Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə26/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   22   23   24   25   26   27   28   29   ...   89

_______________Milli Kitabxana___________________ 

 

148 



Pəncərədən oxumaq səsi gəlir. Afət məlahətli 

səslə oxuyur. Şakir pəncərədən baxır. Afəti görür. 

Həyəcanla “Afətdir” deyir. Camal da, Nəcəf də 

pəncərəyə yaxınlaşır. Azər Afətə çatmaq istəyir).  

AZƏR: - Afət, Afət! 

AFƏT: - Azər, tələbə yoldaşım, əziz qardaşım. 



(Mehriban görüşürlər) 

AZƏR: - Afət, sən də Çinarlı rayonunda işlə-

yirsən? 

AFƏT: - Işləyirdim. 

AZƏR: - Bəs indi? 

AFƏT: - Bu barədə sonra. De görüm nə yaxşı 

gəlmisən? Zəlihəni gördünmü? 

AZƏR: - (Heyrətlə) Zəlihəni? Sən onu hardan 

tanıyırsan, Afət? 

AFƏT: - O mənim əziz rəfiqəmdir. Sənin mək-

tubunu mənə göstərdi,  şəklini də. Demək o tərifli 

təyyarəbığ oğlan sən imişsən.  

AZƏR: - Bacım Afət, mənə Zəlihədən bir xə-

bər. De görüm Zəlihə.  

AFƏT: - Məgər sən bizim məktubumuzu al-

mamısan? 

AZƏR: - Nə  məktub? Yox almamışam. Axı 

məktub yazan günün səhərisi məni Bakıya çağır-

dılar. Müəllim qəzetinə. Qəzetə ixtisası müəllim 

olan müxbir lazım imiş. Vüqar müəllim məni məs-

ləhət bilib. Indi müxbirəm.  

AFƏT: - Vüqar müəllimin məsləhəti ilə? 




_______________Milli Kitabxana___________________ 

 

149 



(Onlar astadan söhbət edirlər. Nə danışdıqları 

eşidilmir.) 

ŞAKIR: - Ədə, Camal müəllim, tez bir fo-

toaparat tap, gətir. Bu qızın o oğlanla şəklini çəkək. 

Sən öl bundan yaxşı fakt olmaz. Günün günorta 

çağı rayonun tən ortasında cavan bir oğlanla 

mazaqlaşır.  

CAMAL: - Bu saat (Çıxır) 

NƏCƏF: - Sən öləsən yaman başlı adamsan, 

Şakir. Elə ona görə də həmişə qabağa çəkillər səni. 

Yaxşı bu qızın nişanlısı zadı yoxdu? 

ŞAKIR: - Əşi nə nişanlı? Göytəpə məktəbində 

Davud müəllim var, bir az onnan xosunnaşır. Elə 

bir bezin qırağıdırlar. O da gədəçənin biridir. Bö-

yük-kiçik tanıyan köpəkoğlu deyil. O günü deyirəm 

ay müəllim, o Natiq hörmətli kişinin oğludur, onda 

gözün olsun, deyir mənim hüququmu tapdalama. 

Dedim  ə, sən də  mənə Afət olacaqsan? Nə desə 

yaxşıdı?! Deyir “Afətin adını  çəkmə! Onun təmiz 

adına ləkə düşər”  (Camal daxil olur. Afətlə Azərin 

şəklini çəkir. Davud müəllim Afətgilə yaxınlaşır.) 

ŞAKIR: - Aha Davud gəlir. Özüm ölüm burda 

iş var. Bu saat oğlanlar vuruşacaq. Camal sən apa-

ratı sazla. Elə bir – birini qamarlayanda çəkərsən 

şəkillərini.  

AFƏT: - Budur Davud müəllim də  gəldi. 

Bizim ürək dostumuzdur. Azər tanış ol. 

(Azərlə Davud əl verirlər) 

ŞAKIR: - Biqeyrət köpək oğlu.  




_______________Milli Kitabxana___________________ 

 

150 



 

Pərdə 

 

 

 

 

IX ŞƏKIL 

 

Afətin evi. Afət, Azər, Davud söhbət edirlər.  

AFƏT: - Demək doğma kəndin səni ögey kimi 

qarşılayıb, Afət. Darıxma gec – tez həqiqət qələbə 

çalacaq.  

AFƏT: - Həqiqət! Nə  qədər də qürurla səs-

lənir. Bax, mən özüm bir həqiqətəm. Lakin heçlər 

məni heç etmək istəyirlər. Indi sizdən soruşuram 

həqiqət bir heç ola bilərmi? 

DAVUD: - Heç vaxt. Lomonosov kəşf edib ki, 

heç nə itmir. Yalnız  şəkilini dəyişir. Həqiqət də 

belədir. O, itə bilməz, məhv ola bilməz.  

AFƏT: - Azər, o gecə  mənim ad günümdə 

Vüqar müəllimin dediyi sözlər yadındadır? Vüqar 

müəllim deyirdi: Tale axar suya bənzər. Ömrü bu 

axar suyun öhdəsinə buraxmaq olmaz.  

AZƏR: - Gərək sən öz xoşbəxtliyini, taleyin, 

qəzavü qədər adlanan qüvvənin  əlindən almağı 

bacarasan.  

AFƏT: - Afərin, Azər! Mən elə güman 

edirdim ki, Vüqar müəllimin bu sözlərini ürəyinin 



_______________Milli Kitabxana___________________ 

 

151 



dərinliyində qoruyub saxlayan təkcə  mənəm. 

Demək o sözləri sən də unutmamısan! 

AZƏR: - Məgər Vüqar müəllimi unutmaq 

olarmı? O günəşə  bənzəyir. Biz tələbələr bu 

günəşdən qopan zərrələrik. Bizim hər birimizin 

qəlbində bir Vüqar müəllim var. Hərdən mənə elə 

gəlir ki, hansı  tələbənin qəlbində Vüqar müəllimi 

yoxdursa o ədalətli ola bilməyəcək. Bax elə Camalı 

götürək. Camal ona görə  əyri yolla gedir ki, onun 

ürəyində Vüqar müəllim yoxdur.  



(Qapı döyülür. Dilbər gəlir.) 

AFƏT: - Dilbər! 

DILBƏR: - Təəccüblüdür eləmi Afət? 

AFƏT: - Gecənin bu vaxtı təksən? 

DILBƏR: - Təkəm. 

(Hamı təəcüb içindədir.) 

DILBƏR: - Afət bacım, sənnən kömək 

ummağa gəlmişəm.  

AFƏT: - Dilbər! Yəqin mənim özümün bir 

köməyə ehtiyacım olduğunu duyub, məni  ələ 

salmağa, üstümə gülməyə gəlmisən, eləmi? 

DILBƏR:- Yox, yox. Səni and verirəm 

nənənin  əziz goruna, belə fikirlərə düşmə! Mən 

doğrudan da səndən kömək ummağa gəlmişəm. 

AFƏT: - Gəl, əyləş. 



(Hamı əyləşir.) 

DILBƏR: - Afət, sözlərim sənə qəribə gəlmə-

sin. Mənim  Şakirə getməyimin canlı  şahidləri və 

səbəbkarları sizsiniz. Yox, sizi təqsirləndirmək fik-




_______________Milli Kitabxana___________________ 

 

152 



rində deyiləm. Özüm getmişəm.  (Pauza) Amma 

daha təngə  gəlmişəm.  Şakir məni təngə  gətirib. 

Bax, evimizdə  hər  şeyimiz var. Insafən mənə  nə 

istəsəm alır. Amma yenə fikirləşirəm ki, evimizdə 

nəsə çox mühüm bir şey çatışmır. Bəzən elə bilirəm 

ki, havadır çatışmayan. Pəncərələri açıram. 

Görürəm yox! Evdə hava var. Servantdakı 

servizlərin, xrustalların soyuq işıltısı məni bezdirib. 

Indi də qurşanıb  şairliyə. Hər gecə yarım litri 

gillədir, olur dəli – divanə. Sonra da başlayır ki, ar-

vad, bu saat göyün yeddinci qatındayam. Deyirəm 

ay  Şakir, düş  aşağı, qolun – qılçın sınar, sən 

cəhənnəm balalarım yetim qalar. Deyir əşşi sən nə 

geri qalmış adamsan. Bu göyü demirəm ey, o biri 

göyü deyirəm. Vallah heç nə başa düşmürəm.  

AZƏR: - Demək Şakir olub şair. Elə tarixdə də 

bir  şair olub Şakir təxəllüslü. Baba bəy  Şakir.  

Ancaq o ağıllı adam olub.  

AFƏT: - Yıxdı xalqın  evini bu şairlik. Harda 

bir savadsız var, şair olmaq istəyir. Eşidirsənmi 

baba Nizami, eşidirsənmi, ata Füzuli, böyük Sabir 

eşidirsənmi? 

DILBƏR: - Elə  mən də bilirəm ki, bunun 

yazıları bir şahıya dəyməz. Fikirləşirəm ki, görəsən 

elə kim istəsə yarım litir vurub şair ola bilər?  

AFƏT: - Elə olsaydı o bazarda şərab satan Ki-

nikor kirvə var ha, o dünyanın ən böyük şairi olardı.  



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə