Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə46/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   42   43   44   45   46   47   48   49   ...   89

_______________Milli Kitabxana___________________ 

 

240 



FIRÇA: - Heç nə başa düşmürəm. Sən bu 

Qırmızıgözdən ötrü yaman canfəşanlıq edirsən. 

USTA HƏSƏN: - Ütü, əgər etiraz etməsəydin 

sənin tellərindən bir neçəsini qopardıb ona calaq 

edərdim. Sökəndə  əsəb tellərini bir balaca xarab 

etmişəm.  

QIRMIZIGÖZ: - Plov qazanını bəri ötürün! 

ÜTÜ: - Ilahi o hələ də yemək istəyir, əsil kişi 

kimi! 

FIRÇA: - Elə bu kişini öldürən sən olmadın? 



Nə istədi ikiqat gətirdin. Axırda yazığı beləcə 

bədbəxt etdin. 

ÜTÜ: - Kəsin, mənim bütün əsəb tellərimi ona 

calayın, təki  əvvəlki kimi işıq saçsın. Onun necə  də 

böyük arzuları var idi. Dünya sərgisi, gözəl maşınlar.  

FIRÇA: - Yavaş ye, boğazında qalar.  

USTA HƏSƏN: - Qoy bir – iki alət götürüm, 

sənin əsəb tellərini onunkuna yamayım.  

FIRÇA: - Ay usta, bəs bunun öz əsəbləri nə ol-

sun?  əsəb telləri xarab olsa uzun burnunu soxma-

dığı yer qalmayacaq.  

USTA HƏSƏN: - Onunkunun eybi yoxdur.  



(Alətləri götürüb işə başlayır.Ütü yavaş – 

yavaş huşunu itirir.) 

ÜTÜ: - Qırmızıgözü xüsusi maşınlar gəzdirə-

cək. Dünya sərgisi, plov qazanları, mineral sular.  

QIRMIZIGÖZ: - Mənə fanta verin, özü də 

mümkün qədər tez.  



_______________Milli Kitabxana___________________ 

 

241 



USTA HƏSƏN: - Kişi, bir az iştahanı bas də. 

Hələ ütünün əsəblərini sənə yamayıram. Bir azdan 

diriləcəksən.  

FIRÇA: - Bu dünya necə də ədalətsizdir. Lam-

pacıq orada stolun üstündə qalıb, biz burada gör nə 

edirik.  

ÜTÜ: - Dünya sərgisi plov qazanları, hi, hi, 

hi... 


USTA HƏSƏN: - Işə düşdük ki, bu deyəsən 

lap dəli olacaq.  



(Fırça əl – ayağa düşür.) 

FIRÇA: - Usta, nə lazımdırsa edin. Ütünü xilas 

etmək lazımdır. Görüm bu Qırmızıgözü lənətə 

gəlsin.  

QIRMIZIGÖZ: - Işıqları söndürün, gözlərim 

qamaşır.  

USTA HƏSƏN: - Bunların içində adam dəli 

olar.  


FIRÇA: - Mənim  əsəb tellərimi Ütününkünə 

calamaq olmaz? 

USTA HƏSƏN: - Yox, sən dəmir deyilsən axı. 

Dayan görək, ona da bir çarə taparıq.  

ÜTÜ: - (Mahnı oxuyur.) 

Gözəl dünya, gözəl dünya

Səni olasan xəzəl dünya! 

QIRMIZIGÖZ: - Mənə bozbaş verin! 

USTA HƏSƏN: - Yox daha mən dözə bil-

mirəm. (Qaçır.) 

Sürücü ilə Fırça onu qovurlar.  



_______________Milli Kitabxana___________________ 

 

242 



SÜRÜCÜ: - Hara qaçırsan? Qırmızıgözü xilas 

etməsən buraxmaram.  

FIRÇA: – Ütü sağalmasa özümü öldürərəm! 

(Onlar Usta Həsəni bir neçə dövrə  səhnədə 

qovurlar. Axırda səhnədən çıxırlar.) 

Pərdə 

V ŞƏKIL 

Gecədir. Çıraq nənə yanmır. Onu ay işığı 

parıldadır.  

Səhnənin bir tərəfində elə  əvvəlki yerində 

Lampacıq əyləşib. Onun üst – başı qızıl düymə və 

sancaqla doludur. Səhnənin başqa küncündə elan 

asılıb. Elan elə qoyulub ki, tamaşaçılar oxuya 

bilsin.  

“Siçanların bu evə girməsi qadağandır!” 

Siçan bəy və qoşunları elanın qarşısında 

dayanıblar.  

SIÇAN bəy: - Bu elan harda çıxdı?  (Höccəl-



ləyə-höccəlləyə oxuyur.) “Siçanların bu evə girməsi 

qadağandır!” Demək belə!  (Çömbəltmə  əyləşib 



şlyapasını dizinə keçirir, dərin fikrə gedir.)  

I ƏSGƏR SIÇAN: - Mən elə əvvəldən bilirdim 

ki, bizim başçımız çox ağıllı siçandır. 

II ƏSGƏR SIÇAN: - Mən ömrümdə bu qədər 

dərin düşüncəli bir başçı görməmişəm. Hələ  sən 

onun  şlyapasına bax. Görünür şlyapa dizdə olanda 

başa ağıllı fikirlər gəlir.  

I ƏSGƏR SIÇAN: - Bəs nə bilmişdin? 




_______________Milli Kitabxana___________________ 

 

243 



(Siçan bəy elanı yavaş – yavaş yeməyə 

başlayır.) 

II  ƏSGƏR SIÇAN: - Görün nə  qədər 

savadlıdır ki, yeyə - yeyə oxuyur. 

I ƏSGƏR SIÇAN: - Bəs nə bilmişdin. Elanın 

dadından da çox şeyi bilmək olur.  

(Elanı tamam yeyib qurtarandan sonra bütün 

qoşun iki dəfə “ah” və bir dəfə “uf” deyib Siçan 

bəyə baxır.) 

SIÇAN bəy: – Mən ömrümdə bu dadlılıqda 

elan yeməmişdim. Olduqca ləzzətli elan idi. 

(Əsgərlərə əmr verir.) 

Sıraya düzlən!  (Siçanlar bir – birinin 



quyruğundan yapışır.) 

Mətbəxə hücuma hazırlaş! Bir dayanın görək. 

Bəlkə  mən ehtiyatla içəri boylanım görüm nə var, 

nə yox! 


II  ƏSGƏR SIÇAN: - Siz bir ondakı  cəsarətə 

baxın! 


I  ƏSGƏR SIÇAN: - Bəs necə, hələ indi 

bilirsən? Bizim Siçan bəy çox cəsarətlidir! 

SIÇAN bəy: - Ardımca irəli! Siçanlar bir – 

birinin ardınca içəri daxil olurlar.  

SIÇAN bəy: - (Lampacığa) sizi salamlamaq 

xoşbəxtliyinə nail olduğum üçün məmnunam. 

Bütün qoşunumla sizin hüzurunuza gəlmişəm. Əmr 

verin  əsgərlərim yerbəyer olsunlar. Sizinlə dost 

olmaq istəyirəm. Təklifimi qəbul etsəniz özümü 

dünyanın xoşbəxti hesab edərəm.  




_______________Milli Kitabxana___________________ 

 

244 



LAMPACIQ: - (Tələsik güzgüyə baxıb saç-

larını  sığallayır.)  Nə olar, əgər dost olmaq istə-

yirsinizsə buyurun. Ancaq bir şərtim var. Mənimlə 

dost olmaq istəyən gərək iyirmi qızıl sancaq və 

düymə  gətirsin.  Əgər bu işi görə bilərsinizsə 

dostluğunuzu qəbul etmək olar.  

(Lampacıq danışdıqca Siçan bəy onun paltarını 

çeynəyir, qızıl düymə və sancaqlarını yerə tökür, o 

biri siçanlar daşıyır.  

SIÇAN bəy: - Paltarları çox dadlıdır. Dost 

olmağına dəyər.  

I  ƏSGƏR SIÇAN: - (Küçədən həyəcanla 

Siçan bəyə  tərəf yüyürür.) Bu evdə bizə müharibə 

elan olunub! (Tövşüyə - tövşüyə baş  əyir və 



söhbətini davam etdirir.) Bax  o küncdə parlaq bir 

şey var. Amma olduqca vahiməlidir. Dodaqlarımızı 

yandırır. Qoşunun xeyli hissəsinin dişi sıradan 

çıxıb.  


SIÇAN bəy: - Müharibə? Bircə bu çatmırdı! 

II ƏSGƏR SIÇAN: - Indi biz neyliyək? 

SIÇAN bəy: - Mühasirəyə almalı! 

I ƏSGƏR SIÇAN: - Dəniz quldurlarıdır. Baxın 

gəminin sivri burnunu görmək o qədər də  çətin 

deyil.  


SIÇAN bəy: - Bəli bu dəhşətli bir ağ gəmidir. 

Özü də deyəsən hardansa isti ölkələrdən gəlir. Ada-

mın burnunu yandırır. Tezliklə bu dəhşətli evdən 

uzaqlaşmaq lazımdır.  (Şlyapasını  çıxarıb Lam-



pacığa baş əyir.) 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə