Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə26/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   22   23   24   25   26   27   28   29   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
82 
 
ticəsində “Azərbaycan-Çin  iqtisadi  forumu, Pekin-2003” adı al-
tında  tədbirin  hazırlanması  və  2003-cü  ilin  aprelin  ortalarında 
onun Pekində keçirilməsi barədə razılıq əldə olunmuşdur. Foru-
mun  məqsədi  Azərbaycan və Çinin respublikalarının  hazırkı  iq-
tisadi  vəziyyəti  ilə  tanışlıq,  həmçinin  qarşılıqlı  faydalılıq  şərai-
tində hər iki ölkənin dövlət təşkilatları və iş adamlarının ticarət-
iqtisadi  əməkdaşlığının  inkişafına  cəlb  edilməsindən  ibarət  idi. 
Elə bu tədbirdə tərəflərin futbol və voleybol komandaları arasın-
da  dostluq  görüşləri  keçirilmişdir.  Çin  tərəfi  forum  iştirakçıları 
ilə əlaqədar bütün  xərcləri, o cümlədən  idmançılar qrupu və  in-
cəsənət nümayəndələrinin Bakı-Urumçi-Bakı reysləri ilə təyyarə 
biletlərinin 50 faizinin ödənilməsini öz üzərinə götürmüşdür. 
Çinin dövlət gənclər və idman qurumları ilə rəsmi əlaqələrin 
qurulması məqsədilə hələ 1999-cu ildə Azərbaycan Respublika-
sının o vaxtkı Gənclər və İdman Nazirliyində “Azərbaycan Res-
publikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasın-
da  gənclərlə  iş  və  idman  sahəsində  əməkdaşlıq  haqqında  saziş” 
layihəsi hazırlanmış və Azərbaycan Respublikasının Xarici İşlər 
Nazirliyi tərəfindən 2000-ci və 2005-ci illərdə Çinə göndərilmiş-
di. Çin tərəfi bu sazişə dair öz rəyini son vaxta qədər  bildirmə-
mişdi.  Lakin  2000-ci  ildə  Çin  tərəfinin  təklifinə  əsasən  bizim 
Gənclər  və  İdman  Nazirliyimiz  ilə  Ümumçin  Gənclər  Federasi-
yası  arasında  ikitərəfli  əməkdaşlıq  haqqında  və  Çinin  Dövlət 
Baş İdman İdarəsi ilə idman sahəsində əməkdaşlıq haqqında iki 
çərçivə  sazişi,  daha  sonra  Azərbaycan  Respublikası  Prezidenti-
nin  2005-ci  ilin  martında  Çinə  səfəri  zamanı  “Azərbaycan  Res-
publikası  Gənclər,  İdman  və  Turizm  Nazirliyi  ilə  Ümumçin 
Gənclər Federasiyası arasında gənclərlə iş sahəsində əməkdaşlıq 
haqqında  saziş”  imzalanmışdı  [11,  “Azərbaycan  Respublikası 
Gənclər,  İdman  və  Turizm  Nazirliyinin  ÇXR  ilə  əməkdaşlığı 
haqqında  məlumat”]. 2005-ci  ilin  fevralında Çinin  Azərbaycan-
dakı  səfirliyindən  daxil  olmuş  notada  göstərilmişdir  ki,  2000-ci 
ildə  iki  ölkənin  idman  strukturları  arasında  idman  sahəsində 
əməkdaşlıq  haqqında  sənəd  imzalandığından  Çin  tərəfi  höku-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
83 
 
mətlərarası  sazişin  imzalanmasını  məqsədəuyğun  hesab  etmir. 
Çin tərəfi Çin və Azərbaycan milli olimpiya komitələri arasında 
əməkdaşlıq  haqqında  sazişin  imzalanmasını  təklif  etmişdir.  Əl-
bəttə  ki,  olimpiya  komitələri  arasında  da  əməkdaşlıq  haqqında 
ayrıca sazişin imzalanması mümkündür və bunun gənclərlə iş və 
idman  sahəsində  əməkdaşlıq  haqqında  hökumətlərarası  sazişə 
maneçiliyi  olmadığından  ölkələrimiz  arasında  idman  sahəsində 
mövcud  əlaqələrin  inkişaf  etdirilməsi  və  genişləndirilməsi  üçün 
idman sahəsində hökumətlərarası sazişin  imzalanması  vacib  he-
sab  olunmalıdır.  Mövcud  olan  əlaqələri  genişləndirmək  məqsə-
dilə  Azərbaycan  Milli  Olimpiya  Komitəsi  “Azərbaycan  Milli 
Olimpiya  Komitəsi  ilə  Çin  Olimpiya  Komitəsi  arasında  texniki 
və  idman  əməkdaşlığı  haqqında  saziş”  layihəsini  hazırlamışdı. 
Həmçinin  Çin  Dövlət  Turizm  İdarəsində  keçirilmiş  görüşdə  öl-
kələrimizin  bu sahədəki əməkdaşlığını  inkişaf etdirmək  məsələ-
ləri müzakirə olunmuşdu [11, v.4]. 
Asiyanın və eləcə də bütün dünyanın ən aparıcı dövlətlərin-
dən biri olan  Yaponiya  ilə  idman sahəsində   əməkdaşlığa Azər-
baycan  idmançıları  həmişə  böyük  əhəmiyyət  vermişlər.  XX  əs-
rin sonu– XXI əsrin lap əvvəllərində Gənclər, İdman və Turizm 
Nazirliyi Yaponiyanın bir sıra qurum və təşkilatları ilə birgə la-
yihələrdə,  eləcə  də  Azərbaycan  və  Yaponiya  idmançıları  qarşı-
lıqlı olaraq hər iki dövlətin ərazisində keçirilən idman yarışların-
da fəal  iştirak etmiş, birgə təlim-məşq toplanışları həyata keçir-
miş,  gənclərimiz  müxtəlif  proqramlar  çərçivəsində  Yaponiyaya 
səfərlər etmişlər [41, v.4]. Azərbaycan və Yaponiya hökumətləri 
arasında  3  may  1999-cu  ildə  bağlanmış  notalar  mübadiləsinə 
əsasən 2000-ci ildə Yaponiya hökumətinin “Mədəniyyət qrantı” 
çərçivəsində idman nazirliyi cüdo, boks və karate idman növləri 
üçün avadanlıq  ilə təchiz olunmuşdur [41, v.8]. Bu kömək son-
rakı  illərdə  də  davam  etdirilmiş,  12  sentyabr  2003-cü  ildə  res-
publika  idman təmayüllü  məktəbi  ilə Yaponiyanın  Azərbaycan-
dakı  səfirliyi  arasında  imzalanmış  qrant  sazişinə  əsasən  məktə-
bin tədris korpusunda təmir  işləri həyata keçirilmişdir [41, v.9]. 


Həsənov Yusifəli Lətif oğlu 
 
84 
 
Hər  iki  ölkənin  idmançıları  Azərbaycan  Respublikası  və  Yapo-
niyada  keçirilmiş  müxtəlif  idman  tədbirlərində  qarşılıqlı  iştirak 
etmiş, birgə təlim-məşq toplantıları həyata keçirmişdilər. Belə ki, 
23–25 aprel 2004-cü ildə Bakıda keçirilən bədii gimnastika üzrə 
dünya kubokunun mərhələ yarışlarında, 24–27 iyun 2005-ci ildə 
Tokioda keçirilən uşaq və gənclər, kişi və qadınlar arasında ko-
siki  karate-do  üzrə  24-cü  Yaponiya  açıq  çempionatı–dünya  ku-
boku yarışlarında, 3–9 oktyabr 2005-ci ildə bədii gimnastika üz-
rə dünya çempionatında, 27–29 oktyabr 2005-ci  ildə Yaponiya-
da armsport üzrə 26-cı dünya çempionatında, 2006-cı ilin 12–22 
yanvarında  cüdo  üzrə  Tokioda  Ciqaro  Kanonun  xatirəsinə  həsr 
olunmuş beynəlxalq turnirdə və başqa idman yarışlarında iştirak 
etmişdilər.  2005-ci  ilin dekabrında  Azərbaycan  və Yaponiyanın 
bədii  gimnastika  üzrə  yığma,  29  yanvar–  4  fevral  2006-cı  ildə 
cüdo  üzrə  gənclərdən  ibarət  milli  komandaları  Bakıda  birgə  tə-
lim-məşq toplanışları keçirmişdilər. Göründüyü kimi, Yaponiya 
ilə  gənclər  siyasəti  və  idman  sahəsində  əlaqələrimizin  daha  da 
inkişaf  etdirilməsi  qarşılıqlı  fayda  verdiyindən  və  iki  ölkənin 
gənclər  təşkilatları,  təhsil  ocaqları  və  tədqiqat  müəssisələri  ara-
sında  əlaqələrin  qurulmasını  mühüm  hesab  etmək  olar.  Həmçi-
nin idman mütəxəssislərinin təcrübə mübadiləsinin təşkili əlaqə-
lərimizin inkişafına böyük töhfə verə bilər. 
Azərbaycan  Respublikası  ilə  dünyanın  ən  qüdrətli  müsəl-
man dövlətlərindən biri olan Pakistan arasında beynəlxalq idman 
əlaqələri də öz miqyasına görə diqqəti cəlb edir. 10 avqust 1995-
ci və 5 mart 1996-cı illərdə Pakistanın Azərbaycandakı səfiri öl-
kəmizin  müvafiq qurumlarının rəhbərləri  ilə görüşərək,  iki ölkə 
arasında  birgə  turnir  təşkil  edilməsi,  idmançıların  və  idman  ko-
mandalarının  mübadiləsi,  bir  sıra  idman  növləri  üzrə  Pakistan 
komandalarının hazırlığına Azərbaycan məşqçilərinin köməyi və 
digər məsələləri müzakirə etmişdi [28, v.6]. 
Azərbaycan  Respublikası  və  Pakistan  İslam  Respublikası 
hökumətləri arasında 30 oktyabr 1995-ci ildə Bakıda imzalanmış 
“Mədəni, elmi və humanitar əlaqələr haqqında saziş”in səkkizin-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə