Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə36/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   32   33   34   35   36   37   38   39   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
116 
 
rib çıxarmışdı ki, bu da öz növbəsində xidmətin keyfiyyətini də 
dəyişdirmişdi. Nəticədə, yeni restoranlar, mehmanxanalar və əy-
ləncə mərkəzləri açıldı. Azərbaycanda xarici qonaqların, o cüm-
lədən turistlərin qəbulu üçün beynəlxalq standartlara uyğun yeni 
aeroport tikildi ki, burada da üçü yerli olmaqla, iyirmi aviaşirkət 
fəaliyyət göstərirdi. Son illər paytaxtı regionlarla  birləşdirən ra-
hat  yolların  çəkilməsi,  otellərin,  istirahət  zonalarının  və  iaşə 
müəssisələrinin təmiri və yenilərinin tikilməsi ölkəyə turizm cəl-
bi üçün böyük imkanlar yaradır [201, s.5]. Hotel və istirahət zo-
naları,  əyləncə  mərkəzləri  ilə  yanaşı  Bakıda  fəaliyyət  göstərən 
və xarici qonaqları qəbul etmək səviyyəsində olan yerli və xarici 
yeməkləri  təklif  edən  restoran,  kafe  və  barlar  da  fəaliyyət  gös-
tərir.  Bundan  əlavə  paytaxt  və  rayonlarda  inşa  edilmiş  müasir 
olimpiya  kompleksləri  ölkədə  idman  turizminin  inkişafı  üçün 
geniş imkanlar yaratmışdı. 
Turizmin  inkişafı  üçün  2001-ci  il  aprelin  18-də  yaradılmış 
Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən də çoxlu işlər gö-
rülmüşdü  [76].  Demək  olar  ki,  ölkənin  bütün  ərazisini  əhatə 
edən  və  turizm,  mədəni-tarixi  obyektlərinin  əksəriyyəti  daxil 
edilən,  böyük  maraq  oyadan,  şəhər  və  rayonlardan  keçən  yeddi 
marşrut  təsdiq  olunmuşdu  [147,  s.66-77].  Bölgələrdə  turizmin 
yeni  növlərinin  inkişafı  üçün  və  turizm  infrastrukturu,  xidmət 
obyektləri yaratmaq məqsədilə investisiya qoyuluşlarının layihə-
ləri  hazırlanmışdı.  Ardınca  Azərbaycan  Respublikasının  bütün 
ərazisində  turizmin  inkişafı  və  vətənimizin  beynəlxalq  turizm 
üçün  maraqlı  bir  ölkə  kimi  imicinin  yüksəldilməsi  məqsədilə  6 
iyul 2001-ci ildə ictimai birlik olan Azərbaycan Turizm Sənaye-
sinin    İnkişafı  İttifaqı  (ATSİİ)  yaradıldı.  2001-ci  ildən  başlaya-
raq, Azərbaycan Respublikası bir neçə böyük sərgilərdə – MİTT 
–  Moskvada,  WTM  –  Londonda,  İTB  –  Berlində,  MTE  –  İs-
tanbulda  hər  il  iştirak  edir.  Beynəlxalq  turizm  sərgilərində  işti-
rakla  yanaşı,  2002-ci  ildən  başlayaraq  Bakıda  hər  il  keçirilən 
Beynəlxalq Turizm Sərgisi (AİTF) Azərbaycan Respublikasının 
turizm  potensialını  təqdim  etməklə,  beynəlxalq  turizm  əlaqələ-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
117 
 
rini genişləndirmək baxımından da böyük  əhəmiyyətə malik ol-
muşdu. 
Azərbaycan Respublikasının turizm bazarının inkişafı turist-
lərin sayını, göstərilən xidmətlərin, xüsusilə beynəlxalq turistlə-
rə  göstərilən  xidmətlərin  həcmini,  həmçinin  bu  sektorda  fəaliy-
yət göstərən şirkətlərin sayını və turizmdən gələn gəlirlərin həc-
mini  artırmışdı  [206,  s.284-292;  147,  s.98].  Turizmin  inkişafı 
prioritet sahə kimi böyük iqtisadi əhəmiyyət kəsb etdiyindən bu 
istiqamətdə müxtəlif qərarlar qəbul edilmişdir. Bu proses turizm 
sənayesinin inkişafı sahəsində ÜTT-nin tövsiyələrinə uyğun ola-
raq,  dünya  təcrübəsi  əsasında  qəbul  edilmiş  “Turizm  haqqında 
qanun”  vasitəsilə  tənzim  olunur  [194,  s.3-17].  Qəbul  edilmiş 
qanun və digər sənədlər ÜTT-nin tövsiyələri və dünya təcrübəsi 
əsasında  turizm  sənayesinin  dolğun  milli  inkişaf  proqramının 
hazırlanmasına,  respublikamızın  inteqrasiya  yolu  ilə  dünya  tu-
rizm  infrastrukturlarına  daxil  olunmasına  və  turistlərə  yüksək 
standartlara  uyğun  servis  xidməti  göstərilməsinə  imkan  vermiş-
dir. 
Beynəlxalq turizm  sərgilərində,  yarmarkalarında, birjaların-
da  iştirak nəticəsində  Azərbaycan  Respublikası  Avropa və dün-
yanın turizm  birliyinə daxil olmuşdur. Ölkəmiz öz turizm  məh-
sullarını  turistlərə  müxtəlif  formalarda  təklif  etmişdir:  mədəni 
tanış olma turları; Azərbaycan Respublikasının bütün ərazisi üz-
rə  idman,  ekstremal,  xüsusi,  tematik,  etnoqrafik  və  dini  turlar; 
Böyük  Qafqazın  dağlıq  hissəsində  dağkeçisinin  ekzotik  ovlan-
ması; Xəzər Dənizinin sahil zonasında (7 istirahət zonası var) is-
tirahət;  Bakı-Şamaxı-Balakən-Gürcüstan  marşrutu  üzrə  “İpək 
yolu”nun Azərbaycan hissəsi boyunca avtobus turu və s. 
Ölkənin turizm potensialının tanıdılması  müstəqil Azərbay-
can Respublikasının xarici turizm siyasətinin ən başlıca vəzifələ-
rindən  biridir.  ÜTT-nin  çap  etdirərək  yaydığı  “İpək  yolu”  adlı 
kitabçada  Azərbaycan  haqqında  da  bölmə  var.  Bu  kitabça,  hə-
min  layihədə  iştirak  edən  ölkələrin  turizm  marketinqinin  vacib 
aləti rolunu oynayır. Ümumiyyətlə, Azərbaycanın zəngin təbiəti-


Həsənov Yusifəli Lətif oğlu 
 
118 
 
nin,  tarixinin,  tarixi  abidələrinin,  qədim  mədəniyyətinin  olması, 
mətbəxi,  bu  tarixi  özündə  əks  etdirən  müxtəlif  mövzulu  mu-
zeylərin  fəaliyyət  göstərməsi  ölkəni  turistlər  üçün  cazibədar  et-
məkdədir.  Bunlar  turizmin  əsas  məhsuludur  və  bu  məhsullarla 
ölkəmiz  beynəlxalq  turizm  bazarına  çıxmaqdadır  [175,  s.525-
529; 162, s.208]. 
Hal-hazırda  turizm  sənayesinin  inkişafı  istiqamətində  fəal 
işlər görülür. Əsasən investisiya layihəsinin hazırlanması və böl-
gələrdə xidmət sahəsinin qaldırılması istiqamətində tədbirlər hə-
yata  keçirilir.  Infrastrukturun  vəziyyətinin  öyrənilməsi,  köhnə 
turist marşrutlarının bərpası və yeni turist marşrutlarının işlənilib 
hazırlanması,  yeni  istirahət  zonalarının  və  qoruqlarının  müəy-
yənləşdirilməsi  istiqamətində  işlər  görülmüşdür.  Məsələn,  fran-
sız turist təşkilatının köməkliyi  ilə  yeni ekoturizm  marşrutu ha-
zırlanmışdır.  “Şahdağ  milli  parkı”  və  “Qala”  etnoqrafiya  parkı 
yaradılmışdır.  Ekoturizm  marşrutu  ilə  bələdçilər  üçün  treninq 
kurslar  və  treninq  mərkəzlər  təşkil  olunmuşdur.  Azərbaycan 
Respublikası hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası ara-
sında “Mədəni  irsin  müdafiəsi”  layihəsinin reallaşdırılması üzrə 
xüsusi saziş imzalanmışdır. Bu layihə çərçivəsində bərpa və qo-
runma  işləri  aparılmış, həmçinin UNESCO tərəfindən dünyanın 
əhəmiyyətli  abidələri  siyahısına  daxil  olunmuş  Şirvanşahlar  sa-
rayı və Şəki xan sarayı, Möminə xatın və Qarabağlar məqbərələ-
rinin müvafiq turizm infrastrukturu yaradılmışdır. Layihə 8 mil-
yon ABŞ dolları dəyərində olmaqla, Dünya Bankı tərəfindən ay-
rılmış vəsaitlər hesabına yerinə yetirilir [5]. 
Turizm potensialının ən vacib hissəsi müxtəlif təbii landşaf-
ta  və  qum  çimərliklərinə  malik  Xəzər  dənizinin  günəşli  sahili, 
rekreasiya və müalicəvi turların təşkili üçün əlavə imkanları ya-
radan çoxsaylı mineral və palçıq mənbələrinin olması turizm po-
tensialını artırdığından bu sahələrdə də imkanlar araşdırılmış və 
layihələr hazırlanmışdır. Lakin  yeni turizm  məhsullarının  hazır-
lanması investisiyaların cəlb edilməsini tələb edir. Bu baxımdan 
ölkəmiz  dünyanı  pulla  təmin  edən  müəssisələr  ilə  möhkəm  əla-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə