Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə41/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   37   38   39   40   41   42   43   44   ...   89

_______________Milli Kitabxana___________________ 

 

219 



mənim qızıl sancağımı tapın. Yoxsa saçlarım bu 

saat dağılacaq və onda yəqin ki, ürəyim 

partlayacaq. 

ATƏŞBÖCƏYI: – Nə danışırsınız? Məgər 

mən qoyaram ki, sizin ürəyiniz partlasın. Bu saat. 

(Əyilib sancağı yerdən götürür və Lampacığa 

verir.) Lampacıq saçlarını düzəldə - düzəldə onunla 

söhbət edir.  

LAMPACIQ: - Deməli mənimlə dost olmaq 

istəyirsiniz? 

ATƏŞBÖCƏYI: - Bəli, mən sizi yuxuda gör-

müşəm. Gördüm ki, qəşəng bir güzgünün qaba-

ğında əyləşib sarı və yaraşıqlı saçlarınıza baxırsınız. 

O saat da qərara aldım ki, hökmən sizi tapıb dost 

olmaq təklifimi deyim. Deyin, siz mənim nişanlım 

ola bilərsinizmi? 

LAMPACIQ: - Əgər mənə iyirmi qızıl sancaq 

və iyirmi qızıl düymə gətirsəniz bu barədə fikirləş-

mək olar.  

ATƏŞBÖCƏYI: - Iyirmi düymə  və sancaq 

istəyirsiniz? 

Bu qədər sancaq və düyməni neynirsiniz? 

LAMPACIQ: - Mən parlaq geyinməyi sevi-

rəm. Bir də ki, o Qırmızıgözün acığına bəzənəcə-

yəm. Qoy hirsindən onun Qırmızı gözləri bir az da 

qızarsın.  

ATƏŞBÖCƏYI: -  Qırmızıgöz kimdir?  

LAMPACIQ: - Dörd yol ayrıcında dayanan 

Işıqforu görmüsən? Bax həmin işıqforun qırmızı 



_______________Milli Kitabxana___________________ 

 

220 



gözünü deyirəm. O da özünü günəşin nəvəsi hesab 

edir. Bir özünü dartır ki, gəl görəsən. Bu günlərdə 

bizə qonaq gələcək. Əgər o gələnə kimi bu sancaq 

və düymələri gətirib çıxarsan, olar əla.  

ATƏŞBÖCƏYI: - Onda icazə verin mən gedib 

qızıl sancaq və düymələri axtarım.  

LAMPACIQ: - Əlbəttə, yolçu yolda gərək! 

ÇIRAQ nənə: – Ay bala, qonağı beləmi yola 

salırlar? 

ATƏŞBÖCƏYI: - Bu kimdir? Deyəsən göydə 

əyləşib hə?! 

LAMPACIQ: - Çıraq nənədir də! Dünyanın ən 

ədalətli nənələrindən biridir. Ədalətli olduğu üçün 

üzündən həmişə nur tökülür.  

ATƏŞÖCƏYI: - Başa düşdüm. Deməli biz 

hərdən ədalətsiz iş gördüyümüz üçün heç də həmişə 

işıq saçmırıq. Amma Çıraq nənə həmişə işıq saçır.  

(Atəşböcəyi Çıraq nənəyə baş əyir) 

Salamat qal nənəcan! Bu yaxınlarda hökmən 

yenə də görüşərik.  

ÇIRAQ nənə: - Sağ ol, oğlum! Ancaq sən bu 

qədər qızıl düymə sancağı yalnız  Ərk dağının  ətə-

yində ocaq qalayıb bütün dünyanı yandırmaq istə-

yən Qarının ocağından tapa bilərsən! Getmə, oğ-

lum! Əllərini, qanadlarını yandırarsan! 

ATƏŞBÖCƏYI: - Nənəcan qoy mənim əllərim 

və qanadlarım Lampacığın yolunda məhv olsun. 

Çoxlu dostlarım var. Hərəmiz bircə düymə - sancaq 

gətirsək Lampacığı təpədən dırnağa bəzəyəcəyik.  




_______________Milli Kitabxana___________________ 

 

221 



ÇIRAQ nənə: - Özünü qoru oğlum! Hər parıl-

dayan işıq adama xoşbəxtlik gətirmir! 

ATƏŞBÖCƏYI: - Nigaran olma, nənə 

(Hər ikisinə baş  əyib çıxır. Ütü daxil olur. 

Burnunu göyə tutub xeyli dinşəyir.)  

ÜTÜ: - Nənəmin uzun və yaraşıqlı burnuna 

and olsun ki, bu saat qonağımız gələcək.  

(Maşın fiti eşidilir. Ütü çölə baxıb qayıdır) 

ÜTÜ: - Ilahi nə gözəl maşındır. Uzun və qara 

maşından bir oğlan düşdü ki, az qaldı  ağlım 

başımdan çıxa.  



(Fırça daxil olub həyəcanla qışqırır) 

FIRÇA: - Qırmızıgöz gəlir. Qırmızı paltarda o, 

dünyanın  ən güclü pəhləvanlarından da qəşəng 

görünür.  

ÜTÜ: - Mən ömrümdə bu gözəllikdə  oğlan 

görməmişəm.  

FIRÇA: - Dayan görək, sən də kimi görürsən

tərifləyirsən. Bayaq Atəşböcəyini də dünyanın  ən 

gözəl oğlanı hesab edirdin.  

ÜTÜ: - Atəşböcəyi əlbəttə gözəl idi. Hətta onu 

görəndən sonra ağlımın çoxu başımdan çıxıb.  

FIRÇA: - Yaxşı fikirləş, bəlkə başımdan çıxan 

başqa şey imiş.  

ÜTÜ: - Necə, sən mənə ağılsız deyirsən? Indi 

görərsən! 

Bir də mənim adımı dilinə gətirmə! 

FIRÇA: - Canım, balaca bir zarafat idi, elədim 

necə də dəymədüşər olmusan.  




_______________Milli Kitabxana___________________ 

 

222 



(Qırmızıgöz daxil olur. O qırmızı paltardadır. 

Ağır addımlarla irəli gəlib Ütüyə  və  Fırçaya uzun 

bir nəzər salır.) 

QIRMIZIGÖZ: - Belə güman etmək olar ki, 

siz məni tanıyırsınız. Dörd yolun tən ortasında 

dayanıb camaatın həyatını  təhlükədən qoruyan bir 

adamı güman edirəm ki, hamı tanıyır.  

ÜTÜ: - Əlbəttə, tanıyırıq. Hətta o qədər yaxşı 

tanıyırıq ki, o qədər yaxşı tanıyırıq ki... (Sözünün 

dalını gətirə bilmir!) 

FIRÇA: - O qədər yaxşı tanıyırıq ki, 

özünüzdən də yaxşı.  

QIRMIZIGÖZ: - Afərin! Amma sizin nöqsan-

larınızı deməyi özümə borc bilirəm.  Əvvala gərək 

maşın dayanan kimi özünüzü yetirib qapıları açay-

dınız. Bu bir mədəniyyətdir. Hörmətli qonağı gərək 

belə qarşılayasan və deyəsən: - Xoş gəlibsiniz. Bu-

yurun, bayaqdan sizi gözləyirik! 

ÜTÜ: - Biabır olduq. Adi şeyləri bilmirmişik.  

QIRMIZIGÖZ: - Sonra gərək qonağın maşın-

dan düşməyinə kömək edəydiniz. Belə  şeyləri hər 

adam bilməlidir! 

FIRÇA: - Siz allah bağışlayın. Biz sadə adam-

larıq ömrümüzdə sizin kimi qonaqları  qəbul etmə-

mişik.  


QIRMIZIGÖZ: – Öyrənmək heç zaman gec 

deyil! 


Bir şeyi də bilin ki, mən piyadaların ən yaxın 

dostuyam. Elə ki, gözlərimi qızardıram. O saat 




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə