Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə47/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   43   44   45   46   47   48   49   50   ...   89

_______________Milli Kitabxana___________________ 

 

245 



LAMPACIQ: - Siz olduqca ləyaqətlisiniz. 

(Siçanların ağ  gəmi hesab etdikləri o parlaq 

şey yerindən tərpənir. Məlum olur ki, bu Ütüdür.) 

ÜTÜ: - Bəh – bəh mənim ləyaqətli dostlarıma 

bax. Tez olun buradan cəhənnəm olun. Bəs elan 

oxumamısınız. Siçanların bu evə girməsi qadağan-

dır. Bir də hansınızı burada görsəm öldürəcəyəm.  

(Siçan bəy  şlyapasını  çıxarıb ona da baş  əyir 

və səhnədən çıxır.) 

ÜTÜ: - (Lampacığa) De görüm dünyanın  ən 

gözəl oğlanlarından biri olan Atəşböcəyini hara 

göndərmisən? 

LAMPACIQ: - Qızıl kəmər və gümüş ayaq-

qabı dalınca. Bilirsən o necə qoçaq oğlandır. Belə 

şeyləri tapmaq onun üçün o qədər də çətin deyil.  

Amma heç demədin, Qırmızıgözün axırı  nə 

oldu? 

ÜTÜ: - Usta Həsən yazığı bir kökə saldı ki, 



daha dörd yolun birləşdiyi yerdən heç yana gedə 

bilməz. Sürücü isə necə hirsləndisə təqaüdə çıxdı.  

LAMPACIQ: - Heyf Qırmızıgözdən çox mə-

dəni adam idi.  

ÜTÜ: - Ay qız bəs sənin qızıl düymə san-

caqların hanı? Bayaqdan heç fikir vermirəm.  



(Lampacıq yalnız indi başa düşür ki, Siçan bəy 

onların hamısını aparıb.) 

LAMPACIQ: - Ilahi, mənim qızıl düymə - 

sancaqlarım necə oldu? 

SİÇAN bəy, səni görüm lənətə gələsən! 




_______________Milli Kitabxana___________________ 

 

246 



ÜTÜ: - Bəlkə də Usta Həsən bu işlərə bir ən-

cam çəkə bilər. Yoxsa yazıq Atəşböcəyi nişanlısını 

bu cür görsə ürəyi gedər. Qaçım Usta Həsənin 

dalınca. (Gedir.) 



(Siçan bəy daxil olur.) 

SIÇAN bəy: - Getdi! Bayaqdan bunu gözləyi-

rəm ki, çıxıb cəhənnəm olsun.  

(Indi stolun üstündə adicə bir stolüstü lampa 

görünür.) 

Siçan bəy onun bütün paltarlarını  gəmirir və 

yalnız dəmirləri qalır.  

SIÇAN bəy: - Bu başqa məsələ! Indi daha 

qorxulu deyilsən. Bayaq elə parıldayırdın ki, bütün 

siçanları qorxudurdun.  



(Ütü daxil olur.) 

ÜTÜ: - Görün bir bu yazıq nə kökə düşdü. 

Daha onu zibilliyə atmaqdan başqa  əlac qalmayıb. 

Yazıq Lampacıq! Gör bir axırın nə oldu. 

Atəşböcəyi və onun dostları daxil olur. Onların 

əlində gümüş ayaqqabı və qızıl kəmər var.  

ATƏŞBÖCƏYI: - Deyin görüm Lampacıq 

hanı? 


ÜTÜ: - (Göz yaşını silir) Yazıq Lampacıq 

etibarsız Siçan bəyin dostluğuna inanıb məhv oldu. 

Biz də onun məftillərini aparıb tulladıq.  

ATƏŞBÖCƏYI: - Nə danışırsınız? Necə  yəni 

tulladıq? Məgər biz ölmüşük ki, dostumuzu tullaya-

lar. Dostlar, tezliklə Lampacığın yadigar məftilləri 

tapılmalıdır.  



_______________Milli Kitabxana___________________ 

 

247 



(Atəşböcəkləri axtarmağa başlayırlar.) 

ÜTÜ: - Ilahi, nə qədər də möhkəm dostlardır.  

Atəşböcəklərindən biri Lampacığın sarı 

məftillərini tapıb gətirir.  

ATƏŞBÖCƏYI: - Budur bax, bu da onun 

məftilləri.  

Dostlar təcili Usta Həsəni tapmaq lazımdır.  

USTA HƏSƏN: - Usta Həsən sizə qurban 

olsun, mən bayaqdan elə zibilliyi axtarırdım görüm 

əlimə  nə keçir. Hər  şeyi ora atırlar. Amma başa 

düşmürlər ki, Usta Həsən də var və Usta Həsən hər 

ustanın tayı deyil.  

ATƏŞBÖCƏYI: - Usta tezliklə Lampacığı dü-

zəldib  əvvəlki halına salmalısınız. Bax bu qızıl 

kəməri əvvəlcədən sizə bağışlayıram.  

USTA HƏSƏN: - Oğul, mənə  qızıl-mızıl la-

zım deyil. Bu saat sənin dostunu həyata qaytararam.  

(Fırça daxil olur.) 

FIRÇA: - Indicə dörd yoldan keçirdim, Qır-

mızıgözü gördüm. Elə  əvvəlki kimi sağlamdır. 

Hamınıza salam göndərdi. Dedi ki, Atəşböcəyinə 

mənim xüsusi salamımı yetirin. Dedi ki, Atəşböcəyi 

onu həyata qaytarıb.  

ÜTÜ: - Necə? 

FIRÇA: - Sən demə onun qırmızı lampası 

yanıbmış  və belə lampalar ancaq Ərk dağının 

ətəyindəki ocaqda olurmuş. Atəşböcəyi Lampacığa 

qızıl sancaq və düymələri gətirəndə necə  əziyyət 



_______________Milli Kitabxana___________________ 

 

248 



çəkibsə, bu dəfə  də eləcə  əziyyətə qatlaşıb, gedib, 

həmin lampanı tapıb gətiribmiş.  

USTA HƏSƏN: - (Bir an əlindəki işini saxla-

yıb söhbətə qarışır.) Siz həmin əhvalatı məndən so-

ruşun.  Əgər Atəşböcəyi və onun dostu əcinnə ol-

masaydı dostunuz Qırmızıgöz  əbədi olaraq qırmızı 

gözündən məhrum olmalı idi.  

ÜTÜ: - Sağ ol Atəşböcəyi sən əsl dostsan. 

USTA HƏSƏN: - Bu da sizin Lampacıq. An-

caq daha o yana bilməz. Çünki çox şeyini söküblər.  

ATƏŞBÖCƏYI: – Yana bilər, usta! Bu işinə 

görə də sağ ol! 

Ey mənim dostum olan Atəşböcəkləri, kim 

özünü dost bilirsə Lampacığın içinə girib orada işıq 

saçmalıdır. Qoy uzaqdan baxanda onun yan-

madığını bilən olmasın.  

(Atəşböcəyi və onun dostları səhnədən çıxırlar. 

Bir azdan səhnə qaranlıqlaşır və uzaqdan Lampa-

cığın parladığı görünür.  

ÇIRAQ nənə: - Lampacıq yanır. Amma o, 

lampa ola bilmədi. Lampa olmaq üçün gərək insan-

larla həqiqi dost olasan.  

Musiqi 

 

Pərdə 



 

 

 



 


_______________Milli Kitabxana___________________ 

 

249 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

   (Məktəb səhnəsi üçün pyes) 

 

 

 



 

 

 



 

 

 



I ŞƏKIL 

 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə