Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə45/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   41   42   43   44   45   46   47   48   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
146 
 
çılarının  soyqırımına  məruz  qalmış  Azərbaycan  xalqının  kömə-
yinə gələn Nuru paşanın rəhbərliyi ilə qəhrəman türk ordu hissə-
lərinin keçdiyi tarixi  yolun  iki qardaş xalqın  yaddaşında qalma-
sını,  gənc  nəslin  vətənpərvərlik  ruhunda  tərbiyə  olunmasını  və 
bunun  bir  beynəlxalq  marşruta  çevrilməsini  təmin  etməkdən 
ibarət  olmuşdur.  Qeyd  olunan  layihə  13-14  aprel  2005-ci  ildə 
Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Müş-
tərək  İqtisadi  Komissiyanın  III  iclasında  da  müzakirə  edilərək 
protokola  salınmışdır  [37,  v.53].  Marşrutun  əhəmiyyəti  nəzərə 
alınaraq  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  tapşırı-
ğına  əsasən  yaradılmış  Gənclər,  İdman  və  Turizm  Nazirliyinin, 
ATSİİ-nin, Milli Elmlər Akademiyasının, Təhsil, Mədəniyyət və 
Müdafiə Nazirliklərinin nümayəndələrindən ibarət işçi qrupu la-
yihənin Azərbaycan hissəsində müvafiq hazırlıq işlərini tamam-
laması  ilə  əlaqədar  Azərbaycan  və  Türkiyə  Respublikası  nüma-
yəndələrinin iştirakı ilə infotur keçirmişdi.
 
2005-ci  il  iyunun  1-3-də  ÜTT  və  Türkiyə  Mədəniyyət  və 
Turizm  Nazirliyi  tərəfindən  İstanbulda  keçirilən  “Şəhər  turiz-
mində idarəçiliyin yeni nümunələri” adlı beynəlxalq konfransda 
və 2005-ci il iyunun 6-16-da Kəmərdə keçirilən “İctimai davra-
nışlar seminarı  və  yemək-içmək  xidməti tətbiqi tədris”i kursun-
da respublikamızın Turizm Nazirliyinin də 11 nümayəndəsi işti-
rak  etmişdir.  Azərbaycan  Respublikasının  turizm  naziri  21-25 
iyun  2005-ci  ildə  Türkiyəyə  və  27-28  iyun  2005-ci  ildə  İsrailə 
işgüzar  səfərlər  etmişdi  [37,  v.59].  Qardaş  Türkiyəyə  səfərin 
əsas  məqsədi ölkəmizdə turizm sahəsində  surətli  inkişafın,  yeni 
istirahət  zonalarının,  mehmanxanaların  və  digər  turizm  obyekt-
lərinin  tikintisi,  regionlarda  infrastrukturun  qurulması  və  bu 
sahədə  digər  müsbət  dəyişikliklərin  baş  verməsi  və  beləliklə, 
turizm  sənayesinə  investisiya  qoyuluşu  üçün  müsbət  şəraitin 
formalaşması  haqqında  Türkiyədə  bu  sahədə  çalışan  iş  adam-
larına  geniş  məlumat  vermək  və  şirkətləri  gələcəkdə  ölkəmizdə 
fəaliyyət  göstərməyə  təşviq  etmək  idi.  Bunun  ardınca  Azər-
baycan  Respublikasında  inşa  ediləcək  yeni  mehmanxanaların 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
147 
 
müasir  dünya  tələblərinə  uyğun  tikilməsi  məqsədilə  texniki 
yardım göstərilməsi üçün Türkiyə Mədəniyyət və Turizm Nazir-
liyinin  iki  aparıcı  memarı  Azərbaycan  Respublikası  Turizm 
Nazirliyinin dəvəti ilə ölkəmizə səfər etmişdilər. Bundan başqa, 
2006-2015-ci  illərdə  ölkəmizdə  turizmin  inkişafı  üçün  dövlət 
proqramlarının  hazırlanması  üzrə  yaradılacaq  işçi  qrupunda 
çalışmaq  üçün  Türkiyədən  iki  mütəxəssis  dəvət  edilmişdi.  Yeri 
gəlmişkən qeyd edək ki, artıq bu gün Azərbaycandan Türkiyəyə 
turist  göndərən  lisenziya  almış  11  əsas  turist  şirkəti  fəaliyyət 
göstərir [53, v.72]. Bütün bu yuxarıdakı faktlara əsaslanaraq de-
yə  bilərik  ki,  Azərbaycanla  Türkiyə  arasında  beynəlxalq  turiz-
min  müxtəlif  sahələrində  əməkdaşlıq  dövlətin  bu  sahədə 
yeritdiyi  siyasət  nəticəsində  yeni  forma  və  xarakter  alaraq 
inkişaf  etmişdir.  Buna  son  illərdə  Türkiyə  iş  adamlarının  ölkə-
mizin  turizm  sektorunda,  o  cümlədən  mehmanxana  biznesində 
fəaliyyətinin  genişlənməsi,  Türkiyə  Mədəniyyət  və  Turizm  Na-
zirliyinin  Bakıda  nümayəndəsinin  olması  əyani  sübutdur. 
Göründüyü kimi, 1991-2005-ci illərdə Azərbaycan-Türkiyə bey-
nəlxalq  turizm  əlaqələri  çox  əhəmiyyətli  dərəcədə  inkişaf  etmiş 
və bu istiqamətdə lazımi tarixi təcrübə toplanılmışdır. Bu yöndə 
həyata  keçirilən  beynəlxalq  turizm  əlaqələrinin  köməyi  ilə  hər 
iki  qardaş  ölkənin  xalqları  biri-birilərini  daha  yaxşı  tanımaq, 
qardaş  ölkənin  tarixini  öyrənmək  imkanı  əldə  etmiş,  elmi-
texniki  inkişafın  nailiyyətləri sahəsində  bilgilər qazanmış, onlar 
arasında  ticarət  əlaqələri  canlanmış  və  bunlar  hamısı  birlikdə 
yeni  iş  yerlərinin  yaranmasına  səbəb  olmuşdur.  Beynəlxalq 
turist  mübadiləsi  nəticəsində  iki  qardaş  xalq  arasında  günü-
gündən  artan  inam  və  qarşılıqlı  anlaşma  onların  dostluğunu 
möhkəmləndirir, onlar arasında neqativ halların qarşısını alır. 
Beləliklə,  Azərbaycan-Türkiyə  arasında  1991-2005-ci  illər-
də həyata keçirilən beynəlxalq turizm əlaqələrinin qısa məzmun 
və  göstəriciləri  belə  olmuşdur.  Hal-hazırda  bu  əlaqələr  öz  yeni 
mərhələsində olub, yeni məzmunda həyata keçirilməkdədir. 
SSRİ-nin süqutu nəticəsində müstəqillik qazanmış respubli-


Həsənov Yusifəli Lətif oğlu 
 
148 
 
kalarla-MDB ölkələri ilə Azərbaycanın beynəlxalq turizm əlaqə-
lərinin  tarixi  də  kifayət  qədər  maraqlıdır.  Məlumdur  ki,  Azər-
baycan Respublikası 1993-cü il sentyabrın 24-də MDB-yə daxil 
oldu və bunun nəticəsində əldə edilən imkanlar ölkəmizin həmin 
ölkələrlə əlaqələrinin məzmununa da öz müsbət təsirini göstərdi 
[153, s.158]. Bu isə təsadüfi deyildir. Ona görə ki, MDB birliyi 
Azərbaycan  Respublikasının  turizm  əlaqələri  sahəsində  böyük 
keçmişi olan ölkələrdən ibarətdir. Eyni zamanda, həm də MDB-
ni  təşkil  edən  ölkələrdə  çoxlu  sayda  etnik  azərbaycanlıların  ya-
şadıqlarını  nəzərdən  qaçırmamaq  lazımdır.  Məhz  buna  görə  də 
ölkəmizin xarici siyasətində MDB ölkələri ilə, xüsusilə azərbay-
canlıların  daha  çox  yaşadığı  respublikalar  ilə  hərtərəfli  əlaqələ-
rin  qurulub  inkişaf  etdirilməsinə  xüsusi  əhəmiyyət  verilmişdir. 
Bu  istiqamətdə  tədqiqat  dövründə  Azərbaycan  Respublikası  və 
MDB ölkələri dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri və hə-
min  səfərlər zamanı çoxlu  miqdarda dövlətlərarası  və hökumət-
lərarası müqavilələrin imzalanması beynəlxalq əlaqələrimizdə az 
rol  oynamamışdır.  Həmin  dövrdə    müxtəlif  sahələrdə  saziş  və 
müqavilələrin  imzalanması  ilə  yanaşı,  ölkələr  arasında  turizmin 
əhəmiyyəti  nəzərə  alınaraq  bu  sahədə  də  müqavilələr,  sazişlər, 
protokollar  və  digər  sənədlər  imzalanmışdır.  Məhz  bu  addımlar 
da  Azərbaycan  Respublikası  ilə  MDB  ölkələri  arasında  beynəl-
xalq  turizm  sahəsində  hərtərəfli  əməkdaşlığın  inkişafı  üçün  hü-
quqi  bazanı  formalaşdırmışdır.  Bu  baxımdan  respublikamız 
üçün MDB ölkələri ilə turizm əlaqələrinin genişləndirilib inkişaf 
etdirilməsi  təbii  xarakter  daşıyırdı.  Göstərilən  illərdə  Azərbay-
can  Respublikası  ilə  MDB  ölkələri  arasında  beynəlxalq  turizm 
əlaqələrinin inkişafında Gənclər, İdman və Turizm Nazirliyi mü-
hüm  rol  oynamışdır.  Onun  səriştəli  işi  nəticəsində  ölkəmizin 
MDB ölkələri ilə turizm sahəsində əlaqələri milli maraqlarımıza 
uyğun olaraq daha da genişlənməyə başlamışdır. 
MDB ölkələri ilə Azərbaycan Respublikasının turizm əlaqə-
lərində əsas yerlərdən birini 2002-ci ildən ölkəmizdə hər il keçi-
rilən beynəlxalq turizm sərgiləri və eyni zamanda, MDB ölkələ-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə