Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
123
yaratmışdır. Bu əlaqələr durmadan genişləndirilir və inkişaf et-
dirilir. Azərbaycan Respublikası bu kompleks prinsiplərə və
dünya dövlətləri ilə yaranmış sıx əməkdaşlıq xəttinə sadiq qal-
maqla yanaşı, Avropa İttifaqı və Avropa dövlətləri ilə hərtərəfli
münasibətlərin qurulması və inkişaf etdirilməsi strategiyasını da
uğurla həyata keçirir.
Belə əlaqələr sistemində 1991-2005-ci illərdə Azərbaycan
Respublikasının Avropa İttifaqı və Avropa dövlətləri ilə turizm
əlaqələri maraq kəsb edir və onun tədqiqinə böyük ehtiyac duyu-
lur. Bu baxımdan qeyd etmək lazımdır ki, Avropa İttifaqı ilə
Azərbaycan Respublikası arasında 1996-cı il aprelin 22-də imza-
lanmış və 1999-cu ilin 22 iyununda qüvvəyə minmiş Tərəfdaşlıq
və Əməkdaşlıq Sazişinin 63-cü maddəsi turizm sahəsində əmək-
daşlığı nəzərdə tuturdu [45, v.4]. Göründüyü kimi, məhz bu sa-
zişlə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında rəsmi
turizm əlaqələrinin əsası qoyulmuşdu. Daha sonra – 1999-cu il
iyunun 25-də şuranın növbəti–ikinci iclası keçirilmişdi [45, v.5].
İclasın nəticələrinə görə “Yekunlar və gələcək ikitərəfli əmək-
daşlığın prioritetlərinin qiymətləndirilməsi” adlı sənəd qəbul
edilmişdi. Ikinci iclasın yekun sənədində turizm ilə bağlı heç bir
müzakirə obyekti olmamışdı. Lakin Avropa İttifaqı ilə Azərbay-
can Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə
uyğun olaraq Əməkdaşlıq Şurasının ikinci iclasının protokolu-
nun 5-ci maddəsində göstərildiyi kimi iki məsələ qaldırılmışdı:
Azərbaycan Respublikası ərazisinə daxil olmaq üçün vizaların
verilməsi qaydasının sadələşdirilməsi və onların qiymətinin aşa-
ğı salınması, Binə Beynəlxalq Aeroportunda sərnişinlərin qəbu-
lunun idarə edilməsinin təkmilləşdirilməsi, daha asan və daha
xoş səyahət. Təbii ki, yuxarıda sadalananlar ölkəmizin maraqla-
rına uyğun idi və Azərbaycan Respublikasında biznes üçün im-
kanları genişləndirə bilərdi [45, v.6]. Bu baxımdan bunlar nəzərə
alınaraq və ümumiyyətlə turizm sahəsində beynəlxalq əlaqələri
genişləndirmək üçün prezidentin 27 avqust 2002-ci il tarixli
1029 saylı sərəncamı ilə “2002-2005-ci illərdə Azərbaycanda tu-
Həsənov Yusifəli Lətif oğlu
124
rizmin inkişafına dair dövlət proqramı” və onun həyata keçiril-
məsi istiqamətində tədbirlər planı təsdiq edilmişdi [172, s.132-
140]. Gənc dövlətimiz üçün ilkin olan bu proqramın əsas məq-
sədləri aşağıdakılardır: Azərbaycanda turizmin inkişafına nail
olmaq üçün ölkənin turizm potensialından səmərəli istifadə et-
mək; turizm sahəsində orta və kiçik sahibkarlığı inkişaf etdir-
mək; rəqabət qabiliyyətli turizm bazarı yaratmaq; turistlərə gös-
tərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək.
Göründüyü kimi, ölkəmizin müharibə vəziyyətində olmasına
baxmayaraq, bu proqram dövlətin və hökumətin turizmə qayğı-
sının bariz ifadəsi və nəticəsidir. Bundan başqa ölkə prezidenti-
nin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Ayrı–
ayrı fəaliyyət növlərinin təkmilləşdirilməsi haqqında” yeni qay-
dalara uyğun olaraq turizm fəaliyyəti müəyyən edilən 30 fəaliy-
yət növünə daxil edilmişdi [45, v.4]. Eyni zamanda yeni qayda-
lara uyğun olaraq lisenziya 5 il müddətinə verilir. Lisenziyaların
verilməsi üçün dövlət rüsumu 8.000.000 manatdan (2 il üçün)
2.750.000 manatadək endirilmişdir [45, v.5]. Respublika Turizm
Nazirliyinin təklifi ilə “Dövlət rüsumu haqqında qanun”a dəyi-
şiklik edilmiş və bu dəyişikliyə görə xarici turistlər vauçer təq-
dim etdikdə viza almaq üçün əvvəlki kimi 40 ABŞ dolları deyil,
20 ABŞ dolları həcmində rüsum ödəməliydilər [45, v.6]. Bu isti-
qamətdə dövlət səviyyəsində ölkədə turizmin inkişafına geniş
imkanlar yaratmaq siyasəti davam etdirilərək, əlavə olaraq 1
yanvar 2003-cü ildən vergi məcəlləsində də bir neçə dəyişiklik-
lər edilmişdi. Vergiyə cəlb edilmə maddəsində edilən dəyişikli-
yə görə turizm fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün
gəlir vergisi 20% həcmində müəyyən olunmuşdu (digər hüquqi
şəxslər 25%). Beləliklə, tərəfdaşlıq və əməkdaşlıq sazişinin qüv-
vəyə minməsindən etibarən turizm sahəsində həyata keçirilən
tədbirlər kifayət qədər geniş və hərtərəfli olmuşdu [45, v.6]. Tu-
rizm sahəsində sahibkarlığın inkişafı üçün əlverişli investisiya
mühiti yaradılmış, turizm sahəsində lisenziyalaşdırma sadələş-
dirilmiş, turistlər üçün daha əlverişli viza rejimi yaradılmış və
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
125
Turizm üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının artı-
rılması üçün tədbirlər görülmüş, turizmdə informasiya, təbliğat,
reklam işi yaxşılaşdırılmışdı. Bakı, Şəki, Lənkəran, Şamaxı,
Naxçıvan, Quba və Xaçmaz informasiya-təbliğat, reklam və əla-
qələndirmə mərkəzlərinin yaradılması istiqamətində də xeyli iş
görülmüşdü. Nəticədə, Avropa İttifaqına daxil olan bir neçə ölkə
ilə Azərbaycan Respublikası arasında rəsmi turist əlaqələri qu-
rulmuşdu.
Bu sahədə dövlətimizin göstərilən qitənin ən iri dövlətlərin-
dən biri olan Böyük Britaniya ilə əlaqələrinə nəzər salaq. Azər-
baycan Respublikası ilə Böyük Britaniya arasında turizm sahə-
sində ölkəmizdə beynəlxalq və istirahət turizminin inkişafına və
beynəlxalq turizm bazarına çıxmasına dair Britaniya parlamenti-
nin üzvü lord Nüellə 1999-cu il avqustun 10-da niyyət protokolu
imzalanmışdı [50, v.4]. Təəssüflə qeyd etmək lazımdır ki, proto-
kolun imzalanmasından sonra turist əlaqələrinin inkişafında heç
bir yenilik olmamışdı. 25-29 fevral 2001-ci ildə Britaniya Xarici
İşlər Nazirliyinin Şərq Departamentinin rəhbəri A.Prinqlinin öl-
kəmizə səfəri zamanı Xarici Turizm Şurası turizm əlaqələrinin
inkişafı üçün öz təkliflərini vermişdi [50, v.5]. Lakin bu təkliflər
də əlaqələrə təkan verməmişdi. Çətinliklərə baxmayaraq, Brita-
niya ilə turizm əlaqələri sonrakı illərdə daha çox Azərbaycanın
turizm potensialının tanıdılması istiqamətində davam etdirilmiş-
di. Belə ki, ilk dəfə ölkəmiz 11-14 noyabr 2002-ci ildə hər il
Londonda keçirilən beynəlxalq turizm sərgisində iştirak etmişdi
[50, v.6-8]. Bu sərgidə Azərbaycan Respublikası 9 kvadrat metr-
lik stendlə təmsil olunmuşdu. Sərgidə başda respublika turizm
naziri olmaqla 4 nəfər dövlət rəsmimizin iştirak etməsi Azərbay-
can tərəfinin bu sərgiyə böyük əhəmiyyət verməsinin təzahürü
idi. Eyni zamanda, qeyd etmək lazımdır ki, həmin sərgidə Azər-
baycanı “Avroturizm”, “İmproteks Travel”, “Hotel Avropa”,
“Azcot Travel” kimi özəl şirkətlər də təmsil etmişdilər [50, v.9].
Azərbaycan Respublikasının turizm imkanları haqqında prezen-
tasiya isə ölkəmizin Londondakı səfirliyində keçirilmişdir. Lon-
Dostları ilə paylaş: |