210
bank tərəfindən nəzarətin həyata keçirilməsi, filial və ya nümayəndəliyin ban-
kın öz qərarı ilə ləğv edilməsi qaydası göstərilməlidir;
3. yerli filialın hüquqi ünvanını təsdiq edən sənədin (icarə müqaviləsi,
mülkiyyət hüququnu təsdiq edən sənəd və s.) notariat qaydasında təsdiq edilmiş
surəti;
4. filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini,
təşkilati strukturunu, habelə filialın ilk üc ili üçün maliyyə proqnozlarını müəy-
yənləşdirən biznes plan (Əlavə N 9);
5. filialın və ya xarici nümayəndəliyin inzibatçılarının (rəhbərlərinin)
təyin edilməsi barədə bankın səlahiyyətli idarəetmə orqanının qərarının notariat
qaydasında təsdiq edilmiş surəti və ya protokoldan çıxarış.
6. filiala təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların
hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənəd-
lərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş
surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi
şə
xslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, tərəflərindən
imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuz-
luğuna dair ərizə;
Xarici filialını və ya nümayəndəliyini açan yerli bank onların fəaliyyətinə
yerləşdiyi ölkədə müvafiq icazə aldıqdan sonra bu barədə Mərkəzi Banka 5 gün
müddətində yazılı bildiriş göndərməlidir. Bu zaman əvvəlcədən müraciət
edilərkən Mərkəzi Banka təqdim edilmiş məlumatlarda əhəmiyyətli dəyişiklik-
lər olduqda həmin dəyişiklikləri müfəssəl şərh edən məlumat da təqdim
olunmalıdır.
Filialın və ya nümayəndəliyin açılmasına icazə almış bank həmin qu-
rumlar haqqında məlumatı onun alındığı gündən 5 təqvim günü müddətində
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan
Respublikası Qanununa müvafiq olaraq dövlət reyestrinə təqdim etməlidir.
Xarici bankın yerli nümayəndəliyinin açılmasına icazə almaq üçün
müraciətə aşağıdakı sənədlər əlavə olunmalıdır:
1. bankın nizamnaməsi və yerli nümayəndəliyin açılması barədə bankın
səlahiyyətli idarəetmə orqanının qərarının surəti;
2. bank, onun təşkilati strukturu və xarici bankın nümayəndəlik açmaq
barəsində səlahiyyətli orqanı da göstərilməklə idarəetmə orqanları haqqında
məlumat;
3. bankın mühüm iştirak paylarının sahiblərinin onlara məxsus səsli
səhmlər payı göstərilməklə siyahısı;
4. bankın son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə
hesabatı (balans, mənfəət və zərər haqqında hesabat, nağd pulun hərəkəri
barədə hesabat) və auditor rəyi;
5. yerli nümayəndəliyin səlahiyyətləri və ünvanı göstərilməklə bankın sə-
lahiyyətli idarəetmə orqanı tərəfindən təsdiq edilmiş əsasnaməsi;
211
6. nümayəndəliyə təyin edilməsi təklif olunan inzibatçıların peşəkar
keyfiyyətləri və məhkumluqlarının olub-olmaması barədə arayış;
7. xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti
orqanının bankın həmin ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər
qaytarılan vəsait cəlb etmək üçün icazəsinın olması, həmin tənzimləmə və
nəzarət orqanının banka nəzarəti həyata keçirməsi barədə yazılı bildirişi və bu
orqanın xarici bankın yerli nümayəndəliyinin açılmasına yazılı icazəsi.
Xarici bankın yerli nümayəndəliyi dövlət qeydiyyatına alındıqdan sonra
icazə almaq üçün müraciətə aşağıdakı sənədlər əlavə olunmalıdır:
- xarici bankın yerli nümayəndəliyinin qanunvericiliyə müvafiq olaraq
dövlət qeydiyyatına alınması haqqında sənədlərin (əsasnamənin və şəhadətna-
mənin) notariat qaydasında təsdiq edilmiş surəti;
- ilkin olaraq Mərkəzi Banka təqdim edilmiş məlumatlarda və sənədlərdə
ə
həmiyyətli dəyişikliklər olduqda həmin dəyişikliklərin müfəssəl şərh edildiyi
məlumat.
5.4. Bankların idarəetmə strukturu
Korporativ idarəetmə - şirkətin rəhbərliyi, müşahidə şurası, səhmdarları
və digər maraqlı şəxslər arasında qarşılıqlı münasibətlər kompleksidir. Korpo-
rativ idarəetmə sistemi şirkətin idarə edilməsi və ona nəzarət üçün nəzərdə
tutulmuş struktur və proseslərdən ibarət olub, əsas məqsədi şirkətlərdə ədaləti,
şə
ffaflığı və qarşılıqlı cavabdehliyi təşviq etməklə davamlı inkişafa nail
olmaqdır.
lkin olaraq standartlara riayət etmək könüllü şəkildə həyata keçirilir.
Dünya təcrübəsində sonradan "riayət et və ya izah et" prinsipinin tətbiqi
məsləhət görülür. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şirkətlər standart-
lara riayət etməlidirlər, əks təqdirdə isə səbəbini izah etməli və açıqlamalıdırlar.
Standartların strukturu 8 fəsildən ibarətdir:
1. Səhmdarların (iştirakçıların) ümumi yığıncağı;
2. Səhmdarların hüquqları;
3. Müşahidə şurası;
4. cra orqanı;
5. Maliyyə hesabatlığı, şəffaflıq və məlumatların açıqlanması;
6. Daxili nəzarət sistemi, daxili audit funksiyası və risklərin idarə edil-
məsi;
7. Korporativ idarəetmə üzrə müşavir;
8. Maraqlı tərəflər.
Bank ən azı üç hüquqi və/və ya fiziki şəxs tərəfindən açıq səhmdar cə-
miyyəti formasında yaradılır. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər
qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər. Bank yalnız adlı
səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola