Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə55/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   51   52   53   54   55   56   57   58   ...   89

_______________Milli Kitabxana___________________ 

 

282 



adamlara şeir, hekayə yazdır, nə bilirsən elə, onsuz 

da “Azərbaycan uşaq ədəbiyyatı yoxdur!” 

Bu fikri şüara çevirənlərə gərək deyək ki, ay 

qardaşlar, Azərbaycanda uşaq  ədəbiyyatı var, onu 

təkcə böyük vətənimizdə deyil, hətta xaricdə  də 

qiymətləndirirlər. Sadəcə olaraq, zəhmətə qatlaşıb 

onu oxumaq, yaxşını pisdən seçmək lazımdır. Xalq 

şairimiz Rəsul Rza “Uşaqlar üçün şəkilli təbiət 

ensiklopediyası” silsiləsindən on kitab çap etdirib. 

Bu kitablara daxil olan şeirlərin hamısı dərslik üçün 

yararlıdır.  Əli Kərim, Fikrət Sadıq, Məmməd 

Aslan, Məmməd Ismayıl, Isa Ismayılzadə, Eldar 

Baxış, Rafiq Yusifoğlu, Aləmzər Əlizadə, həmçinin 

bir sıra istedadlı  gənc  şairlərin  əsərlərini ibtidai 

məktəb dərsliklərinə niyə salmırsınız? 

Mirvarid Dilbazinin, Məstan  Əliyevin, Tey-

mur Elçinin, Hikmət Ziyanın, Tofiq Mahmudun, 

Ilyas Tapdığın və başqalarının yaradıcılığından 

təsadüfi hallarda babat şeirlər seçilir. Halbuki, bu 

şairlərin və başqa qələm sahiblərinin gözəl əsərləri 

dərslik müəlliflərinin yolunu səbirsizliklə gözləyir.  

Teymur Elçin Azərbaycan dilinin ən incə 

çalarlarını nümayiş etdirən və  ən çətin sözlərimizi 

uşağa asan yolla başa salan əsərlər müəllifidir. 

Amma bu şairin də  əsərləri dərslik üçün ədalət-

sizcəsinə seçilir.  

Dərsliklərimizdə yaxşı  şairlərimizin pis və 

zəif  şeirlərinə bol-bol rast gəlirik. Azərbaycan 

təmsilçiliyinin görkəmli nümayəndəsi Hikmət 



_______________Milli Kitabxana___________________ 

 

283 



Ziyanın alleqorik səpgili əsərlərinin əvəzinə dərslik 

görün onun hansı yazısını təqdim edir: 

 

Körpə balalar deyir 

Bizə bu el, bu vətən. 

Mehriban dostlarıq biz 

Ayrılmarıq məktəbdən. 

(II sinfin “Oxu” kitabı). 

 

Uşaq  ədəbiyyatımızın Ümumittifaq miqya-

sında tanınan və  təqdir olunan nümayəndələrindən 

olan Ilyas Taapdıq bir sıra oynaq, lakonik şeirlərin 

müəllifidir. Dərslik isə onun birbaşa nəsihət yolunu 

tutan belə bir şeirini verir: 



Dostluğun gücü, 

Qüdrəti vardır. 

Həmdəmi, dostu, 

Olan insanın  

Qəlbi bahardır. 

(Yenə orada). 

Deməli, müəlliflər  dərslik  əsəri  ölçüsünü 

Ilyas Tapdığa da qəbul etdirə biliblər 

Dərslik müəllifləri ona görə belə edirlər ki, 

adlı-sanlı  şairlərin bu cür yazılarından sonra Ə. 

Quliyevin  heç də həmin əsərlərdən əskik olmayan 

“Böyük dostluq” şeirini də çap edə bilsinlər. 

Ibtidai məktəb dərsliklərini oxuyanda adam 

müəlliflərin bizim ədəbiyyatdan zəif əsərlər seçmək 

“istedadına” məəttəl qalır.  




_______________Milli Kitabxana___________________ 

 

284 



Burada mən Maarif  nazirliyi ilə yanaşı, 

Yazıçılar Ittifaqına da gileyimi bildirməliyəm. 

Yazıçılar ittifaqı uzun illər bu nöqsanlara inadlı bir 

səbrlə dözmüşdür. Uşaq ədəbiyyatı bölməsi son on 

ildə heç olmazsa, bircə  dəfə bu problemlə bağlı 

məsələ qaldırmamışdır.  Şura yalnız vəfat etmiş 

yazıçıların ad gününü keçirməklə, hərdən kitabların 

dərnək səviyyəli müzakirəsini təşkil etməklə, ildə 

bir dəfə  uşaq yazşıçılarını pullu putyovka ilə 

rayonlara göndərməklə kifayətlənir. Uşaq  ədəbiy-

yatımızın taleyini həll edən problemlər isə onun 

təsir dairəsindən kənarda qalmışdır.  

Sosializm cəmiyyəti xalqların  hərtərəfli 

bərabərliyini təmin edir. Azərbaycan dili də başqa 

dillərlə eyni hüquqa malikdir. Konstitusiyamızda 

onun dövlət dili olduğu göstərilir. Amma rus 

məktəblərində bu dili demək olar ki, öyrənmirlər. 

Müəllimlər də bu dilə  əhəmiyyətsiz bir şey kimi 

baxır,  şagirdlər də. Nə  qədər ki, respublikamızda, 

xüsusilə, Bakıda az qala bütün iclaslar, yazışmalar, 

digər sənədlər Azərbaycan dilində deyil, 

məktəblərə  də, dilə  də etinasızlıq beləcə davam 

edəcək. Başqa millətlər bir yana, rus məktəblərində 

oxuyan  azərbaycanlılar da öz dillərini öyrənmək 

istəmirlər. Çox azərbaycanlı tanıyıram ki, öz dilini 

bilmir. Axı, bu dil onların nəyinə  gərəkdir. Bu 

halda ki, vəzifə tutmaq üçün (uşaqlarınızı rusca 

oxudan azərbaycanlıların  əksəriyyəti bu məqsədi 




_______________Milli Kitabxana___________________ 

 

285 



güdür) bu dilin əhəmiyyəti olmayacaq, onu 

öyrənməyə də ehtiyac yoxdur.  



YENIDƏNQURMA  bizdən keçdiyimiz 

yola, səksəninci illər zirvəsindən daha ayıq bir 

nəzərlə baxmağı  tələb edir. Bu sahədə ruslar, 

gürcülər, Pribaltika xalqları yenə də bizdən qabaqda 

gedir. Keçilən yola təmkinli, sərbəst münasibətini 

bildirən həmin xalqlar, xüsusilə, rus ziyalıları 

heyratamiz cəsarət nümunəsi göstərirlər.  

Əsrin  əvvəllərində yaranmış panterkizm və 

panislamizm terminləri gözlərimizi alacalandırır. 

Bu dövrdəki mətbat orqanlarımızın hərəsinə bir 

damğa vurmuşuq. O dövrün tədqiqatçıları deyir ki, 

bizim “mürtəce” adlandırdığımız mətbuat orqan-

larında mütərəqqi  əsərlər də çap olunub. Ədəbiy-

yatımızın və  mətbuatımızın tarixində yalnız adları 

qara siyahıda çəkilən adamların nöqsanları da, hətta 

başqa mövqedən yazılan  əsərləri də yenidən 

öyrənilməlidir. Biz bilməliyik, görək, qaş düzəldən 

yerdə göz tökmürük ki! 

Bir halda ki, dünən bizə peyğəmbər libasında 

görünən, şərəfinə şeirlər, poemalar, kitablar yazılan 

adamların fəaliyyətində bu gün çox ciddi qüsurlar 

görürük, onda bəlkə adına yüz cürə  şəbədə qoş-

duğumuz, gedəkgələməzə yolladığımız şəxsiyyətlə-

rimiz, mətbuatımız haqqında səhv etmişik. Onlara 

aşkarlığın işığında baxsaq, təzə  həqiqətlər ortaya 

çıxmazmı? 

 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə