Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
161
25534, 2004-cü ildə 586416 nəfər turist gəlmiş, respublikamız-
dan isə MDB ölkələrinə 1997-ci ildə 291183, 1998-ci ildə
800416, 1999-cu ildə 724250, 2000-ci ildə 691408, 2001-ci ildə
542052, 2002-ci ildə 1136935, 2003-cü ildə 18513, 2004-cü ildə
14765 nəfər turist getmişdi [97, s.308; 98, s.295]. Bu rəqəmlər
şübhəsiz ki, göstərilən istiqamətdə atılan addımların əhəmiyyətli
və elmi dəyərli olmasından xəbər verir. Beləliklə, göründüyü ki-
mi, 1991-2005-ci illərdə respublikamızla MDB ölkələri arasında
beynəlxalq turizm əlaqələri diqqəti cəlbedici dərəcədə inkişaf et-
miş və bu istiqamətdə lazımi tarixi təcrübə toplanmışdı. MDB
ölkələri ilə beynəlxalq turist əlaqələri və mübadiləsi nəticəsində
yaranan yeni münasibətlər, şübhəsiz ki, həmin ölkələrin xalqları-
nın dostluğunun möhkəmləndirilməsinə müsbət təsir etmiş və
yeni əlaqələr üçün imkanlar açmışdı. Hazırda bu əlaqələr yeni
məzmundadır və böyük perspektivlər vəd edir. Eyni zamanda,
turizmin inkişafı, böyük iqtisadi səmərəsi və perspektivi bu gənc
dövlətlərin büdcələrinə milyonlarla gəlir vermişdi.
Azərbaycan Respublikası dünya dövlətləri ilə yaranmış sıx
əməkdaşlıq xəttinə sadiq qalmaqla yanaşı, müxtəlif tarixi kök-
lərlə bizə yaxın olan Asiya, habelə bir sıra Afrika ölkələri ilə
hərtərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsi strate-
giyasını da uğurla həyata keçirir. Bu əlaqələr sistemində ölkəmi-
zin Asiya və Afrika ölkələri ilə turizm əlaqələri xüsusi maraq
doğurur. Təkcə həmin sahədə respublikamız Asiya qitəsinin ona
yaxın ölkəsi ilə müqavilə və saziş bağlamışdır. Bundan başqa
Azərbaycan Respublikası turizm ilə bağlı olan beynəlxalq və re-
gional təşkilatların əksəriyyətinin üzvüdür. Bu baxımdan vətəni-
mizin göstərilən ölkələrlə beynəlxalq turizm əlaqələri problemi-
nin elmi-texniki baxımdan araşdırılıb öyrənilməsinə və toplan-
mış təcrübənin qiymətləndirilməsinə xüsusi elmi-praktik ehtiyac
vardır və tarixi zərurət yaranmışdı. Bu istiqamətdə dövlətimizin
göstərilən qitənin ən iri dövlətlərindən biri olan İran İslam Res-
publikası ilə turizm əlaqələrinə nəzər salmamaq olmaz. Ölkəmiz
müstəqillik əldə edəndən sonra İran ilə ictimai həyatın başqa sa-
Həsənov Yusifəli Lətif oğlu
162
hələrində olduğu kimi, turizm sahəsində də əməkdaşlığın yeni
dövrünə qədəm qoymuşdu. 9 dekabr 1994- cü ildə Azərbaycan
ilə İran respublikaları arasında bağlanmış mədəniyyət sahəsində
əməkdaşlıq haqqında sazişin 13-cü maddəsinə əsasən tərəflər iki
ölkə xalqları arasında daha yaxşı anlaşma yaranmasına kömək
edən turizmin təşkilini nəzər-diqqətdə saxlamalı idilər. Qeyd
edək ki, bu hüquqi cəhd nəticəsiz qalmamışdı [17, “İran İslam
Respublikası dövləti ilə Azərbaycan Respublikası dövləti arasın-
da mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş”]. Tədqiq
olunan illərdə Azərbaycandan İrana turist axınının ilbəil artması
həm də bu sazişin müsbət bəhrəsi idi. Belə ki, ölkəmizdən İrana
2000-ci ildə 16.651 nəfər, 2001-ci ildə isə 347.061 nəfər turist
səfər etmişdi [17, v.9]. 2001-ci ildə İrandan ölkəmizə 321.882
nəfər səfər etmişdir ki, bunun da əksəriyyəti turistlər olmuşdu
[17, v.9]. Başqa bir fakt: İrandan ölkəmizə 1996-2001-ci illər ər-
zində 68.031 nəfər turist gəlmiş və bu dövrdə ölkəmizdən İrana
isə 89.948 nəfər turist getmişdi [1, v.31, 34]. Maraqlı orasında-
dır ki, həmin dövrdə ölkəmizə gələn turistlərin 90 faizini məhz
İran vətəndaşları təşkil etmişdi. DSX-nin məlumatına əsasən isə
tədqiqat dövründə gələn və gedən turistlərin sayına görə İran
ikinci yer tutmuşdu. Bu səfərlər əsasən qohumluq əlaqələri olan
vətəndaşlar, ticarət, müqəddəs yerlərə ziyarət–dini turizm və s.
məqsədlərlə gedən turistlər tərəfindən həyata keçirilmişdi [17,
v.9]. 30 avqust 2001-ci ilin məlumatına əsasən ölkəmizdə fəaliy-
yət göstərən lisenziyası olan on iki turist şirkəti İranla turizm sa-
həsində əməkdaşlıq etmişdi [17, v.11]. Bu rəqəm 2002-ci ildə
dörd olmuş, 2003-cü ildə turist mübadiləsi edən şirkətlərin sayı
artaraq yeddiyə çatmışdı [57, v.28]. 18 avqust 2003-cü ilə qədər
olan müddətdə isə ölkəmizdə fəaliyyət göstərən 9 turist şirkəti
İranın müvafiq şirkətləri ilə müqavilə əsasında turist mübadiləsi
ilə məşğul olmuşdur [57, v.29].
29-30 yanvar 2002-ci ildə İranın Kiş adasında keçiriləcək
BMT-nin Asiya və Sakit okean hövzəsi üçün iqtisadi və sosial
komissiyanın (ESCAP – Asiya-Sakit Okean ölkələri komissiya-
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
163
sının 55-ci sessiyasında Honkonqda 1999-cu ilin aprelində turiz-
mə aid tədbirlər planı qəbul olunmuşdu. Plan 1999-2005-ci illəri
əhatə etmişdi; Bu plan ölkəmizin maraqlarına tam uyğundur)
İran Turizm və Səyahət Təşkilatı ilə birlikdə təşkil etdiyi turizm
üzrə Asiya Sakit okean Təhsil və Təlim İnstitutları şəbəkəsinin
(APETİT) İcraiyyə Komitəsinin 7-ci iclası keçirilmişdi [52, v.2].
İclasda ölkəmizin Turizm Baş İdarəsinin Beynəlxalq Turizm Şö-
bəsinin rəisi E.Qafarlı da iştirak etmişdi. Tədbirdə təşkilat çərçi-
vəsində yaradılmış beynəlxalq mərkəzlərin işində əldə olunmuş
tərəqqi qiymətləndirilmiş və APETİT-in fəaliyyəti ilə əlaqədar
olan digər məsələlər müzakirə edilmişdi.
Asiya ölkələri ilə də turizm əlaqələrinin genişləndirilməsin-
də əsas yerlərdən birini tutan tədbirlər ölkəmizdə hər il keçirilən
beynəlxalq turizm sərgisi və eyni zamanda göstərilən ölkələrdə
keçirilən turizm sərgiləri böyük əhəmiyyət kəsb etmişdi. Məsə-
lən, 6-10 fevral 2003-cü ildə İranın Kiş adasında keçirilmiş “Sə-
yahət və turizm” sənayesi üzrə Kiş beynəlxalq sərgisində Azər-
baycan Respublikası nümayəndə heyəti iştirak etmişdi [57,
v.19]. Həmin sərgiyə dəvət olunmuş bir çox dövlətlər məlum
“İraq məsələsi” ilə bağlı iştirak edə bilməmişdilər. Lakin Azər-
baycan, Türkiyə, Bolqarıstan və Bəhreynin nümayəndə heyətləri
bu tədbirdə iştirak etmişdi [57, v.19]. DSK-nin məlumatına əsa-
sən, Azərbaycan Respublikasından İrana gedənlərin ümumi sayı
1997-ci ildə 172.180, 1998-ci ildə 180.022, 1999-cu ildə
255.167, 2000-ci ildə 335.804, 2001-ci ildə 347.061, 2002-ci il-
də 4.079 (220.656 nəfər turist [57, v.20]), 2003-cü ildə 5.564
(245.081 nəfər turist [57, v.20]), 2004-cü ildə 4.792 nəfər turist,
İrandan ölkəmizə gələnlərin ümumi sayı 1997-ci ildə 103.724,
1998-ci ildə 139.300, 1999-cu ildə 121.604, 2000-ci ildə
242.354, 2001-ci ildə 321.882, 2002-ci ildə 155 (239.694 nəfər
turist [57, v.20]), 2003-cü ildə 3.950 (249.574 nəfər turist [57,
v.20]), 2004-cü ildə 60 nəfər turist təşkil etmişdi [97, s.308; 98,
s.295].
Ölkəmiz Pakistan İslam Respublikası ilə də beynəlxalq tu-
Dostları ilə paylaş: |