Həsənov Yusifəli Lətif oğlu
138
na cavab verir və hər iki xalq arasında inkişaf etməkdə olan doğ-
malıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət gös-
tərməkdədir. İki qardaş ölkənin ümumi beynəlxalq münasibətləri
sistemində yaranmış turizm əlaqələri də həmin istiqamətdə ciddi
rol oynamaqdadır. Bu baxımdan iki ölkə arasında mövcud əla-
qələ
rin
nunda t
ə
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
139
çarter reysi ilə həyata keçirilmişdi [1, v.19]. Onun ardınca 1991-
ci ildə “Azintur” turist şirkəti və Türkiyənin “Duru” turist şirkəti
birgə altı çarter reysi ilə turist mübadiləsi həyata keçirmişdi [2,
v.29]. Beləliklə, Azərbaycan Respublikası ilə Türkiyə arasında
ilk beynəlxalq turizm əlaqələri yuxarıda qeyd olunan təşkilatlar
vasitəsi ilə başlanmışdır. 1991-ci ildə çarter reysləri ilə Azərbay-
can Respublikasına Türkiyədən 1050 turist gəlmiş, bir o qədər
də Azərbaycandan Türkiyəyə turist getmişdir [53, “Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında beynəlxalq tu-
rizm əlaqələri”].
Həmin ildə Azərbaycanla Türkiyə arasında tu-
rizm sahəsində olan əlaqələr bazar iqtisadiyyatına müvafiq qay-
dalar əsasında həyata keçirilirdi. 1991-2005-ci illərdə Azərbay-
can Respublikası və Türkiyə arasında beynəlxalq turizm əlaqələ-
ri müxtəlif formada və növdə həyata keçirilmişdi. Məsələn,
1991-1992-ci illərdə Azərbaycan Respublikası ilə Türkiyə ara-
sında həmin əlaqələrdə əsas yeri etnik turizm təşkil etmişdi.
Uzun illərdən bəri öz qohum-əqrəbalarından ayrı düşən insanlar
öz yaxınlarına qovuşmaq üçün Türkiyədən Azərbaycana və əksi-
nə turist səfərlərinə gedirdilər. Bu səyahətlər qarşılıqlı xarakter
daşıdığından yeni turist əlaqələri üçün zəmin hazırlayırdı. Belə
turizm növlərindən biri də “Shop turizm”, yəni ticarət turizmi
olmuşdu. Turizmin bu növü həm Azərbaycan, həm də Türkiyə
üçün əlverişli turizm formalarından idi. Belə ki, SSRİ-nin süqu-
tu dövründə nəinki Azərbaycanda, bütövlükdə SSRİ məkanında
iqtisadiyyatın dağılması bazarlarda hədsiz boşluğa səbəb olmuş-
dur ki, bunu da Türkiyənin inkişaf etməkdə olan yüngül sənaye-
si öz məhsulları ilə doldura bilərdi. Bu səbəbdən də ticarət turiz-
mi hər iki ölkə arasında 1991-1992-ci illərdə yeganə forma kimi
inkişaf etmişdi. İki ölkə arasında beynəlxalq turizm əlaqələrinin
başqa formalara keçməsinə ehtiyac olmasına baxmayaraq sepa-
ratizm, erməni terrorizmi, işğalçı Ermənistan və müstəqil Azər-
baycan Respublikası arasında gedən müharibə nəticəsində ərazi
itkisi Azərbaycanda turizmin digər sahələrinin inkişafına maneə
olmuşdu. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan Res-
Həsənov Yusifəli Lətif oğlu
140
publikası ilə Türkiyə arasında bu istiqamətdə əlaqələr iki dövlə-
tin turizm strukturları arasında davam etmişdi.
Demək lazımdır ki, bu əlaqələr elə-belə, əsassız olmamışdı.
Onların inkişafına iki ölkə arasında 1992-2005-ci illərdə imza-
lanmış protokollar, sazişlər və digər sənədlər ciddi təsir göstər-
mişdi. Belə ki, həmin illərdə hər iki ölkə arasında əməkdaşlığın
inkişafına yönəlmiş 119 müxtəlif beynəlxalq sənəd imzalanmış-
dı. Şübhəsiz ki, həmin sənədlərdə iki ölkə arasında ictimai həya-
tın başqa sahələrində olan əməkdaşlığın inkişafı il
ci
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
141
dorunun inkişafı sazişi turizm sahəsində də yenidən oyanışa sə-
bəb oldu [153, s.213]. Bu istiqamətdə əldə olunan imkanlar
Azərbaycan-Türkiyə əlaqələrinin məzmununa öz təsirini göstər-
mişdir. 9 fevral 1994-cü ildə prezident H.Ə.Əliyev tərəfindən
Ankarada Azərbaycan və Türkiyə arasında elmi-texniki, sosial,
mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş imza-
lanmışdır. Bu müqavilə ölkələr arasında yuxarıda göstərilən sa-
hələrdəki əlaqələrdə baza rolunu oynamaqla yanaşı, intensiv
beynəlxalq turizm əlaqələrinin inkişafını da təmin etmişdir [153,
s.213]. Nəticədə 1994-cü ildə Azərbaycana gəlmiş turistlərin sa-
yına nəzər saldıqda görünür ki, Türkiyə ilə Azərbaycan arasında
turist axını İrandan sonra ikinci yerdə durmuşdur ki, bunun da
əsasını ticarət turizmi təşkil etmişdir [2, v.34]. Göstərilən illərdə
Azərbaycan ilə Türkiyə arasında turizm sahəsində əməkdaşlıq
həm də QDİƏT çərçivəsində həyata keçirilmişdir və keçirilir.
Bu istiqamətdə QDİƏT tərkibində yaradılmış işçi qrupunun rolu
az olmamışdı. QDİƏT-nin turizm üzrə işçi qrupunun ilk iclası
Azərbaycan nümayəndələrinin iştirakı ilə 25-27 oktyabr 1994-cü
ildə İzmirdə keçirilmişdir [53, “Azərbaycan Respublikası ilə
Türkiyə Respublikası arasında beynəlxalq turizm əlaqələri”].
QDİƏT-nin turizm üzrə ikinci işçi iclası 20-21 noyabr 1997-ci
ildə Rumıniyada, üçüncü iclası 23-24 iyun 1998-ci ildə Sofiyada
keçirilmişdir. Bu iclaslarda Azərbaycanın turizm potensialı yük-
sək qiymətləndirilmişdi. Azərbaycan da Türkiyə kimi ÜTT və
UNESCO-nun “İpək yolu” layihəsinin üzvüdür. “İpək Yo-
lu“ marşrutunun öyrənilməsində Türkiyənin çoxillik təcrübəsi
onun turizm infrastrukturunun inkişafına imkan vermiş və tarixi
abidələrin bərpası nəticəsində turist axını artmışdı. Türkiyə ilə
bu təşkilatlarda birgə iştirak və onun təcrübəsindən istifadə iki
ölkə arasında turizm sahəsində müqaviləyə uyğun olaraq Azər-
baycana turist cəlbi üçün imkanlar açmışdı. Bu yolla 1991-2001-
ci illər ərzində Azərbaycandan Türkiyəyə gedən turistlər Türki-
yədən Azərbaycana gələn turistlərə nisbətən çoxluq təşkil etmiş-
di [2, v.14-27]. Buna baxmayaraq,
1995-ci ildə Azərbaycan və
Dostları ilə paylaş: |