Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə42/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   38   39   40   41   42   43   44   45   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
135 
 
sında  turizm  sahəsində  əməkdaşlıq  sazişinin  layihəsi  hazırlan-
mışdı. Eyni zamanda Bakıda 2003, 2004, 2005-ci illərdə keçiri-
lən  “AİTF“  Beynəlxalq  Turizm  Sərgisində  Avstriya  və  Fransa 
turist  şirkətləri  və  təşkilatları  təmsil  olunmuşdular.  Həm  də  18 
iyun  2003-cü  ildə  Avstriyanın  Klaqenfurt  şəhərində  yerləşən 
“Mini  Mundus”  adlı  miniatür  memarlıq  abidələri  muzeyində 
“Qız Qalası” abidəsinin modeli quraşdırılmışdır [46, v.9]. 
Fransa  səfirliyinin  nümayəndəsi  ilə  ölkəmizin  Turizm  Na-
zirliyində  keçirilən  görüşdə  Parisdə  yerləşən  “Disney  lend”  əy-
ləncə mərkəzinə Azərbaycan məktəblilərinin qrup şəklində turla-
rının təşkilinin həyata keçirilməsi imkanları müzakirə edilmiş və 
bununla əlaqədar Azərbaycan və Fransanın rəsmi turizm qurum-
larının  birgə  əməkdaşlığı  imkanları  nəzərdən  keçirilmişdi.  Əla-


Həsənov Yusifəli Lətif oğlu 
 
136 
 
Qeyd etmək lazımdır ki, Azərbaycanla Avropa ölkələri ara-
sında  beynəlxalq  turizm  əlaqələri  müəyyən  çətinliklərə  baxma-
yaraq, 1991-2005-ci illərdə müsbət nəticələr də vermişdi. Statis-
tik  məlumatlara  müraciət  edək:  Dövlət  Statistika  Komitəsinin 
verdiyi  məlumatlara  əsasən  Azərbaycan  Respublikasına  gələn 
turistlərin sayı 1997-ci ildə Böyük Britaniyadan 8.636, ABŞ-dan 
4.392,  Almaniyadan  3.456,  Fransadan  1.235,  İtaliyadan  162, 
Kanadadan  503  nəfər,  1998-ci  ildə  Böyük  Britaniyadan  5.197, 
ABŞ-dan 3.257, Almaniyadan 3.283, Fransadan 609, İtaliyadan 
482,  Kanadadan  93,  1999-ci  ildə  Böyük  Britaniyadan  2.281, 
ABŞ-dan 1.763, Almaniyadan 1.423, Fransadan 348, İtaliyadan 
239, Kanadadan 90 nəfər olmuşdu. Öz növbəsində Azərbaycan-
dan gedən vətəndaşların sayı isə 1997-ci ildə Yunanıstana 1.722, 
Almaniyaya 3.207 nəfər, 1998-ci ildə Yunanıstana 1.750, Alma-
niyaya 4.160, 1999-cu ildə Yunanıstana 721, Almaniyaya 1.919 
nəfər olmuşdur [98, s.295]. Yuxarıda əsaslandığımız materiallar, 
müraciət  etdiyimiz  qaynaqlar  əyani  surətdə  göstərir  ki,  1991-
2005-ci  illərdə  Azərbaycan  Respublikası  ilə  Avropa  dövlətləri 
arasında  beynəlxalq  turizm  əlaqələri  çox  əhəmiyyətli  dərəcədə 
inkişaf  etmiş  və  bu  istiqamətdə  lazımi  tarixi  təcrübə  də  toplan-
mışdır. Bu yöndə həyata keçirilmiş  beynəlxalq turizm əlaqələri-
nin köməyi ilə Azərbaycan və Avropa xalqları biri-birilərini da-
ha  yaxşı  tanımaq,  ölkələrin  tarixini  qarşılıqlı  səkildə  öyrənmək 
imkanı əldə etmiş, elmi-texniki  inkişafın  nailiyyətləri  sahəsində 
bilgilər qazanmış, tərəflər arasında ticarət əlaqələri canlanmış və 
bunlar hamısı birlikdə xalqların daha da yaxınlaşmasına və yeni 
iş yerlərinin yaranmasına səbəb olmuşdur. Beynəlxalq turist mü-
badiləsi nəticəsində Azərbaycan və Avropa xalqları arasında ya-
ranan  inam  və  qarşılıqlı  anlaşma  onların  dostluğunu  möhkəm-
ləndirir,  onlar  arasında  neqativ  halların  qarşısını  alır  ki,  bu  da 
gələcək nəsillər üçün planetimizin qorunub çiçəklənməsinə xid-
mət edir. Azərbaycanla Avropa dövlətləri arasında 1991-2005-ci 
illərdə  yaranıb  inkişaf  edən  beynəlxalq  turizm  əlaqələrinin  qısa 
məzmun və göstəriciləri belə olmuşdur. Hal-hazırda bu  əlaqələr 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
137 
 
özünün yeni mərhələsindədir və yeni məzmunda həyata keçirilir. 
1991-2005-ci  illərdə ölkəmiz Türkiyə  ilə  hərtərəfli  münasi-
bətlərin qurulması və inkişaf strategiyasını da uğurla həyata ke-
çirmişdir.  Bu  əlaqələrdə  turizm  özünəməxsus  yer  tutmuşdur. 
Ümumiyyətlə,  beynəlxalq  turizm  Azərbaycan  və  Türkiyə  üçün 
nədir?  Hansı  məqsədlərə  xidmət  edir?  Sovet  dövründə  turizmin 
inkişafı  tarixinə  nəzər  saldıqda  görürük  ki,  ilk  xarici  turistlərin 
Şimali Azərbaycana gəlişi 1934-cü ilə təsadüf etmişdir. Ölkəmi-
zə turist axını XX əsrin  80-ci illərində nəzərə çarpacaq dərəcədə 
fəallaşmış və turizm vacib bir sahəyə çevrilmişdi. Bir neçə misal 
gətirək. Ümumilikdə 1985-ci ildə ölkəmizə 30 min turist, 1986-
cı ildə 40 min turist, 1987-ci ildə isə 60 min turist gəlmişdir [2, 
v.7].
 
Göstərilən  illərdə ölkəyə gələn turistlərin sayının çoxalma-
sının  əsas  səbəblərindən  başlıcası  təbii  ki,  ötən  əsrin  70-ci  illə-
rində  yaradılmış  infrastruktur  olmuşdu.  Lakin  turizmin  inkişafı 
prosesi  1988-ci  ildə  Dağlıq  Qarabağ  konfliktinin  qızışması  ilə 
dayanmışdır  [2,  v.7].  Daha  sonra  1988-1991-ci  illərdə  Şimali 
Azərbaycana turist gəlişi ürəkaçan səviyyədə olmasa da, hər hal-
da  mövcud  idi.  Bu  illərdə  Şimali  Azərbaycana  gələn  turistlərin 
çoxunu başda İran və Türkiyə olmaqla  yaxın  xaricdən gələn tu-
ristlər  təşkil  etmişdir  [2,  v.7].  Göstərilən  münasibətlər  SSRİ 
mərkəzinin-Moskvanın  rəhbərliyi  altında  həyata  keçirilmişdir. 
1991-ci ildə Azərbaycan Respublikasının öz dövlət müstəqilliyi-
ni  elan  etməsi  ilə  əlaqədar  beynəlxalq  əlaqələrimiz  artıq  Mos-
kvadan  deyil,  ölkədən  idarə  olunmağa  başlamışdı  [116,  s.5-6]. 
Qeyd olunan illərdə və istiqamətlərdə müstəqil Azərbaycan Res-
publikasının qardaş Türkiyə ilə də geniş əlaqələri olmuş və inki-
şaf  etmişdi.  Nəticədə,  elmi-tarixi  nöqteyi-nəzərdən  diqqəti  cəlb 
edən ciddi təcrübə də toplanmışdı. Bu qardaş ölkələr arasında in-
kişafda olan əlaqələr yüksək dostluq və qardaşlıq ruhunda qurul-
muş və hər iki xalqın milli mənafelərinə uyğun inkişaf etməkdə-
dir.  Daha  doğrusu,  Azərbaycan-Türkiyə  əlaqələri  həm  formaca, 
istiqamət  və  xarakter  baxımından,  mahiyyət,  məzmun,  həm  də 
miqyas keyfiyyətinə görə bir millət iki dövlətin milli maraqları-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə