Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə27/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   23   24   25   26   27   28   29   30   ...   89

_______________Milli Kitabxana___________________ 

 

153 



DILBƏR: - Mən də elə başa düşürəm. Vallah, 

bezmişəm daha. Gəlmişəm məsləhət alam səndən. 

Istəyirəm bir yolluq qayıdam atamın evinə.  

ZƏLIHƏ: - Dalaşmamısınız? 

DILBƏR: - Işimiz – peşəmiz nədir ki(gözü-

nün yaşını silir.)  

AFƏT: - Dilbər, hər  şeydən  əvvəl ürəyinin 

səsinə qulaq as. Ürəyini dinləyə bilənlər özgədən 

məsləhət gözləmirlər. Mənə qalsa qayıt evinə. 

Uşaqlarına yazığın gəlsin.  

ZƏLIHƏ: - Afət düz deyir. Qayıt balalarının 

yanına.  

DILBƏR: - (Ayağa durur.) Onda bacılar, mə-

nim bura gəlməyimdən heç kəsin xəbəri olmasın. 

Bilsələr biabırçılıqdır.  

AFƏT: - Arxayın ol! Heç kəs bilməz. (Dilbər 

gedir.) 

ZƏLIHƏ: - (Azərə) – Ay yoldaş müxbir, bütün 

bunları yaz öz qəzetində.  

AZƏR: - Bu mənim məsləkimə müğayir deyil. 

ZƏLIHƏ: - (Dibçəkdən bir gül çıxarıb Azərə 

verir) Əşşi bu bir parça kağızı yazmağa nə var? 

AZƏR: - Bax, bu başqa məsələ.  (Gülüşürlər) 

Hörmətli keçmiş müəllim Afət və Davud müəllim 

hazırlaşın sizi toyumuza çağırıram.  

ZƏLIHƏ: - (Çaşqın) Bu tezlikdə 

AZƏR: - Məndən olsa elə bu saat tutaram 

Zəlihənin qolundan apararam düz anamın yanına. 

Ancaq gərək sənin işin ilə məşğul olaq, Afət! 




_______________Milli Kitabxana___________________ 

 

154 



DAVUD: - Heç nigaran olmayın. Afətin 

başına gələnlərin hamısını yuxarı təşkilatlar bilir.  

AFƏT: - Bilir? Kim bilir? Hardan bilir? 

DAVUD: - Mən yazmışam birini raykoma, bi-

rini nazirə, birini mərkəzi komitəyə. Hətta rayon 

komsomol komitəsinə də zəng vurub demişəm.  

AZƏR: - Afərin Davud. Elə  mən də belə fi-

kirləşirdim. Demək bu gecə kamança çalmısan. 

Səsi sabah çıxacaq. Lap yaxşı eləmisən. Onda 

sabahı gözləyək. Gedək Zəlihə  səni ötürüm. 

Kəndinizdə yaman yekə itlər var. Mən gəlincə 

yatmayın. Davud elə  sən də qal, Afət xanımın 

evində yatarıq. Di xudahafiz. Bu saat gəlirəm.  

DAVUD: - Bu saat yəni neçə saatdan sonra?! 

AZƏR: - Iki – üç saatdan sonra. 

ZƏLIHƏ: - Yalan deyir on dəqiqədən sonra 

burdadı. Elə tindən qaytaracam bunu.  

(GEDIRLƏR) 

 

AFƏT: - Heç bilmirəm Davud. Elə  mən də 



sənin kimi fikirləşirdim. Istəyirdim bu əhvalatların 

hamısını Vüqar müəllimə yazam. Amma nədənsə 

tərəddüd edirdim. (Pauza) 

DAVUD: - Afət çoxdandır sənə bir söz demək 

istəyirəm. Heç münasib yer tapa bilmirəm.  

AFƏT: - Hiss etmişəm Davud. Elə hesab et ki, 

o sözü mənə demisən.  

DAVUD: - Axı sözün bir cavabı da olar, Afət. 




_______________Milli Kitabxana___________________ 

 

155 



AFƏT: - Cavab? Cavab vermək çətindi, Da-

vud. Sən yaxşı  oğlansan, təmiz vicdanlı. Amma... 

Of ürəyim sıxıldı. Gəl bu söhbətləri sonraya 

saxlayaq Davud. Xahiş edirəm, yalvarıram sənə... 



(Ürəyini tutub yavaşca əyləşir.) 

 

Pərdə 



 

X ŞƏKIL 

 

AZƏR: - Yaxşı bəs Afət hanı? 



DAVUD: - Axşam siz Zəlihə ilə gedəndən 

sonra nə fikirləşdisə çamadanını yığışdırdı. Dedi bu 

saat Bakıya gedirəm. Apar məni yola sal. Dedim 

axı gecdi. Birdən qatara bilet tapa bilmərik. Dedi 

aparmırsan, tək gedirəm. Əlacsız qalıb apardım.  

AZƏR: - Demək getdi Bakıya 

DAVUD: - Getdi. Özü də  məni mehmanxa-

naya getməyə qoymadı. Dedi ki, mən gələnə kimi 

bizim evdə qalarsan. Qoy axşamlar evimizdən işıq 

gəlsin.  

AZƏR: - Ah romantika, romantika. Bu qız nə 

vaxt ağıllanacaq görəsən. (Zəlihə daxil olur)  

ZƏLIHƏ: - Muştuluğumu verin, muştuluğu-

mu! 


AZƏR: - Hə, nə olub, nə muştuluq. 

ZƏLIHƏ: - Dünən raykomun nümayəndəsi 

gəlibmiş 

məktəbə. Bütün müəllimləri 

danışdırıbmış. Bizim xəbərimiz olmayıb. Indicə 



_______________Milli Kitabxana___________________ 

 

156 



maarif  şöbəsinin inspektoru Nazilə var ey, o biri 

kəndlərə baxır, o gəlmişdi.  Əlində  də maarif 

şöbəsinin əmri.  

AZƏR: - Nə əmr?  

ZƏLIHƏ: - Heç bilirsiniz neçə  əmr verilib?! 

Birinci maddə: Maarif şöbəsinin müdiri Murtuzov 

və inspektor Şakir, Göytəpə  kənd məktəbinin 

müdiri Camal ədalətsiz hərəkət etdiklərinə görə 

vəzifələrindən götürülsün.  

DAVUD: - Hə, dönüm gözünə. 

ZƏLIHƏ: - Afət Göytəpə  kənd məktəbinə 

müdir təyin edilsin.  

AZƏR: - Yox əşşi, bay sənin evinəcən fanatik. 

Daha Afətin qarşısında durmaq olar? 

ZƏLIHƏ: - Bəs Afət hanı? 

DAVUD: - Odey Bakıda. 

ZƏLIHƏ: - Yerli hökuməti qoyub Bakıya 

qaçıb? 


(Söhbət edə - edə gedirlər.) Rayon Təhsil 

şöbəsinin müdiri müdiri Murtuzovla sabiq 

inspektor Şakir gəlir.  

MURTUZOV: - Evin yıxılsın  Şakir, yıxdın 

evimi.  

ŞAKIR: - Elə mənim də evim yıxıldı. Indi get 

müəllimlik elə görüm necə eləyirsən. Bildiklərim 

də yadımdan çıxıb. Necə dərs deyəcəyəm.  

MURTUZOV: - Yəni bir şey bilirdin ki, 

yadından da çıxa?  



(Nəcəf onların qarşısına çıxır) 


_______________Milli Kitabxana___________________ 

 

157 



NƏCƏF: - A qardaşlar bu nə  işdi. Bir qız 

ikinizi də yıxdı?  

ŞAKIR: - Yıxdı. Lap qarnımızın üstünə  də 

çıxdı.  


MURTUZOV: - Onu hələ bilmək olmaz. Biz 

də eləməmişik, gedək.  

NƏCƏF: - Siz gedin mənim bu yanda işim var.  

MURTUZOV: - Sənin də üzün döndü? 

NƏCƏF: - Yox əşşi, sənin yolunda lap... Hara 

istəyirsən gedək. (Gedirlər) 



 

 Afət, Davud, Azər, Zəlihə gəlirlər.  

AFƏT: - Getdim düz Vüqar müəllimin yanına. 

Xeyli dəyişib. Saçlarındakı  ağ tüklərin sayı artıb. 

Sifətində qəribə bir ifadə gördüm.  

ZƏLIHƏ: - (Davuda baxıb tələsik)  Nə ifadə 

Afət? Özünü ələ al! 

AFƏT: - Narahat olma Zəlihə. Mən atamın 

üzünü görməmişəm. Anamı da tez itirmişəm. Nə-

nəm onlar haqqında mənə o qədər danışıb ki, bu 

saat möcuzə baş versə, anamla atam dirilib küçədə 

qarşıma çıxsa o saat onları tanıyaram. Mən Vüqar 

müəllimin qayğılı sifətində atamın nurani çöhrəsini 

gördüm. Hətta nədənsə  mənə elə  gəldi ki, bir dəfə 

nə vaxtsa Vüqar müəllim mənim atam olub. Sonra 

biz hamımız bu dünyadan köçüb yenidən müxtəlif 

ailələrə mənsub olmuşuq.  

AZƏR: - Sənin bu romantikan bizim canımızı 

yığdı boğazımıza yoldaş direktor.  




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə