Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə46/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   42   43   44   45   46   47   48   49   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
149 
 
rində  keçirilən  eyni  xarakterli  tədbirlər  olmuşdur.  Qeyd  etmək 
lazımdır ki, qarşılıqlı olaraq təşkil olunmuş bu turizm sərgilərin-
də iştirak respublikamızın beynəlxalq turizm əlaqələrinin inkişa-
fında,  ölkəmizin  turizm  potensialının  təbliğində  əvzedilməz  rol 
oynamışdır. Şübhəsiz ki, bu da öz əksini təcrübədə də tapmışdır. 
Odur  ki,  1991-2005-ci  illərdə  ölkəmizə  gələn  turistlərin  böyük 
əksəriyyətini  MDB  ölkələrinin  sakinləri  təşkil  etmişdir.  Buna 
misal  olaraq  aşağıdakı  rəqəmləri  göstərmək  olar.  Əgər  1997-ci 
ildə MDB ölkələrindən respublikamıza 132 min nəfər gəlmişdir-
sə, 2000-ci ildə bu rəqəm 2,6 dəfə artaraq 346,5 min, 2004-cü il-
də isə 586,5  min  nəfərə çatmışdır [175, s.505-506]. MDB ölkə-
lərindən  Azərbaycan  Respublikasına  gələnlərin  böyük  əksəriy-
yətini  Rusiya,  Ukrayna,  Orta  Asiya  Respublikaları  və  Gürcü-
standa yaşayan azərbaycanlılar təşkil etmişdir. 
Prezident H.Ə.Əliyevin 27 avqust 2002-ci il tarixli sərənca-
mı  ilə  “Azərbaycan Respublikasında 2002-2005-ci  illərdə turiz-
min inkişafına dair dövlət proqramı” və onun həyata keçirilməsi 
tədbirlərinin təsdiq edilməsi Azərbaycan-MDB ölkələri arasında 
beynəlxalq turizm əlaqələrini inkişaf etdirmək istiqamətində atı-
lan  ən  mühüm addımlardan  biri olmuşdur. Bu sənəd və beynəl-
xalq turizmə belə  yüksək və ciddi  münasibət şübhəsiz ki, Azər-
baycan Respublikasında dünya turizm, o cümlədən MDB ölkələ-
ri  ilə  beynəlxalq  turizm  əlaqələrində  öz  layiqli  yerini  tutması 
üçün vacib siyasi bazis idi. 
Göstərilən illərdə Azərbaycan Respublikası ilə Rusiya Fede-
rasiyası  arasında  yaranmış  beynəlxalq turizm  əlaqələri daha ge-
niş olmuşdu. Belə ki, ölkəmizlə Rusiya arasında turizm əlaqələri 
həm  də  Moskva  hökuməti  və  Rusiyanın  bölgələri  arasında  ya-
ranmışdı.  10  avqust  1993-cü  ildə  Azərbaycan  ilə  Moskva  şəhər 
hökuməti  arasında  iqtisadi,  elmi-texniki  və  mədəniyyət  sahələ-
rində əməkdaşlıq haqqında saziş  imzalanmışdır [25, v.5]. 1996-
cı  il  yanvarın  18-də  Moskvada  imzalanmış  “Azərbaycan  Res-
publikası  Hökuməti  ilə  Rusiya  Federasiyası  Hökuməti  arasında 
2000-ci ilə qədər olan dövrdə iqtisadi əməkdaşlığın əsas prinsip-


Həsənov Yusifəli Lətif oğlu 
 
150 
 
ləri  və  istiqamətləri  haqqında  saziş”in  15-ci  maddəsinə  əsasən 
tərəflər  müxtəlif  sahələrlə  yanaşı  turizm  və  idman  sahəsində  də 
qarşılıqlı  münasibətlərin təmin olunmasında  birgə tədbirlər gör-
məliydilər [25, v.10]. Bununla yanaşı sazişin 11-ci bəndi “Gənc-
lik”  beynəlxalq  turizm  mərkəzi  ilə  əlaqədar  olmuşdu.  Bu  saziş 
13 iyun 1997-ci ildə Azərbaycan ilə Moskva Hökuməti arasında 
ticarət-iqtisadi,  elmi-texniki  və  mədəniyyət  sahələrində  əmək-
daşlıq  haqqında  saziş  imzalanana  qədər  qüvvədə  olmuşdu  (13 
iyun  1997-ci  ildə  imzalanmış  sazişin  19-cu  maddəsinə  əsasən) 
[25, v.10]. 13 iyun 1997-ci ildə imzalanmış sazişin 5-ci və 10-cu 
maddələri  tərəflər  arasında  turizm  sahəsində  əməkdaşlığın  dəs-
təklənməsini  və  inkişaf etdirilməsini  nəzərdə tuturdu.  Bu əlaqə-
lərin  inkişafında  şübhəsiz  ki,  iki  ölkə  arasında  saxlanılan  geniş 
siyasi  əlaqələrin də rolu  həlledici olmuşdu. Bu baxımdan  2001-
ci  ilin  yanvarında Rusiya prezidentinin Azərbaycan Respublika-
sına ilk rəsmi səfəri və 2002-ci ilin yanvarında Azərbaycan Res-
publikası prezidentinin Rusiyaya səfəri Azərbaycan-Rusiya döv-
lətlərarası münasibətlərinin tarixində mühüm hadisələr olmuşdu. 
Bu səfərlər zamanı  imzalanmış sənədlər ölkələrimiz, dövlətləri-
miz  arasında  keyfiyyətcə  yeni  qarşılıqlı  münasibətlərin  etibarlı 
bünövrəsini qoymuşdu. 
Azərbaycan  Respublikası  ilə  Rusiya  arasında  turizm  əlaqə-
lərinin möhkəmlənib inkişaf etməsində iki ölkə arasında İqtisadi 
Əməkdaşlıq  üzrə  Hökumətlərarası  Komissiyanın  rolu  da  böyük 
olmuşdu. Bu barədə faktlar az deyil. Məsələn, 2001-ci il aprelin 
24-də,  habelə  2002-ci  il    aprelin  10-da  Bakıda  keçirilmiş  Azər-
baycan-Rusiya  İqtisadi  Əməkdaşlıq  üzrə  Hökumətlərarası  Ko-
missiyanın  5-ci  və  6-cı  iclas  protokolunda,  həm  də  komissiya 
həmsədrlərinin  19  dekabr  2002-ci  il  görüş  protokolunda  turizm 
sahəsində əməkdaşlığa  xüsusi diqqət yetirilmişdi  [31, v.76]. Bu 
sahədə ölkəmiz  ilə Rusiya arasında hər  iki tərəfin turizm poten-
sialının  qarşılıqlı  olaraq  tanıdılması,  turist  məhsullarının  təklifi 
və  yenə  də  turizm  əlaqələrinin  genişlənməsi  istiqamətində  hər 
iki  ölkədə  təşkil  olunmuş  turizm  sərgilərinin  əhəmiyyəti  az  ol-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
151 
 
mamışdı.  Azərbaycan  Respublikası  və  Rusiya  arasında  İqtisadi 
Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10 aprel 2002-
ci il tarixli 6-cı iclasının protokolunun icrası ilə bağlı ölkəmizin 
Turizm  Nazirliyi  27-30  mart  2002-ci  ildə  Moskvada  keçirilən 
beynəlxalq “Səyahət və turizm sərgisi”ndə Azərbaycan Respub-
likasını  24 kvadrat metr stendlə təmsil etmişdi [87]. Bu sərgidə 
Azərbaycandan dörd mehmanxana kompleksi və doqquz özəl tu-
rist  şirkəti  iştirak  edirdi  [75,  v.27].  Diqqəti  cəlb  edən  əsas  fərq 
isə milli ənənələrə uyğun stendlər, bukletlərin sərgiyə aparılması 
idı.  Bu  sərgidə  iştirak  edən  Azərbaycan  turist  şirkətlərindən  bir 
neçəsi Rusiya turist şirkətləri ilə ikitərəfli  müqavilələr də bağla-
mışdı. Təbii ki, bu müqavilələr, sərgidə iştirak və bir sıra başqa 
işlər  Azərbaycan  Respublikasının  turizm  potensialının  tanıdıl-
ması və turist cəlbi üçün mühüm işlər hesab olunmalıdır. 
Göstərilən  illərdə  Rusiya  ilə  Azərbaycan  Respublikası  ara-
sında müalicə turizmi sahəsində də beynəlxalq əlaqələr mövcud 
olmuşdu.  Sovetlər  Birliyi  dövründə  sıx  münasibətləri  qurulan 
Şimali Qafqazın istirahət və müalicə mərkəzlərinə 1991-1998-ci 
illərdə Azərbaycan Respublikasından turist  sovet dövrü ilə mü-
qayisədə az getsə də əlaqələr tam qırılmamışdı. Bu, hər iki tərə-
fin  bazar  iqtisadiyyatına  keçidindən  irəli  gələn  çətinliklə  bağlı 
idi. “Fərid-N” turist şirkəti 12 avqust 2002-ci ildə Bakı-Mineral-
nı Vodı turist marşrutu təşkil etmişdi (Stavropol-Krasnodar) [33, 
v.11].  Ümumiyyətlə,  lap  yaxın  keçmişdə  ölkəmizə  dincəlməyə 
gələnlərin  70-80 faizini  Rusiyadan  olan turistlər təşkil  edirdilər. 
Bu  turizm  əlaqələrində  əsasən  Azərbaycan  Respublikasında 
fəaliyyət  göstərən  qurumlar-lisenziya  almış  turist  şirkətlərindən 
“İmproteks travel” və “Yevroturizm” şirkətləri olmuşdu. Həmin 
şirkətlər geniş turist mübadiləsi həyata keçirməyə çalışırdılar. 
2003-cü ilin MDB ölkələrində Sankt-Peterburq ili elan edil-
məsi ilə bağlı Azərbaycan Respublikasının Turizm Nazirliyi xü-
susi  tədbirlər  planı  (14)  hazırlamış  və  yerinə  yetirmişdi  [75, 
v.17].  O  cümlədən,  2003-cü  il  avqustun  7-də  Bakıda  “Böyük 
Volqa  yolu”  beynəlxalq  konfransının  iştirakçıları  və  2003-cü  il 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə