_______________Milli Kitabxana___________________
227
Ərk dağının ətəyində ocaq yanır. Ocağın
ətrafında əcinnələr atılıb düşür. Köpək qarı əllərini
ocaqda qızdıra – qızdıra danışır.
KÖPƏK qarı: - Gətirin, dünyanın bütün yanan
şeylərini tökün bu ocağa.
Bir azdan insanların hamısını burada yandıra-
cağam.
ƏCINNƏ: - Ancaq bir şey mənim üçün çox
maraqlıdır. Bəs qızıl gümüşü niyə ocağa tökmüsən.
Qoysana aparıb xərcləyək, doyunca yeyib içək.
KÖPƏK qarı: - Sizi görüm zəhrimar yeyəsiniz.
əgər qızıl gümüşü bu ocağa atmasam hansı ağılsız
özünü ora tullayıb yandırar. Amma insanların çoxu
acgöz və yaramazdır. Onlar bir qızıldan ötrü
özlərini hara istəsələr ata bilərlər. Gör indiyə kimi
nə qədər adam özünü bu tonqalın içinə atıb ki,
oradan bircə qızıl götürsün. Mənim bu adamlara lap
yazığım gəlir.
ƏCINNƏ: - Yazığın gəlir?! Əgər yazığın
gəlirsə onları niyə yandırırsan?
QARI: - Yazığım gəlir deyəndə ki, onların ac-
gözlüyünü görəndə fikirləşirəm ki, insanlar dün-
yanın ən səfeh varlığıdır. Axı ağlı olan da bir parça
yaşayışın xatirinə özünü odun içinə atarmı?!
Bu zaman çoxlu Atəşböcəyi görünür. Onların
döşündə qığılcımlar parıldaşır.
QARI: - Bu nədir belə?!
ƏCINNƏ: - Heç özüm də bir şey başa
düşmürəm. Qabaqdakı Atəşböcəyidir. Aha onun
_______________Milli Kitabxana___________________
228
arxasında gələn də Atəşböcəyidir. Dayan, dayan
bunların hamısı Atəşböcəyidir ki.
QARI: - Bircə bunlar çatışmırdı. Bir say gör nə
qədərdilər!
ƏCINNƏ: - Bir, iki, üç, dörd, beş.... on beş,
iyirmi! Cəmi iyirmi böcəkdir.
QARI: - Elə ocağın içində də iyirmi qızıl düy-
mə və sancaq var. Deməli onlar ocaqda yanmağa
gəliblər. Qabaqdakı nə gözəl oğlandır. Yəqin heç
ağlına da gəlmir ki, bu saat, ocaqda yanıb kül ola-
caq. Ehey, cavan oğlan, bir irəli gəl görək nə istə-
yirsən?!
(Atəşböcəyi yaxın gəlir)
ATƏŞBÖCƏYI: - Köpək qarı, yaxşısı budur
ki, ocağı söndürəsən. Sənin o ocağının içində bu
saat əriməyə hazır olan sancaq və düymələri apar-
malıyam. Öz razılığınla olsa sənə ancaq təşəkkür
edərik. Amma verməsən zorla aparacağıq.
QARI: - (Bərkdən gülür) Iştahın çox itidir oğ-
lan, məgər sən bilmirsən ki, həmin qızılları ancaq
ocağın içindən çıxara bilərsən. Əgər çıxara bilsən,
buyur apar, halal xoşun olsun, çıxara bilməsən öz
baxtından küs!
ATƏŞBÖCƏYI: - Heç kəsdən küsməyə
vaxtım yoxdur. Günəşin yeganə nəvəsi Lampacıq
bu saat həmin qızılların həsrəti ilə göz yaşı tökür.
Əgər bu sancaq və düymələri aparsam o mənim
nişanlım ola bilər.
_______________Milli Kitabxana___________________
229
QARI: – Burda səhv edirsən oğlan. Həmin o
Lampacıq çoxlarına belə tapşırıq verib, mənim
üstümə göndərib. Indi onların ancaq gülü qalıb. Sən
isə yaxşısı budur nə qədər ki, gec deyil çıxıb get
gəldiyin yerə. Qızıllarım ocaqda yandıqca mən
ondan ləzzət alıram.
ATƏŞBÖCƏYI: – Eybi yoxdur, qoy mən
Lampacığın yolunda həlak olum. Ancaq o qızılları
çıxarıb aparmalıyam.
QARI: - Əgər yansan mən təqsirkar deyiləm.
Yox əgər qızılları çıxara bilsən əlindən almaya-
cağam. Oldu?
ATƏŞBÖCƏYI: – Əlbəttə oldu? Bundan yaxşı
nə ola bilər?
(Atəşböcəyi əlini ocağın içinə uzadıb qızılları
çıxardır. Amma ona heç nə olmur.)
QARI: - Qəribə işdir. Bəs bu ocaq səni niyə
yandırmır?
ATƏŞBÖCƏYI: - Axı mən Atəşböcəyiyəm.
Deməli elə özüm də qığılcım kimi bir şeyəm. Məni
ocaq yandıra bilməz.
QARI: - Eybi yoxdur, apar o qızılları! Amma
Lampacığa de ki, bu qızıllar heç kəsə xeyir
gətirməyib. O da nahaq yerə qızılla bəzənmək fik-
rinə düşüb.
ƏCINNƏ: - (Heyrətlə Atəşböcəyiyə baxır)
Yəni doğrudan sənin heç qanadın da yanmadı?
ATƏŞBÖCƏYI: - Qanadım azacıq yandı.
Amma bunun bir ziyanı yoxdur.
_______________Milli Kitabxana___________________
230
ƏCINNƏ: - Qardaş, mən ömrümdə sənin kimi
cəsarətli igid görməmişəm. Bir şeyi yadında saxla
ki, bu qarının ocağı sehirlidir. Kim ona təmiz
niyyətlə əl atırsa yanmır. Amma acgözlük məqsədi
ilə gələnlərin biri də buradan salamat getməyib...
Gəl dost olaq. Mən sənin kimi igidləri sevirəm.
ATƏŞBÖCƏYI: - Axı sən əcinnəsən!
ƏCINNƏ: - Doğrudur. Amma əcinnələrin də
hamısı hiyləgər və namərd olmur. Mən səni özümə
dost seçirəmsə deməli əqidəcə bir-birimizə uyğu-
nuq.
ATƏŞBÖCƏYI: - (Əl verir) Ağıllı sözlər da-
nışırsan. Gəl dost olaq.
(Birdən qarı yerə yıxılır. Onun ocağı yavaş –
yavaş sönür.)
ATƏŞBÖCƏYI: - Bu nədir? Qarının ocağı
niyə söndü?
ƏCINNƏ: - Ona görə ki, dostluq olan yerdə
belə ocaqlar yana bilməz.
ATƏŞBÖCƏYI:– Yaşasın dostluq.
ƏCINNƏ: - Yaşasın! (Onlar bir – birinin əlini
möhkəm sıxırlar.)
Pərdə
III ŞƏKIL
(Səhnənin ortasında bir maşın dayanıb. Qır-
mızıgöz arxa oturacaqda əyləşib. Ancaq o qədər
şişib ki, onun maşından çıxmaq imkanı yoxdur.
Sürücü maşının ətrafında həyəcanla vurnuxur).
QIRMIZIGÖZ: - Biz hardan gəlirik belə?
Dostları ilə paylaş: |