Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə44/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   40   41   42   43   44   45   46   47   ...   89

_______________Milli Kitabxana___________________ 

 

231 



SÜRÜCÜ: - Lampacıqgildən. Çıraq nənənin 

nəvəsi Lampacıqgildən. Siz o qədər mədəni yediniz 

ki. axırda belə bir əngələ düşdük.  

QIRMIZIGÖZ: - Dayan, dayan, Lampacıq! O 

hansı lampacıqdır elə? Hə, dedin, axı, Çıraq nənə! 

Biz ora nəyə getmişik, hə?  

SÜRÜCÜ: - Siz Lampacığa təklif etmək 

istəyirdiniz ki, nişanlınız olsun.  

QIRMIZIGÖZ: - Hə, hə, yadıma gəlir! Sonra 

nə oldu? Mən həmin o təklifi etdimmi!? 

SÜRÜCÜ: - Bilirsiniz, iş elə tərs gətirdi ki, de-

yəsən Lampacıq sizin tamam yadınızdan çıxdı. O 

cür ləzzətli xörəklərin yanında Lampacığa deyə-

cəyiniz söz boş  şey idi. Mən ömrümdə bu qədər 

gözəl qonaqlıq görməmişdim.  

QIRMIZIGÖZ: - Sürücü olsan da, ağlın var! 

Doğrudan da yaxşı qonaqlıq idi. Amma elə bil mən 

xeyli şişmişəm axı! 

SÜRÜCÜ: - Siz doğrudan da çox yediniz. Əsil 

kişi kimi! Amma maşından düşmək bir az çətin 

olacaq.  

QIRMIZIGÖZ: - Bəs indi biz neyniyək burdan 

necə çıxaq? 

SÜRÜCÜ: - Usta Həsənə xəbər göndərmişəm. 

Bu saat harda olsa özünü yetirəcək və yəqin ki, sizi 

maşından çıxartmaq üçün ağıllı bir təklif verəcək.  



(Bu zaman çoxlu Atəşböcəyi səhnəyə daxil 

olur. Onların hərəsinin  əlində bir qızıl sancaq və 

düymə var.) 


_______________Milli Kitabxana___________________ 

 

232 



QIRMIZIGÖZ: - Bunlar kimdi belə?  

SÜRÜCÜ: - Bu qabaqda gələn Atəşböcəyi 

Lampacıqla dost olmaq istəyir. Onun tapşırığını 

yerinə yetirib və  yəqin ki, bu saat Lampacığın 

yanına gedir.  

QIRMIZIGÖZ: - Ehey, Atəşböcəyi, de görüm 

hardan gəlirsən? 

(Atəşböcəyi əvvəl Qırmızıgözü görmür.) 

ATƏŞBÖCƏYI: - Bu səs hardan gəlir? 

SÜRÜCÜ: - Ədə, bu yekəlikdə kişini gör-

mürsən? Bir az çox yediyi üçün yerindən tərpənə 

bilmir. Onu da bilməlisən ki, Lampacığa layiq bir 

zatdır.  

ATƏŞBÖCƏYI: - Mən sizi dinləyirəm! 

QIRMIZIGÖZ: - Bu nə yaman mədəni oğlan-

mış. Bura bax, düşüb dilini dibindən qopardaram.  

ATƏŞBÖCƏYI: - Mənim dilimin sizə  nə 

ziyanı dəyib ki? 

QIRMIZIGÖZ: - Hələ bir danışırsan da. Bir də 

o Lampacıq tərəfə  hərlənsən səni öz qığılcımımla 

yandıraram.  

ATƏŞBÖCƏYI: – Axı  gərək ki, siz heç 

maşından düşə bilmirsiniz!  

QIRMIZIGÖZ: - (Nə  qədər  əlləşirsə yerindən 

tərpənə bilmir) 

Heyf ki, doğru deyirsən. Yaxşı de görüm barı 

Lampacığın tapşırığını yerinə yetirə bilmisən? 

ATƏŞBÖCƏYI: - Əlbəttə! Dostlarımın hərəsi 

ona bir qızıl sancaq  və bir düymə aparır.  



_______________Milli Kitabxana___________________ 

 

233 



QIRMIZIGÖZ: - Ay sizin, yaramazlar. Əgər 

mən dayanan küçədən yolu keçsəniz sizin hamınızı 

maşınlara əzdirəcəyəm.  

Atəşböcəkləri əl - ələ tutub maşının dövrəsinə 

hərlənir və oxuyurlar: 

 

Yeməkdən şişib Qırmızıgöz 



Maşında bişib Qırmızıgöz! 

Çağırın usta Həsəni 

Dəmir – dümür kəsəni. 

Ustalıqda lap naşıdı 

Alətləri bir maşındı. 

Gəlib çıxartsın onu 

Bir yana atsın onu. 

(Maşın səsi gəlir. Usta Həsən daxil olur).  

USTA HƏSƏN: - Yaxşı oldu ki, burada çox-

sunuz. Uşaqlar, kömək edin alətləri maşından 

boşaldaq! 

SÜRÜCÜ: - Yəni alətlər bu qədər çoxdu? 

USTA HƏSƏN: - Bir yük maşını ağzına kimi 

alətdir.  

SÜRÜCÜ: - Pah atonnan bu qədər də alət 

olar? Vura bilməyən həmişə daşın yekəsindən 

yapışır.  

USTA HƏSƏN: - Uşaqlar, vaxt yoxdu. Tez 

olun kömək edin.  

(Hamı  səhnədən çıxır və bir azdan hərənin 

əlində bir çəkic, mişar belə    belə alətlər daxil 

olurlar. Alətlər bir – birinin üstünə qalalanır.) 



_______________Milli Kitabxana___________________ 

 

234 



ATƏŞBÖCƏYI: - Uşaqlar, qoy usta öz işini 

görsün. Yəqin ki, Lampacıq mənim yolumu göz-

ləyir. Gedək! 

QIRMIZIGÖZ: - Görüm bu qarnımı  lənətə 

gəlsin! 

(Usta Həsən qələmi qulağının dibinə keçirib 

maşının ətrafında hərlənir.) 

SÜRÜCÜ: -  (Sevincək) Usta Həsənin qələmi 

ki, getdi qulağının dibinə deməli işlər düzəldi! 

USTA HƏSƏN: - Gəl bir kömək elə görək. 



(Sürücü ilə Usta Həsən Qırmızıgözün 

qolundan dartırlar. Amma onu yerindən tərpədə 

bilmirlər.) 

USTA HƏSƏN: - Bu zəhrimarları bir az, az 

yeyəydi də! Indi biz neyniyək? 

SÜRÜCÜ: - O, əsil kişi kimi yedi. Özü də zəh-

rimar yox, əntiqə yeməklər idi. Amma neyniyəsən 

ki, iş tərs gətirdi.  

ÜSTA HƏSƏN: - Maşının damı  kəsilməlidir. 

Özü də lap tez. Yoxsa kişi tələf ola bilər.  

SÜRÜCÜ: - Nə danışırsan, canım, bu gözəllik-

də maşını necə kəsək? Özü də xalis dəmirdəndir. 

USTA HƏSƏN: - Dəmirin eybi yoxdur. Iyirmi 

bir dəmirkəsənim var. Birtəhər kəsərik. Amma 

gərək sən də kömək edəsən.  

(Onlar dəmirkəsənlə maşının damını kəsirlər.) 

QIRMIZIGÖZ: - Bura bax, usta, birdən maşı-

nın əvəzinə mənim başımı kəsərsən ha. Onda yəqin 

ki, səni öldürərəm.  




_______________Milli Kitabxana___________________ 

 

235 



USTA HƏSƏN: - Yox, bu saat sənin başın bi-

zə lazım deyil. Əsas məsələ maşının damını  kəs-

məkdir. Sənin başının məsələsinə hələ baxacağıq.  

QIRMIZIGÖZ: - Bu nə danışır ə! Yoxsa məni 

öldürmək istəyirsən. Ay havarrr! 

USTA HƏSƏN: - Dayan görək. Səni xilas et-

mək istəyirik. Belə bir hörmətli adamı kim öldürə 

bilər? 


(Maşının damını bir kənara qoyur. Sürücü ilə 

Usta Həsən Qırmızıgözü maşının damından 

çıxartmaq istəyirlər. Amma onlara məlum olur ki, 

havayı zəhmət çəkirlər.) 

USTA HƏSƏN: - Mən bilən qaldırıcı kran 

lazım olacaq.  

SÜRÜCÜ: - Nə danışırsan? Qaldırıcı kran ki-

şini parça – parça eləyər ki. Bəs onda mənim hör-

mətli rəisim kim ola bilər? (Ağlayır) 

Lay – lay, Qırmızıgöz laylayyyyy! 

USTA HƏSƏN: - Ədə burada nə şivən qopar-

mısan belə. Bu zalım oğlu yeyəndə yanında deyil-

din? Qoymayaydın bu qədər yeməyə! Vay səni gör-

məmiş sahibi, evin yıxılsın! 

SÜRÜCÜ: - Görməmiş deyildi ey! O kişi kimi 

yediyi üçün beləcə şişdi.  

USTA HƏSƏN: - Bir halda ki, qaldırıcı kran 

gətirmək istəmirsən gərək onda maşının qabaq 

yarısını söküb tullayaq! Bəlkə onda bu kişi azadlığa 

çıxa bilə! 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə