Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə43/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   39   40   41   42   43   44   45   46   ...   89

_______________Milli Kitabxana___________________ 

 

227 



Ərk dağının  ətəyində ocaq yanır. Ocağın 

ətrafında əcinnələr atılıb düşür. Köpək qarı əllərini 

ocaqda qızdıra – qızdıra danışır.  

KÖPƏK qarı: - Gətirin, dünyanın bütün yanan 

şeylərini tökün bu ocağa. 

Bir azdan insanların hamısını burada yandıra-

cağam.  

ƏCINNƏ: - Ancaq bir şey mənim üçün çox 

maraqlıdır. Bəs qızıl gümüşü niyə ocağa tökmüsən. 

Qoysana aparıb xərcləyək, doyunca yeyib içək.  

KÖPƏK qarı: - Sizi görüm zəhrimar yeyəsiniz. 

əgər qızıl gümüşü bu ocağa atmasam hansı  ağılsız 

özünü ora tullayıb yandırar. Amma insanların çoxu 

acgöz və yaramazdır. Onlar bir qızıldan ötrü 

özlərini hara istəsələr ata bilərlər. Gör indiyə kimi 

nə  qədər adam özünü bu tonqalın içinə atıb ki, 

oradan bircə qızıl götürsün. Mənim bu adamlara lap 

yazığım gəlir.  

ƏCINNƏ: - Yazığın gəlir?!  Əgər yazığın 

gəlirsə onları niyə yandırırsan? 

QARI: - Yazığım gəlir deyəndə ki, onların ac-

gözlüyünü görəndə fikirləşirəm ki, insanlar dün-

yanın ən səfeh varlığıdır. Axı ağlı olan da bir parça 

yaşayışın xatirinə özünü odun içinə atarmı?! 

Bu zaman çoxlu Atəşböcəyi görünür. Onların 

döşündə qığılcımlar parıldaşır.  

QARI: - Bu nədir belə?! 

ƏCINNƏ: - Heç özüm də bir şey başa 

düşmürəm. Qabaqdakı Atəşböcəyidir. Aha onun 



_______________Milli Kitabxana___________________ 

 

228 



arxasında gələn də Atəşböcəyidir. Dayan, dayan 

bunların hamısı Atəşböcəyidir ki. 

QARI: - Bircə bunlar çatışmırdı. Bir say gör nə 

qədərdilər! 

ƏCINNƏ: - Bir, iki, üç, dörd, beş.... on beş, 

iyirmi! Cəmi iyirmi böcəkdir.  

QARI: - Elə ocağın içində də iyirmi qızıl düy-

mə  və sancaq var. Deməli onlar ocaqda yanmağa 

gəliblər. Qabaqdakı  nə gözəl oğlandır. Yəqin heç 

ağlına da gəlmir ki, bu saat, ocaqda yanıb kül ola-

caq. Ehey, cavan oğlan, bir irəli gəl görək nə istə-

yirsən?! 



(Atəşböcəyi yaxın gəlir) 

ATƏŞBÖCƏYI: - Köpək qarı, yaxşısı budur 

ki, ocağı söndürəsən. Sənin o ocağının içində bu 

saat  əriməyə hazır olan sancaq və düymələri apar-

malıyam. Öz razılığınla olsa sənə ancaq təşəkkür 

edərik. Amma verməsən zorla aparacağıq.  

QARI: - (Bərkdən gülür) Iştahın çox itidir oğ-

lan, məgər sən bilmirsən ki, həmin qızılları ancaq 

ocağın içindən çıxara bilərsən.  Əgər çıxara bilsən, 

buyur apar, halal xoşun olsun, çıxara bilməsən öz 

baxtından küs! 

ATƏŞBÖCƏYI: - Heç kəsdən küsməyə 

vaxtım yoxdur. Günəşin yeganə  nəvəsi Lampacıq 

bu saat həmin qızılların həsrəti ilə göz yaşı tökür. 

Əgər bu sancaq və düymələri aparsam o mənim 

nişanlım ola bilər.  




_______________Milli Kitabxana___________________ 

 

229 



QARI: – Burda səhv edirsən oğlan. Həmin o 

Lampacıq çoxlarına belə tapşırıq verib, mənim 

üstümə göndərib. Indi onların ancaq gülü qalıb. Sən 

isə yaxşısı budur nə  qədər ki, gec deyil çıxıb get 

gəldiyin yerə. Qızıllarım ocaqda yandıqca mən 

ondan ləzzət alıram.  

ATƏŞBÖCƏYI: – Eybi yoxdur, qoy mən 

Lampacığın yolunda həlak olum. Ancaq o qızılları 

çıxarıb aparmalıyam.  

QARI: - Əgər yansan mən təqsirkar deyiləm. 

Yox  əgər qızılları  çıxara bilsən  əlindən almaya-

cağam. Oldu? 

ATƏŞBÖCƏYI: – Əlbəttə oldu? Bundan yaxşı 

nə ola bilər? 



(Atəşböcəyi  əlini ocağın içinə uzadıb qızılları 

çıxardır. Amma ona heç nə olmur.) 

QARI: - Qəribə  işdir. Bəs bu ocaq səni niyə 

yandırmır? 

ATƏŞBÖCƏYI: - Axı  mən Atəşböcəyiyəm. 

Deməli elə özüm də qığılcım kimi bir şeyəm. Məni 

ocaq yandıra bilməz.  

QARI: - Eybi yoxdur, apar o qızılları! Amma 

Lampacığa de ki, bu qızıllar heç kəsə xeyir 

gətirməyib. O da nahaq yerə qızılla bəzənmək fik-

rinə düşüb.  

ƏCINNƏ: - (Heyrətlə Atəşböcəyiyə baxır) 

Yəni doğrudan sənin heç qanadın da yanmadı? 

ATƏŞBÖCƏYI: - Qanadım azacıq yandı. 

Amma bunun bir ziyanı yoxdur.  




_______________Milli Kitabxana___________________ 

 

230 



ƏCINNƏ: - Qardaş, mən ömrümdə sənin kimi 

cəsarətli igid görməmişəm. Bir şeyi yadında saxla 

ki, bu qarının ocağı sehirlidir. Kim ona təmiz 

niyyətlə əl atırsa yanmır. Amma acgözlük məqsədi 

ilə  gələnlərin biri də buradan salamat getməyib... 

Gəl dost olaq. Mən sənin kimi igidləri sevirəm.  

ATƏŞBÖCƏYI: - Axı sən əcinnəsən! 

ƏCINNƏ: - Doğrudur. Amma əcinnələrin də 

hamısı hiyləgər və namərd olmur. Mən səni özümə 

dost seçirəmsə deməli  əqidəcə bir-birimizə uyğu-

nuq.  

ATƏŞBÖCƏYI: - (Əl verir)  Ağıllı sözlər da-



nışırsan. Gəl dost olaq.  

(Birdən qarı yerə  yıxılır. Onun ocağı yavaş – 

yavaş sönür.) 

ATƏŞBÖCƏYI: - Bu nədir? Qarının ocağı 

niyə söndü? 

ƏCINNƏ: - Ona görə ki, dostluq olan yerdə 

belə ocaqlar yana bilməz.  

ATƏŞBÖCƏYI:– Yaşasın dostluq. 

ƏCINNƏ: - Yaşasın! (Onlar bir – birinin əlini 

möhkəm sıxırlar.) 

Pərdə 

III ŞƏKIL 

(Səhnənin ortasında bir maşın dayanıb. Qır-

mızıgöz arxa oturacaqda əyləşib. Ancaq o qədər 

şişib ki, onun maşından çıxmaq imkanı yoxdur. 

Sürücü maşının ətrafında həyəcanla vurnuxur).  

QIRMIZIGÖZ: - Biz hardan gəlirik belə?  




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə