən keçirilmişdi. Əla-
Həsənov Yusifəli Lətif oğlu
136
Qeyd etmək lazımdır ki, Azərbaycanla Avropa ölkələri ara-
sında beynəlxalq turizm əlaqələri müəyyən çətinliklərə baxma-
yaraq, 1991-2005-ci illərdə müsbət nəticələr də vermişdi. Statis-
tik məlumatlara müraciət edək: Dövlət Statistika Komitəsinin
verdiyi məlumatlara əsasən Azərbaycan Respublikasına gələn
turistlərin sayı 1997-ci ildə Böyük Britaniyadan 8.636, ABŞ-dan
4.392, Almaniyadan 3.456, Fransadan 1.235, İtaliyadan 162,
Kanadadan 503 nəfər, 1998-ci ildə Böyük Britaniyadan 5.197,
ABŞ-dan 3.257, Almaniyadan 3.283, Fransadan 609, İtaliyadan
482, Kanadadan 93, 1999-ci ildə Böyük Britaniyadan 2.281,
ABŞ-dan 1.763, Almaniyadan 1.423, Fransadan 348, İtaliyadan
239, Kanadadan 90 nəfər olmuşdu. Öz növbəsində Azərbaycan-
dan gedən vətəndaşların sayı isə 1997-ci ildə Yunanıstana 1.722,
Almaniyaya 3.207 nəfər, 1998-ci ildə Yunanıstana 1.750, Alma-
niyaya 4.160, 1999-cu ildə Yunanıstana 721, Almaniyaya 1.919
nəfər olmuşdur [98, s.295]. Yuxarıda əsaslandığımız materiallar,
müraciət etdiyimiz qaynaqlar əyani surətdə göstərir ki, 1991-
2005-ci illərdə Azərbaycan Respublikası ilə Avropa dövlətləri
arasında beynəlxalq turizm əlaqələri çox əhəmiyyətli dərəcədə
inkişaf etmiş və bu istiqamətdə lazımi tarixi təcrübə də toplan-
mışdır. Bu yöndə həyata keçirilmiş beynəlxalq turizm əlaqələri-
nin köməyi ilə Azərbaycan və Avropa xalqları biri-birilərini da-
ha yaxşı tanımaq, ölkələrin tarixini qarşılıqlı səkildə öyrənmək
imkanı əldə etmiş, elmi-texniki inkişafın nailiyyətləri sahəsində
bilgilər qazanmış, tərəflər arasında ticarət əlaqələri canlanmış və
bunlar hamısı birlikdə xalqların daha da yaxınlaşmasına və yeni
iş yerlərinin yaranmasına səbəb olmuşdur. Beynəlxalq turist mü-
badiləsi nəticəsində Azərbaycan və Avropa xalqları arasında ya-
ranan inam və qarşılıqlı anlaşma onların dostluğunu möhkəm-
ləndirir, onlar arasında neqativ halların qarşısını alır ki, bu da
gələcək nəsillər üçün planetimizin qorunub çiçəklənməsinə xid-
mət edir. Azərbaycanla Avropa dövlətləri arasında 1991-2005-ci
illərdə yaranıb inkişaf edən beynəlxalq turizm əlaqələrinin qısa
məzmun və göstəriciləri belə olmuşdur. Hal-hazırda bu əlaqələr
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
137
özünün yeni mərhələsindədir və yeni məzmunda həyata keçirilir.
1991-2005-ci illərdə ölkəmiz Türkiyə ilə hərtərəfli münasi-
bətlərin qurulması və inkişaf strategiyasını da uğurla həyata ke-
çirmişdir. Bu əlaqələrdə turizm özünəməxsus yer tutmuşdur.
Ümumiyyətlə, beynəlxalq turizm Azərbaycan və Türkiyə üçün
nədir? Hansı məqsədlərə xidmət edir? Sovet dövründə turizmin
inkişafı tarixinə nəzər saldıqda görürük ki, ilk xarici turistlərin
Şimali Azərbaycana gəlişi 1934-cü ilə təsadüf etmişdir. Ölkəmi-
zə turist axını XX əsrin 80-ci illərində nəzərə çarpacaq dərəcədə
fəallaşmış və turizm vacib bir sahəyə çevrilmişdi. Bir neçə misal
gətirək. Ümumilikdə 1985-ci ildə ölkəmizə 30 min turist, 1986-
cı ildə 40 min turist, 1987-ci ildə isə 60 min turist gəlmişdir [2,
v.7].
Göstərilən illərdə ölkəyə gələn turistlərin sayının çoxalma-
sının əsas səbəblərindən başlıcası təbii ki, ötən əsrin 70-ci illə-
rində yaradılmış infrastruktur olmuşdu. Lakin turizmin inkişafı
prosesi 1988-ci ildə Dağlıq Qarabağ konfliktinin qızışması ilə
dayanmışdır [2, v.7]. Daha sonra 1988-1991-ci illərdə Şimali
Azərbaycana turist gəlişi ürəkaçan səviyyədə olmasa da, hər hal-
da mövcud idi. Bu illərdə Şimali Azərbaycana gələn turistlərin
çoxunu başda İran və Türkiyə olmaqla yaxın xaricdən gələn tu-
ristlər təşkil etmişdir [2, v.7]. Göstərilən münasibətlər SSRİ
mərkəzinin-Moskvanın rəhbərliyi altında həyata keçirilmişdir.
1991-ci ildə Azərbaycan Respublikasının öz dövlət müstəqilliyi-
ni elan etməsi ilə əlaqədar beynəlxalq əlaqələrimiz artıq Mos-
kvadan deyil, ölkədən idarə olunmağa başlamışdı [116, s.5-6].
Qeyd olunan illərdə və istiqamətlərdə müstəqil Azərbaycan Res-
publikasının qardaş Türkiyə ilə də geniş əlaqələri olmuş və inki-
şaf etmişdi. Nəticədə, elmi-tarixi nöqteyi-nəzərdən diqqəti cəlb
edən ciddi təcrübə də toplanmışdı. Bu qardaş ölkələr arasında in-
kişafda olan əlaqələr yüksək dostluq və qardaşlıq ruhunda qurul-
muş və hər iki xalqın milli mənafelərinə uyğun inkişaf etməkdə-
dir. Daha doğrusu, Azərbaycan-Türkiyə əlaqələri həm formaca,
istiqamət və xarakter baxımından, mahiyyət, məzmun, həm də
miqyas keyfiyyətinə görə bir millət iki dövlətin milli maraqları-
Dostları ilə paylaş: |