Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
129
lərinin Xəzərsahili istirahət ocaqlarında dincəlməsinin təşkili,
Azərbaycan turistləri üçün bu ölkələrə giriş–çıxış vizalarının
alınmasının sadələşdirilməsi. Lakin belə fikrə gəlmək olmaz ki,
tədqiq olunan illərdə ikitərəfli əlaqələrdə turizmin heç bir növü
inkişaf etməmişdir. Azərbaycan ilə Polşa arasında bazar iqtisa-
diyyatının inkişafı ilə əlaqədar turizmin “şop turizm” növü kifa-
yət qədər geniş olmuşdu.
1991-2005-ci illərdə Azərbaycan Respublikasının Bolqarı-
stanla da turizm əlaqələri maraqlıdır. Qeyd etmək lazımdır ki,
hələ SSRI dövründə Moskvadan idarə olunsa da, sosialist ölkə
kimi Sovet Azərbaycanının Bolqarıstanla turizm əlaqələri möv-
cud olmuşdu. Bu baxımdan bu əlaqələri davam və inkişaf etdir-
mək üçün digər Avropa ölkələri ilə müqayisədə Bolqarıstan da-
ha üstün cəhətlərə və geniş imkanlara malik idi. Lakin müstəqil
dövlət kimi Bolqarıstanla turizm sahəsində saziş yox idi və elə
buna görə də Azərbaycan və Bolqarıstan respublikalarının höku-
mətləri arasında Bakıda 2 dekabr 1999-cu ildə hər iki ölkənin ta-
rixi və mədəni irsi ilə, habelə təbii sərvətləri ilə daha yaxşı tanış
olmağa köməklik edilməsi arzu olunaraq turizm sahəsində saziş
imzalanmışdı [49, v.1]. Sazişin 1999-cu ildə imzalanmasına
baxmayaraq, çox təəssüf ki, indiyə qədər onun müddəaları həya-
ta keçirilməmiş və Bolqarıstan ilə Azərbaycanın müvafiq dövlət
turizm qurumları arasında əlaqələr lazımi səviyyədə qurulma-
mışdı. Bununla əlaqədar olaraq ölkələrimiz arasında turizm əla-
q
aqələ
Həsənov Yusifəli Lətif oğlu
130
gəlmişdi [49, v.3]. Bu isə geniş turizm imkanlarına malik olan
hər iki tərəf üçün çox cüzi göstəricilərdir.
Iki ölkə arasında turizm əlaqələrini inkişaf etdirmək üçün
bunları təklif etmək yerinə düşərdi: hər iki ölkənin rəsmi turizm
qurumları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi,
Azərbaycan–Bolqarıstan müştərək hökumətlərarası komissiya
çərçivəsində turizm üzrə xüsusi işçi qrupun yaradılması və tu-
rizm sahəsində qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə
edilməsi, peşəkar turizm kadrlarının hazırlanmasında təcrübə
mübadiləsi, hər il Bakıda keçirilən Beynəlxalq turizm sərgisinə
Bolqarıstan turizm şirkətlərinin dəvət olunması, qardaşlaşmış
şəhərlər olan Şəki və Qabrovoda qarşılıqlı olaraq turizm gülüş–
yumor festivallarının keçirilməsi, Azərbaycan və Bolqarıstanın
qardaşlaşmış digər (məs. Mingəçevir) şəhərlərində belə tədbirlə-
rin təşkili, beynəlxalq və regional təşkilatlar çərçivəsində, o
cümlədən ÜTT, QDİƏ təşkilatı çərçivəsində əməkdaşlığın inki-
şaf etdirilməsi, turizm əlaqələrinin inkişafı baxımından Bakı–
Sofya–Bakı aviareysinin açılması imkanlarının nəzərdən keçiril-
məsi, Azərbaycan turistləri üçün Bolqarıstana turizm viza rüsu-
munun aşağı salınması (hal-hazırda bu rüsum 60 ABŞ dollarıdır).
Turizm gəlirləri dövlət gəlirlərinin əsasını təşkil edən Yuna-
nıstan ilə Azərbaycan Respublikası arasında yuxarıda göstərilən
digər Avropa ölkələri ilə olduğu kimi rəsmi turizm əlaqələri
müstəqilliyin ilk illərində qurulmamışdı (2005-ci il sazişinə qə-
dər). Lakin iki ölkə arasında 1994-cü il iyulun 26-da turizm sa-
həsini də əhatə edən iqtisadi, sənaye və texnoloji sahələrdə
əməkdaşlıq sazişi imzalanmışdı [74, v.1]. Ardınca Azərbaycan
və Yunanıstan hökumətləri arasında təhsil, mədəniyyət və elm
sahəsində əməkdaşlıq haqqında 1997-ci ilin 11 aprelində Bakıda
imzalanmış sazişin 12-ci maddəsinə uyğun olaraq mədəni, elmi
və təhsil əlaqələrini inkişaf etdirmək arzusu ilə Azərbaycan və
Yunanıstan hökumətləri 2001-2004-cü illər üçün mədəni, elmi
və təhsil əməkdaşlığına dair proqram qəbul olunması haqqında
26 noyabr 2001-ci ildə razılığa gəlmişdilər [74, v.2]. Elə bu sa-
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
131
zişlərə uyğun olaraq, həm də ikitərəfli turizm əlaqələrini inkişaf
etdirmək üçün prezidentin 2003-cü il 7 aprel tarixli fərmanına
əsasən yaradılan Azərbaycan ilə Yunanıstan hökumətləri arasın-
da iqtisadi, sənaye və texnoloji sahədə əməkdaşlıq üzrə birgə ko-
missiyanın tərkibinə Turizm Nazirliyinin də nümayəndələri da-
xil edilmişdir. Görülmüş tədbirlər nəticəsində Yunanıstan tərəfi
iki ölkə arasında turizm əlaqələrinə dair saziş layihəsini 10-11
aprel 2003-cü ildə Bakıda keçirilmiş Azərbaycan və Yunanıstan
hökumətləri arasında iqtisadi, sənaye və texnoloji əməkdaşlıq
üzrə birgə komissiyasının ilk iclası zamanı hər iki ölkənin eks-
pertləri tərəfindən razılaşdırılmasını və həmin ilin may ayında
planlaşdırılan Yunanıstan prezidentinin Azərbaycana səfəri za-
manı imzalanmasını təklif etmişdir. Yunanıstan-Azərbaycan tu-
rizm əlaqələri həm də hər iki ölkənin üzv olduğu QDİƏT çərçi-
vəsində də davam etdirilmişdir. Belə ki, 31 oktyabr–1 noyabr
2003-cü ildə Salonikidə Yunanıstan İnkişaf Nazirliyinin təklifi
ilə keçirilən QDİƏT-in turizm sahəsində əməkdaşlıq üzrə işçi
qrupunun iclasında Turizm Baş İdarəsinin nümayəndələri iştirak
etmişdir. Yenə də 2003-cü ilin sentyabrında Bakıda keçirilmiş
QDİƏT çərçivəsində təşkil olunmuş konfransda iştirak etmiş
Yunanıstan inkişaf nazirinin müavini ilə ölkəmizin turizm naziri
arasında görüş baş tutmuşdur [74, v.3]. Digər tərəfdən, qeyd et-
mək lazımdır ki, Şimali Kipr Türk Respublikasının “AİTF-
2004” Bakı sərgisində iştirakı Yunanıstanın narazılığına səbəb
olmuşdur. Lakin Azərbaycan tərəfi bildirmişdir ki, sərginin təş-
kili, keçirilməsi və iştirakçıların dəvət olunması baş ofisi Lon-
donda yerləşən “İTEC Caspian LTD” şirkəti tərəfindən həyata
keçirilir [50, v.5]. Yunanıstan-Azərbaycan turizm əlaqələrində
Olimpiya oyunları ilə əlaqədar idman turizmini də qeyd etmək
yerinə düşərdi. Yəni, 2004-cü ildə Afinada keçirilən XVIII Yay
Olimpiya Oyunlarında ölkəmizin MOK-u və Turizm Nazirliyi
Olimpiya oyunlarına turist səfərlərinin təşkilini “İmproteks” və
“SI Travel “ turist şirkətlərinə tapşırmışdı [74, v.7].
Turizm sahəsində böyük təcrübəyə malik ölkələrlə, o cüm-
Dostları ilə paylaş: |