Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə48/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   44   45   46   47   48   49   50   51   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
155 
 
834.351  nəfər  turistdən  216.923  nəfəri  (25%),  2003-cü  ildə 
1.013.811  nəfərindən  401.502  nəfəri  (40%)  və  2004-cü  ildə  isə 
1.348.655 nəfərindən 496.050 nəfəri  Rusiyadan (37%) olmuşdu 
[32, v.78]. 
Tədqiqata  cəlb  edilmiş  dövrdə,  yəni  1991-2005-ci  illərdə 
Azərbaycan  Respublikası  hələ  SSRİ    dövründə  böyük  əlaqələr 
saxladığı Ukrayna və onun şəhər və  regionları ilə də beynəlxalq 
turizm  əlaqələrinə  xüsusi  diqqət  yetirmişdi.  Məsələn,  12  sen-
tyabr 1997-ci  ildə  Bakıda  imzalanmış  Kiyev  və  Bakı  arasında 
əməkdaşlıq müqaviləsinin 6-cı və 8-ci maddələri turizm sahəsin-
də  əməkdaşlığı  nəzərdə  tuturdu  [72,  v.7].  Bu  prosesə  Azərbay-
can  ilə Ukrayna dövlət  başçılarının qarşılıqlı  səfərlərinin diqqə-
təlayiq təsiri olmuşdu. Eyni zamanda, xeyli dövlətlərarası və hö-
kumətlərarası  müqavilələr  imzalanmışdı  ki,  bu  da  iki  ölkə  ara-
sında  hərtərəfli  əməkdaşlığın  inkişafı,  o  cümlədən  beynəlxalq 
turizm  əlaqələri  üçün  hüquqi  bazanı  formalaşdırmışdı.  Bu  ba-
xımdan Azərbaycan və Ukrayna arasında bərabərlik və qarşılıqlı 
fayda əsasında turizm  mübadiləsinin daha da inkişaf etdirilməsi 
üçün  hüquqi  bünövrə  yaratmaq  istəyi  ilə Bakıda 1 iyul 1999-cu 
ildə 8 maddədən  ibarət sazişin  imzalanması  əhəmiyyətli olmuş-
du  [71,  v.45].
 
Lakin  bu  saziş  demək  olar  ki,  iki  ölkə  arasında 
beynəlxalq turizm əlaqələrinin yüksək inkişafına elə də güclü tə-
sir  göstərə  bilməmişdi.  Lakin  bu  hal  iki  ölkənin  bu  istiqamətdə 
səylərini zəiflətməmişdi. Əksinə Azərbaycan ilə Ukrayna arasın-
da turizm sahəsində beynəlxalq əlaqələrin genişlənib daha da in-
kişaf etməsi problemlərinə hər iki tərəfdə marağın artmasına tə-
kan  vermişdi.  Bu  məqsədlə  19  mart  2000-ci  ildə  Azərbaycan 
Respublikası  ilə  Ukrayna  arasında  2000-2009-cu  illər  üçün  im-
zalanmış uzunmüddətli iqtisadi əməkdaşlıq proqramında və iqti-
sadi  əməkdaşlıq  məsələləri  üzrə  birgə  hökumətlərarası  komissi-
yanın bütün iclaslarında turizmə geniş yer ayrılması öz işini gör-
müşdü [71, “Azərbaycan Respublikası ilə Ukrayna Respublikası 
arasında 2000-2009-cu illər üçün imzalanmış uzunmüddətli iqti-
sadi  əməkdaşlıq proqramı  və bu proqramın  icrası  haqqında ara-


Həsənov Yusifəli Lətif oğlu 
 
156 
 
yış”]. Hər iki ölkənin milli turizm idarələrinin, turist firmaları və 
mehmanxanalarının  təmsilçiləri  3-11  sentyabr  2001-ci  ildə 
QDİƏT  çərçivəsində  Antalyada  təşkil  olunmuş  treninq  kursda 
iştirak etmişdilər. 2001-ci ilin martında Moskvada MDB-yə üzv 
ölkələrin  turizm  üzrə  şurasının  işçi  iclasında  hər  iki  ölkənin  tu-
rizm idarələrinin rəhbərləri iştirak etmiş və hər iki ölkə ÜTT-nin 
“İpək Yolu üzrə turizm  layihəsi”nin reallaşmasında  iştirakı  mə-
sələsini öz üzərlərinə götürmüşdülər. 
Azərbaycan  Respublikası  ilə  Ukrayna  arasında  beynəlxalq 
turizm əlaqələri təkcə yuxarıda qeyd olunanlarla bitməmişdi. Bu 
əlaqələrlə  bağlı  olan  problemlər  həmçinin  digər  beynəlxalq  və 
regional  təşkilatların  yığıncaqlarında  da  müzakirə  edilmişdi. 
Məsələn, 5-6 mart 2002-ci  ildə İstanbulda QDİƏT-yə üzv ölkə-
lərin  turizm  sahəsində  əməkdaşlıq  üzrə  işçi  qrupunun  iclasında 
Azərbaycan  Respublikası  Turizm  Nazirliyinin  və  Ukraynanın 
Türkiyədəki  səfirliyinin  nümayəndə  heyətləri  iki  ölkə  arasında 
turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fi-
kir mübadiləsi aparmışdılar. 25-26 sentyabr 2003-cü ildə Bakıda 
“QDİƏT  regionunda  turizm  imkanları”  mövzusunda  keçirilmiş 
beynəlxalq  konfransda  Ukrayna  səfirliyinin  nümayəndəsi  də  iş-
tirak etmişdir. GUÖAM çərçivəsində bu təşkilata üzv olan döv-
lətlərlə əlaqələr qurulmuş, turizm sahəsində əməkdaşlıq üzrə sa-
hələrarası  qrupun  Azərbaycan  tərəfinin  tərkibi  təsdiq  olunmuş 
və  Ukrayna  tərəfinə  göndərilmişdir  [71,  “İqtisadi  əməkdaşlıq 
məsələləri  üzrə  birgə  hökumətlərarası  komissiyanın  iclas  proto-
kolları”;  54,  “GUÖAM-a  üzv  dövlətlərlə  əlaqələrə  dair  məlu-
mat”]. 
Mövcud tədqiqat üçün seçilmiş dövrdə - 1991-2005-ci illər-
də  ölkəmiz  Qazaxıstan  ilə  də  rəsmi  beynəlxalq  turizm  əlaqələri 
yaradıb inkişaf etdirmişdi. Bu proses hər iki ölkə arasında 22 ok-
tyabr 1999-cu ildə imzalanmış uzunmüddətli iqtisadi əməkdaşlıq 
tədbirləri üzrə planın mədəniyyət, elm, turizm bəndində beynəl-
xalq turizmin inkişaf etdirilməsi, 1999-2000-ci illərdə aviaturla-
rın təşkili, Qazaxıstan və Azərbaycanın turist nümayəndəlikləri-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
157 
 
nin  açılmasına  kömək  edilməsi,  turizm  informasiyalarının-rek-
lam materialları, çap nəşrləri, filmlər və sərgilərin mübadiləsinin 
aparılmasının daha da fəallaşmasına güclü təsir göstərmişdi [61, 
v.9]. Planın turizmə aid olan 5.3, 5.5 bəndlərinin icrası ilə bağlı 
Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  yanında  Xarici  Tu-
rizm Şurası tərəfindən turizm saziş layihəsi və Azərbaycan haq-
qında məlumat göndərilmiş, ÜTT və UNESCO tərəfindən keçi-
rilən beynəlxalq görüş və forumlarda, eləcə də MDB Turizm Şu-
rası  çərçivəsində  Turizm  Nazirliyinin  və  Qazaxıstanın  Turizm 
və İdman üzrə Agentliyinin  nümayəndələri görüşlər keçirmişdi-
lər. 22 oktyabr 1999-cu ildə Qazaxıstanla imzalanmış uzunmüd-
dətli  iqtisadi  əməkdaşlıq  tədbirləri  üzrə  planına  müvafiq  olaraq 
iki  ölkə  arasında  beynəlxalq  turizm  tədbirləri  sonrakı  illərdə  də 
uğurla davam etdirilmişdi. Belə ki,  2003-cü il ərzində planın 5.3 
bəndinin icrası tələblərinə əsasən İstanbulda, Moskvada və Lon-
donda keçirilmiş beynəlxalq turizm sərgiləri çərçivəsində Qaza-
xıstanın turizm nümayəndələri ilə əlaqələr qurulmuş, iki ölkənin 
turizm  potensialı  haqqında  fikir  mübadiləsi  aparılmış  və  Azər-
baycan  Respublikasının  turizm  potensialını  əks  etdirən  çap  və 
reklam  məhsulları  Qazaxıstan  tərəfinə  təqdim  olunmuşdu.  Öz 
növbəsində  Qazax  Turizm  Assosiasiyası  öz  fəaliyyəti  haqqında 
məlumatı  elektron  poçt  vasitəsilə  ölkəmizin  Turizm  Nazirliyinə 
göndərmişdi  [61,  v.14].  Azərbaycanda  fəaliyyət  göstərən  “İm-
proteks Travel”, “Albanavia”, və “Skylife” turizm şirkətləri Qa-
zaxıstan ilə turizm  mübadiləsi aparmışdı [61, v.16]. 2003-cü il-
də planın turizmə aid 5.5 bəndinin  icrası  ilə bağlı  “AİTF-2004” 
3-cü  ABTS-də  Qazaxıstan  turizm  təşkilatının  iştirakı  ilə  bağlı 
qarşı tərəfə xüsusi dəvət məktubu göndərilmiş və nəticədə Qaza-
xıstan  da  bu  sərgidə  təmsil  olunmuşdur.  Ümumiyyətlə  hər  ilin 
aprel ayının ikinci həftəsində keçirilən ABTS-də Qazaxıstan təş-
kilatları  fəal  iştirak  etmişdir  [61,  v.32].  Nəhayət  Qazaxıstan  ilə 
əlaqələrin genişləndirilməsinə diqqət yetirilməsinin nəticəsi ola-
raq, 1 mart 2004-cü ildə  Azərbaycan  və Qazaxıstan respublika-
larının hökumətləri arasında mədəniyyət, elm və turizm sahəsin-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə