Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə35/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   31   32   33   34   35   36   37   38   ...   89

_______________Milli Kitabxana___________________ 

 

192 



ƏLƏMDAR: - Məndən olsa bu saat bu elçiləri 

qılıncdan keçirərdim, tapmaca da bununla qur-

tarardı. 

QURBAN DƏDƏ: - Sonra da qaçardın dağl-

ara.  Şakir  şahın da qoşunu xalqı  əzərdi. Baş  işlət-

mək lazım olan yerdə qılınc işlətməzlər.  

ŞAH: - Mübahisəni kəsin. Tapmacanın cava-

bını tapın. Hə Ələmdar, bir tapmacanın cavabını da 

tapa bilmirsən. Bəs gecələr xalqın var – yoxunu 

necə talaya bilirsən? 

ƏLƏMDAR: - O mənim sənətimdi şah! Doğ-

rusu ömrümdə tapmacanın nə demək olduğunu 

bilməmişdim. Uşaqlıqda da nağıldı, mağıldı, tap-

macadı, apmacadı, belə  şeylərdən zəndeyi zəhləm 

gedib.  

ŞAH: - Elə  mən də belə  şeyləri görməyə 

gözüm yoxdu. Amma kişinin tapmacasını cavabsız 

qoya bilmərik.  



(Keçəl qabağa yeriyir.) 

KEÇƏL: - Şahim, icazə verin tapmacanın 

cavabını mən verim.  

ŞAH: - Afərin Keçəl.  Əgər düz cavab versən 

keçəl başına qızıldan tac qoyduracam.  

KEÇƏL: - Şahim, tac mənim nəyimə gərəkdi. 

O sizin kimi ağıllı adamlara lazımdı ki, ölkəni idarə 

edə biləsiniz.  Əmr edin bir qab yetişmiş gilas gə-

tirsinlər.  

ŞAH: - Ordan bir ton yetişmiş gilas gətirin. 

KEÇƏL:– Bir qab olsa bəsdi. 



_______________Milli Kitabxana___________________ 

 

193 



(Gilası  gətirirlər. Keçəl  Şakir  şahın xonçasını 

boşaldıb yetişmiş gilası onun içinə doldurur. 

Qırmızı örtüyü üzünə çəkir.) 

KEÇƏL: - Möhtəşəm  şaha deyin ki, əgər 

doymasa yenə göndərərik 

(Elçilər baş əyib çıxır.) 

ŞAH: - Keçəl, axı, mənim nə o sualdan, nə də 

cavabdan başım çıxmadı.  

KEÇƏL: – Şahim, Şakir şah balqabağı göndər-

məklə demək istəyirdi ki, sən saraya balqabaq başlı 

adamları yığmısan. Onların başı ölkə idarə etməyə 

yaramır. Ən yaxşı halda bu başlar ulaqlara yem ola 

bilər.  


ŞAH: - Bəs o kal armud nə idi? 

KEÇƏL: - Kal armud o demək idi ki, sizin 

Ələmdarınız kal armuddur. Heç nəyə yaramır. 

Çürük alma isə o demək idi ki,  kal alma vaxtsız 

dərildiyi üçün yetişməyəcək, çürüyüb zay olacaq.  

ƏLƏMDAR: - Nə çapardım səni? 



(Elçilər bir də qayıdır. Yenə  də  həmin xonça 

əllərində.) 

ŞAH: - Deyəsən cavabınız Şakir şahın xoşuna 

gəlməyib, geri qaytarıb. Açın görək! 

(Elçi açır. Xonçanın içindən iki yetişmiş gilas

iki yetişmiş armud çıxır. Armudlar bir tərəfə gilas o 

biri tərəfdə qoyulub. Onların ortasından kağızdan 

düzəlmiş göyərçin şəkli qoyulub. 

ŞAH: - Bu nədi belə? 




_______________Milli Kitabxana___________________ 

 

194 



ELÇI: - Şahim, bu iki gilas sizin göndərdiyiniz 

gilaslardandı. Bu iki armudu və göyərçin şəklini də 

biz qoymuşuq. Cavab gözləyirik.  

ŞAH: - Evin yıxılsın Keçəl! Bayaqkı sualı sən 

izah edəndən sonra başa düşmüşdüm. Amma bu 

sualı  dünyanın bütün alimləri yığılsa da başa düş-

məz.  

KEÇƏL: - (Elçilərə)  Şakir  şaha deyin ki, biz 



razıyıq.  

(Elçilər çıxır.) 

ŞAH: - Ə  nəyə razıyıq? Bir mənimlə  məs-

ləhətləş görək razıyıq, yoxsa yox? Nə deyirdi bu 

tapmaca ustası Şakir şah? 

KEÇƏL: - Mən bayaq onlara bir qab gilas 

göndərmişdim. Bu o demək idi ki, bizdə hamı kal 

deyil. Xalqın içindəki balaca adamların çoxu 

ağıllıdır. Indi Şakir şah deyirdi ki, əgər siz özünüzü 

ağıllı hesab edirsinizsə onda mənim sarayımın iki 

ağıllı adamı ilə sizin xalqın içindən çıxmış iki ağıl-

lınız qabaq qabağa oturub danışıq etsinlər. Dostluq 

olsun.  Əgər doğru cavab versəniz onda aramızda 

sülh olacaq. Göyərçin sülhə işarə idi. Mən də dedim 

razıyıq.  

ŞAH: - Sağ ol Keçəl. Həmin iki adamdan biri 

sən ol, o biri də Ələmdar. Yox Ələmdar kal armud-

du. Vəzir də çürümüş almadı. Özün bir adam tap.  

KEÇƏL: - Biri də mənim dostum Bala Nəzər. 

ŞAH: - Ay sağ ol. Bala Nəzər! 



_______________Milli Kitabxana___________________ 

 

195 



(Elçilər və daha iki nəfər daxil olur. Iki nəfər 

bir tərəfdə, Bala Nəzərlə Keçəl onların qarşısında 

əyləşirlər.)  

KEÇƏL: - Söz qonaqlarındır.  

Qonaqların hərəsi iki tapmaca deyir. Keçəllə 

bala Nəzər cavabları düz tapırlar. Keçəllə Bala 

Nəzər də hərəsi iki tapmaca deyir: 

KEÇƏL: -  Əl ilə tutmaq olmaz, 



  Göz ilə görmək olmaz. 

I ELÇI: - Külək. 

KEÇƏL: - Düzdür. Bəs; 

Göydə doğular,  

Yerdə boğular. 

Nədir? 


I ELÇI: - Yağış. 

KEÇƏL: – Mən qurtardım. Söz sənindir.  

I ELÇI: - Hər yan ələk vələkdi

Işi tamam kələkdi. 

Dəyirmana can verər. 

Adı nədi? 

KEÇƏL: - Küləkdi. 

I ELÇI: - Doğrudur. 



O nədi ki, dayanıbdı dayaqsız 

O nədi ki, boyanıbdı boyaqsız. 

KEÇƏL: - Göy üzüdü. Dayanıbdı dayaqsız  

Göy üzüdü. Boyanıbdı boyaqsız. 

I ELÇI: - Indi söz Bala Nəzərindi. 

BALA NƏZƏR: - Burdan vururam qılıncı, 

Göylərdə oynar ucu. 



_______________Milli Kitabxana___________________ 

 

196 



II ELÇI: - Ildırım. 

BALA NƏZƏR: - Doğrudur, o nədi ki, səssiz 

göldə it hürər. 

II ELÇI: - Qurbağa. Indi də növbə mənimdir. 



Nağaraçı nağara çalır, 

Nə nağarası var, nə çubuğu. 

BALA NƏZƏR: - Ağacdələn. Axşamacan 

nağara çalır. 

II ELÇI: - O nədi ki, 



Ağzını aşağı elərəm dolar, 

Yuxarı edərəm boşalar. 

BALA NƏZƏR: - O papaqdı. Ağzı aşağı başa 

qoyarsan dolar. Çıxararsan boşalar.  

QONAQLARDAN BIRI: - Çox gözəl.  Şah 

tapşırdı ki, bu tapmacaların cavabını tapanları 

sarayda böyük vəzifə gözləyir. Sarayda hamı sizə 

baş əyəcəkdir hörmətli adam olacaqsınız. 

ƏLƏMDAR: - (Kənara) tapmaca deyənə  də 

vəzifə verərlər? Bu da bizim ağıllı Şakir şahımız? 

KEÇƏL: - Şakir şaha deyin ki, çox sağ olsun. 

Vətənimdə yediyim yavan çörəyi, qürbətin plovu 

ilə  dəyişmərəm. Amma Şakir  şahı ürəkdən 

sevdiyimi ona çatdırın. Ağıla – kamala qiymət 

verən adamın deməli özü də ağıllı və kamallıdır.  

ELÇI: - Hökmən deyərik. Di salamat qalın. 

Daha sizinlə müharibə etməyəcəyik. Yaxşı ki, bu 

ölkənin belə  oğulları var. (Keçəllə Bala Nəzəri 

göstərir.)   



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə