Həsənov Yusifəli Lətif oğlu
152
sentyabrın 19-da Bakıda ümumdünya rus mətbuatı konqresinin
iştirakçıları üçün ölkəmizin Turizm Nazirliyi tərəfindən ekskur-
siya proqramı tərtib edilib həyata keçirilmişdi [32, v.21].
2003-cü ildə MDB ölkələrinin turizm üzrə əsas iki tədbiri
keçirilmişdi [63, “MDB ilə əlaqələr haqqında arayış”]. Birliyə
daxil olan dövlətlərin milli turizm qurumlarının 25 mart 2003-cü
ildə Moskvada növbəti görüşü olmuşdu. Görüşdə 13 oktyabr
2000-ci ildən keçirilmiş iclaslar, görülən işlərin hesabatı, növbə-
ti iki illik dövrdə turizm üzrə təmsilçi şuraya seçkilər, MDB-yə
üzv olan ölkələrin milli turizm qurumlarının beynəlxalq təşkilat-
lar çərçivəsində əməkdaşlığını fəallaşdırmaq, 2003-cü ildə tu-
rizm üzrə şuranın iş planını müzakirə etmək məsələlərinə baxıl-
mışdı. Milli turizm qurumlarının 10-12 oktyabr 2003-cü ildə tu-
rizm üzrə Kişinyovda keçirilən görüşündə isə turizm sahəsində
vahid hüquqi-normativ bazanın yaradılması, maddi-texniki ba-
zanın təkmilləşdirilməsi, investisiya siyasəti və turizm infra-
strukturlarının yenidən bərpası və tikintisi, milli turizm məhsu-
lunun reklamı məqsədilə MDB ölkələri ərazisində turizm nüma-
yəndəliklərinin yaradılması mümkünlüyünün araşdırılması,
2004-cü ildə turizm şurası iş planı layihəsinin müzakirələri keçi-
rilmişdi.
Bütün təşkilatlarda olduğu kimi, ermənilər MDB-də də
Azərbaycan Respublikasına qarşı yalan və böhtan kampaniyası
apardıqları üçün respublikamızın gənclər, idman və turizm naziri
Ə.Qarayev turizm sahəsində əməkdaşlıq haqqında sazişə üzv
dövlətlərin katibi V.İ.Çıbuxa MDB-yə üzv dövlətlərin bəziləri-
nin turizmə aid internet səhifələrində Dağlıq Qarabağda turizmin
inkişafına dair məlumatlar getdiyini bildirmişdi [63, v.8]. Nazir
misal olaraq Ukrayna turist şəbəkəsi (
www/ukrtravel.net
) saytın-
da ayrıca «Новости туризма» adı altında 18 oktyabr 2004-cü il-
də turizm və turizmə aid Dağlıq Qarabağda qanun layihəsinin
hazırlanması haqqında məlumatın verildiyini, həqiqətdə isə dün-
yada Dağlıq Qarabağ adlı heç bir siyasi qurumun olmadığını,
Azərbaycan Respublikasının turizmə aid 1999-cu ildə qanun qə-
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
153
bul etdiyini və bütün Azərbaycan Respublikası ərazisində bu qa-
nunun keçərli olduğunu, bu səhvin düzəldilməsinin vacibliyini
bildirmişdi.
Rusiya ilə Azərbaycan Respublikası arasında turizm əlaqə-
ləri həmçinin hər iki ölkənin üzv olduğu QDİƏT-də də davam
etdirilmişdi. Belə ki, 25-26 sentyabr 2003-cü ildə Bakıda keçiri-
lən “QDİƏT regionunda turizm imkanları” beynəlxalq konfran-
sında Rusiyanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin Turizm
Departamentinin nümayəndəsi iştirak etmişdi. Azərbaycan-Rusi-
ya beynəlxalq turizm əlaqələrinin inkişafı baxımından aşağıda
adları çəkilən tədbirlərin də böyük əhəmiyyəti olmuşdur. Məsə-
lən, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 7 ap-
rel 2004-cü ildə Bakıda keçirilmiş 8-ci və 14 fevral 2005-ci ildə
Moskvada keçirilmiş 9-cu iclaslarının protokollarında da iki öl-
kə arasında turizm əlaqələrinin inkişaf etdirilməsi nəzərdə tutul-
muşdu [33, v.13]. Belə ki, 8-10 aprel 2004-cü ildə Bakıda ke-
çirilmiş “AİTF-2004” III ABTS-də Rusiyada fəaliyyət göstərən
6 turizm şirkəti və Dağıstan Turizm Nazirliyinin nümayəndə he-
yəti, 24-27 may 2004-cü ildə isə Moskvada keçirilmiş “MİTT-
2004” Beynəlxalq Turizm Sərgisində respublikamızın Turizm
Nazirliyinin nümayəndə heyəti və ölkəmizin üç turist şirkəti işti-
rak etmişdi. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Res-
publikası ilə Rusiya arasında vizasız gediş-gəliş daim davam et-
mişdi.
Azərbaycan Respublikası ilə Rusiya arasında turizm əlaqə-
lərinin təkmilləşməsi işinə hər iki dövlətin turizm təşkilatları
rəhbərlərinin qarşılıqlı səfərlərinin də əhəmiyyəti böyük olmuş-
du. Bu istiqamətdə 27-29 iyul 2004-cü ildə Rusiyanın Stavropol
vilayətinin iqtisadi inkişaf və ticarət nazirinin birinci müavininin
başçılıq etdiyi və Qafqaz mineral suları regionunun Pyatiqorsk,
Kislovodsk və Yessentuki şəhərlərinin sanatoriya rəhbərlərindən
ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olmuş və onlarla öl-
kəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri
arasında işgüzar görüşlər keçirilmiş və turist mübadiləsi ilə bağlı
Həsənov Yusifəli Lətif oğlu
154
müvafiq müqavilələr bağlanmışdı. Bundan başqa Azərbaycan
Respublikasının turizm və kurort-sağlamlıq potensialı, o cümlə-
dən investisiya layihələri haqqında məlumat Moskva şəhər Tu-
rizm Komitəsinə göndərilmişdi. Eyni zamanda qeyd etmək la-
zımdır ki, 2005-ci il Rusiyada Azərbaycan ili elan olunmuşdu.
Bununla əlaqədar 2005-ci ilin may-iyun aylarında respublikamı-
zın Turizm Nazirliyi tərəfindən Tambov, Stavropol, Yekaterin-
burq, Nijni-Novqorod, İvanovo və Samara şəhərlərində “Azər-
baycanın regionları” adlı turizm təqdimat sərgiləri keçirilmişdi
[75, v.19]. Sərgilər çərçivəsində turist şirkətləri və kütləvi infor-
masiya vasitələri üçün mətbuat konfransları da təşkil edilmişdi.
Bu görüşlərdə Azərbaycan turizmi ilə bağlı reklam çarxı nüma-
yiş etdirilmiş, reklam-çap məhsulları maraqlı tərəflərə paylanıl-
mışdı. Ümumrusiya Azərbaycan Konqresinin təşəbbüsü ilə Mos-
kvada keçirilmiş dəyirmi masada ölkəmizin Turizm Nazirliyinin
nümayəndəsi iştirak etmişdi. Onun arxasınca 2005-ci ilin 14-16
iyununda Sankt-Peterburqda keçirilən 9-cu Peterburq Beynəl-
xalq İqtisadi Forumunda ölkəmizin turizm nazirliyinin nüma-
yəndə heyəti iştirak etmişdi. 15-20 oktyabr 2005-ci ildə Rusi-
yada fəaliyyət göstərən “AZTUR” və Azərbaycanda fəaliyyət
göstərən “STİ” turizm şirkətləri Rusiyanın aparıcı kütləvi infor-
masiya vasitələrinin nümayəndələri üçün Azərbaycanın turizm
potensialını tanış etmək məqsədi ilə press-info tur təşkil
etmişlər. Göstərilmişdir ki, Azərbaycanda fəaliyyət göstərən
“İmproteks Travel”, “AİT Travel”, “Yevroturizm” turist
şirkətləri Rusiya ilə turist mübadiləsi aparırlar [32, v.51].
Həmin dövrdə Azərbaycan və Rusiya hökumətləri arasında
turizm sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması da
bu sahədə görülmüş işlərin inkişafına imkan vermişdi. Tədqiqat
dövründə, təkcə istirahət mövsümü ərəfəsində Nabran istirahət
zonasına gələnlərin 10-15 faizini Rusiya vətəndaşları təşkil et-
mişdi. Azərbaycana gələnlərə dair statistik məlumatlardan da
görünür ki, Rusiyadan gələnlərin sayının çoxalması tendensiyası
vardır: Azərbaycan Respublikasına 2002-ci ildə ümumi gələn
Dostları ilə paylaş: |