Həsənov Yusifəli Lətif oğlu
132
lədən ABŞ-la əməkdaşlığı genişləndirmək və təcrübə mübadiləsi
etmək son dərəcə böyük əhəmiyyətə malik idi. Belə ki, Azərbay-
can turizm sektorunun inkişaf istiqamətlərinin fəaliyyət proqra-
mında Amerika modelinin dəsti-xəttindən istifadə edilməsinin
nəzərə alınması gözəl bəhrə verərdi. Ölkəmizin Turizm Baş İda-
rəsi əməkdaşlarının və turizm sahəsində çalışan mütəxəssislərin
ABŞ-ın rəsmi turizm strukturunun fəaliyyəti və ümumiyyətlə
ABŞ–da bu sahənin çalışma mexanizmi və iş prinsipi ilə tanış
olub, təcrübə mübadiləsi etməsi bu dövlətlərin arasındakı turizm
əlaqələrində bugünkü günə qədər əsas yer tutmuşdur. Respubli-
ka Turizm Nazirliyinə ABŞ səfirliyindən göndərilmiş 7 mart
2002-ci il tarixli məktubda Azərbaycanın turizm sahəsinin bö-
yük imkanlara sahib olması və bu sahədə ABŞ ilə Azərbaycan
arasında əməkdaşlığın qurulmasının vacibliyi bildirilir və qeyd
edilirdi ki, iqtisadiyyatın gələcək inkişafı, infrastrukturun tək-
milləşdirilməsi və viza proseduralarının tezləşdirilməsi və sadə-
ləşdirilməsi Azərbaycan turizm sənayesinin inkişafına yardımçı
ola bilər. Bu proseduranın tezləşdirilməsi üçün səfirlik bir neçə
tədbirdə əməkdaşlıq etməyi təklif etmişdi [43, v.5]. Verilən tək-
liflərlə bağlı ABŞ səfirliyi ilə əlaqə yaradılmış, həmin məsələlər-
lə bağlı müzakirələr aparmışdı. Göründüyü kimi, əlaqələr yara-
dılmışdır, lakin bu əlaqələr turist axınına səbəb olmamışdı. Bu-
nunla belə, Azərbaycanla ABŞ arasında təhsil, elm, biznes və
konqres turizmi müstəqillikdən sonra daim artımla müşayiət
olunmuşdu. Azərbaycanın zəngin turizm potensialı ABŞ-ın bu
sahədə çalışan mütəxəssislərinin diqqətindən yayınmamışdı. Bu-
na misal olaraq ABŞ-ın ticarət və inkişaf agentliyinin turizmin
inkişafı ilə məşğul olan “S.W.Associates LLC” şirkətinin prezi-
dentinin Azərbaycanın turizm potensialını öyrənmək üçün 6-15
avqust 2003-cü ildə ölkəmizə səfərini və ABŞ-ın Ticarət və İn-
kişaf Agentliyi tərəfindən Azərbaycanın turizm strategiyasının
inkişafına texniki kömək üçün 308.050 ABŞ dolları məbləğində
qrant ayrılmasını göstərmək olar [43, v.6,8].
Bu istiqamətdə Azərbaycanın əlaqələrini genişləndirmək is-
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
133
tədiyi ölkələrdən biri də Rumıniyadır. Dünya Bankı, Rumıniya
Nəqliyyat, Tikinti və Turizm Nazirliyi və turizm şirkətlərinin
milli assosiasiyası tərəfindən dəstəklənmiş və 20-21 mayda Bu-
xarestdə keçirilmiş I Qara Dəniz turizm konfransında səfirliyi-
mizin nümayəndəsi də iştirak etmişdi. Haqqında danışdığımız
dövrdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin olmasına
baxmayaraq, turizmdə bu özünü yazışmalar səviyyəsində göstər-
mişdir.
Azərbaycan zəngin tarixi abidələri və yüksək turizm poten-
sialı olan İspaniya, Avstriya və Fransa ilə də turizm əlaqələri qu-
rulmasına xüsusi diqqət yetirmişdi. Belə bir imkan ÜTT baş ka-
tibinin dəvəti ilə ölkəmizin turizm nazirinin 13-16 dekabr 2001-
ci ildə İspaniyaya rəsmi səfəri zamanı yaranmışdır [73, v.17].
Yəni bu səfər çərçivəsində müvafiq qurum rəhbərləri ikitərəfli
əməkdaşlıq məsələlərini müzakirə etmiş, İspaniya tərəfi isə öz
növbəsində Azərbaycanın turizm potensialı və mehmanxana sə-
nayesinin investisiya imkanlarının öyrənilməsinə maraq göstər-
mişdir. Maraq nəzərə alınaraq ölkəmizin mehmanxana sənayesi-
nin investisiya imkanlarının İspaniyada prezentasiyası barədə ra-
zılığa gəlinmişdi. İspaniya turizm sənayesi barədə daha dolğun
məlumat almaq üçün nazir Ə.Qarayev Madrid və Toledo şəhər-
lərinin mehmanxana və turist obyektlərinin fəaliyyəti ilə də tanış
olmuşdu.
Məlumdur ki, haqqında danışılan dövrdə Azərbaycan Res-
publikası və Avstriya arasında kənd təsərrüfatı, sənaye, texnika
və texnologiya sahələrində əməkdaşlıq haqqında saziş qüvvədə
idi. Həmin sənədin səkkizinci maddəsində göstərilir ki, hər bir
dövlətdə qüvvədə olan qanunvericilik çərçivəsində turizmin in-
kişafına yardım edilməli, turizm sahəsində layihələrin yerinə ye-
tirilməsi zamanı, habelə müvafiq infrastrukturun, ətraf mühitin
qorunması və turizmin yüksək səviyyəli təşkili prinsipləri əsa-
sında inkişafı üçün xüsusi iqtisadi, sənaye, texniki və texnoloji
əməkdaşlığı həyata keçirməlidir. Göründüyü kimi, iki ölkə ara-
sında mövcud turizm əlaqələri bu müddəalara görə inkişaf etdi-
Həsənov Yusifəli Lətif oğlu
134
rilməliydi [46, v.1]. Bu baxımdan bu sazişin ardınca Azərbaycan
ilə Avstriya arasında turizm sahəsində əməkdaşlıq genişləndi-
rilmiş və bunun nəticəsi olaraq, iki ölkənin rəsmi turizm qurum-
ları arasında sıx əlaqələrin təməli qoyulmuşdu. Belə ki, ölkə-
mizin turizm naziri 10-13 dekabr 2001-ci ildə Avstriyaya rəsmi
səfərə getmiş, turizm şirkətləri, nümayəndələri qarşısın-
da ”Azərbaycan turizm sənayesinə sərmayə qoyuluşu imkanları”
mövzusunda mühazirə oxumuş və müvafiq qurumlarla gənclər
və idman əlaqələrini müzakirə etmişdi [46, v.4]. Nazirimiz ora-
da habelə Avstriyanın bir necə dövlət xadimi və şirkət başçıları
ilə görüşlər keçirmişdi [46, v.2]. Avstriyanın turizm üzrə dövlət
katibi ilə ekoturizm, ailə turizmi, qış turizmi, turizm üzrə təhsil
alma və ixtisasartırma imkanları, ölkələr arasında birbaşa hava
əlaqələrinin qurulması və digər məsələlər müzakirə olunmuşdur.
Əldə edilmiş razılıq nəticəsində 2-8 aprel 2002-ci ildə Av-
striyanın turizm sahəsi üzrə ekspertlər qrupu ölkəmizə səfər et-
mişdir [46, v.5]. Onlar Azərbaycanın bir sıra nazirliklərində,
BDU-da görüşlər keçirmiş və respublikamızın mövcud turizm
potensialını öyrənmək məqsədi ilə bir sıra rayonlarımızı gəzmiş-
dilər. Səfərin nəticəsi olaraq ekspertlər qrupu “Azərbaycan turiz-
minin inkişafı imkanları” adlı hesabat hazırlayıb, Turizm Nazir-
liyinə göndərmişdir. Iki ölkə arasında yuxarıda qeyd olunan sa-
zişə əsasən Azərbaycan və Avstriya arasında fəaliyyət göstərən
birgə komissiyanın tərkibinə turizm nazirinin birinci müavini
daxil edilmiş, 3-5 iyun 2002-ci ildə Bakıda keçirilmiş komissi-
yanın ikinci iclasında turizm sahəsi iki ölkə arasında əməkdaşlı-
ğın prioritet sahəsi kimi qeyd edilmiş və bu sahədə hər iki tərə-
fin iştirakı ilə birgə layihələrə baxılması haqqında razılığa gəlin-
mişdir [46, v.7]. Yenə də həmin sazişə əsasən Avstriyanın İqti-
sadi və Əmək Nazirliyi tərəfindən 13-20 oktyabr 2002-ci ildə
Vyanada keçirilmiş ixtisasartırma kurslarında ölkəmizin Turizm
Nazirliyinin nümayəndəsi iştirak etmişdi. [46, v.8]. Son dövrlər
iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndiril-
məsini nəzərə alaraq, Azərbaycan Respublikası və Avstriya ara-
Dostları ilə paylaş: |