Həsənov Yusifəli Lətif oğlu
164
rizm əlaqələrinə xüsusi diqqət yetirmişdi. 9 oktyabr 1995-ci ildə
Bakıda imzalanmış Azərbaycan və Pakistan respublikaları höku-
mətləri arasında mədəni, elmi və humanitar əlaqələr haqqında
sazişin 8-ci maddəsində tərəflər idman və turizm sahəsində
əməkdaşlığı inkişaf etdirmək barəsində öz üzərlərinə təəhhüdlər
götürürdülər [28, v.2]. Elə həmin gün turizm əlaqələrini inkişaf
etdirmək baxımından mühüm olan 9 oktyabr 1995-ci ildə Ba-
kıda iki ölkə arasında hökumət səviyyəsində Azərbaycan-Paki-
stan birgə komissiyasının yaradılması haqqında xüsusi protokol
da imzalanmışdır [28, v.3]. Protokola əsasən tərəflər sənaye,
kənd təsərrüfatı, ticarət, elm, təhsil, texnologiya, nəqliyyat, in-
formasiya, mədəniyyət sahələri ilə yanaşı turizm sahəsində də
qarşılıqlı maraq doğuran bütün məsələləri öyrənməli və bu sahə-
də əməkdaşlığın genişlənməsi barədə təkliflər verməliydilər. Öl-
kələrimiz arasında turizm sahəsində inkişafda olan əlaqələrin ge-
nişlənməsinə prezident H.Ə.Əliyevin Pakistan İslam Respubli-
kasına 1996-ci ildəki səfərinin böyük təsiri olmuşdu. Prezident
H.Ə.Əliyevin bu səfəri zamanı 10 aprel 1996-cı ildə İslamabad-
da Azərbaycan və Pakistan respublikaları arasında “Turizm sa-
həsində əməkdaşlıq haqqında anlaşma memorandumu” imza-
lanmışdı [65]. Həmin memorandumun 12-ci maddəsində gələ-
cəkdə turizm sahəsində sazişin bağlanmasının vacibliyi qeyd
olunmuşdu. Elə həmin tarixdə İslamabadda Gəncə və Multan
arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haq-
qında birgə bəyannamə də imzalanmışdı [28, v.3].
9 oktyabr 1995-ci ildə Bakıda “Azərbaycan ilə Pakistan hö-
kumətləri arasında mədəni, elmi və humanitar əlaqələr haqqında
saziş” və 1996-cı il aprelin 10-da İslamabadda “Azərbaycan
Gənclər və İdman Nazirliyi ilə Pakistan Mədəniyyət, İdman və
Turizm Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında
anlaşma memorandumu”ndan irəli gələn vəzifələri həyata keçir-
mək üçün bizim nazirlik 1997-ci ilin oktyabrında Pakistanda ke-
çiriləcək İslam ölkələri qadınları arasında 2-ci idman həmrəyliyi
oyunlarında və 1996-cı ilin oktyabrın 19-dan 24-dək 2-ci oyun-
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
165
lara hazırlıq ərəfəsində keçirilən milli oyunlarda Azərbaycandan
turist və azarkeş qruplarının iştirakını böyük uğurla təşkil
etmişdi [28, v.4-5].
1993-1998-ci illər ərzində iki ölkə arasında turist mübadilə-
si aparılmasında Bakı-Kəraçi aviareysinin fəaliyyət göstərməsi-
nin böyük rolu olmuşdur. Lakin həmin reysin fəaliyyətinin da-
yandırılması ölkələr arasında turizm əlaqələrinin zəifləməsinə
səbəb olmuşdur. Qeyd olunan reysin bərpası ilə əlaqədar respub-
likamızın Turizm Nazirliyi “AZAL dövlət konserni”nə xüsusi
məktub da göndərmişdi.
Azərbaycan ilə Pakistan respublikaları arasında turizm əla-
qələrinin möhkəmlənib inkişaf etməsində iki ölkə arasında İqti-
sadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolu da
böyük olmuşdu. Azərbaycan ilə Pakistan hökumətləri arasında
iqtisadiyyat, ticarət, elm, təhsil, texnologiya, nəqliyyat, informa-
siya, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndi-
rilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2000-
ci il 17 may tarixli sərəncamı ilə yaradılmış Azərbaycan–Paki-
stan birgə komissiyasının 1-ci iclası 28-29 sentyabr 2000-ci il ta-
rixində Bakıda keçirilmişdi [28, v.8]. Həmin dövrdə Azərbaycan
və Pakistan respublikaları arasında turizm sahəsində əməkdaşlıq
haqqında anlaşma memorandumu çərçivəsində bir sıra işlər gö-
rülmüşdü. Belə ki, Pakistanın “PİA” və “Azərbaycan Hava Yol-
ları” tərəfindən mütəmadi olaraq çarter aviareysləri təşkil olun-
muşdu. Bundan başqa aparılmış araşdırmalar nəticəsində qeyd
olunanları əsas tutaraq Azərbaycan Respublikası Turizm Nazirli-
yi Azərbaycan-Pakistan birgə komissiyasının 2-3 sentyabr 2002-
ci ildə İslamabadda keçirilmiş iqtisadi və texniki əməkdaşlıq üz-
rə ikinci iclasının gündəliyinə turizm əlaqələrinin inkişafı yolları
barəsində məsələlərin salınmasını məqsədəuyğun hesab etmişdi
[28, v.6]. Komissiyanın iclasının yekun protokolunun mədəniy-
yət və turizm hissəsi 1996-cı ildən bəri asılı vəziyyətdə qalmış
turizm sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması üçün
lazımi tədbirlərin görülməsinə imkan verirdi. Belə ki, mədəniy-
Həsənov Yusifəli Lətif oğlu
166
yət və turizm bölməsinin 26-cı maddəsinə əsasən hər iki tərəf tu-
rizm sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması istiqa-
mətində danışıqların davam etdirilməsi barədə razılığa gəlmişdi-
lər [28, v.7]. Eyni zamanda, bu protokolda Azərbaycan tərəfi Pa-
kistan sərmayədarlarının ölkəmizin turizm sektorunda iştirak et-
mələrini təklif etmişdir. Pakistan tərəfinin təqdim etdiyi və
Azərbaycan Respublikası XİN-nin etdiyi dəyişikliklərin əks
olunduğu saziş layihəsinə ölkəmizin Turizm Nazirliyində baxıl-
mış və müvafiq rəy bildirilmişdir. 2003-cü il 25 fevralda Paki-
stan səfiri ilə Azərbaycan Respublikasının Turizm Baş İdarəsin-
də görüş keçirilmişdi [28, v.8]. 5-6 iyul 2004-cü ildə Bakıda ke-
çirilən birgə komissiyanın 3-cü iclas protokolunun mədəniyyət
və turizm bölməsində 2-ci iclasda olduğu kimi əməkdaşlığa dair
sazişin hazırlanması və imzalanması, o cümlədən hər iki ölkədə
təşkil olunan incəsənət, folklor və turizm sərgilərində iştirak, ar-
xeologiya və turizm bölmələrində məlumat mübadiləsi sahəsin-
də əməkdaşlıq nəzərdə tutulmuşdu [28, v.9]. Bu iclasda respub-
likamızın Turizm Nazirliyinin nümayəndələri iştirak etmişdilər
[28, v.8]. Yuxarıda göstərilən komissiya iclaslarının nəticəsi ola-
raq Pakistan prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində 7
iyul 2004-cü ildə Bakıda “Azərbaycan və Pakistan hökumətləri
arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş” imzalan-
mışdı [65]. Bütün bunlar imkan vermişdir ki, ölkəmizdə keçiri-
lən turizm tədbirlərində Pakistan nümayəndələri davamlı olaraq
dəvət olunsunlar. 7-9 aprel 2005-ci ildə Bakıda keçirilmiş
“AİTF-2005” 4-cü ABTS-də də iştirak etmək üçün Pakistanın
müvafiq dövlət qurumuna dəvət məktubu göndərilmişdi [28,
v.14]. Hal-hazırda ölkəmizdə fəaliyyət göstərən “İmproteks Tra-
vel” şirkəti Pakistanla turist mübadiləsi həyata keçirir [28, v.17].
9-12 sentyabr 2006-cı ildə Bakıda keçirilmiş İKT-nın tu-
rizm nazirlərinin iclasında Pakistanın turizm naziri də iştirak et-
mişdir. Qeyd etmək lazımdır ki, 2002-ci ilə nisbətən 2006-cı ildə
Pakistandan ölkəmizə gələn turistlərin sayı iki dəfə artmışdı
(2006-cı ildə ölkəmizə 1185 pakistanlı turist səfər etmişdi). Nə-
Dostları ilə paylaş: |