Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə42/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   38   39   40   41   42   43   44   45   ...   89

_______________Milli Kitabxana___________________ 

 

223 



bütün maşınlar dayanır. Ürəyiniz istəyən kimi yolu 

keçə bilərsiniz. Bəs necə? Mən sönməmiş bir 

maşının tərpənməyə ixtiyarı yoxdur.  

Qoyun sizə bir maraqlı əhvalat danışım.  

ÜTÜ: - Bilirsiniz, stolu bəzəmişik və bayaqdan 

sizin yolunuzu gözləyirik.  

QIRMIZIGÖZ: - Eybi yoxdur. Hörmətli qo-

nağı bir az çox gözləmək adətdir. Bunu da bilmə-

lisiniz. Hə, bir dəfə gördüm ki, uzaq tanışlarımdan 

biri yolu keçmək istəyir. Maşınlar isə dzın, trrrı, 

vıjjjı şütüyürlər. O saat gözümü qızartdı. Iki maşın 

özünü saxlaya bilməyib az qaldı ki, bir – biri ilə 

toqquşsun. Amma, bu mənim heç vecimə də deyil-

di. Tanışım yavaş – yavaş adlayıb keçdi. Sonra 

şlyapasını  çıxarıb mənə baş  əydi. Öz aramızda 

qalsın, bu adam dünyanın ən məşhur müğənnisi idi. 

Belə tanışlarım çoxdur. Onlar küçəni yalnız mən 

dayanan yerdən keçirlər. Dünən məşhur bir rəssam 

küçənin tən ortasında qalmışdı.  

Yalvarıb deyirdi: - Kömək əlini uzat, dost! 

O dəqiqə köməyə çatdım. Gözümü maşınlara 

necə  qızartdımsa tormozların xırçıltısından ca-

maatın  əti ürpəşdi. Rəssam bilmədi ki, mənə necə 

təşəkkür etsin. Axırda dedi: - Sənin portretini çəkib 

dünyanın  ən böyük sərgi salonlarından asacağam. 

Siz bilən o belə bir iş görsə  mənim vəzifəmi bö-

yütməzlər? Zarafat deyil, dünya sərgisi! 

ÜTÜ: - (Lampacığa) Qonağımızı tezliklə  ən 

böyük vəzifəyə qoyacaqlar. Onu indikindən də 



_______________Milli Kitabxana___________________ 

 

224 



gözəl bir maşın gəzdirəcək. Təsəvvür edirsinizmi?! 

Nə keyf olacaq! Yəqin ki, o həmişə qara kostyum 

geyinəcək. Bəs necə? 

(Qırmızıgöz Lampacığa tərəf baş əyir.) 

QIRMIZIGÖZ: - Günəşin  ən parlaq nəvəsinə 

ehtiram. Siz necə  də parlaqsınız. Mən ömrümdə 

belə parlaq bir qız görməmişəm.  

ÜTÜ: - (Kənara) Ilahi, necə  də gözəl danışır. 

Adam az qalır ağlını itirsin. 

FIRÇA: - Dayan görək, sənin ağlın hələ bizə 

lazım olacaq. Onu itirməyi məsləhət görmürəm.  

QIRMIZIGÖZ: - Bu parlaq sarayın harasında 

əyləşə bilərik? 

ÜTÜ: - Ay allah, başımı itirmişəm. Hörmətli 

qonaq, bax bu otağa keçin. Orada sizə layiq 

qonaqlar var.  

(Qırmızıgöz qonşu otağa keçir.) 

ÇIRAQ nənə: - Bu cür parlaq nitqlər söyləyən 

adamlardan zəhləm gedir.  

LAMPACIQ: - Yox, yox nənəcan, görmədin, 

o, nə qədər də mədənidir. Hamının qüsurunu o saat 

görür.  


ÇIRAQ nənə: - Başqasının qüsurunu görmək 

azdı, adam gərək öz qüsurunu görsün.  



(Ütü tez – tez qonşu otağa yemək – içmək 

daşıyır.) 

ÜTÜ: - Ilahi, nə  qədər də  mədənidir.  Əgər 

yalan desəm bu gözəl burnumdan məhrum olum. O 

artıq yeddi şiş kabab, iyirmi bir şüşə su içib. Elə 




_______________Milli Kitabxana___________________ 

 

225 



gözəl yeyir ki, adam heyran qalır. O saat bilirsən ki, 

bu adamı böyük qulluqlar gözləyir.  



(Lampacıq yenə  də saçlarını daramaqla 

 

məşğuldur.) 

ÇIRAQ nənə: - Sən yenə də saçlarınla oynayır-

san? Sənin bu bekarçılığın lap məni təngə gətirib. 

LAMPACIQ: - Nənəcan, hörmətli qonağımız 

bir azdan gedəcək. Birdən saçlarım qaydasında 

olmasa gör nə biabırçılıq olar. (Fırça tələsik gəlir) 

FIRÇA: - Ütü, ay ütü!  

ÜTÜ: - Canına azar! 

FIRÇA: - Sənin azar sözün də  mənim üçün 

əzizdir. Amma indi vəziyyət çox ciddidir.  

ÜTÜ: - Nə olub ki? 

FIRÇA: - Bilirsən, qonağımızın halı pisdir.  



(Lampacıq bir anlıq işini yarımçıq qoyub 

həyəcanla qışqırır) 

LAMPACIQ: - Necə yəni pisdir? 

FIRÇA: - Yox siz qətiyyən həyəcanlanmayın. 

Pisdir deyəndə ki, mən aşağı başda oturub onun 

necə gözəl yediyinə baxırdım. Bu mədəni adam o 

qədər gözəl yeyirdi ki, sadəcə olaraq ona baxma-

maq mümkün deyildi.  

LAMPACIQ: - Uzatma! 

FIRÇA: - Hə, birdən bekarçılıqdan başladım 

onun yediklərini hesablamağa! Məlum oldu ki, on 

yeddi  şiş kabab, iyirmi bir çolpa qızartması, otuz 

yeddi  şüşə Badamlı  və başqa xırda  şeylər yeyib 




_______________Milli Kitabxana___________________ 

 

226 



içdi. Doğrusu mən ancaq yüzəcən saya bildiyim 

üçün daha arxasını hesablaya bilmədim.  

ÜTÜ: - Mən ömrümdə belə mədəni adam gör-

məmişəm. Adam az qalır ağlını itirsin.  

FIRÇA: - Məsələ burasındadır ki, indi qona-

ğımız yerindən tərpənə bilmir. Onu yerindən 

qaldırmağa azı üç pəhləvan lazımdır.  

LAMPACIQ: - Bəs niyə gözlərini döyürsən, 

çıx gör kimi tapırsan. Çətini maşınına mindirməkdi, 

sonra çıxıb gedər və hər şey də qaydasına düşər.  



(Fırça gedir) 

ÇIRAQ nənə: - Sizin bu qonağınız doğrudan 

da çox mədəni imiş.  

LAMPACIQ: - Gördün, nənə, amma sən 

inanmırdın.  

(Fırça üç pəhləvanla daxil olur.) 

FIRÇA: - Maşını arxa qapıya sürdürmüşəm ki, 

yaxın olsun.  

(Lampacıq etiraz etmək istəyir. Amma bir söz 

demir.) 

Fırça ilə  pəhləvanlar qonşu otağa keçir. Bir 

azdan oradan boğuq bir bağırtı eşidilir.  

QIRMIZIGÖZ: - Bir az mədəni olun. Az qala 

qol – qabırğamı sındırmışdınız.  

 

Pərdə 



II ŞƏKIL 

 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə