Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə27/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   23   24   25   26   27   28   29   30   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
85 
 
ci  maddəsində  tərəflər  idman,  turizm  sahəsində  əməkdaşlığı  in-
kişaf etdirməyi, gənclər təşkilatları, qadın cəmiyyətləri və başqa 
qeyri-hökumət  təşkilatları  arasında  əlaqələrin  möhkəmləndiril-
məsinə  kömək  etməyi  qərara  almışdılar.  Bu  sazişin  yerinə  yeti-
rilməsi  və  genişmiqyaslı  qarşılıqlı  faydalı  əməkdaşlığın  təşviq 
edilməsi  məqsədilə hər  iki tərəf  Azərbaycan–Pakistan birgə ko-
missiyasının yaradılması haqqında 9 sentyabr 1995-ci ildə Bakı-
da razılığa gəlmişdir. Komissiya iqtisadiyyat, ticarət, elm və tex-
nologiya, nəqliyyat vasitələri, informasiya, təhsil, turizm və mə-
dəniyyət  sahələrində  qarşılıqlı  maraq  doğuran  bütün  məsələləri 
öyrənməli  və bu sahələrdə əməkdaşlığın genişləndirilməsi  barə-
də  təkliflər  verməliydi.  Azərbaycan  Respublikasının  prezidenti 
H.Ə.Əliyevin  9-11  aprel  1996-cı  ildə  Pakistan  İslam  Respubli-
kasına  səfəri  ölkələrimiz  arasında  digər  sahələrdə  olduğu  kimi 
gənclər,  idman və turizm sahələrində də əməkdaşlığın genişlən-
məsinə səbəb olmuş, bu əlaqələrin gələcək inkişafına müsbət şə-
rait  yaratmış,  idman  nazirliyimiz  tərəfindən  mütəmadi  olaraq, 
Pakistanın  idman  qurumları  ilə  əlaqə  saxlanılmış,  informasiya 
və təcrübə mübadiləsi həyata keçirilmişdir [28, v.5]. Bu səfər za-
manı aprelin 10-da İslamabadda idmana aid Anlaşma Memoran-
dumu  imzalanmışdır [28, “Azərbaycan və Pakistan arasında bə-
dən  tərbiyəsi  və  idman  sahəsində  əməkdaşlığa  dair  məlumat”]. 
Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən Paki-
stanın  müvafiq  qurumları  ilə  idman  sahəsində  əlaqələrin  geniş-
ləndirilməsinə,  idmançıların,  mütəxəssislərin,  idman  xadimləri-
nin  beynəlxalq  yarışlarda  və  digər  tədbirlərdə  iştirakına  şərait 
yaradılmasına,  Pakistanda  keçirilən  müxtəlif  tədbirlərdə  gənc-
lərin  və  idmançıların  iştirakına  diqqət  yetirilmişdi  [28,  v.5-13]. 
Belə  ki,  Pakistan  tərəfinin  xahişi  ilə  beş  nəfər  məşqçi  qadın 
1996-ci  ilin  sentyabrında  bir  il  müddətinə  işləmək  üçün  Paki-
stana  göndərilmiş,  1996-cı  ilin  13-29  oktyabrında  İslamabadda 
islam  ölkələri  qadınlarının  ikinci  oyunlarına  hazırlıq  məqsədilə 
yarışlarda (basketbol, atletika, otüstü hokkey, badminton, stolüs-
tü tennis üzrə 5 növdə idmançılarımız 2 gümüş, 3 bürünc medal 


Həsənov Yusifəli Lətif oğlu 
 
86 
 
qazanmışlar)  64  nəfərlik  nümayəndə  heyətimiz  iştirak  etmişdir. 
Elə  buradaca  təşkilatçıların  təklifinə  əsasən  badminton  yığma 
komandamız bir həftəlik təlim-məşq toplanışında  olmuşdur [28, 
v.2-3].  Həmin  ildən  başlayaraq  respublikamızda  ənənəvi  olaraq 
Beynəlxalq  Həvəskar  Boks  Assosiasiyasının  Prezidenti  əslən 
Pakistandan  olan  professor  Ə.Çoudrinin  şərəfinə  ənənəvi  bey-
nəlxalq turnirin keçirilməsinə başlanılmışdır. 2004-cü ildə turnir 
“A” kateqoriyası statusunu almış və həmin il olimpiya lisenziya-
lı  turnir  olmuş,  Azərbaycan  boksçularından  A.Məmmədov, 
C.Əliyev və Ə.İsmayılov Olimpiya oyunlarına lisenziyanı məhz 
bu turnirdə əldə etmişdilər [28, v.6]. 
Pakistan  komandası  sonrakı  illərdə  də  daimi  olaraq  bu  tur-
nirdə  müvəffəqiyyətlə  iştirak  etmişdir.  Çox  təəssüf  ki,  iştirak 
edən Pakistan  idmançılarının sayı qənaətbəxş olmamışdır (hər il 
2-5  idmançı).  Həm  Azərbaycan,  həm  də  Pakistan  boksçularının 
idman  ustalığının  artmasında  bu  turnirin  müstəsna  əhəmiyyəti 
olmuşdur.  Azərbaycan  boksunun  1996-2002-ci  illər  ərzindəki 
nailiyyətlərinə nəzər saldıqda aydın olur ki, Avropa, dünya çem-
pionatlarında  və  olimpiya  oyunlarında  qazanılan  medalların  ək-
sər  sahibləri  məhz  AİBA  prezidentinin  şərəfinə  keçirilmiş  bey-
nəlxalq turnirlərin  iştirakçıları olmuşdular. Qeyd edək ki,  1996-
cı ildən 2003-cü ilə qədər Azərbaycanın boksçu idmançıları Av-
ropa  və  dünya  çempionatında  qızıl,  gümüş,  bürünc  medallar, 
Olimpiya oyunlarında isə bir bürünc medal qazanmışlar. 1996-cı 
ildə Azərbaycan boksçuları Kəraçidə keçirilən beynəlxalq yarış-
larda iştirak etmişlər. Qeyd etmək lazımdır ki, Pakistan Boks Fe-
derasiyası Azərbaycan boks komandalarını onların razılığı ilə bi-
rinci beynəlxalq kadet və yeniyetmə boks turnirinə (15-20 sent-
yabr  1996)  dəvət  etmiş,  Pakistan  Boks  Federasiyasının  prezi-
denti 1500 ABŞ dolları dəyərində ləvazimatı ilkin olaraq, kömək 
üçün  Azərbaycan  Boks  Federasiyasına  bağışlamış,  sonra  isə 
Pakistan  idman  əşyalarını  təqdim  etmişdi.  Bunlardan  əlavə 
Pakistan  Boks  Federasiyasının  prezidenti  özünün  5000  ABŞ 
dolları  məbləğində  məvacibini  də  bizim  federasiyaya  bağış-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
87 
 
lamışdır.  Azərbaycan  boksçuları  1997,  1998  və  2003-cü  illərdə 
də  Kəraçidə  keçirilən  beynəlxalq  yarışlarda  iştirak  etmişdilər. 
Bütün bunlar  əyani şəkildə sübut edir ki,  iki ölkə arasında boks 
sahəsində  əlaqələrimiz  daha  geniş  və  intensiv  olmuşdur.  İdma-
nın  digər  sahələri  üzrə  də  əlaqələrin  qurulması  istiqamətində 
işlər  gedirdi.  Belə  ki,  2  sentyabr  1996-cı  ildə  Pakistanın  otüstü 
hokkey,  atletika,  qayıq  sürmə,  boks  federasiyaları  Azərbaycan-
dakı  səfirlikləri  vasitəsilə  ölkəmizin  müvafiq  federasiyaları  ilə 
əlaqələr  qurmaq  istəklərini  bildirmiş,  nəticədə  ölkələrimizin 
boks,  badminton,  stolüstü  tennis,  otüstü  hokkey  üzrə  federa-
siyaları  arasında  işgüzar  əməkdaşlıq  əlaqələri  yaranmışdı.  Bun-
larla  yanaşı  təkcə  bu  ölkələrin  özündə  keçirilən  idman  yarış-
larında deyil, digər beynəlxalq tədbirlərdə də əməkdaşlıq inkişaf 
edirdi. Məsələn, İslam Həmrəylik İdman Federasiyası tərəfindən 
təklif  olunmuş  və  1998-ci  ilin  martında  Lahorda  keçirilmiş 
“İdmanın təşkili və ona rəhbərlik” mövzusundakı kursda, habelə 
yenə  də  həmin  federasiyanın  Lahorda  2001-ci  ilin  21-23 
yanvarında  keçirilmiş  antidopinq  kursunda  da  Azərbaycan 
Respublikasının nümayəndələri iştirak etmişlər.  
Azərbaycan  və  Pakistan  respublikalarının  hökumətləri  ara-
sında ticarət, elm  və texnologiya, nəqliyyat, informasiya, təhsil, 
turizm  və  mədəniyyət  sahələrində    əməkdaşlığın  genişləndiril-
məsi  məqsədilə  Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci 
il  17  may  tarixli  sərəncamı  ilə  yaradılmış  Azərbaycan-Pakistan 
birgə  komissiyasının  1-ci  iclası  2000-ci  ilin  28-29  sentyabrında 
Bakıda keçirilmiş və müvafiq protokol imzalanmışdı [28, v.13]. 
Azərbaycan-Pakistan  birgə  komissiyasının  2-ci  iclası  2002-ci 
ilin aprelində İslamabadda keçirilmiş və burada həmçinin idman 
əlaqələrinin  inkişaf  etdirilməsi,  genişləndirilməsi  və  s.  bu  kimi 
məsələlər  müzakirə  olunmuşdur.  Digər  ölkələrlə  olduğu  kimi 
Pakistanla  da  idman  əlaqələrinə  müqavilələrlə  yanaşı  birgə  ko-
missiyanın iclasları öz təsirini göstərmişdir. 
İki ölkə arasında idman sahəsində idmançılar və idman təş-
kilatları arasında əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə Paki-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə